ASLAN
ASMA
OBASTAN VİKİ
Asma (İğdır)
Asma — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Asma olaraq qeyd edilir. 1914-ci il qeydlərində Osma Qışlağı olaraq qeyd edilir == Coğrafiyası == İğdırdan 33 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 211 nəfər kürd yaşayırdı.
Asma körpü
Asma körpü — göyərtənin (yük daşıyıcı hissəsinin) şaquli asqılarda asma kabellərin altına asıldığı bir körpü növü. Bu tip körpünün ilk müasir nümunələri 1800-cü illərin əvvəllərində inşa edilmişdir.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Asma-kəsmə (rəqs)
Asma-kəsmə — Azərbaycanın milli rəqsi. Ən qədim ənənəvi toy rəqslərindən biridir. Ona qörə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəyin evinə gətirirlər. Gəlini muşayiət edən qadınlar isə onun qarşısında oynayırlar. Rəqsin tempi aramdır, bir qədər mubaliqəli, sıçrayışlı şəkildədir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur.
Asma-kəsmə rəqsi

Babilin Asma Bağları
Semiramidanın (Babilin) asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir.
Meşkinşəhər asma körpüsü
Meşkinşəhər asma körpüsü — Orta Şərqdə ən uzun asma körpü. Meşkinşəhərdə Xiyav çayının üzərində 80 metr hündürlükdə yerləşən körpü. Körpü Orta Şərqdə yerləşən ən uzun asma körpüdür. Hündürlüyü 80 metr, eni 2 metr uzunluğu isə 365 metrdir. Körpü bölgənin xüsusiyyətlərini yaxşı bilən yerli mütəxəsislər tərəfindən tikilib. Körpü son nəticədə ərazisi 130 hektar büdcəsi isə 400 milyard rial olacaq turistik kompleksin ərazisində yerləşir. Kompleksə qəbul zalları, yaşayış mənzilləri, hava şarı ilə uçmaq üçün eləcə də başqa hava idmanları ilə məşğul olmaq üçün meydançalar, restoranlar, sənətkarlıq bazarları, əyləncə parkları və istirahət üçün digər atraksionlar daxildir. Uzunluğu 365 metr olan körpü Xiyavçayın üzərində yerləşir. Körpünün konstruksiyasında nəmə, yanğına, zərbəyə, ildırım vurmasına dayanıqlı polimer materiallardan istifadə olunub. Körpü hərəkəti qeydə alan ötürücülər və rezonanslı vibrasiya amortizatorları ilə təchiz olunub.
Semiramidanın asma bağları
Semiramidanın (Babilin) asma bağları — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılırdı. Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir.
Vuppertal asma yolu
Vuppertal asma yolu (alm. Wuppertaler Schwebebahn‎) — Almaniyanın Vuppertal şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat növlərindən biri. 1 mart 1901-ci il tarixində istifadəyə verilmişdir. Rəsmi adı - Oygen Langen sistemli monorels asma yoludur (alm. Einschienige Hängebahn System Eugen Langen‎). Ümumi uzunluğu 13,3 km-dir, bunun da təxminən 10 kilometri 12 metr hündürlükdə Vupper çayının üzərindən keçir, qalan 3,3 km isə 8 metr hündürlüyündə şəhərin küçələri üzərindən keçir. Yol estakadalar üzərində qurulmuş iki yollu monorels sistemidir. Qatarların hərəkətinin maksimal sürəti 60 km/s təşkil edir. 2013-cü ildə Vuppertal asma yolu 19,3 milyon sərnişinə xidmət göstərmişdir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Asmanbulağı (Tikantəpə)
Asmanbulağı (fars. اسمان بلاغي‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (25 ailə).
Asmaşi
Asmaşi Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. == Toponimkası == Asmaşi - Kutaisi quberniyasının Leçxum qəzasında bulaq adı. İrəvan quberniyasının Sürməli qəzasında Asma, Şimali Qafqazda Stavropol quberniyasında Asmaevo kənd adları ilə mənaca eynidir. Azərbaycanda Xaçmaz rayonunda Asmaçay hidronimi də bu sıraya aiddir. Türk dillərində asma, asba "yayda quruyan su mənbəyi" sözündəndir.

Digər lüğətlərdə