Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şövkət
Şövkət — ad və soyad. Şövkət Ələkbərova — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Seyidzadə — şairə. Şövkət Yalqun — uyğur futbolçu. Lalə Şövkət — Azərbaycanın Dövlət Katibi (1993 – 1994). Naci Şövkət — İraq siyasətçisi. Dağ Şövkət — Türkiyə rəssamı. Mehmed Şövkət Əfəndi — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Mahmud Şövkət Əfəndi — 33.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. == Həyatı == Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Dağ Şövkət
Dağ Şövkət (1876, Konstantinopol – 1944, İstanbul) — Türkiyə rəssamı. == Həmçinin bax == Dağ Şövkət 1876–cı ildə İstanbulda doğulmuşdur. Uzun illər Rumelihisarında yaşamışdır. == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.25.
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. == Erkən həyatı == Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Şövkət Ağayev
Şövkət Ağayev (tam adı: Şövkət Həsənoviç Ağayev; 14 dekabr 1936, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Şövkət Ağayev 1936-cı il 14 dekabr tarixində Bakıda anadan olmuşdur. Əslən qarabağlı idi. Anası Rəhimə xanım əslən Osetiyadan, atası Həsən bəy isə içərişəhərli olmuş, 70-ci illərdə Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışmışdır.. Şövkət Ağayev əvvəlcə Bakıda 18 nömrəli məktəbi bitirmiş, sonra BDU-da hüquq fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra, əvvəlcə hüquqşünas, sonra keçmiş Orconokidze rayonunda (indiki Suraxanı rayonunda) xalq hakimi, daha sonra isə Poladtökmə zavodunda vəkil işləmişdir. 1983-cü ildə ailə həyatı qurmuş, ailə həyatından bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 19 yanvar 22:00 radələrində XI Qızıl Ordu meydanına getmək üçün evdən çıxmış və bir daha geri qayıtmamışdır. Binəqədi Rayon Məhkəməsinə itkin düşməsilə bağlı ailəsi tərəfindən müraciət edilmiş, Məhkəmənin 22 may 1996-cı il qətnaməsilə Şövkət Ağayevin xəbərsiz itkin düşməsi elan olunmuşdur.. Ailəsi tərəfindən şəhid statusu alması üçün müraciətlər yalnız itkin düşdüyü tarixdən 27 il sonra — 2017-ci ildə "20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2 avqust 2017-ci il tarixli 3140 saylı Sərəncamından sonra müsbət başa çatmışdır.
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. == Haqqında == Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. == Mükafatları == SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – Konstantinopol) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. == Həyat və fəaliyyəti == Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı == Həyatı == Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. == Həyatı == Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə - şairə. == Həyatı == Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun “Avropa dilləri” fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur - şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. == İstinadlar == Bütöv Azərbaycan qəzeti, №14(146), 25-30 aprel 2012-ci il.
Şövkət Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. == Həyatı == Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. == Müharibə illəri == İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. == Elmi-pedaqoji fəaliyəti == 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Şövkət Tağıyeva
Şövkət Əzizağa qızı Tağıyeva (11 iyun 1926 — 11 iyun 2015) - Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professoru,Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin rəhbəri olub.Milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.Elmi fəaliyyətinə İranda, o cümlədən Güney Azərbaycanda Milli Azadlıq Hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb, Moskvada namizədlik dissertasiyası müdafiə edib, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqaləsini Azərbaycanda, 16 məqaləsi Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap edirib. == Həyatı == Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik dissertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. == Həyatı == Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. == Bioqrafiya == Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. == Klub karyerası == Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Şövkət Əbdüsalamov
Şövkət Faziloviç Əbdüsalamov (özb. Shavkat Fozilovich Abdusalamov, rus. Шавкат Фазилович Абдусаламов; 28 aprel 1936, Daşkənd) — SSRİ, Özbəkistan və Rusiya rəssamı, aktyoru, yazıçısı, rejissoru. == Həyatı == Şövkət Faziloviç Əbdüsalamov 28 aprel 1936-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olmuşdur. O, 1966-cı ildə VGİK-i bitirmişdir. İlk fərdi sərgisi 1972-ci ildə baş tutmuş, lakin rəsmlərin dini mövzularına görə tez bağlanmışdır. Onun rəsm əsərləri Tretyakov qalereyasında, ABŞ-da Nensi və Norton Dodc kolleksiyasında saxlanılır. 2000-ci ildə Əbdüsalamovun "<i>Təkbaş</i>" romanı Rusiya Buker mükafatının siyahısında idi. 2002-ci ildə rəssam "Sukrovitsa" filmini çəkərək rejissor kimi fəaliyyətə başlamışdır. == Təltif və mükafatlar == Rusiya Federasiyası Hökumətinin 2011-ci il üçün mədəniyyət sahəsində mükafatı == İstinadlar == == Əlavə ədəbiyyat == Отшельник Такваш.
