ÖZTÜRK

mənşəcə türk olan; türkün özü.
ÖZSOY
ÖZÜBƏY
OBASTAN VİKİ
Öztürk
Öztürk — Türk soyadı, təxəllüs. Bəyazid Öztürk — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Yasəmin Öztürk — Aktrisa. Esra Öztürk — Türkiyəni təmsil edən həndbolçu. Fulya Öztürk — Türkiyə jurnalisti. Berdan Öztürk — hüquqşünas və siyasətçi; Halil Öztürk — hüquqşünas və siyasətçi; Mustafa Öztürk — Türkiyəli ilahiyyatçı və akademik Mustafa Öztürk (siyasətçi, 1859) — Türkiyə siyasətçisi.
Beyazıt Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Esra Öztürk
Esra Öztürk (d. 23 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Esra Öztürk, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Esra Öztürk, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Fulya Öztürk
Fulya Öztürk (5 yanvar 1989, Adana) — Türkiyə jurnalisti. O, hal-hazırda "CNN Türk" əməkdaşıdır, Suriyada vətəndaş müharibəsi, Rohinca soyqırımı və İkinci Qarabağ müharibəsindəki jurnalistik fəaliyyəti ilə tanınır. == Həyatı == Fulya Öztürk 5 yanvar 1989-cu il tarixində Türkiyənin Adana şəhərində anadan olmuşdur. O, orta məktəbi Adana Gündoğdu Kollecində bitirmişdir. Öztürk 2006-cı ildə Mərmərə Universiteti Rabitə fakültəsinə qəbul olmuşdur. Növbəti il, o, "Doğan" TV-nin "Staj On Air" verilişi ilə "Star" TV-yə qoşulmuşdur. Öztürk peşəkar fəaliyyətinə 2008-ci ildə, "CNN Türk" kanalının verilişlər departamentində başlamış, 3 il redaktor kimi çalışmışdır. O, daha sonra Başkənd Rabitə Akademiyasında nitq və dram üzrə təhsil almışdır. Öztürk 2010-cu ildə "CNN Türk" xəbərlər mərkəzində işləməyə başlamış, xeyli sənədli filmin və xəbərin ssenarisini yazmışdır. O, 2013-cü ildə müxbirliyə başlamış, müharibə mövzularını əhatə etmişdir.
Mustafa Öztürk
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yasəmin Öztürk

Berdan Öztürk
Berdan Öztürk (1 may 1980, Tutağ, Ağrı ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı ilinin Tutak ilçəsində anadan olub. Mərmərə Universiteti Hüquq Bölməsindən məzun olub. İngiltərənin London Universitetində beynəlxalq arbitraj və ticarət hüququ üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. İnsan Hüquqları Dərnəyinin və Mezopotamya Yaxınlarını İtirmiş Ailələrə Yardım, Dayanışma və Mədəniyyət Dərnəyinin (MEBYA-DER) üzvüdür. Cəmiyyət Konqresinin (DTK) 16 sentyabr 2017-ci ildə baş tutan 8-ci qurultayında Leyla Güvenlə birgə həmsədr seçilib. Barəsində 2016-cı ildə Kürdüstan Fəhlə Partiyasının (PKK) 5 üzvünün dəfn mərasiminə qatıldığına görə istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib. 2019-cu ildə isə Sülh Bulağı əməliyyatı ilə bağlı verdiyi açıqlamaya əsasən terror təbliğatı apardığına görə istintaqa cəlb olunub.
