Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şenyan
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir. 17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır. Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. == Beynəlxalq əlaqələr == === Xarici konsulluqlar === Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. === Qardaş şəhərlər === Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.
Şinyon
Şinyon (fr. Chignon) qadınlar üçün bir növ saç makiyajıdır,adətən tükü sancaq ilə müxtəlif formalara yığmaqdır.
Klod Şennon
Klod Elvud Şennon (ing. Claude Elwood Shannon; 30 aprel 1916[…] – 24 fevral 2001[…], Medford[d], Massaçusets) — amerikalı mühəndis, kriptoanalitik və riyaziyyatçı. "İnformasiya əsrinin atası" hesab olunur. Müasir yüksək texnoloji rabitə sistemlərində tətbiq tapan məlumat nəzəriyyəsinin banisidir. Hal-hazırda müasir rabitə texnologiyalarının əsasını təşkil edən fundamental anlayışları, fikirləri və onların riyazi formulalarını təqdim etdi. 1948-ci ildə məlumatın ən kiçik birliyini ifadə etmək üçün "bit" sözündən istifadə etməyi təklif etdi ("Riyazi nəzəriyyə" məqaləsində). Bundan əlavə, entropiya anlayışı Şennon nəzəriyyəsinin vacib bir xüsusiyyəti idi. O, təqdim etdiyi entropiyanın ötürülən mesajdakı məlumatın qeyri-müəyyənlik dərəcəsinə bərabər olduğunu nümayiş etdirdi. Şennonun "Rabitə riyazi nəzəriyyəsi" və "Gizli sistemlərdə rabitə nəzəriyyəsi" məqalələri informasiya və kriptoqrafiya nəzəriyyəsi üçün əsas hesab olunur. Klod Şennon, kriptovalyutaya elmi baxımdan müraciət edənlərdən biri, onun nəzəri əsaslarını formalaşdıran və bir çox əsas anlayışları təqdim edən ilk biri idi.
Kristi Kenyon
Kristi Kenyon (ing. Christy Canyon, 17 iyun 1966, Pasadena, Kaliforniya) — erməni əslli ABŞ pornoaktrisası. == Həyatı == Kristi Kenyon erməni əsilli ata ilə italyan əsilli ananın ailəsində dünyaya gəlmişdir . Əsl adı Melisa Key Bardizbanyandır (ing. dilində Melissa Kaye Bardizbanian).
Şennon Vudvord
Şennon Mari Vudvord (ing. Shannon Marie Woodward; 17 dekabr 1984, Finiks) — ABŞ aktrisası.
Klod Elvud Şennon
Klod Elvud Şennon (Claude Elwood Shannon) – 30 aprel 1916-cı ildə “İnformasiya nəzəriyyəsi”nin banisi, amerikalı mühəndis və riyaziyyatçı. Klod Elvud Şennon anadan olmuşdur. Şennon ehtimal sxemləri, avtomatlar və idarəetmə sistemləri nəzəriyyələrinə böyük töhfələr vermişdir. "Rabitə nəzəriyyəsi"ni inkişaf etdirən K.Şennon kodlaşdırma nəzəriyyəsini və informasiya nəzəriyyəsini yaratdı. İnformasiya nəzəriyyəsi rabitə kanalı ilə ötürülən informasiyanın ölçülməsi problemini həll etdi. 1948-ci ildə "Rabitənin riyazi nəzəriyyəsi" məqaləsində ən kiçik informasiya vahidini işarə etmək üçün "bit" sözündən istifadə etməni təklif etdi. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Kotelnikov-Şennon teoremi
Kotelnikov-Şennon teoremi - Rəqəmsal idarəetmə sistemlərində (Digital Signal processing) diskretləşdirilən fasiləsiz siqnalı əvəz edən impulslar ardıcıllığının bərpa edilməsi üçün istifadə edilən teorem. Diskretləşdirmə intervalının qiyməti lazım olduğundan kiçik seçildikdə idarəetmə sisteminin keyfiyyətinə xələl gətirmir, lakin, izafi hesabatlara səbəb olur. Bu kəmiyyətin qiymətinin lazım olduğundan böyük seçilməsi isə məlumat itkisinə və nəticədə sistemin pisləşməsinə səbəb olur. Diskretləşdirmə intervalının qiyməti elə seçilməlidir ki, diskretləşdirilən fasiləsiz siqnal onu əvəz edən impulslar ardıcıllığından bərpa edilə bilsin.
Şenyo-la-Balm
Şenyö-la-Balm (fr. Cheignieu-la-Balme) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Viryo-le-Qran kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01100. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 60 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 116 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə 91 yaşında (15-64 yaş arasında) 63 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,2%, 1999-cu ildə 67.2%). Fəaliyyət göstərən 63 sakindən 59 nəfər (33 kişi və 26 qadın) işləyir, 4 nəfər işsizdir (1 kişi və 3 qadın).
