Avstraliya

I

sif. 1) Australie f ; 2) australien, -ne adj

II

coğ. Australie f

avropalılıq
avstraliyalı
OBASTAN VİKİ
Avstraliya pərttəgözü
Avstraliya pərttəgözü (lat. Burhinus grallarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Avstraliya qızılsarmaşığı
Avstraliya qızılsarmaşığı (lat. Cuscuta australis) - qızılsarmaşıq cinsinə aid bitki növü.
Avstraliya söyüdü
Avstraliya səyyahları
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Avstraliya səyyahı
Avstraliya səyyahı (lat. Pedionomus torquatus) — Çovdarçıkimilər dəstəsinin Avstraliya səyyahları (Pedionomidae) fəsiləsinə aid yeganə quş növü. Bu quş növü torpaqda yaşayır. Bədəninin uzunluğu 15-19 sm olur. Onlar qorxu hiss etdikdə dərhal təhlükəli yerdən sürətlə qaçıb uzaqlaşmağa çalışırlar. Erkəklər üst hissəsi açıq-qonur rəngdə olur. Dişiləri ağ-qara xallı alabəzək rəngdə olurlar. Dişiləri 4 yumurta qoyur. Avstraliyada yaşayan bu quşlar dövlət tərəvindən 1999-cu ildən mühafizə olunurlar.
Avstraliya tarixi
Avstraliya tarixi — Avstraliya qitəsinin ərazi və xalqlarının tarixi. == Aborigen tarixi == Avstraliyanın yerli əhalisinin əcdadları Cənubi Asiyadan gəlmiş və ehtimal ki, Son Paleolitdə burada məskən salmışlar. Təbii şəraitin ağırlığı və dünyanın başqa xalqları ilə ünsiyyətin olmaması Avstraliya qəbilələrinin (XVIII əsrin sonunda burada ümumi sayı 250-300 min nəfər olan təqribən 500 tayfa var idi) inkişafını çətinləşdirirdi. XVIII əsrin sonuna yaxın bu tayfalar hələ əkinçilik və maldarlığın nə olduğunu bilmirdilər. == Müstəmləkəçilik dövrü == XVIII əsrin sonundan Avstraliya Britaniya imperiyasının müstəmləkəsi olmuşdur. 1788-ci ildə burada sonradan Sidney şəhərinə çevriləcək ilk ingilis yaşayış məntəqəsinin əsası qoyulmuşdur. Əvvəllər Avstraliya sürgün yeri idi. 1868-ci ilədək buraya 155 minədək adam sürgün edilmişdi. Bunlardan bir çoxu İrlandiyadakı üsyanların iştirakçıları, çartistlər və başqaları idi. Qitənin müstəmləkəyə çevrilməsi prosesi yerli əhalinin qırılması ilə müşayiət olunmuşdur.
Avstraliya teatrı
Avstraliya teatrı — Avstraliyada və ya avstraliyalılar tərəfindən yaradılmış səhnə sənətinin tarixi. Teatr Avstraliya mədəniyyətinin mühüm bir hissəsidir. Bu sənət qitəyə müstəmləkəçilik dövründə gəlmiş, Britaniya və İrlandiya teatrlarının ən yaxşı ənənələrini özündə cəmləşdirərək aborigen mədəniyyəti ilə inkişaf etmişdir. Avstraliya yazıçıları və teatr xadimləri son iki əsrdə Avstraliya mədəniyyətini və qitənin xarakterini dünya səhnəsinə çıxarmışdır. Avstraliyada dünyaca məşhur Sidney Opera Teatrı yerləşir. == Tarixi == Xalq məişət oyunları, "korrobori" (süjetli mərasim rəqsləri) deyilən tamaşalar Avstraliya İttifaqı teatrının əsası sayılır. Sidneydə ilk teatr tamaşası 1789-cu ildə olmuşdur (məhbuslar barakda Corc Farkuarın "Əsgər toplayan zabit" komediyasını tamaşaya qoymuşlar). Avstraliya İttifaqında peşəkar teatr truppası 1796-cı ildə yaradılmışdır. Teatr tamaşalarında musiqi və rəqsə çox yer verilirdi. 1830–1840-cı illərində ölkənin böyük şəhərlərində teatrlar təşkil edilmiş, əsrin ikinci yarısında isə teatr inhisarları yaranmış, həmçinin opera sənət inkişaf etmişdir.
