Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarxı
Çarxı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Çarxı kənd inzibati ərazi dairəsində kənd. == Haqqında == Kənddə 2 məktəb, 1 xəstəxana, 4 mağaza, 2 məscid, 1 poçt şöbəsi, bələdiyyə və kənd icra nümayəndəliyi fəaliyyət göstərir. Çarxı kənd bələdiyyəsi 1999-cu ildə yaradılmışdır. Tərkibi Çarxı və Xanlıqoba kəndlərindən ibarətdir. Çarxı kəndinin əhalisi 7000 nəfərdir və bu baxımdan Xaçmazın ən böyük və əhalisi çox olan kəndi sayılaraq, əhalisi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Folkirk çarxı
Folkirk çarxı (ing. Falkirk Wheel) — Şotlandiyada Forth and Clyde Canal ilə the Union Canalı əlaqələndirən fırlanan gəmi qaldıran qurğudur. Gəmi qaldırıcı Millennium Link layihəsinin bir hissəsi kimi 1930-cu ildən bəri ilk dəfə olaraq iki kanalı yenidən birləşdirib və açılışı 2002-ci ildə olub. Gəmi qaldırıcının adı yaxınlıqdakı Folkirk şəhərinin şərəfinə adlandırılıb. Edinburqla Qlazqonu yenidən birləşdirən və əsas Şotland kanallarını bərpa etmək üçün hazırlanmış plana Şotland Müəssisələri Şəbəkəsi (ing. Scottish Enterprise Network), Avropa Regional İnkişaf Fondu (ing. European Regional Development Fund) və Millennium Commission, yeddi yerli hakimiyyət orqanlarının maliyyə dəstəyi və yardımı ilə British Waterways tərəfindən rəhbərlik edilib. Çarx gəmiləri 24 m-dək hündürlüyə qaldırır, ancaq Union Canal akvedukdan 11 metr daha yüksəkdir. Gəmilər Union Canal və çarxın yuxarısına çatmaq üçün iki şlüzün içərisindən keçməlidirlər. Folkirk çarxı dünyada bu tipli yeganə fırlanan qayıq qaldırıcıdır.
Çarxı bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İnduktivlik çarxı
İnduktivlik çarxı - radiotexnika qurğusudur. Silindrik və ya halqa formasında olan dielektrikin ətrafında burulmuş (dolama, spiral və ya dolama-spiral), xüsusi lak ilə izolyasiya edilmiş elektrik naqillərdən ibarətdir. İnduktivlik çarxı xeyli induktivliyə malik olaraq nisbətən kiçik elektrik tutumu və kiçik aktiv müqaviməti ilə fərqlənir. Nəticədə, induktivlik çarxından axan dəyişən elektrik cərəyanda ləngimə müşahidə olunur, elektrik impulsun formasında müəyyən səbəblərə görə yaranmıs əngəllər yox olur. Radiotexnikada, elekron cihazlarında, kompüterlərdə geniş istifadə olunur.
Su çarxı
Su çarxı — çarxın oxuna tökülən suyun enerjisini (hidravlik enerji) fırlanma hərəkətinin enerjisinə çevirmək üçün mexaniki qurğu. Su müəyyən bir səviyyəyə qalxdıqda, bu səviyyəyə uyğun gələn potensial enerji orada saxlanılır, buna görə də düşən su iş görə bilər. Tərs çevrilmə gəmilərdə hərəkətverici kimi istifadə olunan avar çarxlarında istifadə olunur.
Şeytan çarxı (Bakı)
Şeytan çarxı — Bakı bulvarında attraksion. == Haqqında == "Şeytan çarxı" attraksionunu Hollandiya şirkəti Dutch Wheel quraşdırıb. 28 adi və daha rahat oturacaqlarla və stolla təmin edilmiş 4 VİP kabinədən ibarətdir. VİP kabinələrdə 8 deyil, 4 sərnişin otura bilər. Attraksiona eyni vaxtda 240 sərnişin yerləşə bilir. Yeni “şeytan çarxı”nın diametri 60 metrdir, o, köhnə attraksiondan 3 dəfə böyükdür. == Açılışı == 2014-cü ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.
