Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərbət
Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur. == Söz açımı == Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib: "Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). "Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. == Tarixçə == Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə.
Şərbət
Şərbət – içki Şərbətlərin hazırlanmasında şəkər, ətirli-ədviyyəli bitkilər, meyvə-giləmeyvə, qaynadılıb soyudulmuş və ya buzdan istifadə edilir.Bəzi şərbətlərə boymadərən, bədmüşk və qızılgüldən çəkilmiş gülab əlavə edilir. Azərbaycanın müxtəlif rayonlarında qəndab, xoşab, səhləb, iskəncəbi, ovşala (oşara), xoşab, kimi sərinləşdirici içkilərdən də istifadə edilir. Əgər şərbət süfrəyə ağzı enli su qrafinlərdə və bardaqlarda verilirsə, onda şərbətə buz tikələri salmaq olar, butulka və ağzı dar qrafinlərdə verildikdə isə şərbəti əvvəlcədən soyuducuda saxlayıb soyudurlar. Şərbətlərin dadını yaxşılaşdırmaq üçün onlara limon turşusu və ya limon şirəsi əlavə edilir. Şərbətlərin tərkibində 60 %dən az olmayaraq şəkər olur. Meyvə-giləmeyvə şərbətləri təbii və süni olur. Şərbətləri hazırlamaq üçün meyvə-giləmeyvə ekstraktlarından da istifadə edilir. Şərbətlərdən albalı şərbəti, qızılgül şərbəti, ərik şərbəti, innab şərbəti, yubiley şərbəti, gül-nar şərbəti, limon şərbəti, meyvə şərbəti, nar şərbəti, nanəli şərbət, heyva şərbəti, reyhan şərbəti, sumaq şərbəti, turşəng şərbəti, çuğundur şərbəti, şəkər şərbəti və s.-ni göstərmək olar.
Şərbət Güla
Şərbət Güla (puşt. شربت ګله, tərcümədə "Şirin su, şərbət" deməkdir. 20 mart 1972, Nəngərhar) — Əfqanıstanlı qadın, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir — Şərbət Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış. Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu şərhlərə səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib. Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vincinin "Mona Liza"sına bənzədirlər və "Birinci Dünyanın Üçüncü Dünyalı Mona Lizası" adlandırırlar. Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib. Foto "Əfqan qızı" adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb. Stiv Makkurinin bir çox məşhur fotoları mövcuddur. Stiv öz fotoları ilə dünyada yetərincə tanınmışdır, ancaq ona ən böyük şöhrəti məhz Şərbət Gülanın fotosu bəxş etdi.
Vaqan Dərbət Aran
Vaqan Dərbət Aran — Yuxarı Qarabagın Xacın nahiyəsində kənd adı Vaqan Dərbət Aran — Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. XIII əsrdə gəlmiş monqol mənşəli Dərbət tayfası Qarabağda məskunlaşdıqda iki Dərbət adlı kənd yaranmışdı. Onlardan biri Dərbət-Aran (yəni Aran kəndi yaxınlığında Dərbət kəndi), digəri isə Cinli-Dərbətli (yəni Cinli kəndi yaxınlığında Dərbət kəndi) adlandırılmışdır. Daha sonra Dərbət-Aran kəndindən Daş-Dərbət Aran və Vaqan Dərbət Aran kəndləri yaranmışdır. Bax: Aran və Aran-Daş. Qarabağ Ədəbiyyat Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
Cerbe dəniz müharibəsi
Cerbe dəniz müharibəsi — 1560-cı ilin may ayında Tunisin Cerbe adası açıq Kapitanı Dərya Piyalə Paşanın komandalağı ilə Osmanlı donanması İspanların bir Xaçlı donanması arasında aparılmış dəniz müharibəsidir. Osmanlıların böyük bir qələbə qazandığı bu müharibədə Səlib gəmilərinin yarısı batırılmışdır. == Müharibə öncəsi == Xaçlı donanması və hazırlıqları 1538-ci ildə Prevezedə olan məğlubiyyət və 1541-ci ildə imperator Şarlkenin fəlakətlə nəticələnən Əlcəzair yürüşünün sonra Aralıq dənizinin öndə gələn dəniz qüvvələrinə sahib olan İspaniya və Venesiya dövlətləri, Osmanlılar və müttəfiqləri olan piratları özlərinə böyük bir təhdid olaraq görməyə başladılar. Xüsusilə 1558-ci ildə Piyalə Paşanın