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Avstraliya yexidnası
Avstraliya yexidnası (lat. Tachyglossus aculeatus) — məməlilərin sinfinin birdəliklilər dəstəsinin yexidnalar fəsiləsinə aid yeganə növ. Bəzən onun Tasmaniya yexidnası (Tachyglossus setosus) yarımnövünü də ayrıca növ kimi ayırırlar. Çarlz Darvin deyir:"Bu canlıların vətəni Avrasiyadır. Lakin onlar növarası mübarizədə məğlub olmuş və Avstraliyaya sıxışdırılmışlar.
Avstraliya İttifaqı
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.
Avstraliya
Avstraliya və ya rəsmi adı ilə Avstraliya İttifaqı (ing. Commonwealth of Australia), oxunuş [əˈstreɪljə], (ing. Australia, lat. austrālis "Cənub") — Cənub yarımkürəsidə yerləşib Avstraliya materikini, Tasmaniya adasını, Hind və Sakit okeanlarında yerləşən bir neçə adanı əhatə edən, Millətlər Birliyinin üzvü olan dövlət. Sahəsinə görə Okeaniyada birinci, dünyada altıncı yerdədir. Avstraliya İttifaqından şimalda Şərqi Timor, İndoneziya, Papua-Yeni Qvineya, şimal-şərqdə Vanuatu, Yeni Kaledoniya, Solomon adaları, cənub-şərqdə Yeni Zelandiya yerləşir. Əhalisinin sayı 25 milyona çatır ki, onun da əksər hissəsi ölkənin yüksək urbanizasiya səviyyəsi ilə seçilən şərq sahillərində yerləşir. Paytaxtı Kanberra, ən böyük şəhəri isə Sidneydir. Ölkənin digər mühüm metropolis ərazilərinə Melburn, Brisben, Pert və Adelayda daxildir ki, bu şəhərlərin də hər birinin əhalisinin sayı 1 milyon nəfərdən çoxdur. Avstraliya təbii sərvətləri ilə məşhurdur.
Avstraliya (qitə)
Avstraliya (lat. australis — "cənub") — dünyanın ən kiçik qitəsi və materiki olub, sahəsi 7,6 mln2 km-dir. Yer kürəsinin Cənub və Şərq yarımkürələrində yerləşir. Ucqar nöqtələri şimalda York burnu, cənubda Cənub-şərq burnu, qərbdə Stip-Poynt burnu, şərqdə Bayron burnudur. Avstraliya bütövlükdə cənub və şərq yarımkürələrində yerləşib. Sahil xətləri az parçalanıb. Bass boğazı Tasmaniya adasını, Torres boğazı isə Yeni Qvineya adasını Avstraliyadan ayırır. Avstraliyanın sahillərini qərbdən Hind, şərqdən Sakit okeanı ilə əhatə edib. Ən iri körfəzi Böyük Avstraliya və Karpentariya: ən iri yarımadaları Keyp-York və Arnemlend: ən iri adası Yeni Qvineya adasıdır. Avstraliyanın şimal-şərqində mərcan poliblərindən ibarət, uzunluğu 2300 km olan Böyük Sədd Rifi yerləşib.
Avstraliya aborigeni
Avstraliya aborigeni (yerli avstraliyalar) — Avstraliyanın yerli əhalisi, dil və irq cəhətcə dünyanın başqa xalqlarından fərqlənir. Avstraliya dillərində, bir çoxu isə ancaq ingilis dilində və ya picinin müxtəlif variantlarında danışır. Əsasən Şimali, Şimal-Qərbi, Şimal-Şərqi və Mərkəzi Avstraliyada , bir hissəsi isə şəhərlərdə yaşayır. Avstraliyada yerli xalqlara aid edilən 400 etnik qrup var. == Ədəbiyyat == Артёмова О. Ю. Личность и социальные нормы в раннепервобытной общине по австралийским этнографическим данным. М., 1987 Артёмова О. Ю. Прошлое и настоящее коренных астралийцев // Расы и народы, вып. 10. М., 1980 Берндт Р. М., Берндт К. Х. Мир первых австралийцев, пер. с англ. М., 1981 Кабо В. Р. Происхождение и ранняя история Австралии.
