Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Türkmən
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Ürək... Ürək...
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Bəndər Türkmən
Bəndər Türkmən- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Türkmən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,045 nəfər və 9,755 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar. türkmənlərdən başqa, mazandaranlılar,azərbaycanlılar, farslar,qazaxlar və s...də az sayda bu şəhərdə yaşayırlar.
Fikrət Türkmən
Fikrət Türkmən (türk. Fikret Türkmen; 3 dekabr 1945, Abdilli[d], Yozqat ili) – Türkiyə ədəbiyyatşünası, türk xalqları ədəbiyyatı üzrə araşdırıcı, professor. 1992-ci ildə yaradılan Ege Universiteti Türk Dünyası Araşdırmalar İnstitutunun qurucu direktoru. == Həyatı və təhsili == Fikrət Türkmən 3 dekabr 1945-ci ildə Yozğadın Boğazlıyan qəzasının Abdilli kəndində əkinçiliklə məşğul olan ailədə doğulmuşdur. Ərzurum Atatürk Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir (1963-1967). Universiteti bitirdikdən sonra Konyada bir liseydə müəllim işləmişdir. Qısa müddət müəllim işlədiyi bu məktəbdə tanış olduğu ədəbiyyat müəllimi Fidanla evlənmişdir. İdil adlı bir qızı və Orkun adlı bir oğlu var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildə Atatürk Universitetinin Türk dili və ədəbiyyatı bölümündə folklor üzrə assistant kimi fəaliyyətə başlamışdır . 1969-cu ildə İstanbul Universitetində Prof.dr.
Məhəmməd Türkmən
Məhəmməd Türkmən (tam adı: Məhəmməd Meretqeldi oğlu Türkmən; 17 oktyabr 1990, Marı) — Türkmən əsilli Azərbaycan jurnalisti, reportyor və fotoqrafı; Fotoqraflar.com saytının təsisçisi; Minval.İnfo saytının baş redaktoru (2018—h.h.); “Davam” Ümumrespublika Gənclər Hərəkatının təsisçilərindən biri və İdarə Heyətinin üzvü (2020). == Bioqrafiya == 17 oktyabr 1990-cı ildə Türkmənistan SSR-in Marı şəhərində dünyaya gəlib. Məhəmməd Türkmənin uşaqlıq illərinin bir hissəsi Türkmənistanın Marı şəhərində, bir hissəsi isə Salyan rayonunda keçib.2011-ci ildən jurnalistika ilə məşğuldur. Məhəmməd Türkmən bir çox yerli və beynəlxalq jurnalist təlimlərində iştirak edib. “BakuNews”, “Kanal 13” kimi internet televiziyalarda, “Elitar.az” və bir neçə saytda reportyor olaraq çalışıb. 2013-cü ilin oktyabr ayında “Yeni Müsavat” qəzetində fotoreportyor kimi işə başlayıb. Ekstremal vəziyyətlər və sosial sahə üzrə reportajlar hazırlayan Məhəmməd Türkmən, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda da çalışdığı media qurumunu təkbaşına təmsil edib. 2018-ci ilin yanvar ayında isə “Minval.İnfo” saytının baş redaktoru vəzifəsinə yüksəlib.Məhəmməd Türkmən cəbhə bölgəsində yaranan gərginliklər və kiçik döyüşlər zamanı həmin əraziyə yollanmış ilk jurnalistlərdən biridir. O, bu təcrübəsini artırmaq üçün əlavə olaraq 2016-cı ildə “Ekstremal jurnalistlərin təcrübə poliqonu təlimləri”ndə də iştirak edib və diplomla təltif olunub.Məhəmməd Türkmən jurnalistika ilə yanaşı fotoqrafiya ilə də məşğuldur. Bu sahədə müxtəlif mükafatlar qazanıb və təlimlər keçib.
Türkmən (Bərdə)
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Türkmən (Göyçay)
Türkmən — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Türkmən Göyçay r-nunun Qızılağac inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri öz adında ağqoyunlu tayfa ittifaqının asas qollanndan biri olan tiirkman tayfasının adını əks etdirir. XV əsrin sonu XVI əsrin əvvəllərində isə qızılbaş tayfa ittifaqına daxil olan türkmənlər Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 275 nəfər əhali yaşayır.