Balear adalarına yürüş etməsi və Turqut Rəis ilə birgə İspaniyanın Aralıq dənizi sahillərini zəpt etməsi ilə, İspaniya kralı II Felipe, Papa IV Poldan Trablusgarpın Turqut Rəisdən geri alınması üçün yeni bir Xaçlı donanmasının yaradılmasına qərar verdi. Bu məqsədlə İspaniya, Papalıq Dövləti, Malta, Genuya, Venesiya və Savoya Hersoqluğunun birləşməsi ilə yaradılan və 100-150 hissə gəmi və təxminən 30 min əsgərdən ibarət olan donanma hazırlandı. Donanmaya Medina-Coeli duka Jan de la Cerdan, qara ordusuna isə İspan zadəganlardan Don Alvaro də Sanda komandanlıq edəcəkdi. Qoşunların baş komandanı isə məşhur admiral Andrea Dorianın qardaşı oğlu Giovanni Andrea Doria olacaqdı. Səlib donanmasının əsas planı Tunis açıq yer alan və lazım Trablusgarp, istərsə də Tunisə olan məsafəsi baxımından strateji mövqeyə malik Cerbe Adasını ələ keçirmək, sonra Trablusgarpa hücum etmək. Ada ələ keçiriləndə Malta və Siciliya donanmaları burada qoyulub Osmanlı Donanmasının Qərb Dənizinə keçməsi qarşısı alınacaq, bu sayədə hərbi yardım almayacaq olan Əlcəzair daha asan əldə ediləcəkdir. Messinadan yola çıxan Xaçlı donanması ilk öncə Maltada yerləşdir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Bərbər
Bərbər — Saçların kəsilməsi, yuyulması ilə məşğul olan peşə sahibi. Bərbərlər saç kəsimi ilə yanaşı üzün təraş edilməsi və dəriyə qulluq ilədə məşğul olurlar.
Sərvət
Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Türbət
Türbət Heydəriyə — İranda şəhər Türbət Cam — İranda şəhər mərkəzi Türbət Heydəriyə şəhristanı — İranda şəhristan. Türbət Cam şəhristanı — İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biri.
Çənbər
Çənbər — adətən plastik və metal materialdan hazırlanan dairə şəklində olan devrik. İnsan bədəninin müxtəlif yerlərində (əsasasən də bel nahiyyəsində) çevrilən halqa şəkilli bu oyuncaq şəklində olmasına baxmayaraq, gümrah qalmaq üçün və ya şou məqsədilə çox geniş istifadə edilir.
Çərbin
Çərbin (fars. چربين‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 49 nəfər yaşayır (12 ailə).
Şəriət
Şəriət (ərəb. الشريعة‎) — İslamda qəbul edilən ibadət, davranış və cəzalarla əlaqəli bütün dini qanun anlayışlarına və qaydalarına verilən ad. Fiqh, digər tərəfdən, şəriətdə bu qanun və qaydaların nəzəri və praktiki tətbiqi araşdırmaları ilə əlaqəli və şəriətin nə mənada olduğunu müəyyənləşdirən fəaliyyətlərə verilən addır. Dini terminologiyada şəriət ayələr və hədislər kimi dinin mənbəyi kimi qəbul edilən Allah və Məhəmməd peyğəmbərin kəlamlarına, fiqh isə dini rəhbərlərin sözləri və hərəkətlərinə və onların şərhlərinə istinad edir. Qurana əsaslanan şəriət qanunları əsas mənbə kimi əsrlər boyu islam cəmiyyətlərini və bir çox məsələlərdə kişi və qadınlar arasında münasibətlər, müharibə, nikah, boşanma, irs mübadiləsi, şəhadətnamə kimi müəyyən edilmiş qaydalarla sosial həyatı tənzimləmişdir. Qadın geyimləri ilə bağlı dəqiq çərçivənin olmaması, Qadın geyimləri haqqında əmrin rejimi ilə Qurani-Kərimdə ifadə edilmiş cümlələrdə, ideyaların yaranmasına gətirib çıxarmışdır, hansılar ki, İslamda əsrlər boyu müzakirə edilmişdir, hansılar ki, bir sonunda qadın geyimlərini yalnız qadının cinsiyyət orqanlarını əhatə etmək üçün kifayətdir, digər tərəfdən və şəxslər də daxil olmaqla, bütün bədəni örtməyə qadını məcbur edirdilər. İslam fiqhinin məzhəbləri Quranı dinin əsas mənbəyi hesab edirlər. Vacib (fərz, vəcib və sünnət) əməllərdən əl çəkmək və pis (məkruh və haram) olaraq təyin olunan işləri etmək cəzaya səbəb olur. (hadd və ya tazir cəzaları) Klassik şəriət tətbiqlərindən bəzilərinə ciddi insan haqları pozuntuları daxildir. 'Müharibələrdə əsir götürülmüş' qadınların vəziyyəti insan hüquqları baxımından kritik bir mövzudur.