Avstraliya akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Avstraliya alabayquşu
Avstraliya alabayquşu (lat. Tyto novaehollandiae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Avstraliya bayrağı
Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir. Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib. Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.
Avstraliya coğrafiyası
Avstraliya coğrafiyası — Avstraliyanın hüdudları daxilində mövcud olan coğrafi komponentlər. Materikin çox hissəsi düzənliklərdir (səthinin təqribən 95%-nin dəniz səviyyəsindən yüksəkliyi 600 metrə qədərdir). Avstraliya oroqrafiyasına görə 3 hissəyə ayrılır: Qərbi Avstraliya yaylası, Mərkəzi ovalıq və Böyük Suayırıcı silsilə.
Avstraliya dağdağanı
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Avstraliya dilləri
Avstraliya dilləri — Avstraliya ölkəsinin əhalisinin danışdığı dillər. Avstraliyada ən çox danışılan dil Avstraliya ingiliscəsidir. Orada bu dialekti danışanların sayı 15,5 milyon nəfərdir. Avstraliyanın növbəti ən çox danışılan dilləri bunlardır: italyan (317,000), yunan (252,000), kanton (245.000), ərəb (244.000), putunxua (220.000), Vyetnam (195.000) və ispan (98.000). Yerli Avstraliya aborigenləri çoxlu dil ailələrinə və qruplarına bölünən Avstraliya aborigen dillərində danışırlar. Dillərin çoxluğuna baxmayaraq, onlarda danışanların ümumi sayı azdır və 56 min nəfərdən çox deyil. Ən böyük dil bir çox dialektlərə bölünmüş "Qərb səhrası dili"dir (7,000-dən çox danışanı var).
Avstraliya dirçəyi
Avstraliya dirçəyi (lat. Ajuga australis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü.
Avstraliya dolları
Avstraliya dolları ($, kod: AUD 036) — Avstraliya İttifaqının pul vahididir. Milad adası, Kokos adaları və Norfolk adası, eləcə də müstəqil Sakit okean hövzəsi dövlətləri: Kiribati, Nauru və Tuvalu daxil olmaqla bu ölkələrin milli valyutası. Bir dollar 100 sentə bölünür. Adi halda dollar işarəsi "$" ilə qısaldılır, lakin digər qeyd variantları: A$, $A, AU$ və $AU var. Avstraliya dolları dünyada ən çox satılan altıncı valyutadır (ABŞ dolları, avro, yen, funt sterlinq və İsveçrə frankından sonra) dünya valyuta əməliyyatlarının 5% -ni təşkil edir. Valyuta ticarətçiləri arasında populyarlıq Avstraliyadakı yüksək faiz dərəcəsi, valyuta bazarının hökumətin müdaxiləsindən nisbi azadlığı, Avstraliya iqtisadiyyatı və siyasi sisteminin ümumi sabitliyi ilə əlaqədardır. 1988-ci ildən bəri əskinas hazırlamaq üçün kağızdan yox, xüsusi nazik plastikdən istifadə olunur. == Tarixi == Onluq pul vahidi olan Avstraliya dolları 14 fevral 1966-cı il tarixində dövriyyəyə buraxılmış və on iki onluq Avstraliya funtunu əvəz etmişdir. Avstraliya Ehtiyat Bankı yeni milli valyutanın tətbiqinə hazırlaşdığını hələ 1960-cı ildən bildirmişdi. Uzun müddət ərzində ölkədə yeni pul nişanının maketinin hazırlanması üzərində hazırlıq işləri görülmüşdür.
Avstraliya faunası
Avstraliya faunası — Avstraliyanın hüdudları daxilində mövcud olan heyvanlar aləmi. Avstraliya ərazisi xüsusi Avstraliya biocoğrafi sahəsinə daxildir. Avstraliyanın faunası qədim və yüksək dərəcədə endemikdir. Burada ali məməlilər, primatlar və yırtıcı heyvanlar (avropalıların gətirdiyi dinqo itindən başqa) yoxdur. Mezozoy və Kaynozoy dövrlərinə məxsus heyvanlar (kisəlilər və s.) qalmışdır. İbtidai məməlilərdən ördəkburun və yexidnaya təsadüf olunur. Heyvanların bir çoxu insanların təsərrüfat fəaliyyəti, ovçuluq və landşaftın dəyişməsi nəticəsində qırılmışdır. Materikə gətirilmiş adadovşanlarının Avstraliyada otlaqların xeyli hissəsini məhv etməsi kisəlilərin azalmasına səbəb olmuşdur. Kenquruların bir neçə növü qırılmış, kisəli canavar, vombatların bir neçə növünün nəsli kəsilməkdədir.