Şövkət Ələkbərova
Şövkət Feyzulla qızı Ələkbərova (20 oktyabr 1922, Bakı – 7 fevral 1993, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). == Həyatı == Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. == Təyyarəyə minən ilk türk qadını == İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Şövkət Babayeva
Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor. == Həyatı == Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu. Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. 1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı. 1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı. Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur.
Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur. Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib. == Mahnının sözləri == === Azərbaycan dilində === Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan. Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında, Min gül açır Gəncəmizin hər budağında.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. == Həyatı == 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
İlhan Şən
İlhan Şen (1987) Türk aktyor və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. Aktyor'luq və eynilə model'lik kariyeralarında çox böyük uğur əldə etmişdir. == Həyatı və kariyersı == İlhan Şen 19 dekabr 1987-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdur. Onun iki yaşı olanda ailəsi Bolqarıstan'dan Türkiyə'yə köçmək məcburiyyətində qalmışdır. Uşaqlıqdan basketbol və futbol klublarında (Fənərbaxça və s.) peşəkar gənc idmançı kimi çıxış etmişdir. İbtidai və orta təhsilini İstanbul'da başa vurduqdan sonra Yıldız Texniki Universitetində təhsil almışdır, oranı inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 17 yaşından modelliyə başlamışdır.2008-ci ildə Best Model of Turkey yarışmasına qatılmışdır və "Ən yaxşı üzgüçülük paltarı model'i" mükafatını almışdır. 2009-cu ildə yenidən müsabiqəyə qayıtmışdır və bu dəfə birinci yeri qazanaraq "Best Model of Turkey 2009" adını qazanmışdır. Bolqarıstan'ın paytaxtı Sofiya'da keçirilən "Best Model of The World 2009"da Türkiyəni təmsil etmişdr və "Best Model of Europe" olmuşdur.
Lalə Şövkət Hacıyeva
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. == Həyatı == Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Mahmud Şövkət Paşa
Mahmud Şövkət Paşa (1856, Bağdad — 11 iyun 1913, İstanbul) — Osmanlı hərb və dövlət xadimi. 31 mart hadisəsi kimi tanınan üsyanın yatırılmasında və II Əbdülhəmidin taxtdan endirilməsində rol oynamış, V Mehmet Rəşad səltənətində 23 yanvar 1913 – 11 iyun 1913 tarixləri arasında dörd ay on doqquz gün sədrəzəmlik etmişdir. == Həyatı == 1856-cı ildə Bağdadda anadan olub. Tbilisili Hacı Talib Ağanın nəvəsi, Fars mutasarrıfı Kındhudazadə Süleyman Faiq bəyin oğludur. Ata tərəfindən nəsli İraqa yerləşmiş Gürcü mənşəli bir ailəyə bağlıdır. İlk və orta təhsilini Bağdadda tamamladıqdan sonra İstanbula getdi. 1882-ci ildə kapitan olaraq Məktəbi Hərbiyyəni bitirdikdən sonra bir müddət Giritdə fəaliyyət göstərib, ertəsi il Məktəbi Hərbidə müəllimliyə başlamışdır. Bir müddət Baron von der Goltzun altında çalışdı, silah satın alma komissiyasının üzvü kimi Almaniyaya getdi. 1884-cü ildə kolağası, 1886-cı ildə mayor, 1889-cu ild polkovnik-leytenant oldu. 1891-ci ildə miralaylığa yüksəlib.
Mahmud Şövkət Əfəndi
Mahmud Şövkət Əfəndi (20 iyul 1903, Konstantinopol – 1 fevral 1973 və ya 1973, Overn-Rona-Alp, Fransa metropoliyası) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən ailə fərdliyindən çıxarılmışdır. == Həyatı == Şahzadə Mahmud Şövkət Əfəndi 1903-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı olan Nervaliter xanım idi. O da atası kimi dənizçiliyə maraqlı idi. Hətta yaşadığı villanın həyətində böyük bir hovuz inşa etdirmişdi. Hətta bir müddət Osmanlı donanmasında və Osmanlı hava qüvvələrində xidmət etmişdi. 21 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edilmişdi. Ancaq o əsnada evləri əhali tərəfindən yağmalandığı üçün yanlarında heç nə götürmədən yük gəmisiylə Krit adasına yollandılar.