Çərkəz
Çərkəz — ad. Çərkəz Teyyublu — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Çərkəz Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin giziri Çərkəz bəy Şərifov — Qarabağ bəyi. İldırım xan Şərifovun kiçik qardaşı. Çərkəz Məcid — şair, yazıçı, tənqidçi. Çərkəz Muradov - Çərkəz Xəlil Əfəndi — Osmanlı alimi və şeyxülislamı.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Çərək
Çərək — riyaziyyatda əski çağlarda əsasən uzunluq və çəki ölçmək üçün istifadə edilən ölçü vahidi. Çərəkdən həm uzunluq, həm də çəki vahidi kimi istifadə edilmişdir. Uzunluq ölçüsü vahidi kimi çərəkdən çox geniş istifadə olunduğu mənbələrdən də aydın gorunur. Çərək arşının dörddə birinə bərabərdir. Əgər arşın 0,71 m-dirsə, onda çərək təxminən 18 sm-ə bərabər olur. Çəki vahidi kimi 1 çərək girvənkənin dörddə birinə bərabərdir. Girvənkənin 400 qram olduğunu biliriksə, onda çərək 100 qram olmuşdur. Çərək qab mənasında da işlənmişdir. Həmin qabın adı onun olcusu, tutumu ilə bağlıdır. Bir çərək taxıl, un və s.
Çərəz
Çərəz — müxtəlif bitkilərin meyvələri və ya toxumlarının qurudulması və ya işlənməsi ilə istehsal olunan qəlyanaltı növüdür. Çərəzlər meyvə və toxumların birbaşa günəş işığı altında qurudulması ilə və ya qovurma kimi istilik tələb edən metodlardan istifadə etmək yolu ilə və bəzən dadlı olması üçün duz və ya şəkər əlavə etməklə hazırlanır.
Herbert Çerberi
Herbert Çerberi (ing. Edward Herbert; 3 mart 1583 — 20 avqust 1648) — ingilis filosof, deizmin yaradıcısı.
Fərqət Tuxtamışev
Məmbət (Xaybulla)
Məmbət kəndi (başq. Мәмбәт) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Məmbət kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., kənd sovetliyindən (Makan): 12 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 83 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Mərfət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Qaraçay-Çərkəz
Qaraçay-Çərkəz Respublikası (rus. Карачаево-Черкесская Республика, qaraç.-balk. Къарачай-Черкес Республика, kab.-çərk. Къэрэшей-Шэрджэс Республикэ, abq. Къарча-Черкес Республика, noq. Карашай-Шеркеш Республика) — Rusiya Federasiyasının tərkibində inzibati subyekt, Şimali Qafqaz Federal dairəsinin tərkibinə daxildir. Qaraçay-Çərkəz muxtar vilayəti 12 yanvar 1922-ci ildə təşkil edilmişdir. Muxtar vilayət kimi 12 yanvar 1922-ci il — 26 aprel 1926-cı il və 9 yanvar 1957-ci il — 30 yanvar 1990-cı il tarixlərində mövcud olmuşdur. 30 noyabr 1990-cı il tarixindən 1991-ci il iyul tarixinədək Rusiya SFSR tərkibində Qaraçay-Çərkəz SSR adı ilə mövcud olmuş, 3 iyul 1991-ci il tarixindən bəri isə Rusiya FR tərkibində Qaraçay-Çərkəz Respublikası adı ilə mövcuddur. Qanunvericilik orqanı Xalq Yığıncağı adlanır.
Qürbət Qurbanov
Qürbət Tarverdiyev
Bərbər dilləri
Bərbər dili - Avrasiya dillərindən biridir. Şimali Afrikada geniş bir ərazidə yayılmışdır. Təqribən 12 milyon adam bu dildə danışır. Bərbər dili dörd qrupa bölünür: Ərəb dilinin güclü təsiri altındadır. Söz sırası: xəbər, mübtəda, tamamlıqdır (XMT).
Sərbəst rap
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Sərbəst rep
Freestyle rep (azərb. Sərbəst rep‎) — Musiqi aləti və ya musiqi aləti olmadan improvizasiya üsulu. Mahnı sözləri müəyyən bir mövzu və ya struktur olmadan oxunur. Rep qarşılaşmalarında reperlər öz qabiliyyətlərini nümayiş etdirmək üçün sərbəst repdən istifadə edirlər. Ad verərək, üstü qapalı ya da başqa birilərinə söz vurulur. Ad verdiliyi an diss olaraq adlandırılır. Bu, adətən sərt olur və iynələyici olduğu üçün sərt ifadələrdən istifadə olunur. Əksəriyyətlə underground musiqi ilə məşğul olanların istifadə etdiyi növdür. Bu atışmalar Türk mədəniyyətindəki aşıq və Azərbaycan mədəniyyətindəki meyxana ilə bənzərlik göstərməkdədir.