Avstraliya florası
Avstraliya florası — Avstraliyanın hüdudları daxilində mövcud olan bitki örtüyü. Avstraliyanın üzvi aləmi uzun müddət başqa materiklərdən təcrid olunaraq inkişaf etmişdir. Odur ki, materikin florası yüksək dərəcədə endemikdir (75%-i) və ayrıca Avstraliya biocoğrafi sahəsinə ayrılmışdır. == Həmçinin bax == Avstraliya florası (seriya) == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Australia's Virtual Herbarium What's its name?
Avstraliya futbolu
Avstraliya futbolu — əksərən "Aussie qanunları", danışıq dilində "footy" və yaxud da tarixi adı ilə Avstralasiya futbolu və ya Viktoriya futbolu kimi tanınır. 2 komanda və 18 oyunçu arasında açıq havada geniş, ovalşəkilli yarış meydanında oynanılır. Bəzən kriket meydanında da keçirilir. == Tarixi == Avstraliya futbolu 1858-ci ildə idmançı Tom Willis tərəfindən kriket oyunçularının qış ayları ərzində formada qalması məqsədilə yaradılmışdır. Tarixə keçən ilk qarşılaşma elə həmin ildə bir şotland kollecinin tələbələri ilə Melburn şəhərinin qrammatika dərslərini tədris edən məktəblərindən birinin tələbələri arasında baş tutdu. 1896-cı ildə ilk proffesiyonal liqa sayılan Viktoriya Futbol Liqası (VFL) yaradıldı və cəmi bir il sonra rəsmi qaydada oyunlar keçirilməyə başladı. 1987-ci ildən etibarən beynəlxalq xarakter daşımağa başladı və 1994-cü ildə Avstraliya Futbol Liqası adını aldı. == Qaydaları == Bir oyun hər biri 20 dəqiqədən ibarət olmaqla 4 setdə oynanılır. Oyun 2 yan xətt hakimi, 3 meydan hakimi və qapılar arxasında 2 köməkçi hakim olmaqla 7 referi tərəfindən idarə olunur. Hər komanda meydanda 18 iştirakçı ilə çıxış edir.
Avstraliya ədəbiyyatı
Avstraliya ədəbiyyatı — Avstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış yazılı və ya ədəbi əsərlər. Qərb tarixinin əvvəlində Avstraliya Britaniyaya bağlı müstəmləkələr toplusu idi. Beləliklə, Avstraliyanın ədəbi ənənəsi daha geniş ingilis ədəbiyyat ənənəsi ilə başlayır və onunla bağlıdır. 1788-ci ildən Avstraliya yazıçılarının povest sənəti ədəbiyyata yeni qitənin xarakterini daxil etmişdir. Burada aboriginallıq, yoldaşlıq, bərabərlik, demokratiya, milli kimlik, miqrasiya, Avstraliyanın özünəməxsus yeri və coğrafiyası, şəhər həyatının mürəkkəbliyi, Avstraliya təbiətindəki həyatın "gözəlliyi və dəhşəti" kimi mövzulara toxunulur. == Tarixi == Avstraliya İttifaqının ədəbiyyatı ingilis dilindədir. 1820-ci illərdə yaranmış ilk nümunələri ingilis ədəbiyyatının təsiri altında idi. Milli realist-demokratik ədəbiyyat 1890-cı illərdə inkişafa başlamışdır. Onun baniləri T. Kollinz, B. O'Daud, H. Louson və başqaları əsərlərində xalqın acınacaqlı həyatını, ictimai ədalətsizliyə qarşı etirazını əks etdirmişlər. Rusiyada Oktyabr inqilabı demokratik ədəbiyyatın inkişafına qüvvətli təsir göstərmişdir.
