Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burcu Özberk
Burcu Özbərk (11 dekabr 1989, Əskişəhər) — Türk aktrisa. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsinin məzunu Özbərk ilk ekran təcrübəsini 2013-cü ildə "Muhteşem Yüzyıl" serialında yaşayıb və bu serialda Huricihan Sultan obrazını canlandırıb. “Güneşin Kızları” serialındakı Nazlı Yılmaz obrazı onun karyerasında dönüş nöqtəsi olub. Erdal Beşikçioğlunun Təcrübə Səhnəsində Marquis de Sade Quills və Woyzeck Tale tamaşalarında iştirak etmişdir. 2017-2018-ci illər arasında TRT 1-də yayımlanan Aslan Ailem serialında rol alıb. Daha sonra Direniş Karatay filmində Türkan obrazını canlandırdı.Daha sonra 2019-2020-ci illər arasında Çağlar Ertuğrul ilə Kanal D-də yayımlanan "Afili Aşk" serialında rol alıb. Bu serialla o, Qızıl Kəpənək Mükafatlarında Romantik Komediyada Ən Yaxşı Qadın Oyunçu Mükafatını qazandı. O, 2020-ci ildə FOX-da yayımlanan Uşaqlıq serialında Ayşegül obrazını canlandırıb. 2021-ci ildən eyni kanalda yayımlanan Aşk Mantık İntikam serialında Esra obrazı ilə baş rola çəkilir.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Özer Yurteri
Özer Yurteri (28 dekabr 1949, İzmir) — Türkiyə futbolçusu. 1968–1977-ci illərdə Göztəpədə oynamışdır. 1978–1981-ci illərdə isə Bursasporda oynamışdır. Türkiyənin müxtəlif milli komandalarında 27 dəfə meydana çıxmışdır.
Şehmus Özer
Şehmus Özer — Türkiyənin Diyarbəkir bölgəsini təmsil edən "Amed" İK-nın sabiq kapitanı Karyerası əsasən Türkiyə 1-ci Liqası ilə bağlı olub. Vəfatından 6 gün əvvəl keçirilən kubok qarşılaşmasında "Fənərbaxça"nın qapısına cavab qolunu vurmuşdu. Bu qol sayəsində "Amed" İK öz meydanında "Fənərbaxça"yla 1:1 hesablı bərabərlik əldə etmişdi. O, Türkiyədə baş verən terror hadisəsindən sonra "Göztəpə" ilə oyunda rəqib qapısına vurduğu qoldan sonra polis əməkdaşlarıyla qucaqlaşmasıyla da diqqət mərkəzinə düşmüşdü. 21 dekabr 2016-cı ildə onun idarə etdiyi maşının Elazığ yolunda uçuruma yuvarlanması nəticəsində həlak olub.
Oçerk
Oçerk — epik növün həcm etibarilə hekayəyə yaxın janrıdır. Hekayədən fərqli olaraq, oçerk faktiki həyat materialı, sənədlilik əsasında yazılır. Bu o deməkdir ki, yazıçı qəhrəman adını, tərcümeyi-halının səciyyəvi faktlarını real həyatda necə varsa, o şəkildə də saxlayıb əks etdirir. Düzdür, hekayədə olduğu kimi, oçerkdə də müəllif tipikləşdirmə və ümumiləşdirmə aparır, bədii təsvir və ifadə vasitələrindən istifadə edir, amma yazıçı fantaziyasına, təxəyyülünə geniş yol verilmir. Oçerklə tanış olan oxucu söhbətin konkret olaraq kimdən, real həyatda yaşayıb fəalliyyət göstərən hansı insandan getdiyini dərhal başa düşür. Oçerkdə bədiilik elementləri də olur. Oçerk bədii publisistikaya yaxın janrdır. Azərbaycan ədəbiyyatında Mir Cəlal, Əvəz Sadıq, Nurəddin Babayev və başqaları oçerkin gözəl nümunələrini yaratmışlar.