Ayxan Çarxın
Ayxan Çarxın (1962, Ərzurum) — Türkiyəli xüsusi təyinatlı polis. Susurluq Qəzasında adı tətikçi köhnə xüsusi təyinatlı polis olaraq keçmişdir. Özü Uğur Dündarın Arena adlı xəbər proqramında etdiyi şərhlərlə adından son zamanlarda danışdırmışdır. Ayxan Çarxın 1000 adamın edamını reallaşdırdığını iddia edərək hər kəsi çaşdırmaqla qalmayıb Uğur Dündara "sizin də edamınızı bir siyasətçi istəmiş, lakin Abdullah Çatlı bu hadisəyə maneə olmuşdur" şərhi ilə diqqət çəkmişdir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. == Ümumi məlumat == Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Çarlı (Həştrud)
Çarlı (fars. چرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (40 ailə).
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.
Fərhad arxı
Fərhad arxı — Sədərək rayonunun Sədərək qalasının yerləşdiyi dağın şərq, cənub və qərb ətəyi boyunca uzanan arxeoloji abidə. Bаşlаnğıcını Qız qаlаsının yахınlığındаn, Аrpаçаydаn götürür. Оnun uzunluğu 30 km, еni 3-4 m, dərinliyi 2-3 m-dir. Bu kаnаl Şərur düzünün şimаlındа və cənubundа оlаn əkin sаhələrini suvаrmаq üçün istifаdə еdilmişdir. Kаnаl bir nеçə dəfə bərpа оlunmuş və е.ə. II minillikdən Оrtа əsrlərədək öz əhəmiyyətini itirməmişdir. Fərhаd аrхı və bu аrхın bаşlаnğıcındа qаyаdа çаpılmış Fərhаd еvi ilə bаğlı хаlq аrаsındа хеyli əfsаnə vаrdır.
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. == Gavur arxının tarixi == Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Qalacıq arxı
Qalacıq arxı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qədim süni suvarma şəbəkəsi. == Tarixi == Oğlanqala yaşayış yerinin şm.- ndan, qalanın yaxınlığından çəkilmişdir. Başlanğıcını Arpaçaydan götürür. Yaşayış yerindən cənubda və qərbdə olan əkin sahələrini suvarmaq üçün istifadə edilmişdir. Arxın bəzi yerlərində iri qaya parçalarından hörülmüş tikinti qalıqları saxlanmışdır. Tədqiqatçıların fikrincə, Qalacıq arxı uzun müddət fəaliyyət göstərmiş, (e. ə. 2–1-ci) minilliklərdə və erkən orta əsrlərdə də öz əhəmiyyətini itirməmişdir.