2017 Avstraliya Qran Prisi
2018 Avstraliya Qran-prisi
Avstraliya Qran Prisi 2018— 2018-ci ildə keçirilmiş növbəti Avstraliya Qran Prisi. == Avstraliya Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Komandaların iş proqramı da müxtəlif olub – Mercedes UltraSoft-larla işləyərkən, Ferrari Soft təkərlərə üstünlük verib.Kimi Rəykkönen bu proqrama sadiq qalsa da,Sebastyan Fettel sona az qamış SuperSoft təkərlərə keçib. === İkinci sərbəst yürüşlər === Sessiyanın əvvəlində Esteban Okon vəValtteri Bottas trasdan çıxıblar.Valtteri Bottasa Kimi Rəykkönen mane olub, onunla toqquşmaqdan yayınmaq üçün Mercedes-in sürücüsü trasdan çıxmalı olub. Məşqlər başa çatdıqdan sonra hər iki sürücü stüardların yanına çağırılıb. 43-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb start düzlüyündə asfaltdan kabelin çıxması olub. Sürücülər bokslara qayıdıblar. Texniki xidmət əməkdaşları problemi aradan qaldırıblar, 3 dəqiqə sonra yaşıl işıqlar yanıb. Ən böyük məsafəni Brendon Hartli qət edib.Protokollara isə yenə Lyuis Həmilton başçılıq edib – 1:23.931. Sessiya başa çatdıqdan sonra sürücülər start zamanı əsas və əlavə işıqfordan istifadə prosedurunu öyrəniblər.
2018 Avstraliya Qran Prisi
Avstraliya Qran Prisi 2018— 2018-ci ildə keçirilmiş növbəti Avstraliya Qran Prisi. == Avstraliya Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Komandaların iş proqramı da müxtəlif olub – Mercedes UltraSoft-larla işləyərkən, Ferrari Soft təkərlərə üstünlük verib.Kimi Rəykkönen bu proqrama sadiq qalsa da,Sebastyan Fettel sona az qamış SuperSoft təkərlərə keçib. === İkinci sərbəst yürüşlər === Sessiyanın əvvəlində Esteban Okon vəValtteri Bottas trasdan çıxıblar.Valtteri Bottasa Kimi Rəykkönen mane olub, onunla toqquşmaqdan yayınmaq üçün Mercedes-in sürücüsü trasdan çıxmalı olub. Məşqlər başa çatdıqdan sonra hər iki sürücü stüardların yanına çağırılıb. 43-cü dəqiqədə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb start düzlüyündə asfaltdan kabelin çıxması olub. Sürücülər bokslara qayıdıblar. Texniki xidmət əməkdaşları problemi aradan qaldırıblar, 3 dəqiqə sonra yaşıl işıqlar yanıb. Ən böyük məsafəni Brendon Hartli qət edib.Protokollara isə yenə Lyuis Həmilton başçılıq edib – 1:23.931. Sessiya başa çatdıqdan sonra sürücülər start zamanı əsas və əlavə işıqfordan istifadə prosedurunu öyrəniblər.
Anql-Avstraliyalılar
Anql-Avstraliyalılar, avstraliyalılar – Avstraliyanın əsas əhalisi, xalq. == Ümumi məlumat == Sayı 13,8 mln. nəfərdir (2000). Həmçinin Yeni Zelandiya, Papua–Yeni Qvineya, B.Britaniya, ABŞ və s. ölkələrdə yaşayırlar. İngilis dilinin Avstraliya variantında danışırlar. Dindarları xristiandır. Anql-Avstraliyalılar etnogenezində, əsasən İrlandiya, Şotlandiya və İngiltərədən, həmçinin İtaliya, Almaniya və Niderlanddan köçüb gələnlər iştirak etmişlər. 19-cu əsrin 50-ci illərində qızıl yataqlarının kəşf edilməsindən sonra B.Britaniyadan bu yerlərə mühacirət daha da gücləndi. Avstraliyanın müstəmləkələşdirilmə dövründə aborigenlər – avstraliyalılar və tasmaniyalılar məhv edilir və ya əlverişsiz ərazilərə sıxışdırılırdı.