Türkmən (dəqiqləşdirmə)
Türkmən və ya Türkman — orta əsrlərdə Oğuz-türk mənşəli şəxslər üçün istifadə edilən etnonimdir. 17-18-ci əsrlərə qədər azərbaycanlılar da belə adlandırılmışdır. == Kəndlər == Türkmən (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Türkmən (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Türkman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 1-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. 2-ci Türkmən (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. == Digər == Türkmənlər — Mərkəzi Asiyada yaşayan xalq. Türkmanlar — İraqın şimalında yaşayan türk etnosu.
Türkmən Səhra
Türkmən Səhra-İranın şimal-şərqindəki Xəzər dənizinin yaxınlığında Türkmənistanla sərhəddə olan bir bölgədir. Əhalisinin böyük çoxluğu etnik türkmənlərdir.
Türkmən armudu
Türkmən armudu (lat. Pyrus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Kopetdağ meşələri və ona yaxın rayonlarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15 m çatan, iynəsiz, şaxələnmiş çətirli ağacdır. Tumurcuqları və zoğları əvvəlcə tükcüklüdür, sonradan təxminən çılpqdır. Zoğların qabığı ucunda kərpicvari-qonur, digər hissələrdə bozumtuldur. Yarpaqları enli-ellipsvari və ya təxminən yumru, uzunluğu 7 sm-dək və eni 5 sm-dək, əvvəlcə tükcüklərinə görə gümşü, sonradan çılpaq və yaşıl, parlaqdır. Apreldə çiçəkləyir. Meyvələri qalın qabıqlı, şirin, dadı qatranlı, yüksək miqdarda bərk hüceyrəli, armudvari, eni 2,5 sm-dək və uzunluğu 2 sm-dəkdir. == Ekologiyası == İşıqlı enliyarpaqlı meşələrdə, daşlı-qayalı quru yamaclarda açıq sahələrdə, dağ çaylarının başlanğıcında, dəniz səviyyəsindən 1800–2000 m yüksəkliklərdə rast gəlinir.
Türkmən atı
Ahaltəkə atı — köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsi. Ahal-təkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır. Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko Polo və Makedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi. == Tarixi == Axaltəkə cinsinin əmələ gəlməsində Türkmənistanın təbii şəraiti və xalqın yaşayışı böyük rol oynamışdır. Türkmənistanın isti və quru iqlimi, susuz və xarakter bitki örtüyü, səhra şəraiti və eləcə də xalqın keçmişdə köçəri heyvandarlıq həyatı, bu şəraitə uyğun və davamlı, quru bədən quruluşu və iti yerişli Təkə cinsinin yaranmasına səbəb olmuşdur.Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir. ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: "Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi". Axal-təkə atlardan kütləvi surətdə ingilislər Hindistana daşımışlar və Hindistanın at cinslərin yaxşılaşdırılmasında bilavasitə böyük rolu vardır.
Türkmən bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkmən dastanları
Türkmən şifahi xalq ədəbiyyatının ən geniş yayaılmış janrı dastanlardır. Türkmənlər bu janrı "dessan", "epos", "anonim dessan", "avtorlu dessan" və s. kimi terminlərlə adlandırırlar. Beymuhammet Ataliyeviç Garriyev 1947-ci ildə dastanları belə təsnif etmişdir: 1. Qəhrəmanlıq dastanları: "Goroqlı", "Yusup-Ahmet", "Alı bey Balı bey", "Dövletyar" və s. dastanlarda türkmənlərin tarixi, qəhrəmanlıq keçmişi, yadellilərə qarşı mübarizəsi bədii əksini tapmışdır. Qəhrəmanlıq dastanlarında qəhrəmanın doğumu, ad alması, təlim və tərbiyəsi, ata-silaha yiyələnməsi, yaxınları ilə vidalaşaraq düşmənlərinə qarşı mübarizəyə qalxması və sairədən bəhs edilir. 2. Məhəbbət dastanları: "Şahsenem bile Qarip", "Yusup bile Züleyxa", "Zöhre bile Tahir", "Gül-Senuber", "Necep oğlan", "Aslı bile Kerem", "Xuyrlukqa-Xemra", "Sayatlı Xemra" və s. dastanlarında əsas süjet məhəbbət üzərində qurulmuşdur.
