AXAR
AXAR-BAXARLI
OBASTAN VİKİ
Axar-Baxar
Axar-baxar — suayrıcı. Axarbaxar (dağ) — Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən vulkanik dağ. Axarbaxar — Abşeron rayonunda aşırım; Axarbaxar — Sumqayıt ərazisində dağ. Axarbaxar — Şəki yaylası ilə Mingəçevir su anbarı arasında dağ silsiləsi. Axarbaxar — Yevlax rayonunda aşırım.
Axar-baxar
Axar-baxar — suayrıcı, iki çay, göl, dəniz və ya okean hövzəsinin su toplayıcı sahələrini bölən xətt anlamında işlədilir. Atmosfer yağıntılarının müxtəlif axınlara istiqamətlənməsidir. Axar-baxarın suayrıcı xətti suayrıcı ərazi adlanır. Suayrıcı xətt adəti üzrə dağ və ya təpəliklərdən keçir. Materiklərdə yerləşən böyük su ayrıcılar suyu okean və daxili hözələrə bölür. Bu tip su ayrıcılar kontinental suayrıcı adlanır. Suları Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanlarına yönəldən suayrıcılar Əsas suayrıcılardır Çay hövzələri yerüstü və yeraltı sutoplayıcılara bölündüyündən, suayrıcılarda iki yerə bölünür:Yerüstü sutoplayıcı və yeraltı sutoplayıcı.

Значение слова в других словарях