Mehmed Şövkət Əfəndi
Mehmed Şövkət Əfəndi (5 iyun 1872, Dolmabağça sarayı – 22 oktyabr 1899) — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha.
Sen-Şan
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Sen
Sen
Sen-Loran-syur-Son
Sen-Loran-sür-Son (fr. Saint-Laurent-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Loran-sür-Son
Sen-Loran-sür-Son (fr. Saint-Laurent-sur-Saône) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Marten-de-Len
Sen-Marten-de-Len (fr. Saint-Martin-de-Lenne, oks. Sent Martin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12239. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 33 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,2%, 1999-cu ildə 66,4%).
Sen-Satyurnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. == Görməli yerlər == Sen-Satürnen kilsəsi (XIII əsr).
Sen-Satürnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. == Görməli yerlər == Sen-Satürnen kilsəsi (XIII əsr).
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. == Tarixi == Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Şon Bin
Şon Bin (17 aprel 1959) — film və kino aktyoru.
Sen-Sovye
Sen-Sovye (fr. Saint-Sauvier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03259. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 339 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 127 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.1%, 1999-cu ildə 65.8%). Fəal olan 127 nəfərdən 114 nəfəri (63 kişi və 51 qadın), 13 nəfəri işsizdir (4 kişi və 9 qadın). Aktiv olmayan 71 nəfər arasında şagird və ya tələbə, 37 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
Montröy (Sen-Sen-Deni)
Montröy (fr. Montreuil), həmçinin Montröy-Su-Bua (fr. Montreuil-sous-Bois) — Fransada, Sen-Sen-Deni departamentində şəhər. Parisin şərq şəhərətafı. Maşınqayırma, dəri, yeyinti, kimmya və şərabçılıq sənayesi var.
Sen-Jan-Sen-Nikola
Sen-Jan-Sen-Nikola (fr. Saint-Jean-Saint-Nicolas, oks. Sant Joan Sant Nicolau) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05145. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 941 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 562 nəfər (15-64 yaş arasında) arasında 411 nəfər iqtisadi fəal, 151 fəaliyyətsiz (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 71.7%) olmuşdur. Fəal olan 411 nəfərdən 399 nəfər (212 kişi və 187 qadın), 12 nəfər işsiz (5 kişi və 7 qadın) idi.
Sen-Marten-le-Sen
Sen-Marten-le-Sen (fr. Saint-Martin-lès-Seyne, oks. Sant Martin de Sanha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04191. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 12 yaşdan yuxarı (15-64 yaş arasında) 8 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 75.0%). Fəal 8 nəfərdən 8 nəfər (6 kişi və 2 qadın) çalışdı, işsizlər yox idi.
Sent-Etyen-de-Sen-Juar
Sent-Etyen-de-Sen-Juar (fr. Saint-Étienne-de-Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Eten-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38384. Kommunanın 1999-cu il üçün əhalisi 2 216 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34 km şimal-qərbdə yerləşir.
Amartya Sen
Amartya Kumar Sen (benq. Ômorto Kumar Shen; 3 noyabr 1933, Santiniketan[d], Britaniya Hindistanı) — hindli iqtisadçı. Aclıq, insani yüksəliş nəzəriyyəsi, rifah iqtisadiyyatı, yoxsulluq, cinsi ayrı seçkilik və liberalizmin altında yatan mexanizmlər haqqındakı işləri ilə rifah iqtisadiyyatına böyük əlavələr edərək kömək etmişdir. Bunun nəticəsində 1998-ci ildə ``rifah iqtisadiyyatı mövzusundakı əlavələri üçün`` İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1998 ilə 2004 illərdə Kembric Universitetinə bağlı Triniti Kollecinin başına keçərək, Oksbric Kolleclərindən birınin başına keçən ilk asiyalı olmuşdur. İndi də Amartya Sen Harvard Universitetində fəlsəfə və iqtisadiyyat professorudur. Amartya Senin kitabları otuzdan çox dilə tərcümə edilmişdir. 2005-ci ilin noyabr və 2008-ci ilin iyun ayında ABŞ-nin "Xarici siyasət" (ing. Foreign Policy) və İngiltərənin "Kəşfiyyat" (ing. Prospect) jurnallarının elektron yolla oxucu anketlərindən istifadə edərək meydana gətirdiyi "Dünyanın ilk 100 intellektualı" sıralamasında 2005-ci ildə 8-ci, 2008-ci ildə isə 16-cı sırada qərar tutmuşdur.