Türkmən dili
Türkmən dili (türkm. Türkmen dili) — oğuz qrupu türk dillərinə aiddir. Həmçinin dildə qıpçaq dil qrupunun əlamətləri vardır. Türkmənistanın rəsmi dilidir. Türkmən dilində Türkmənistan ərazisindən başqa İran, Əfqanıstan, Türkiyə, Qaraqalpaq, Tacikistan, Qazaxıstan, Özbəkistan, Stavropolda (Rusiya) danışılır. Türkmən dili Azərbaycan tükcəsinə bənzərliyi ilə fərqlənir. Türkmən dilində ərəb, fars və rus dillərindən külli miqdarda söz vardır. Rus sözlərinin türkməncəyə güclü təsiri SSRİ dövrünə təsadüf edir.
Türkmən eli
Türkmən eli, Türkmən torpağı və Turkomaniya (ərəbcə: توركمن إيلي) — İraqda bölgə adı. Türkmən eli əsasən İraq türkmənlərinin tarixi olaraq üstün əhali sayına sahib olduğu, türkmənlərin tarixi olaraq dominant olduğu geniş torpaqları ifadə etmək üçün istifadə olunan siyasi termindir. İraq-Türkiyə-Suriya sərhədində olan və çarpaz olaraq İran sərhədinə qədər uzanan bölgəni əhatə etməkdədir. Bölgənin şimal hissəsindəki şəhəri Kərkük türkmənlər üçün paytaxt hesab edilir.Bölgənin bir sıra şəhərləri son dövlərlərdə kürdlərin sürətli məskunlaşmasına məruz qalmışdır. Nəticədə türkmənlərin paytaxtı hesab olunan Kərkük şəhəri də daxil olmaqla, Təlafər, Mosul (İraqın ikinci ən böyük şəhər), Tuzxurmatu və Mandalidə bu iki icma arasında münasibətlər kəskinləşmişdir. == Coğrafiya == === Sərhədlər === Bölgə İraq sərhədləri daxilində, Türkiyə-Suriya-İraq sərhədlərinin kəsiştiyi nöqtədən şimal-qərb-cənub-şərq istiqamətinə qədər yayılmışdır. Uyğun olaraq Təlafər, Mosul, Ərbil, Altınkörpü, Kərkük, Tuzxurmatu, Kifri, Qaratəpə, Hanekin, Diyala, Mendeli və Bədrəni əhatə edir, Bağdadın cənub-şərqində, İran sərhədində sonlanır. İraqı buradan bölən xətt və İraq türklərinin olduğu yer, eyni zamanda şimaldakı dağlıq kürd bölgəsi ilə cənubdakı ərəb bölgəsini bir-birindən ayıran bufer bölgə olaraq ifadə edilə bilər. === Təbii ehtiyyatlar === Türkmən eli zəngin təbii qaz, neft və kükürd yataqlarına sahibdir. Bununla yanaşı, iqlim və torpaq buğda və pambıq üçün çox uyğundur.
Türkmən karakalı
Türkmən körfəzi
Türkmən körfəzi — Xəzər dənizinin şərqində, Türkmənistan sahillərində şimaldan cənuba 80–90 km, qərbdən şərqə 80 km malik körfəz. Onun sahəsi 1600 km² təşkil edir. Şimaldan Çələkən yarımadası ilə Türkmənbaşı körfəzindən ayırır. Xənizi körfəzdən Oğurca adası ilə ayrılır. Çələkən Oğurçalı boğazı ilə isə birləşir. Sahilləri çox girintili-çıxıntılıdır. Burada Erqicen, Nеcimquli, Nemedcar, Kxokel, Karatau, Uzunada, Toutli və Acaada kimi körfəzlər vardır. Suyun səviyəsi aşağı düşərkən geniş şoranlıqlar əmələ gəlir. Körfəzin şərqində dərinlik 3-4 metr, mərkəzində isə 9-11 metr təşkil edir. Gəmiçilik üçün yararlıdır.