Ozark FK
Ozark FK — ABŞ-nin Arkanzas ştatının Sprinqdeyl şəhərini təmsil edən həvəskar futbol klubu. Klub hal-hazırda Milli Premyer Futbol Liqasının iştirakçı komandalarından biridir. Komandanın rəngləri qara, qırmızı və ağdır. Ozark FK klubu 23 yanvar 2017-ci ildə təsis edilmişdir. Hal-hazırda Milli Premyer Futbol Liqasında mübarizə aparır. Liqanın genişləndirilməsi nəticəsində klub hal-hazırda Hertlənd Konferensiyasında çıxış edir. Klub Şimal-qərbi Arkanzas sakinləri olan Vill Boyles və Dacia Boemler tərəfindən yaradılmışdır.
Burcu Özbərk
Burcu Özbərk (11 dekabr 1989, Əskişəhər) — Türk aktrisa. Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr Fakültəsinin məzunu Özbərk ilk ekran təcrübəsini 2013-cü ildə "Muhteşem Yüzyıl" serialında yaşayıb və bu serialda Huricihan Sultan obrazını canlandırıb. “Güneşin Kızları” serialındakı Nazlı Yılmaz obrazı onun karyerasında dönüş nöqtəsi olub. Erdal Beşikçioğlunun Təcrübə Səhnəsində Marquis de Sade Quills və Woyzeck Tale tamaşalarında iştirak etmişdir. 2017-2018-ci illər arasında TRT 1-də yayımlanan Aslan Ailem serialında rol alıb. Daha sonra Direniş Karatay filmində Türkan obrazını canlandırdı.Daha sonra 2019-2020-ci illər arasında Çağlar Ertuğrul ilə Kanal D-də yayımlanan "Afili Aşk" serialında rol alıb. Bu serialla o, Qızıl Kəpənək Mükafatlarında Romantik Komediyada Ən Yaxşı Qadın Oyunçu Mükafatını qazandı. O, 2020-ci ildə FOX-da yayımlanan Uşaqlıq serialında Ayşegül obrazını canlandırıb. 2021-ci ildən eyni kanalda yayımlanan Aşk Mantık İntikam serialında Esra obrazı ilə baş rola çəkilir.
Ərsan Özər
Mahmud Özər
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. == Həyatı == 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Ozark (serial, 2017)
Ozark, Bill Dubuk və Mark Uilyams tərəfindən Netflix üçün ekranlaşdılmış və MRC tərəfindən istehsal edilmiş Amerika kriminal dram janrında olan televiziya serialıdır. Serialda baş rolları Ceyson Beytman və Laura Linni canlandırır: onlar çirkli pulların yuyulması üçün ailəsini Çıkaqo Missuri ştatına, Ozarks gölünün yaxınlığına köçürən evli cütlük Marti və Vendi Börd rolunda çəkiliblər. Beytman həm də serialın rejissoru və icraçı prodüseri kimi çıxış edrir. On seriyadan ibarət birinci mövsüm 21 iyul 2017-ci ildə nümayiş edilib; On seriyalı ikinci sezon 31 avqust 2018-ci ildə və üçüncü sezon isə 27 mart 2020-ci ildə nümayiş edildi 2020-ci ilin iyun ayında serialın iki hissəyə bölünmüş və 14 seriyadan ibarət olacaq dördüncü və sonuncu mövsümünün çəkiləcəyi elan edildi, dördüncü sezonun birinci hissə 21 yanvar 2022-ci ildə yayımlanacaq . Ozark serialı haqda tənqidçilərin fikirləri ümumilikdə müsbət olub: əsasən serialın stilistikası, aktyor oyunu, rejissor işi və ssenarisi çox bəyənilib. Serialın 32 nominasiyada Praymtaym Emmi mükafatılarına namizədiyi irəli sürülüb: Beytman 2019-ci ildə Dram Serialı üzre Ən yaxşı Rejissor və Culia Qarner isə 2019 və 2020-ci ildə iki dəfə ardıcıl olaraq Dram Serialı üzre Ən yaxşı yardımçı aktrisa mükafatlarını qazandılar. Beytman daha sonra Televiziya Serialı üzrə Ən Yaxşı Aktyor nominasiyasında iki Qızıl Qlobus Mükafatına layiq görüldü. Meksikalı narkobaron üçün çirkli pulların yuyulması prosesinde problem yarandıqdan sonra, maliyyə məsləhətçisi Martin "Marti" Börd Missurinin mərkəzindəki Ozark gölü ərazisində daha böyük miqyasda çirkli pulların yuyulması əməliyyatı qurmağı təklif edir. Marti qəfildən ailəsini Çikaqonun Neypervil şəhərindən Missuri ştatının Osage Beach yay kurort ərazisi sayılan yerə köçürür. Börd ailəsi Missuriyə gəldikdə, yerli cinayətkarlar, o cümlədən Lanqmor və Snell ailələri, daha sonra isə Kanzas şeherinin mafiya ailəsi ilə problem yaşayırlar.