Avstraliya qonur qırğısı
Avstraliya qonur qırğısı (lat. Accipiter fasciatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Avstraliya sahillərinin öyrənilmə tarixi
Avstraliyanın öyrənilmə tarixi — Avstraliya qitəsinin sahilləri boyunca hərəkət edən Avropa səyyahlarını apardığı tədqiqatlar və etdiyi kəşflər. == Tarixi == Avstraliya haqqında Avropaya ilk məlumatı XVI əsrdə Portuqaliya dəniz səyyahları gətirmişdilər. Hollandiyalı Villem Yanszon 1606-cı ildə Keyp-York yarımadasının qərb sahilinin şimal hissəsini tədqiq etmişdir. XVII əsrdə Avstraliya sahillərindəki ən böyük kəşfləri, əsasən, Hollandiya dənizçiləri etdiklərindən, materiki Yeni Hollandiya adlandırdıılar. 1618–1622-ci illərdə hollandiyalı dəniz səyyahları Avstraliyanın qərb sahillərinin böyük bir hissəsini kəşf etdilər. 1623-cü ildə Yan Karstens və Villem van Kolstert, 1627-ci ildə Fransua Teysen və Piter Neyts Avstraliyanın sahillərini tədqiq etmişdir. 1642–1643-cü illərdə Abel Tasman Van-Dimen Torpağını (Tasmaniya) və Yeni Zelandiyanı kəşf, 1644-cü ildə isə şimal və şimal-qərb sahillərdə xeyli ərazini tədqiq etmişdir. 1699-cu ildə ingilis dəniz qulduru Uilyam Dampir Avstraliyanın şimal-qərb sahilində bir sıra körfəz və buxtanı kəşf etmişdir. 177-ci ildə ingilis dəniz səyyahı Ceyms Kuk özünün ilk dünya səyahəti zamanı Avstraliyanın şərq sahillərini kəşf etmiş və Torres boğazı ilə Mərcan dənizindən Arafur dənizinə keçmişdir. 1798-ci ildə ingilis Corc Bass, sonralar onun şərəfinə adlandırılmış boğazı kəşf etmişdir.
Avstraliya təsviri sənəti
Avstraliya təsviri sənəti — Avstraliyada və ya Avstraliya haqqında avstraliyalılar tərəfindən bu günə qədər yaradılmış hər hansı bir təsviri sənət nümunəsi. Bunlara aborigen, müstəmləkə, peyzaj, atelye, XX əsrin əvvəllərində Avropa modernizmindən təsirlənmiş rəssamlar, qravüraçılar, fotoqraflar və heykəltəraşlar, müasir incəsənət daxildir. Avstraliyada vizual sənətin uzun tarixi var. Aborigen sənətinin ən azı 30 min il yaşı olduğuna dair dəlillər mövcuddur. Avstraliya həm Qərb, həm də yerli Avstraliya məktəblərindən bir çox tanınmış rəssamları, o cümlədən XIX əsrin axırlarında Heydelberq plenerlərini və antipodlarını, Mərkəzi Avstraliyanın Hermansburq Məktəbindən akvarel rəssamlarını, Qərb Səhra İncəsənət Hərəkatı, ali modernizm və postmodern sənət üzərində işləmiş tanınmış sənətkarları dünyaya gətirmişdir. == Tarixi == Avstraliya İttifaqının yerli əhalisi qədim dövrlərdən həkketmə, bədii oyma, naxışvurma ilə məşğul olmuşdur. XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar Avstraliya İttifaqı təsviri sənəti Avropa müstəmləkəçiliyi ilə əlaqədar ingilislərin təsiri ilə formalaşmışdır. XIX əsrin ortalarında xalq həyatını əks etdirən realist qrafika (S. T. Gill), XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində isə təsviri sənətin milli simasını təyin edən A.. L. Büvelotun Barbizon məktəbinə yaxın realist rəssamlar qrupu (T. Y. Roberts, A. Striton, F. MakKabbin və başqaları) yaranmışdır. 1930-cu illərin ortalarında kubizm (F. Fayzell), sürrealizm (C. Qlison) və abstraksionizmin təsiri genişləndi.