Senyor Senyor böyük və Senyor Senyor kiçik (Kim Possibl)
Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. == Xarakteristika == Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun. Cunior əzələli bədənə sahib olan, gözəl və nisbətən ağıldankəmdir. Çox vaxtı oğulun yöndəmsizliyi ucbatından atasının və digər qəddar şəxslərin planları pozulur. Senyor Senyorun ən qəti düşməni Kim Possibldır. Lakin oğlu Senyor Senyor Cunior atasından fərqli olaraq Kim Possibla aşiqdir.
Semyon Aralov
Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva – 22 may 1969, Moskva) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı. == Həyatı == Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib. Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi.
Semyon Ayzenşteyn
Semyon Moiseyeviç Ayzenşteyn (rus. Семён Моисеевич Айзенштейн; 13 (25) yanvar 1884, Kiyev – 3 sentyabr 1962, London) — Rusiya radiotexniki, yerli radioteleqrafiyanın qabaqcıllarından biri. == Həyatı == Semyon Ayzenşteyn 25 yanvar 1884-cü ildə Rusiya imperiyasında, Kiyev şəhərində anadan olmuşdur. O, 1907-ci ildə Simsiz Teleqraflar və Telefonlar Cəmiyyətini yaratmış və ona rəhbərlik etmişdir. Ayzenşteyn burada Moskva və Çarski Seloda radiostansiyaların tikintisi üçün layihələr hazırlamış, 1914–1917-ci illərdə ilk yerli radio boruları və radio avadanlıqlarını yaratmışdır. O, 1912–1914-cü illərdə rusca ilk radiotexnika jurnalı olan "Vestnik teleqrafii bez provodı"nı nəşr etdirmişdir. Ayzenşteyn 1922-ci ildən İngiltərədə yaşamışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Русская энциклопедия. Т.2. 1912.
Semyon Bilmes
Semyon Bilmes (d. 29 avqust 1955) - Azərbaycan əsilli amerikalı rəssam, Eşlənd İncəsənət Akademiyasının qurucusu və müəllimlərindən biri. Bu incəsənətin ABŞ-nin Oreqon şttının Eşlənd şəhərində və Havayinin Maui şəhərində bölmələri vardır. Bilmes ABŞ səviyyəsində marketinq, redaktə və kitab rəssamlığı sahəsində tanınmışdır. O, AT&T, CBS, General Mills, Warner Lambert, Smirnoff Vodka, Citibank, Clairol, Western Union, Alaska Airlines və Philip Morris kimi şirkətlərin reklamları üçün rəsmlər çəkmişdir. O, kitablara və Reader's Digest, the The New York Times dövrü mətbuatlar üçün rəsmlər çəkmişdir. Bilmesin yağlı boya rəssamlığı nümunəsi olan "Qırmızı türbanda xanım" əsəri American Showcase tərəfindən hazırlanmış ilin ən yaxşı dizaynları və rəsmləri siyahısında yer almışdır. == Həyatı == Semyon Bilmes 1955-ci il 29 avqust tarixində Azərbaycan SSR-nın Bakı şəhərində anadan olmuşdur. O, ilk incəsənət təhsilini məktəbin ilk illərində almış, 16 yaşına çatdıqda isə Bakıda yerləşən Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinda təhsilinə davam etmişdir. 1980-ci ildə Nyu-Yorka mühacirət etmiş, burada da Parlons Dizayn Məktəbindən məzun olmuşdur.
Semyon Bretanitski
Semyon Leontyeviç Bretanitski (rus. Семён Леонтьевич Бретаницкий; 25 noyabr (7 dekabr) 1886, Odessa, Xerson quberniyası – 7 yanvar 1963, Bakı) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır. == Həyatı == Semyon Bretanitski 25 noyabr (7 dekabr) 1886-cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını (Leopold Auerin sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır. 1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir. Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, Qriqori Qamburq, Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.
Semyon Bronevski
Semyon Mixayloviç Bronevski (rus. Семён Михайлович Броневский; 1763 və ya 1764 – 27 dekabr 1830, Feodosiya, Tavriya quberniyası[d]) — 1796–cı il Rusiya – İran müharibəsinin iştirakçısı, Rusiya İmperiyası Xarici İşlər Nazirliyinin Asiya şöbəsinin direktoru, Feodosiyanın qubernatoru, Qafqaz tarixçisi. == İstinadlar == == Xarici keçidlər == Новейшие географические и исторические известия о Кавказе: Часть I. 1823. Новейшие географические и исторические известия о Кавказе: Часть II. 1823. С. М. Броневский. Историческия выписки о сношениях России с Персиею, Грузиею и вообще с горскими народами, в Кавказе обитающими, со времён Ивана Васильевича доныне. Подг. текста, предисл., примеч., словарь малоизв. слов, указат. Ирины Константиновны Павловой.