Türkmən mandraqorası
Türkmənistan mandraqorası (lat. Mandragora turcomanica) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Türkmən qaraqulağı
Türkmən qaraqulağı (lat. Caracal caracal michaelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin qaraqulaq cinsinin adi qaraqulaq növünə aid heyvan yarımnövü. Sayı getdikcə azalır. == Görünüşü == Başqa altnövlərindən fərqli olaraq ölçüləri iridir. Bədəninin uzunluğu( 5 nüsxəsinin Türkmənistanda keçirilən ölçülməsinə görə) erkəklərdə 730-820, orta 782; dişilərdə 690-810, orta 766. Peysərdə hündürlüyü 450–500 mm. Açıq-qum rəngdədir. == Arealı == İranın və Əfqanıstanın şimal ərazilərində, Orta Asiyanın cənub-qərbində yayılıblar. Qərb sərhədi Xəzər dənizinin şərq sahili boyunca Buzaçi yarımadasına qədərdi. Buradan sərhədi Üstyurtdan Aral dənizinə qədər və şərq sərhədi Aral dənizinin qərb sahili boyu və Amudərya çayı boyu gedir.
Türkmən qulanı
Equus heminous kulan (Türkmən qulanı, lat. Equus hemionus kulan) — Atlar, cinsinə, Qulan növünə aid olan yarımnöv. Bu yarımnöv əsasən Türkmənistan və Qazaxıstanın daşlı platolarında yaşayır. 2008-ci ildə Türkmən qulanı nəsli kəsilməkdə olan növlər siyahısına və Türkmənistan Qırmızı kitabına daxil edilmişdir. XX əsrin 40-cı illərində bu yarımnövün ancaq Badıx yüksəkliklərində qalması məlum olmuşdur (Türkmənistanın cənubu). XX əsrin 50–90-cı illərində bu canlıların çoxaldılması məqsədilə Türkmənistan və Qazaxıstanda tədbirlər həyata keçirilmişdir. Hazır ki, məlumata görə Türmən qulanı yalnız 7 reintroduksiya ərazisində saxlanılmışdır. Digər ərazilərdə isə bu canlılar brokonerlikdən, digər ev heyvanlarının təzyiqindən əziyyət çəkir. Bu yarımnövün baza populyasiyası Badxız qoruğunda 1990–2014-cü illər ərzində sayı 95 % azalmışdır. Belə ki, əvvəllər sayı 6000 olan populyasiya 2013-cü ildə 200 başa qədər azalıb.
Türkmən rayonu
Türkmən rayonu (rus. Туркменский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Letnaya Stavka kəndidir. Əhalisi 22 918 nəfərdir (2020). == Coğrafiyası == Rayon Stavropol diyarının şimal-şərq hissəsində yerləşir. Arzqirski, Blaqodarnenski, Stepnov, İpatovski, Apanasenkovski rayonları və Kalmıkiya Respublikası ilə həmsərhəddir. İnzibati mərkəz diyar mərkəzindən 145 km məsafədə yerləşən Letnaya Stavka kəndidir. 1 yanvar 2010-cu il tarixə qədər rayon ərazisinin ümumi sahəsi 261,2 min hektar, o cümlədən kənd təsərrüfatı torpaqları 239,2 min hektar olmuşdur. Əkin sahələri 180,0 min ha idi. relyefi əsasən dağ ətəyi düzənlikdir.
Türkmən sirkəni
Türkmən sirkəni (lat. Atriplex leucoclada) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik və Orta Asiya, İran, Rusiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == 20-75 sm hündürlüyündə, qollu-budaqlı, şaxələnmiş, ağımtıl budaqları olan çoxillik yarımkoldur. Yarpaqları kiçik, uzunsov-yumurtavari, təxminən oturaq, küt, oyuq-dişli, hər iki tərəfdən möhkəm, ağımtıl və ya gümüşü-unludur. Çiçəkləri qoltuqlarda sünbülvari çiçək qruplarında yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, erkəkcikləri beş üzvlüdür. İyul-avqust aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. == Ekologiyası == Gilli, adətən şorlaşmış torpaqlarda bitir.
