Ürkməzli
Ürkməzli — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Kənd 1999-cu ildə yaradılmışdır.
== Toponimikası ==
Ürkməzli oyk., sadə. Qazax r-nunun Dəmirçilər i.ə.v.-də kənd. Kiçik Qafqaz dağlarının ətəyindədir. Yaşayış məntəqəsini vaxtilə ürkməzli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1151 nəfər əhali yaşayır. Əhalinin 561 nəfəri kişilər, 590 nəfəri qadınlardan ibarətdir.
== Həmçinin bax ==
Qazax rayonu
== Xarici keçidlər ==
Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.