Semyon Budyonnı
Semyon Mixailoviç Budyonnı (rus. Семён Миха́йлович Будённый; 13 (25) aprel 1883, Budyonnovskaya[d], Don Voysko vilayəti[d] – 26 oktyabr 1973[…], Moskva) - Sovet İttifaqı Marşalı. == Həyatı == Sovet İttifaqı Qəhrəmanı marşal Semyon Budyonnı atçılıq idmanının əsasını qoymuşdu. Vətəndaş müharibəsində birləşmiş kavaleriyaya başçılıq edirdi. Sonralar birinci atlı ordusu yarada bilmişdi. Kazaklar ona "Kazbek" adında at bağışlamışdılar.O, vətəndaş müharibəsində "Kazbek"lə döyüşlərdə iştirak etmişdi. At 18 yaşına qədər Budyonnuya sədaqətlə xidmət edir. Marşal həmişə deyirdi ki, atı sevməyən onun belində çapa bilməz. Budyonnunun altı atı döyüşlərdə məhv olub. İkinci Dünya müharibəsində atçılıq qvardiyasına texnikadan daha çox üstünlük verirdi.
Semyon Farada
Semyon Farada (rusca :Семён Львович Фердман, Семён Фарада, d. 31 dekabr, 1933, Nikolskoye, Moskva – 20 avqust 2009, Moskva) — rus teatr və kino artisti. == Həyatı == Semyon Farda çox filmlərdə çəkilib, onların içində ("Məhəbbətin formulu", "Həmin Minhauzen", "Əjdahanın ölümü" və s.) çəkilən, Taqanka teatrında çalışan 76 yaşlı artistin səhhətində ilk problem 1980-ci ildə yaranıb. 1988-ci ildə Faradanın ürəyində cərrahiyə əməliyyatı aparılıb, ürəyinə süni qapaq yerləşdirilib. Əməliyyat uğurlu keçib, hətta o vaxt aktyor dostlarıyla futbol da oynayıb. Ancaq 2000-ci ildə Farada infarkt keçirib. Yarım il sonra yıxılıb və omba sümüyü sınıb. Üç dəfə cərrahiyyə əməliyyatına məruz qalıb, sonradan ikinci dəfə infarkt onu yaxalayıb. Son vaxtlar aktyor 9 xəstəxana dəyişib. Semyon Farada 1999-cu ildə Rusiyanın xalq artisti adına layiq görülüb.
Semyon Kirlian
Semyon Davidoviç Kirlian (rus. Семён Давидович Кирлиан; 20 fevral 1898, Krasnodar – 4 aprel 1978, Krasnodar) — rusiyalı ixtiraçı-mühəndis. Kirlian effekti ilə bağlı tədqiqatlar aparmışdır.
Semyon Kirsanov
Semyon İsakoviç Kirsanov (doğum soyadı — Kortçik; 5 (18) sentyabr 1906 və ya 18 sentyabr 1906, Odessa, Xerson quberniyası – 10 dekabr 1972[…], Moskva) — rus-sovet şairi, nasir, jurnalist, hərbi müxbir.
Semyon Nadson
Semyon Yakovleviç Nadson (rus. Семён Яковлевич Надсон; d. 14 dekabr, 1862, Peterburq – ö. 19 yanvar 1887, Yalta, Ukrayna) — rus şairi. == Həyatı == Semyon Nadson 14 dekabr 1862-ci ildə Rusiya imperiyasının Peterburq şəhərində anadan olmuşdur. Semyon Nadson 19 yanvar 1887-ci ildə Ukraynanın Yalta şəhərində vərəmdən vəfat etmiş və Rusiya imperiyasının Peterburq şəhərində dəfn olunmuşdur. == Yaradıcılığı == Semyon Nadsonun yaradıcılığı xalqçılığın böhranı dövründə qabaqcıl gənclərin əhvali-ruhiyyəsini əks etdirmiş, poeziyasında bədbinlik, vətəndaşlıq kədəri ifadə olunmuşdur. Şeirlərində mövcud ictimai quruluşa, ədalətsizliyə qarşı barışmazlığa çağırsa da, həyatda fəal inqilabi münasibət bəsləyə bilməmişdir. Poeziyasındakı dərin səmimiyyət, şəxsi taleyi şeirlərinin geniş yayılmasına səbəb olmuşdur. S.V.Raxmaninov və başqaları onların bir çoxuna musiqi bəstələtmişdir.