Bəyazid Öztürk
Bəyazid Öztürk (türk. Beyazıt Öztürk; 12 mart 1969, Bolu) — Türkiyənin televiziya və radio aparıcısı, film, teatr və serial aktyoru. Əsasən Bəyaz olaraq tanınır. == Karyera öncəsi == === Uşaqlığı === Əslən Artvinli olan Beyazıt Öztürk, 12 Mart 1969 tarixində Boluda, məmur bir ailənin ikinci oğlu olaraq dünyaya gəldi. Atası tərəfindən gürcü əsillidir. === Təhsili === Atasının polis olmasına görə, ilk və orta təhsilini Anadolunun fərqli qəsəbələrində tamamladı. Gemlik Lisesi məzunu olan Beyazıt Öztürk o zamanlar iki pilləli olaraq verilən universitetə qəbul imtahanından ilk pilləsini keçib ikincisini keçə bilməyincə,rəssamlıq qabiliyyətini istifadə edə biləcəyini düşünərək, incəsənətə yönəldi. Əskişəhər Anadolu Üniversitesi İncəsənət fakültəsinin Seramik-Heykəl ixtisasına qəbul olundu. == Karyerası == === İlk uğurları === Həmçinin, basketbolçu olan Öztürk, universitet təhsilini davam edərkən, radio aparıcılığı ilə maraqlanmağa başladı. Özəl televiziya kanallarının və radioların sayının sürətlə artdığı bir dövürdə, dostu ilə birlikdə Əskişəhər radiolarında işləməyə başladı.
Halil Öztürk
Halil Öztürk (1975, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Halil Öztürk 1975-ci ildə Kırıkkale ilinin Sulaqyurd ilçəsində anadan olub. İbtidai və orta təhsilini Sulaqyurd ilçəsində alıb. 1998-ci ildə Doqquz Eylül Universiteti Hüquq Bölməsindən məzun olub. Bir müddət Səhiyyə Nazirliyində çalışıb. Daha sonra isə uzun illər Ankarada inzibati hüquq üzrə hüquqşünas olaraq çalışıb. Müharibə Əlilləri, Şəhidlərin Dul Qadınları və Yetimləri Dərnəyinin üzvü olub, şəhid və qazi ailələrinin hüquqşünası olub. Uzun illərdir MHP üzvüdür. 2009-cu ildən MHP İdarə Heyətinin üzvü vəzifələrində çalışır. 2015-ci ildən həm də MHP İntizam Şurasının sədridir.
Sevilay Öztürk
Sevilay Öztürk (28 noyabr 2003, Qəhrəmanmaraş) ― türk para-üzgüçü. O, üzgüçülüyün sərbəst, arxası üstə və kəpənək stilləri üzrə S5 kateqoriyasında mübarizə aparır.
Mustafa Öztürk (siyasətçi, 1859)
Mustafa Öztürk (1859, Geçimli[d], Tuncəli ili – 1938) — Türkiyə siyasətçisi. Zazaəsillidir. O, Konstitusiya Məhkəməsinin üzvü, Abbasoğlu tayfasının başçısı, Türkiyə Böyük Millət Məclisinin 1-ci çağırış Tunceli millət vəkili, Nazımiyyə rayon baş məmuru vəzifələrində çalışmışdır. Evli və yeddi uşaq atası idi.
Öztürkcə
Öztürkcə və ya Öz Türkcə — xarici dillərin təsirindən azad, təmiz türkcədir. Saf-türkçülük isə istifadə olunan dildən yad mənşəli sözlərin çıxarılaraq onların yerinə türk mənşəli sözlərin qoyulmasını hədəfləyən bir yanaşmadır. Türkcənin saflaşdırılması və ya sadələşdirilməsinin vacibliyi fikrinin tarixi Tənzimat dövrünə gedib çıxır. Ziya Paşa dildə əcnəbi sözlərin olmasını türkcəyə xas lüğətlərin olmaması və türkcə ilə bağlı vəsaitin olmaması ilə əlaqələndirirdi. İbrahim Şinasi dildəki ərəb və fars sözlərinin türk dilinə uyğun yazılmalı olduğunu müdafiə edirdi. Bu düşüncələrinə görə dövrün digər sənətkar və ziyalılarından tənqidlər almışdı. Şinasi, Mustafa Rəşid paşanın rəsmi yazışmalarda sadə dildən istifadəsini şeir və qəzet dilinə tətbiq etməklə türkcənin qismən sadələşdirilməsində öncül olmuşdur. Şinasinin “Şairin evliliyi” əsəri dil xüsusiyyətləri baxımından dilin sadələşməsinin, xalq dilinə meylin başlanğıcı hesab olunur. Həmin dövrdə başqa bir ədəbiyyat xadimi Səid bəy də bu fikirləri müdafiə etmişdir. Bu fikirləri o, bu sətirlərlə ifadə etmişdir: “Arapça isteyen Urban’a gitsin.