Çarx qolu
Çarxqolu fırlanma oxu ətrafında tam dövrdə tsiklik hərkət edən çarxqollu-sürgüqollu mexanizmin bəndidir. İrəli geri hərəkətin fırlanmaya v əksinə çevrilməsinə xidmət edir. Əsasən lingli və dişli-lingli mexanzimlərdə aparıcı rola malikdir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Çarx çörəyi
Çarx çörəyi (az.-əski. چرخ چؤرگی‎) - Qəzvin bölgəsinin yerli və ənənəvi şirniyyatlarından biridir ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q düyü unu 500 q ağ un 375 q qatı yağ 350 q şəkər tozu 5 ədəd yumurta sarısı 150 q qatıq 1 çay qaşığı qabartma tozu 1 yemək qaşığı hil tozu 4 yemək qaşığı gülab == Hazırlanma qaydası == İlk olaraq yağı hamar olana qədər qarışdırıcı ilə qarışdırıb, sonra şəkər tozunu üstünə töküb və 4 dəqiqə qarışdırıcı ilə qarışdırın ki içi boş və yüngül olsun. Sonra hil tozu ilə yumurta sarısını əlavə edib və yenidən bir qarışdırıcı ilə qarışdırın. Daha az qarışdırırıq. İndi qabartma tozunu qatıqla qarışdırıb, hazırlanandan sonra , gülabı üzərinə töküb qarışdırın, sonra qatıq əlavə edib qarışdırın.Tərkiblərimizi yaxşı qarışdırıldıqdan və maddələr hamar olduqdan sonra bir dəfə düyü unu və ağ un əlavə etdikdən sonra əlimizin barmaqları ilə qarışdırmağa və yoğurmağa başlayırıq (təbii ki, xəmir yağlandığı və bərk olduğu üçün çox yoğurmamalıyıq).Xəmiri top(yuvarlaq) şəklinə çıxartmaqdan sonra freezer bag ilə üstünü örtüb bir sərin yerdə 4-5 saat qoyun qalsın. çörək qalıbını ətçəknə quraşdırırıq. Dincəlməkdən sonra xəmiri yenidən yumşalıncaya qədər çox yüngül yoğurun.İndi ətçəkənə töküb və dəyirmanın içindən keçirin, sonra xəmiri qayçı ilə istədiyiniz ölçüdə kəsin.Çörəyin üzünə döyülmüş püstə töküldükdən sonra sobada 15-20 dəqiqə 175° temperaturunda hazırlanmalıdır.
Çarı Aşırov
Çarı Aşırov (1910 - 2003) — Türkmənistanın xalq yazıçısı, Məhtumqulı adına dövlət mükafatının sahibi. == Həyatı == Çarı Aşırov 1910-cu ildə Köşüdə dünyaya gəlib, 1928-ci ilndən etibarən şeirlər yazmaya başlayıb. Öncə uşaqlar üçün, sonra isə lirik şeirlər qələmə alıb. Onun "Azanlar" (Yoldan çıxanlar), "İntelligent" (Ziyalı), "Ayralık" (Ayrılık) kimi əsərləri böyük ilgi uyandırır. Savaşa qatılan şair antifaşist temayla "Gılıç Al Ələ" (Qılınc al ələ), "Görülmədik Cəng" (Görünməyən döyüş), "Erməni qizi" (Erməni qızı), "Atam", "Vətən" kimi şeirlərini, "Ən Səhərində" (Ən Şəhərində), "Bayii" (Zəngin) kimi romanlarını, "Gizil Əsgərin Ənəsi" (Qızıl əsgərin anası), "Gahrıman" (Qəhrəman) kimi balladalarını yazmışdır. Savaşdan sonrakı dönəmdə çox verimli bir şəkildə çalışır. Şair "Ganlı Sakanın Sonı" (Qanlı sakanın sonu), "Gökyaylanıfi Yiğitləri" (Göyyaylağın igidləri), "Yaş Kilvanıfi Yalnışı" (Gənc dəyirmançının yanlışı), "Lalın Oglı" (Lalın oğlu) kimi şairanə, mənzum əsərləri, "İzçı" (İzci), Əkizlər (Əkizlər), Gürəş (Güləş), "Gam Sərdar" (Qoca sərdar) kimi böyük nəsr əsərlərini yazır. Onun müxtəlif növlərdə yazdığı bir çox əsəri vardır. Bunlarla yanaşı o usta bir mütərcimdir.