Çərkəz Məclisi
Çərkəz Məclisi (çərkəz: Адыгэ Хасэ) və ya rəsmi olaraq Böyük Azadlıq Məclisi (Çərkəz: Шъхьафитныгъэ Хасэшхо), Çərkəziyanın sonuncu parlamentidir. Avropa məclislərindən ruhlanan məclis hərbi komandirlər, ruhanilər və ziyalılardan ibarət idi. 1861-ci ildə Soçidə keçirilən iclasın nəticəsi olaraq Məclis rəsmi olaraq yaradıldı və əvvəlki ənənəvi qəbilə məclisini əvəz etdi. Assambleya digər ölkələrdən dəstək almaq üçün digər ölkələrlə əlaqələr qurdu. Parlament binası rus ordusu tərəfindən tutularaq dağıdılıb. Bundan sonra bəzi üzvlər “Çərkəz liderlərindən Əlahəzrət Kraliça Viktoriyaya sülh” başlıqlı məktub yazaraq Britaniya İmperiyasından humanitar yardım istəyiblər. Ənənəvi qəbilə məclisləri çərkəz xalqı arasında həmişə mövcud olub. 1700-cü illərdə Çərkəziyanın müxtəlif bölgələri hər il bir araya gələrək parlament iclası keçirməyə və ölkəni birgə idarə etməyə başladılar, beləliklə, Çərkəzlərin birləşmə prosesi başladı və Çərkəz Konfederasiyası quruldu. Mərkəzləşmə günü-gündən sürətlənirdi. Avropadan ilham alan ilk assambleya 1820-ci ildə quruldu.
Cerabert
Çiləbürt (əvvəlki adı: Cerabert) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Mağavuz kənd Sovetinin Cerabert kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Cerabert kəndi Çiləbürt kəndi adlandırılmışdır. == Tarixi == Caraberd, Craberd variantlarında da qeydə alınmışdır. Oykonim Çola (qala,şəhər) alban-udin və bürt/berd/bərd (əsli erməni dilində olan bu soz "qala, hasar, divar" mənalarında başqa dillərə də keçmişdir) komponentlərindən düzəlib, "insanlara aid qala və ya icma, kənd" mənasındadır. Ermənilər bu kəndi Cerabert kimi rəsmiləşdirmışdilər. Sinay yarımadasından tapılan alban dilində olan manuskriptlərdə məhz Dərbənd şəhəri Çola adlanır.1992-ci ildən kəndin indiki adı bərpa edilmişdir. Çiləbürt kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çiləbürt kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Cənnət
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Herbert
Herbert — ad. Herbert Huver — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). Herbert Hart — Herbert Xamison — Herbert Çepmen — Herbert Saymon — amerikan iqtisadçısı. Herbert Pitman — Titanik gəmisinin üçüncü ofiseri. Herbert Braun — amerika kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1979). Herbert Kreyk — şotland futbolçu Herbert fon Karayan — avstriyalı dirijor. Herbert Çerberi — ingilis filosof, Deizm-in yaradıcısı.
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Nexbet
Nexbet — Yuxarı misir ilahəsi olub, kərkəs timsalında Yuxarı Misirin himayəçisi sayılır. Onun bütün ziyarətgahları Yuxarı Misirin El-Kab şəhərində yerləşir. Müqəddəs heyvan sayılan Nexbet - ağ dişi kərkəs, başında lələklərdən kəkilli ağ tac olan qadın cildində təsvir olunur. Yuxarı Misirin hökmdar tacı buna görə məhz ağ rəngdədir.
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun." Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Verbee
VERBEE (əsl adı: Yevgeni Verbitski; 20 noyabr 1995 ) — rusiyalı repçi. Onun iki mahnısı, “Hooked” və “One” “VKontakte” sosial şəbəkəsi və “Boom” musiqi proqramına görə 2019-cu ilin ən populyar otuzluğuna daxil edilib . VERBEE Rusiyanın cənubunda, Yeysk şəhərində anadan olub. 12 yaşında Cey təxəllüsü ilə ilk trekini yazdı. Werb. Valideynlər rep sənayesində sabit gəlirin olmadığını əsas gətirərək musiqi etməyi qadağan etdilər. Valideynlərinin təsiri ilə VERBEE Sankt-Peterburqa köçdü və SPbGUAP -a daxil oldu . Universiteti radio mühəndisliyi sahəsində iki ali təhsillə bitirdikdən sonra Yevgeni NPO Pribor zavodunda işləməyə getdi. Bir neçə ildən sonra gələcək sənətçi istədiyini etmədiyini anlayaraq yenidən musiqiyə qayıtmaq qərarına gəldi. 2018-ci ilin avqustunda VERBEE SOYUZ MUSIC etiketi ilə müqavilə imzalayır və onun "On the Sea" treki bütün platformalarda yayımlanır.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Cevdet-zadə Hikmət Cevdet
Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru. == Erkən həyatı == Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir. 1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.