Avstraliya universitetlərinin siyahısı
Ölkədə 2003-cü ildə qəbul edilmiş Ali təhsili dəstək aktına görə üç qrup təhsil xidməti göstərən müəssisə müəyyənləşib. Onların bütün tələbələrinin FEE-HELP-ə hüququ vardır. Ölkədən kənarda fəaliyyət göstərən ali məktəblər Dövlət təhsil, elm və tədris departamentinin nəzarəti altında fəaliyyət göstərir. == Universitetlər == === Milli === Avstraliya Katolik Universitet, Şimali Sidneydə, Stretfilddə, Brisbendə, Kanberrada, Ballaratda və Melburanda. Avstraliyada Notr-Dam Universiteti, Frementldə, Braumda və Sidneydə. === Avstraliya paytaxt ərazisi === Kanberra Universiteti, Kanberra Avstraliya Milli Universiteti, Kanberra === Yeni Cənubi Uels === Carlz Start Universiteti, Betxyorst, Uoqqa-Uoqqa, Olberi, dabbo, Menli, Oranj və Kanberrada kampusları Makuayri Universiteti, Sidney Yeni İngiltərə Universiteti, Armideyldə və s. === Viktoriya === Melburn Universiteti, Melburn (kampus Parkvilldədir) Monaşa Universiteti, Melburnda (Kleyton, Keulfild, bervik, Peninsul, Parkvil), Çörçil (Qippslend), Malayziya, CAR. Kral Melburn texnoloji İnstitutu, Melburn, Bransuik, Bandura,[Hanoy]], Xoşimin (şəhər) və s. === Kvinslend === Bond Universiteti, Qold-Kost Qriffirt Universiteti, Brisbern, Loqan və Qold-Kost Mərkəzi Kvinslend Universiteti, Bandeberq, Qledstoun, Mekey, Rokqempton və Brisbern və s. === Qərbi Avstraliya === Kyörtin Texnoloji Universitet, Perte, Sidney Edit Koun Universiteti, Perte, Banbyüri Merdok Universiteti, Perte və s. universitetlər === Cənubi Avstraliya === Adelaida Universiteti, Adelaida, Arrbrey və Rozuorsi Krenfild Universiteti, Adelaida Flinders Universiteti, Adelaida və s.
Avstraliya vulkanlarının siyahısı
Avstraliya və Antarktika dinozavrları siyahısı
Bu siyahıda Avstraliya və Antarktika bölgəsindəki fosilləri ilə tapılan dinozavrları tapa bilərsiniz. == Avstraliya və Antarktika dinozavrları siyahısı == == Cədvəlin izahı == == Həmçinin == Buradakı dinozavrlar, Dinozavr növlərinin siyahısında da yer alır. Dinozavr fosillərinin Avstraliyada və ya Antarktidada tapılmağı ehtimal olunur. == Zaman qrafiki == Bu qrafikada yuxarıda sıralanan müəyyən dinozavrların yaşadığı ehtimal edilən dövrləri təsvir olunur.
Avstraliya və Antarktika dinozavrlarının siyahısı
Bu siyahıda Avstraliya və Antarktika bölgəsindəki fosilləri ilə tapılan dinozavrları tapa bilərsiniz. == Avstraliya və Antarktika dinozavrları siyahısı == == Cədvəlin izahı == == Həmçinin == Buradakı dinozavrlar, Dinozavr növlərinin siyahısında da yer alır. Dinozavr fosillərinin Avstraliyada və ya Antarktidada tapılmağı ehtimal olunur. == Zaman qrafiki == Bu qrafikada yuxarıda sıralanan müəyyən dinozavrların yaşadığı ehtimal edilən dövrləri təsvir olunur.
Avstraliya və Okeaniya
Okeaniya — Sakit Okean adalarının və bəzən Avstraliyanın da aid edildiyi coğrafi və geosiyasi bölgə. == Coğrafiyası == Okeaniya Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilən addır. Ümumi sahəsi 1.3 mln km-ə bərabər olan 7 minə qədər adanı özündə birləşdirir. Coğrafi cəhətdən Şimal yarımkürəsinin subtropik qurşağından Cənub yarımkürəsinin mülayim qurşağına qədər ərazidə yerləşmişdir. Sakit Okean səthinin 2%`-i Okeaniya adalarının payına düşür. Adaların sahəsinin çox hissəsi Yeni Qvineya, Yeni Zelandiya, Havay, Fici, Tuamotu və s. adalarını əhatə edir. Okeaniya adaları belə qruplaşdırılır: Melaneziya (yunanca — "qara adalar") Mikroneziya (yunanca — "kiçik adalar") Polineziya (yunanca — "çoxlu adalar") Yeni Zelandiya — İki böyük və bir neçə xırda adadan ibarətdir. Okeaniya avropalılara XVI əsrdən Fernan Magellanın ilk dünya səyahəti zamanından məlum olmuşdur. Adaların kəşfində və öyrənilməsində Ceyms Kukun, Abel Tasmanın, Fyodor Litkenin, Nikolay Mikluxo-Maklayın, Tur Heyerdalın və başqalarının xidmətləri var.