Şahingirey arxı
Şahingirey arxı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda orta əsrlərə aid tarixi abidə. Şəngiley və ya Şahingirey adlanan arx - Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Naxçıvanda qəza rəisi olmuş Arim Pavloviç Şahingireyin (Şəngiley) çəkdirdiyi arxdır. Şahingirey 1870-ci ildə indiki Şərur rayonu ərazisində, Arpaçayın sol sahilindəki Böyük qır adlanan sahədə dövlətdən 24 il müddətinə 2 min desyatin torpaq icarəyə götürüb Arpaçaydan (30 km) oraya arx çəkdirmişdi. O, köhnə qəbiristanlıqları uçurmamış, arxın suyunu yeraltı tunellə axıtmışdır. Həmin tunellər indiyədək Dizə kəndində qalmaqdadır. Bu arxın tikintisi 1896-cı ildə başa çatmışdır. Arxın çəkilişinə o vaxtın pulu ilə 65 min manat sərf edilmişdir. Şahingirey (1819-1883) Bazarçayın suyunu Batabatdan tunel vasitəsilə Naxçıvana çatdırmaq üçün bir milyon manat dəyərində layihə də hazırlamışdı. Amma erməni rəqiblərinin mane olması üzündən banklardan kredit ala bilməmişdir. Ona görə də bu iş baş tutmamışdır.
Keyk (Traxin çarı)
Keyk (q.yun. Κήϋξ) — yunan mifologiyasında personaj. O, Hesperin oğludur. Keyk Amfitrionun və ya Heraklın qardaşı oğludur. O, Heraklın müttəfiqi olmuşdur. Keyk Traxin çarı olmuş, həyat yoldaşı Kikndan Feminist adlı övladı olmuşdur. Bir versiyaya görə, o, Hilasın atasıdır. Keyk Heraklın övladlarını hərarətlə qarşılamışdır. Herakl o və arkadiyalıları ilə birlikdə məskən salmışdır. Keyk Heraklın övladlarına sığınacaq vermişdir.
Mixail (İmereti çarı)
Mixail (gürc. მიქელი; XIII əsr, Gürcüstan – 1329, Kutaisi) — Baqrationilər sülaləsinin nümayəndəsi və İmereti çarı. 1327–1329 illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == Mixailin atası Gürcüstan və İmereti çarı VI David Narin olmuşdur. Onun anasının kimliyi barədə isə mənbələrdə fərqli məlumatlar var. Mənbələrə görə anası Amanelisdze adlı zadəgan ailəsindən olan Tamar Amanelisdzedir. Digər mənbələrə görə isə anası Bizansın hakim Paleoloqi sülaləsindən olan şəhzadədir. 1293-cü ildə böyük qardaşı I Konstantin atasının ölümündən sonra İmereti taxtına keçdi. Lakin Mixail qardaşının hakimiyyətini tanımadı və üsyan qaldırdı. Mixail çarlığın şimalındakı əraziləri, Raça, Leçxumi və Arqveti bölgələrini ələ keçirməyi bacardı.
Roman (Bolqarıstan çarı)
Roman (bolq. Роман) — Bulqar çarı. Hakimiyyəti nisbətən uzun çəksə də müstəqil olmamış, xədim olduğu üçün övladları da olmamışdır. 991-ci ildən Bizans əsirliyində olan Roman 997-ci ildə vəfat etdi. Bununla da Kubratdan bəri davam edən Dunay bulqarları sülaləsinin nəsli kəsildi. Yerinə Samuil keçdi.
Samuil (Bolqarıstan çarı)
Samuil — Kometopuli sülaləsindən ilk bolqar imperatoru. 977-997ci illər arasında Çar Romanın sərkərdəsi və sağ qolu olmuşdur.Bolqarıstanın müstəqilliyini Bizansa qarşı qorumağa çalışmışdır. == Hakimiyyətdən öncə == Samuil qraf Komita Nikolanın 4 oğlundan ən kiçiyi olaraq dünyaya gəlmişdi. II Borisin Bizans tərəfindən əsir alındığı dövrdə Kometopuli qardaşları dövləti onun adı ilə idarə edirdilər. 970-ci ildə atalarının ölümündən sonra üsyan edən qardaşlar 1 il sonra artıq əsl hakimiyyətə sahib idilər. Samuelin payına isə ölkənin şimal-qərbi olan Vidin bölgəsi düşmüşdü. O ölkənin qədim paytaxtı Preslavı da azad edə bilmişdi. === Bizansla müharibə === 976-cı ildə Bizansla müharibəyə başlayan qardaşlar torpaqların bir çox hissəsini azad etməyi bacardılar. Bizans sərkərdəsi Krıma çəkilməyə məcbur oldu. Eyni zamanda şimala hücum edən qardaşlar Bizans hakimiyyətinə tabe olan və müstəqillik əleyhdarı bütün feodalları edam etdilər, Dunayın şimalına doğru dayanmadar irəlilədilər.