Hun Sen
Hun Sen (khm. ហ៊ុន សែន; 5 avqust 1952) — 1985-ci ildən etibarən Kambocanın Baş naziri, Kambocanın ən uzun hakimiyyətdə olan hökumət başçısı və dünyanın ən uzun hakimiyyətdə olan liderlərindən biri olan kambocalı siyasətçi. Hun Bunal adı ilə anadan olub, qırmızı kxmerlərə əsgər kimi qoşulduqdan iki il sonra 1972-ci ildə adını Hun Sen olaraq dəyişdirdi. Kamboca vətəndaş müharibəsində qırmızı kxmerlər tərəfində vuruşdu. 1979–1986-cı illərdə və yenidən 1987–1990-cı illərdə Vyetnam tərəfindən nəzarət edilən hökumətdə Kamboca Xarici İşlər Naziri vəzifəsində çalışıb. 26 yaşında eyni zamanda dünyanın ən gənc xarici işlər naziri adını da qazanmışdı. Hun Sen 1985-ci ilin yanvarında tək partiyalı Milli Məclisdə 1984-cü ildə vəfat edən Chan Sının yerinə təyin edilməklə Baş nazir vəzifəsinə yüksəldi. 1993-cü ildə BMT-in dəstəklədiyi parlament seçkilərinə qədər vəzifəsini saxladı. Seçkilərdə məğlub olan Sen nəticəni qəbul etməyi rədd etdi və ayrılıqçı hərəkatı təhdid etdi. MBDKKMBC ilə danışıqlardan sonra Norodom Ranarit və Hun Sen koalisiya dağılana və Sen 1997-ci ildə Ranariti devirən çevriliş təşkil edənə qədər eyni zamanda Birinci və İkinci Baş nazir vəzifələrini icra etməyi qəbul etdilər.
Rima Sen
Rima Sen(benq. রিমা সেন, Reema Sen; 29 oktyabr 1981, Kəlkətə) — hind aktrisası və modeli. == Həyatı == Əsl adı Riya Dev Vermadır. 29 oktyabr 1981-ci ildə Kəlküttə şəhərində anadan olmuşdur. Subaydır.
Sen-Roman
Sen-Roman şəhəri- (və ya Ла-Руссо, Saint Roman, La Rousse (fr. La Rousse-Saint-Roman))- Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb.2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 3102 nəfər, sahəsi isə 105189 m²-dir.
Sen-Salvadu
Sen-Salvadu (fr. Saint-Salvadou, oks. Sent Sauvador) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Ryopeyru kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12245. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 402 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 236 nəfərdən (15-64 yaş) 174 nəfəri iqtisadi cəhətdən fəal, 62 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,7%, 1999-cu ildə 70.8%).
Sen-Santen
Sen-Santen (fr. Saint-Santin, oks. Sent Antin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12246. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 561 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 323 nəfər (15-64 yaş arasında) 244 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə bu 67.5%).
Sen-Sornen
Sen-Sornen (fr. Saint-Sornin) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03260. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 220 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər arasında (15-64 yaş) 101 nəfər iqtisadi cəhətdən fəal, 36 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.7%, 1999-cu ildə bu 69.4%). Fəal olan 101 nəfərdən 89 nəfər (53 kişi və 36 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). 36 hərəkətsiz 11 nəfər arasında şagird və ya şagird, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Teoffre
Sen-Teoffre (fr. Saint-Théoffrey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38462. Kommunanın 1999-cu il üçün əhalisi 342 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 22 km cənubda yerləşir.
Sen-Tomas
Sen-Tomas — ABŞ-nin Vircin adaları, Karib dənizində yerləşən Amerika Birləşmiş Ştatlarının birləşməmiş ərazisi. Ada, ərazinin paytaxtı — Şarlotta Amaliya limanı. Əhalisi (2010-cu ilin siyahıya alınması üzrə) 51 634 nəfərdir. ABŞ Vircin adalarının ümumi əhalisinin 48,5% . Ərazisi — 80,91 km². == Tarixi == Ada əvvəlcə təxminən 1500 il əvvəl Siboney qəbiləsinin hindilər tərəfindən məskunlaşmışdı. Onları avaraki qəbiləsi və sonra kariblər əvəz etdi. Sen-Tomas Amerikaya ikinci səfəri zamanı 1493-cü ildə Xristofor Kolumb tərəfindən aşkar edildi. Tezliklə adada olan hindilər Avropalıların gətirdiyi xəstəliklərdən öldülər və adanın bir yarım əsrdə quldurları tərəfindən istifadə edildi. 1917-ci ildə, Sen-Tomas Sen Con, Santa Kruz və kiçik olan adaları ilə birlikdə ABŞ Danimarkadan 25 milyon dollar almışdı.