QORXMAQ

f.
1. Bir adam, ya şey, yaxud hadisə və s. qarşısında qorxu hiss etmək, ürkmək, xoflanmaq, qorxaqlıq göstərmək. Qaranlıqdan qorxmaq. İtdən qorxmaq.
[Novruz:] Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov.

// Cəsarət edə bilməmək. O, qaranlıqda bayıra çıxmağa qorxur.
// Narahat olmaq, təşvişə düşmək, təlaş etmək.
Mahirə qorxmuş kimi dörd yanına boylandı. M.Hüseyn.

2. Çəkinmək, sağınmaq, ehtiyat etmək. Soyuq suda çimməkdən qorxur. Yağışa düşəcəyimdən qorxuram. Onunla üz-üzə gəlməkdən qorxuram.
– Buğac inamlı səslə davam etdi: – Qorxma, anacan, mənə bu yaradan ölüm yoxdur. M.Rzaquluzadə.

3. Bir şeyin təsirindən xarab olmaq, pozulmaq, korlanmaq. Bu bitkilər soyuqdan qorxmur.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QORXMAQ QORXMAQ Mən isə sözümdən dönə bilmirəm, yazmağa da qorxuram (M.İbrahimov); BAĞRI YARILMAQ [Heydər bəy:] Vallah, Hacı, səni tanımayan adam olsa, görənd
  • QORXMAQ ürkmək — xoflanmaq
  • QORXMAQ çəkinmək — sağınmaq
  • QORXMAQ pozulmaq — korlanmaq

Antonimlər (əks mənalı sözlər)

  • QORXMAQ QORXMAQ – ÜRƏKLƏNMƏK Ağa, nə üçün fikir edirsən, yoxsa qaçaqlardan qorxursan? (N.Nərimanov); Baloğlan Qədirov pulun tapılmadığını görüb ürəkləndi (C
QORXMA
QORXMAMAZLIQ
OBASTAN VİKİ
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.

Digər lüğətlərdə

библиоте́чка злоязы́чничать коми́ссия покли́кать ришта́ бронзовщи́к ке́сарево сечение любисток по-сосе́дски ревмя́ реветь сви́стнуть ссо́ра цейтно́т хрумкать housekeep market-basket pyramidal resourceful tux unmetalled Utrecht zip подчистка посоловелый электрофорез