Telest (Korinf çarı)
Telest (q.yun. Τελέστης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin oğlu və davamçısıdır. Korinf çarı Telest Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur. Antik müəllif Yevsevi bildirir ki, Aleksandr iyirmi beş il hakimiyyətdə olduqdan sonra Telest tərəfindən öldürülmüşdür. Telest özü on iki il hakimiyyətdə olmuşdur.
İksion (Korinf çarı)
İksion (q.yun. Ιξίων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aletin oğlu və davamçısıdır. Korinf çarı İksion Heraklın övladlarından, Aletin oğlu idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər İksionun e.ə. 1066-ci ildən 1029-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu I Agel olmuşdur.
Adam (İberiya çarı)
Adam (gürc. ადამი) — İberiya çarı. Onun üç illik hökmranlığı orta əsr gürcü salnamələrində az xatırlanmışdır. Adam haqqında başqa yerdə məlumat verilməmişdir. Professor Kirill Tumanov Adamın 132–135-ci illərdə hakimiyyətdə olduğunu təklif edir. Müasir alimlər padşahın adının qədim Qafqaz hakim və zadəgan ailələrində qeyri-adi bir ad olmayan Radamistin təhrif olunmuş forması olduğunu güman edirlər.
Carlı
Carlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Carlı oykonimdir. Şirvan düzündədir. Zaqatala r-nunun Car kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1289 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Əhməd Rüstəmov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Carçı
Carçı (agah edən)
Uğurlar, Çarli!
Uğurlar, Çarli! (Orijinal adı: Good Luck Charlie) — Disney Channel orijinal serialıdır. Dankan ailəsinin yeni dünyaya gələn dördüncü uşaqlarından sonra həyatlarındakı dəyişiklikləri mövzu alır. Hər seriyada Teddi Dankan (Bricit Mendler) içində Çarli Dankan haqqında nəsihətlərin olduğu və bir gənc olaraq yaşamağı anlatdığı bir video gündəliyi yazar.
Çarli Byuken
Çarlz Mürrey Byuken (ing. Charles Murray Buchan, 22 sentyabr 1891, Plamsted, Londonun Qrinviç inzibati dairəsi, İngiltərə — 15 iyun 1960, Monte-Karlo, Monako), daha çox Çarli Byuken (ing. Charlie Buchan adı ilə məşhurdur) — ingilis futbolçu, mərkəz hücumçusu, "Sanderlend", "Arsenal" klublarının və İngiltərə milli futbol komandasının kapitanı, tanınmış idman jurnalisti və şərhçisi. "Sanderlend"in heyətində 1912/13 mövsümündə İngiltərə çempionu, Futbol liqası birinci divizionunun 1922/23 mövsümünün isə ən yaxşı bombardiri olub. Bu klubun tarixində ikinci ən yaxşı bombardir sayılır (221 qol). "Charles Buchan’s Football Monthly" jurnalının yaradıcısıdır. "Sanderlend" klubu ondan ötrü 1000 funt verəndə bu futbolçunun cəmi 18 yaşı vardı. "Sanderlend"də oynadığı üç ilin ərzində Buçan 65 qol vurmuşdur.
Çarli Harrison
Çarli Harrison (musiqiçi)
Çarli Kallas
Çarli Kallas — ABŞ aktyoru, komediyaçı.