Avstraliya yanğınları (2019-2020)
Avstraliya yanğınları (ing. Australian bushfire season) — xarici mətbuatda Avstraliyada mövsümü kol yanğınları olaraq da adlandırılan 2019-cu ilin iyun ayından etibarən ölkənin şərq sahillərindən başlamış yanğınlar. 2019-ci ilə nəzərən, 2020-ci ilin ilk ayından etibarən yanğınların nəzərəçarpacaq dərəcədə intensivləşdiyi müşahidə olunmaqdadır. 2020-ci ilin yanvar ayının ilk həftəsinə olan məlumata görə 6.300.000 hektardan çox ərazi (16 milyon akr; 63 min kvadrat kilometr; 24,000 kvadrat mil) tamamilə yanıb, 2.500-dən çox müxtəlif təyinatlı tikili (1.300-dən çox yaşayış evi daxil olmaqla) məhv olub və ən az 34 nəfərin həlak olduğu bilidirilir . Rəsmilər yanğında 8,4 milyon hektar meşə sahəsinin məhv olduğunu və 1,2 milyard heyvanın xəsarət aldığını bildirir. Yanğının baş verməsinin əsas səbəblərindən biri kimi hava şəraitinin şərq sahillərində anormal dərəcədə isti keçməsi göstərilir. 2019-cu ilin dekabr ayında Yeni Cənubi Uels Hökuməti, rekord dərəcədə istiləşmə və uzun müddət davam edən quraqlığın ardından əyalətdə fövqalədə vəziyyət elan etmişdir. Yeni Cənubi Uelsdə davam edən yanğınlar nəticəsində təxminən yarım milyard heyvanın öldüyü təxmin edilməkdədir. == Arxa plan == == Yanğından təsirlənən bölgələr == === Yeni Cənubi Uels === Yeni Cənubi Uelsdə normalda mövsümü kol yanğınları dövrü 1 oktyabrda başlayır və 30 marta qədər davam edir. 2019–20-ci illərdə əyalətin 95 faizini əhatə edən quraqlıq və əyalətdə davamlı quru və isti hava şəraitinin olması səbəbindən miqyası və intensivliyi baxımından görünməmiş yanğın baş verdi.
Avstraliya şirinsu timsahı
Avstraliya şirinsu timsahı (lat. Crocodylus johnstoni) — əsl timsahlar sinfinin dümayəndəsi. Avstraliyanın şimalında şirin suda yaşayır. Əvvəlcə kəşf edənin soyadının yazılmasında bir səhv olduğu üçün Crocodylus johnsoni, yəni Conson timsahı adını alır (Robert Arthur Johnstone, 1843–1905). Səhv bir müddət sonra düzəldilsə də, ədəbiyyatda hər iki ada rast gəlinir. == Görünüşü == Bu nisbətən kiçik bir timsah növüdür. Erkəklər çox nadir hallarda 2,5–3 m-dən çox böyüyürlər. Bu ölçüyə çatmaq üçün canlıya 25–30 il lazımdır. Dişilər ümumiyyətlə 2,1 m-dən çox deyil. Arqayl gölü və Nitmilek Milli Parkı kimi ərazilərdə əvvəllər 4 metrə qədər olan fərdlərə rast gəlinmişdir.
Azərbaycan–Avstraliya münasibətləri
Avstraliya–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri İmamverdi İsmayılov olmuşdur. 4 mart 2016-cı il tarixindən Xanlar Fətiyev işçi qrupunun rəhbəridir.

Digər lüğətlərdə