Suxoe Ozero (Əbyəlil)
Suxoe Ozero kəndi (başq. Северный) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. Məsafələr: rayon mərkəzindən (Askorovo): 42 km., kənd sovetliyindən (Selin): 21 km. ən yaxın dəmiryol stansiyasından (Suxoe Ozero stansiyası): 0 km. Совет муниципальных образований Республики Башкортостан.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Özbək
Özbəklər — Türk xalqlarından biri. Özbək dili — Özbəkistannın dövlət dili, türk dillərinə aiddir. Şəxslər Özbək xan — Qızıl Orda dövlətinin doqquzuncu xanıdır. Atabəy Özbək — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210-1225). Yaşayış məntəqələri Özbək (Marağa) — Özbəkistan — Asiyada dövlət.
Öztürk
Öztürk — Türk soyadı, təxəllüs. Bəyazid Öztürk — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Yasəmin Öztürk — Aktrisa. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Fulya Öztürk — Türkiyə jurnalisti. Berdan Öztürk — hüquqşünas və siyasətçi; Halil Öztürk — hüquqşünas və siyasətçi; Mustafa Öztürk — Türkiyəli ilahiyyatçı və akademik Mustafa Öztürk (siyasətçi, 1859) — Türkiyə siyasətçisi.
Antal Szerb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur. 1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir.
Esra Öztürk
Esra Öztürk (d. 23 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Esra Öztürk, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Esra Öztürk, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fulya Öztürk
Fulya Öztürk (5 yanvar 1989, Adana) — Türkiyə jurnalisti. O, hal-hazırda "CNN Türk" əməkdaşıdır, Suriyada vətəndaş müharibəsi, Rohinca soyqırımı və İkinci Qarabağ müharibəsindəki jurnalistik fəaliyyəti ilə tanınır. == Həyatı == Fulya Öztürk 5 yanvar 1989-cu il tarixində Türkiyənin Adana şəhərində anadan olmuşdur. O, orta məktəbi Adana Gündoğdu Kollecində bitirmişdir. Öztürk 2006-cı ildə Mərmərə Universiteti Rabitə fakültəsinə qəbul olmuşdur. Növbəti il, o, "Doğan" TV-nin "Staj On Air" verilişi ilə "Star" TV-yə qoşulmuşdur. Öztürk peşəkar fəaliyyətinə 2008-ci ildə, "CNN Türk" kanalının verilişlər departamentində başlamış, 3 il redaktor kimi çalışmışdır. O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil almışdır. Öztürk 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlamış, xeyli sənədli filmin və xəbərin ssenarisini yazmışdır. O, 2013-cü ildə müxbirliyə başlamış, müharibə mövzularını əhatə etmişdir.
Mustafa Öztürk
Myalityana Klerk
Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir. Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Regina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Reqina Ezera
Reqina Ezera (latış. Regīna Ezera‎; 20 dekabr 1930, Riqa – 11 iyun 2002, Kequms[d]) — Latviya yazıçısı, Latviya SSR-nin əməkdar mədəniyyət işçisi (1974), Latviya SSR xalq yazıçısı (1981). Üç Ulduz ordeninin IV dərəcəli kavaleri. Reqina Ezera 20 dekabr 1930-cu ildə Riqada, Robert və tibb bacısı Lusia Şamreto ailəsində anadan olmuşdur. 1944-cü ildə ailə Almaniyaya işləməyə aparılır. Amerikalılar “Zorla köçürülmüş insanları” 1945-ci ilin yazında Qərbə aparanda, valideynləri ilə birlikdə eşelondan qaçmış və Sovet işğal bölgəsində qalmışdır. O, 1945-ci ilin payızında Riqaya qayıtmışdır. Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib (1955). "Pionieris" qəzetində işləyib (1954-1957). Ezer (latış.