Çarli Kaufman
Çarli Kaufman (ing. Charles Stuart «Charlie» Kaufman; 19 noyabr 1958, Nyu-York, Nyu-York ştatı) — ABŞ rejissoru, ssenaristi. == Həyatı == Çarli Kaufman 19 noyabr 1958-ci ildə Amerikanın Nyu-York şəhərində yəhudi ailəsində dünyaya göz açıb. Film sahəsinə marağı lap uşaq yaşlarından özünü göstərir. Kiçik yaşlarından valideynlərinin hazırladığı tamaşaların rejissorluğunu etməyə başlayır. Uşaqlığı və yeniyetməlik dövrü Vest Hartfordda və Kennektikutda keçib. 1974-cü ildə anası və böyük bacısı ilə bir çox məşhur insanın yaşadığı "Massapequa, Long İsland"a köçürlər. Həmişə çox ağıllı və yaxşı tələbə olan Kaufman özünə qapanıq, səssiz və utancağ bir insan olub. Dram klubunun təşkil etdiyi bir layihə üçün 3 il bir TV şirkətində işləyən Kaufman boş vaxtlarında "Dr. Jekyll and Mr.
Çarli Kombes
Çarli Kombes (ing. Charly Coombes; 27 dekabr 1980, Mauntin-Vyu, Kaliforniya) — Amerikalı musiqiçi, bəstəkar və rejissordur. == Karyerası == 2004-cü ildə Çarli 22-20s qrupuna qoşuldu; Qrupdan 2006-cı ildə ayrılmadan öncə 2005-ci il turnesində öz adını daşıyan bir albom buraxdı və Oasis-ə dəstək verdi (qrup 2008-2013-cü illərdə Coombes olmadan fəaliyyətini davam etdirdi). 22-20s-dən ayrılmasından sonra, 2005/2006 illərində Supergrass çalan Kombes üçün Coombes Supergrass Rouen European "Charly Coombes Tourne". 2008-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10. və Şimali Amerika turları hazırlandı və 2007-ci ilin sentyabrında bas ifaçısı Mick Quinnin zədələnməsi zamanı üç konsertdə o Çarli ilə əvəz olundu. Karyerasının zirvəsinə üç hit buraxan Charly Coombes və The New Breed idi (Hell Below,Jungles and Tides,Broken Glass). O, həmçinin Tumbleweed (1998 -ci ildə Polydor Records ilə imzalanan), Dörd Yollu Travma və 2006 -cı ildə Richard Walters ilə İtkin Adamlar qruplarının üzvü idi. 2008 və 2009 -cu illərdə Diamond Hoo Ha World turunda ikinci gitarada Supergrass, vokal və zərb alətləri çaldı.
Çarli Makdonnell
Çarli Makdonnell (ing. Charlie McDonnell; 1 oktyabr 1990, Bat, İngiltərə, Birləşmiş Krallıq) — britaniyalı vloqçu, rejissor və musiqiçi. 2011-ci ilin iyunun 15-də onun charlieissocoollike adlı YouTube kanalı Böyük Britaniyada birinci milyon abunəçi yığan kanal olmub. == Həyatı == Makdonnell Bat şəhərində Lindsi və Mark ailəsində anadan olub. Onun qardaşı Uillyam və bacısı Birdi var. Bat şəhərindəki Biçen Kliff məktəbində təhsil almış. Makdonnell charlieissocoollike adlı YouTube kanalı təsis açıb, 2007-ci ilin aprelin 3-də vloqlarını paylaşmağa başlamışdı. Onun populyarlığını qazandıran 'How To Get Featured on YouTube adlı ilk videosu Birləşmiş Krallığının YouTube baş səhifəsində nümayiş olunub və abunəçilərin sayı iki gün ərzində 150-dən 4000-dən artığına qalxmışdı. 2011-ci ilini iyunun 15-də kanalı Birləşmiş Krallığında 1 million abunəçi yığan ilk kanal olub. 2013-cü ilin mayında isə, kanalın artıq 2 milliondan çox abunəçi yazılıb.