Türkmən türkləri
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Türkmən yemişanı
Türkmən yemişanı (lat. Crataegus turcomanica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Türkmənistanın dağ rayonlarını (Kopetdağ), İran və Əfqanıstanı əhatə edir. == Botaniki təsviri == Budaqları boz, nazikdir; zoğları çılpaq, albalı rəngli, göyümtül çöküntü ilə örtülümüşdür. Tikanları əsasən yoxdur, yarpaq tikanları da inkişaf etmir. Yarpaqların üstü göyümtül-yaşıl, alt tərəfi açıqdır. Meyvəverən zoğlarda aşağı yarpaqları qeyri-bərabər, iri dişli, 3 bölümlüdür, əks-yumurtavaridən uzunsov-ovalşəkillidir; yuxarı yarpaqların uzunluğu 4,5-5 sm, forması enli-əks yumurtavaridən yumruyadək dəyişilir, üç pərlidir, pərləri iti uclu və enlidir. Steril zoğların yarpaqları dərin 5-7 pərli, iti və ya küt enli pərlidir. Çiçək qrupları 8-12 çiçəklidir; kasayarpaqları oval-üçkünc, mərkəzindən uzun olmayan, küttəhər daralmış, hipantinin mərkəzindən aşağıya əyilir; erkəkcikləri 17-20-dir. Meyvələri birdişicikli yemişanda (Crataegus monogyna) olduğu kimidir, ancaq daha iridir.
Urker
Urker (qaz. Үркер)—1994-cü ildə yaradılan qazax pop-folk qrupudur. Almaniyada, Fransada, Türkiyədə, Türkmənistanda və ABŞ-də beynəlxalq miqyasda qastrol səfərlərində olublar. == Üzvləri == Aydos Saqat—Urkerin vokalisti və mahnı müəllifi, gənc yaşlarında konservatoriyada oxumuş, lakin əvvəlcə mahnı müəllifindən çox dirijor olmaq arzusunda idi. Rustam Musin—Urker üçün gitarist, heç bir rəsmi musiqi təhsili yoxdur və əvvəlcə mühəndis kimi təhsil almışdır. == Haqqında == 2018-ci ildə qrup yaradıcı fəaliyyətinin 25-ci ildönümünü Almatıda, Respublika Sarayında möhtəşəm konsert ilə qeyd etdi Qrup 6 albom nəşr etdirdi, 20 videoklip çəkdi, ölkə daxilində çox sayda konsert verdi, yeni paytaxt Astananın təqdimatı kimi dövlət səviyyəsində belə böyük tədbirlərdə iştirak etdi. 2010-cu ildən bəri Aydos Saqat, UNESCO-nun musiqi təhsili üzrə mütəxəssisi və BMT-nin Qazaxıstandakı “Fəxri himayədarı ”dır. 2010-cu ilin noyabrında Aydos Saqat, Qazaxıstanda fəxri himayədar kimi UNHCR ilə əməkdaşlıq etdi. 2013-2015-ci illərdə BMT-nin Qazaxıstandakı xoşməramlı səfiri olub. 2010-cu ilin sentyabrında qrup Rahmet supermarket şəbəkəsini mahnılarını bir mağazanın ticarətində qanunsuz istifadə etdiyinə görə məhkəməyə verdi.
Hüseyin Türkmen
Hüseyin Türkmen (1 yanvar 1998, Ağcaabad, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === Trabzonsporda ilk matçına 12 dekabr 2017-ci ildə keçirilən Trabzonspor-Ərzurumspor matçında çıxıb. Matç Trabzonsporun 5–1 hesablı qələbəsi ilə başa çatıb. Trabzonsporda ilk qolunu 9 fevral 2022-ci ildə keçirilən Dənizlispor-Trabzonspor matçının 8-ci dəqiqəsində vurub. Matç Trabzonsporun 1–2 hesablı qələbəsi ilə başa çatıb.