Beynəlxalq Astronavtika Konqresi
Beynəlxalq Astronavtika Konqresi — Hər il Beynəlxalq Astronavtika Federasiyası, Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun (IISL) dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası milli cəmiyyətinin üzvlərindən birinin ev sahibliyi etdiyi konqresdir.
== Qurucu təşkilatlar ==
Argentina: Sociedad Argentina Interplanetaria (Argentina Planetlərarası Cəmiyyəti)
Avstriya: Österreichische Gesellschaft für Weltraumforschung (Avstriya Kosmik Tədqiqatlar Cəmiyyəti)
Fransa: Groupement Astronautique Français (Fransız Astronavtika Qrupu)
Almaniya: Gesellschaft für Weltraumforschung Stuttgart (Ştutqart Kosmik Tədqiqatlar Cəmiyyəti), Gesellschaft für Weltraumforschung Hamburg (Hamburq Kosmik Tədqiqatlar Cəmiyyəti)
İtaliya: Associazione Italiana Razzi (İtalyan Raket Assosiasiyası)
İspaniya: Asociación Española de Astronáutica (İspan Astronavtika Assosiasiyası)
İsveç: Svenska Interplanetariska Sällskapet (İsveç Planetlərarası Cəmiyyəti)
İsveçrə: Schweizerische Astronautische Arbeitsgemeinschaft (İsveçrə Astronavtika Assosiasiyası)
Birləşmiş Krallıq: İngilis Planetlərarası Cəmiyyəti
Amerika Birləşmiş Ştatları: Amerikan Raket Cəmiyyəti, Detroyt Raket Cəmiyyəti, Pasifik Raket Cəmiyyəti, Reaksiya Araşdırma Cəmiyyəti
== Beynəlxalq Astronavtika Federasiyasının İdarəetməsi ==
Beynəlxalq Astronavtika Federasiyası, 1951-ci ildə yaradılmış qeyri-kommersiya qeyri-hökumət təşkilatıdır. Fransa qanunlarına əsasən, BAF Baş Assambleyanın qərarların qəbuluna cavabdeh olduğu üzv təşkilatların federasiyası kimi müəyyən edilir.