Çarli Parker
Çarli Parker(ing. Charles (Charlie) "Bird" Parker, Jr., 29 avqust 1920[…], Kanzas-Siti[d], Kanzas və ya Kanzas Siti, Missuri – 12 mart 1955[…], Nyu-York, Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — amerika caz saksofonçusu bəstəkarı, bibop üslubunun yaradıcısı. == Həyatı və yaradıcılığı == 1930-cu illərin sonunda ABŞ-nin Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.
Çarli Put
Çarli Put (2 dekabr 1991) — ABŞ- müğənnisi. Öz məşhurluğunu YouTubeda qazanmışdır. Ən yaxşı çıxışını Forsaj 7 filminin sinqlları arasında yer tutan Pol Volkerə həsr olunmuş See You Again ilə əldə etmişdir. Sinql beynəlxalq uğur da əldə etmişdir. Avstraliya, Belçika, İsveç, Kanada, Almaniya, İtaliya, İsveçrə və ABŞ-də bir nömrə olmuşdur.
Çarli Svon
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Çarli Uayt
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı.
Çarli Vayt
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həm də 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı.
Çarli Yovit
Çarli Yovit (ing. Charlie Jowitt; 1872, Liverpul) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Liverpul" komandasında çıxış edib. == Həyatı == Çarli Yovit 1872-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuşdur. == Karyerası == 1897-ci ildə "Liverpul" komandasında 1 oyunda meydana çıxmışdır.
Çarli Çaplin
Çarlz Spenser "Çarli" Çaplin (ing. Sir Charles Spencer "Charlie" Chaplin; 16 aprel 1889[…] – 25 dekabr 1977[…]) — məşhur ABŞ və İngiltərə rejissoru, aktyoru, ssenari müəllifi, komediyaçısı və bəstəkarı olmuşdur. == Həyatı == Çarli Çaplin Londonda Çarlz Çaplin və Hanna Çaplinin övladı kimi dünyaya gəlmişdir. Onun valideynlərinin ikisi də musiqiçi idilər. Anası məşhur rəqqasə idi. O anadan olandan bir az sonra valideynləri ayrılırlar. Çarlz Çaplin 1901-ci ildə alkoqoldan vəfat edir. Anası Hanna hələ uşaqlıqdan psixi problemlərdən əziyyət çəkir, belə ki, balaca Çarli və ögey qardaşı Sidney internatda böyüməli olurlar. Çaplin öz karyerasına 5 yaşında İngiltərədə teatrda başlayır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Çarli Şin
Çarli Şin (ing. Charlie Sheen; əsl adı Karlos İrvin Esteves (ing. Carlos Irwin Estévez, 3 sentyabr 1965, Nyu-York, ABŞ) — ABŞ aktyoru, aktyor Martin Şinin kiçik oğlu. Çarli Şin karyerasının ilk illərində "Tağım", "İntiqam ruhu" və "Uoll-strit" filmlərində çəkilib. Televiziyada "Spin-Sİti" və 2003-cü ildən 2011-ci ilə qədər çəkildiyi "İki yarım insan" seriallarındakı rollarına görə tanınıb. 2010-cu ildə Şin ən çox pul ödənilən televiziya aktyoru olub. Seriallarda oynadığı hər epizoda görə o, 1,8 milyon dollar alıb. O eləcə də şəxsi həyatında tez-tez baş verən qalmaqallara və narkotiklərdən istifadəsinə görə gündəmə gəlib. 2011-ci il 7 martda CBS və Warner Bros. Television şirkəti tərəfindən serialdan qovulub.
Narlı
Narlı (fars. نرلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (15 ailə).
Parçı
Xanlıqlar (Parçı) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Eyniadlı i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Naxçıvan xanlarına məxsus Xanlıq adlanan mülk yerinin ərazisində salındığı üçün belə adlanır.
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Sarğı
Sarğı (gəmi)
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Çarmıx
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. == Tarixi == Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.