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yasəmin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Özbək xan
Özbək xan (1282, Qızıl Orda – 1341, Saray-Batu) — Qızıl Orda dövlətinin doqquzuncu xanı. Məngü Timur oğlu Toğrulçanın oğludur. 1313-1341-ci illər arasında xanlıq etmişdi. Atası Toxta tərəfindən edam edilmişdi. Özbək xan Xarəzmə sürgün edilmişdi. 1313-cü ilin yanvarında xan olmuşdu. Onun müsəlman olaraq monqol qanunlarına qarşı çıxması Ağ Orda xanı İlbasan xanın ona üsyan etməsinə səbəb oldu. O beləliklə dağılmış xanlığı mərkəzləşmiş hakimiyyətə sahib sultanlığa çevirdi. Ondan sonrakı bütün xanlar müsəlman idi. Xanın 300.000 əsgərdən çox ordusu var idi.
Özbək xanlığı
Özbək xanlığı (özb. Oʻzbek ulusi) — 1428–1468-ci illərdə iqtidarda olmuş dövlət. Uluğbəyin hakimiyyəti (1447–1449) uzun sürməmişdi. Belə ki, hələ 1428-ci ildə Batı xanın qardaşı Şeybanın nəslindən olan Əbülxeyr "Xan" elan edildikdən sonra 1431-ci ildə Gürgənci və Xarəzmi, 1447-ci ildə Seyhun çayı ətrafındakı Sığnaq şəhərindən Özkəndə qədər əraziləri öz hakimiyyəti altında birləşdirərək, "Özbək xanlığı"nı (1428–1599) yaratmışdı. Şеybanilərin davamçıları olan Özbəklər Əbülxeyr xanın (1428–1468) başçılığı ilə hücum edərək Türküstana girmiş, Səmərqəndi Teymurlulardan almışdı. Bəlxdə üsyan edən oğlu Rüknəddin Əbdüllətifin oyununa düşən Uluqbəy Özbəklərə məğlub olaraq 1449-cu ildə edam edilmişdir. Özbək xanlığı ilk əvvəl Cığatayların, sonra isə Teymuroğulları və nəhayət, Səfəvilərin ağır zərbələri nəticəsində parçalanmış, Xorasan Səfəvilərin, Daşkənd və ətrafı Qırğız-Qazax Türklərinin əlinə keçmiş, digər yerlərdə isə Buxara xanlığı (1599–1785), Xivə xanlığı (1512–1920), Kokand xanlığı (1710–1876) və Kaşğar-Turfan xanlığı (XV əsrin əvvəllərindən 1877-ci ilə qədər) kimi müstəqil xanlıqlar yaranmışdı.
Berdan Öztürk
Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür. Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib. Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub.
Bəyazid Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Halil Öztürk
Halil Öztürk (1975, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Halil Öztürk 1975-ci ildə Kırıkkale ilinin Sulaqyurd ilçəsində anadan olub. İbtidai və orta təhsilini Sulaqyurd ilçəsində alıb. 1998-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Bir müddət Səhiyyə Nazirliyində çalışıb. Daha sonra isə uzun illər Ankarada inzibati hüquq üzrə hüquqşünas olaraq çalışıb. Müharibə Əlilləri, Şəhidlərin Dul Qadınları və Yetimləri Dərnəyinin üzvü olub, şəhid və qazi ailələrinin hüquqşünası olub. Uzun illərdir MHP üzvüdür. 2009-cu ildən MHP İdarə Heyətinin üzvü vəzifələrində çalışır. 2015-ci ildən həm də MHP İntizam Şurasının sədridir.
