ÜRKƏK

sif. Tez hürkən, hər şeydən hürkən, qorxan, əhli olmayan; vəhşi.
Qız isə ürkək ceyran balası kimi qaçırdı. Mir Cəlal.
Bulud dağ döşündə dayanıb durmuş; Çöldə ürkək maral boynunu burmuş. N.Rəfibəyli.

// Ürkəklik, qorxu ifadə edən, bildirən; qorxaq.
Qadın öz ürkək nəzərləri ilə ətrafa baxıb fotoqrafın ardınca düşdü. S.Vəliyev.
[Hidayət] sol yandan eşitdiyi hənirtiyə tərəf ürkək bir hərəkətlə çevrildi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜRKƏK qorxaq — ağciyər

Antonimlər (əks mənalı sözlər)

  • ÜRKƏK ÜRKƏK – CƏSARƏTLİ O, ortaboylu, ürkək baxışlı, mütənasib bədənli, yaraşıqlı qadın idi (M.İbrahimov); Bunun üçün adamda ürək lazımdır; Cəsarətli və təm
ÜRKƏ
ÜRKƏKLİK

Digər lüğətlərdə

авиача́сть задернова́ть интелле́кт недохва́тка перека́шивание помета́ть пресле́дуемая пустоголо́вость размахну́ть талмуди́ческий тарака́ний указа́ть сволочи́ть beer-money dankish depthometer passivism snooze-case title trichite ветошь нарасти пастух переименовывать расплывчатость