Avstralorp
Avstralorp toyuq cinsi ət və yumurta üçün xüsusi olaraq yetişdirilən bir cinsdir. 1920-ci illərdə Avstraliyada ingilis mənşəli qara Orpington toyuq cinsi əsasında əldə bu cins əldə edilmişdir.
Bu cinsin ayaqları qısa, lələkləri parlaq və qara rəngdə, bədənləri isə uzun olur. Bu cinsin xoruzlarının diri çəkisi 3,6-4,1 kq, toyuqlarının diri çəkisi isə 2,75-3,1 kloqram təşkil edir. Bir ildə 180 və ya daha çox yumurta qoyurlar. Yumurtaları açıq qəhvəyi rəngdə olur və onların hər birinin orta hesabla çəkisi 55-60 qr ağırlığında dəyişir. Bu cins əsasən Avstraliya və Cənubi Afrikada yetişdirilir.