Özbək qızı
Özbək qızı - İkinci Dünya müharibəsinin Şərq Cəbhəsində Qırmızı Ordu sıralarında xidmət etmiş olan bir özbək snayperçi qız haqqında Əkbər Bekturdiyevin çəkmiş olduğu hərbi dramdır. Film Özbəkistan Kinematoqrafiya Agentliyinin sifarişi əsasında Belarus kinorejissorlarının iştirakı ilə “Cinema of Central Asia” kino şirkəti tərəfindən çəkilmişdir. Hərbi silah məktəbinin məzunlarından biri olan 18 yaşlı snayperçi Cəmilə (Aysenem Yusupova) sevgilisi döyüş cəbhələrindən birində döyüşdüyü zaman özü də Belarusda Kalinin cəbhəsində könüllü olaraq xidmət edir. Cəmilə döyüş hazırlığı keçir və döyüşə tam olaraq hazırlaşdırılır. O, bütün çətinliklərə, məhrumiyyətlərə dözür, mərdliklə vuruşur, lakin yaralanaraq almanlara əsir düşür. Hadisələrin sonrakı inkişafı nəticəsində, Cəmilə nasistlər üçün məxfi formada işləyən üç agentdən biri olan sevgilisini tapır. Sevgilisi, Cəmiləni almanlardan xilas edərək onu meşəyə doğru apararkən Belarus partizanları onları dayandırırlar.
Sevilay Öztürk
Sevilay Öztürk (28 noyabr 2003, Qəhrəmanmaraş) ― türk para-üzgüçü. O, üzgüçülüyün sərbəst, arxası üstə və kəpənək stilləri üzrə S5 kateqoriyasında mübarizə aparır.
İran haqqında oçerk (film, 1942)
Azəri
Azərbaycanlılar (az.-əski. آذربایجانلیلار‎), Azərbaycan türkləri, azəri türkləri və ya azərilər (az.-əski. آذریلر‎) — əsasən İranın şimal-qərbini əhatə edən Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında yaşayan türk xalqı. Azərbaycan və İrandan başqa, həm də indiki Rusiya (Dağıstan), Gürcüstan (Borçalı), Türkiyə (Qars və İğdır) və İraq ərazisində yaşayırlar. Antropoloji cəhətdən Avropoid irqinin Kaspi tipinə aiddirlər. Azərbaycan dilində danışırlar. Dindarları əsasən İslam dininin şiə təriqətindədirlər (yalnız Cəfəri məzhəbində). Müasir Azərbaycan etnosunun Cənubi Qafqaz və Şimal-Qərbi İran ərazisində formalaşması prosesi çoxəsrlik bir proses olmuş və əsasən, XV əsrin sonlarında başa çatmışdır. == Məskunlaşma == Azərbaycanlılar saylarının çoxluğuna görə Qafqazda birinci, Gürcüstan və İranda isə ikinci xalqdır. Azərbaycanın özündə isə 10,1 milyona yaxın (2019) azərbaycanlı yaşayır (ölkə əhalisinin 93,6%-i).
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . == Coğrafiyası == Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. == Tarixi == Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Overn
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Oxera
Oxera (lat. Oxera) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Oxera:The Plant List saytında takson barədə məlumat.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Fərk
Fərk (fars. فرک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 64 ailədə 137 nəfəri kişilər və 121 nəfəri qadınlar olmaqla cəmi 258 nəfərdir. Kəndin əhalisini tatlar təşkil edir, vəfscə danışırlar və şiə müsəlmandırlar.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Oser
Oser (fr. Auxerre) – Fransada şəhər. Fransa Liqa 1-də çıxış edən AJ Oser şəhərdə yerləşir.
Tərk
Tərk (farsca: تَرك) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanında şəhər. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 1390 hicri (2011) ilində İranda gərçəkləşən umumi sayıma görə (سرشماری عمومی نفوس و مسکن سال 90) şəhərdə yaşıyanların sayısı 2406 başdır. Tanınmış şair Həbib Sahir bu şəhərdə anadan olub və sonra ata və anası ilə Təbrizə köçüb.