assamlı

assamlı
assambleya
assamlılar
OBASTAN VİKİ
Assamlılar
Assamlılar - Hindistanda, Butanda və Nepalda yaşayan xalq. Sayları 14,77 milyon nəfərdir. == Əsas məşğuliyyətləri == Hind-ari xalqlarından olan assamların əsas məşğuliyyəti düyü, darı, qarğıdalı, paxlalı, araxis, banan, manqo, küncüt, texniki bitkilərdən cut əkinçiliyidir. Burada qoşqu qüvvəsi olan öküz və kəllər bəslənilir. Xüsusi ipək növü yetişdirilir. Ənənəvi sənətkarlıq sahələri qarğıdan, samandan, bambukdan müxtəlif əşyalar hazırlanması, parça toxuculuğudur. == Etnoqrafik xüsusiyyətləri == Assamlıların əksəriyyəti kəndlərdə yaşayır, kənd evləri isə adətən, 3-4 tikilidən (yaşayış evi, dam, anbar, bəzən də ayrı mətbəx) ibarət olur. Evlər alçaq gil özüllər üzərində tikilir, çayların sahilində isə sütünların üzərində qaldırılır. Evin karkası bambukdan hazırlanır, divarlar gillə suvanır, döşəmə torpaqdan olur, evin damını isə otla örtürlər. Qadınlar uzun don, rəngli kofta və şal, kişilər dhoti və ya köynək-şalvar geyinirlər, bambukdan geniş papaqlar qoyurlar.