Avrokosmos
Avrokosmos (ing. Eurospace) — kosmik texnika və kosmonavtikanın inkişafına kömək etmək məqsədilə Avropanın 12 ölkəsində sənaye müəssisələri tərəfindən 1961-ci ildə yaradılan birlik. 1970-ci illərdə bütün aviasiya, elektronika, kimya, dəqiq mexanika və s. firmalar daxil olmaqla Avrokosmosun təqribən 150 üzvü var idi. Əsas fəaliyyəti Avropa ölkələri və təşkilatlarına kosmosun öyrənilməsi ilə əlaqədar təkliflər verməkdir. Avrokosmosun əsas məqsədi radiorabitə və telaviziya verilişləri üçün Yerin süni peyklərini buraxmaqdır.