Semyon Pankratov
Semyon Andreyeviç Pankratov (? - ?) — Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyanın sədri. == Həyatı == Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Əslində onun bu vəzifəyə təini haqda rəsmi Dekret olmayıb. Onun vəzifəsi Həştərxandan 11-ci Ordunun zirehli qatarında Bakıya gələndə ona verilmiş siyahıdakı Azərbaycanlı siyasi, hərbi, polis, dini və ziyalı xadimləri güllələmək idi. Pankratov bu işi aprel-iyun ayları ərzində öz batalyonu ilə icra etmişdir. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır. Bolşevik ÇK-ına qədər qədər Odessada çar ordusunun hərbi əks-kəşfiyyatında işləmişdir. Mənşəcə rus kazak idi. N.Hərimanov onu Baba Əliyevlə əvəz etməyə nail olsa də, ÇK-da və bütün Azərbaycanda real siyasi hakimiyyətin mandatı Moskva tərəfindən ona verilmişdi.
Semyon Sviqun
Semyon Kuzmiç Sviqun (28 sentyabr 1917 – 19 yanvar 1982, Moskva) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1963 oktyabr-1967 iyun); SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin I müavini (1967-1982). == Həyatı == 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olmuşdur. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləmişdir. Daha sonra İkinci dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun, müharibədən sonra Moldova SSR və Tacikistan SSR dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində işləmişdir. 1963-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin I müavini vəzifəsində işləmişdir.
Semyon Timoşenko
Semyon Timoşenko (6 (18) fevral 1895 və ya 18 fevral 1895, Furmanovka[d], Bessarabiya quberniyası[d] – 31 mart 1970[…], Moskva) — Sovet İttifaqı marşalı.
Semyon Çelyuskin
Semyon İvanoviç Çelyuskin (rus. Семён Иванович Челюскин; təq. 1700, Belyov, Tula quberniyası[d] – noyabr 1764) — rus qütb dənizçisi. Belə ehtimal edilir ki, Tula quberniyasının Belevsk yezdi, Polyanka Mişina kəndində doğulmuşdur. Atası saray işçisi, Babası isə xidmətçi insan idi. Bu heçdə dəqiq məlumat sayılmır. Belə ki yezd arxivinə görə onlar 1616–1630-cu illərdə Belevsk yezdində kəndə sahib olmuşlar. Sonradan onların mülkü IV İvanın hakimiyyəti sltına keçir. == Həyatı == 1714-cü ilin payızında Semyon Moskvada Suxarev qalalasında yerləşən Riyaziyyat və naviqasiya elmləri məktəbinə yazılır. 1726-cı ilə Baltik donanmasında xidmət edir və 1733–1743-cü illərdə Böyük Şimal ekspedisiyasında iştirak etmişdir.
Senmon qakko
Senmon qakko (専門学校) – Yaponiya təhsil sistemində ali təhsil müəssisəsinin bir növü. == Tarixi == Senmon qakkolar 1903-cü ildə qəbul edilən Peşə Məktəbi Qanunundan sonra yaradılmışdır. 1935-ci ilin statistikasına görə Yaponiyada 177 senmon qakko fəaliyyət göstərirdi, onlardan 52-si dövlət, 11-i ictimai, 114-ü isə özəl idi. Dövlət və ictimai senmon qakkoların çoxu bir kurs üzrə təhsil verirdi. İkinci dünya müharibəsinə qədərki dövrdə qadınlar üçün nəzərdə tutulmuş bütün ali təhsil müəssisələri senmon qakko idi. Universitetlər intellektual elita yaratmaq üçün nəzərdə tutulduğu halda, senmon qakkolar təlim keçmiş kadr yetişdirmək üçün yaradılmışdır. Müharibəyə qədərki dövrdə Yaponiyada ali təhsil almış şəxslərin çoxu senmon qakko məzunu idi. 1905-ci ildə ali təhsil məzunlarının 81%-i, 1935-ci ildə isə 65%-i senmon qakko bitirmişdi. İkinci dünya müharibəsindən sonra senmon qakko sistemi ləğv olunmuş və senmon qakkoların çoxu dördillik universitetlərə çevrilmişdir. == Xüsusiyyətlər == Orta məktəbdən və ya qızlar liseyindən məzun olan şəxslər senmon qakkoya daxil olmalı idilər.
Senton ləhcəsi
Sentonje dialekti-Fransanın qərb sahilinin yarıya qədərində, keçmiş Sentonje, Onis və Anqumua vilayətlərində (ki indi hamısı Şarant, Şarant-Maritim, habelə qonşu Do-Sevr,Vande və Jirond departmanlarının neçə hissələri tərkibinə daxil ediliblər),danışılan dialektdir.
Semyon Peqov
Semyon Vladimiroviç Peqov (rus. ́Семён Владимирович Пегов; 9 sentyabr 1985, Smolensk) — sosial mediada səhnələşdirilmiş və ya saxta videolar yerləşdirməklə tanınan Rusiya blogeri, jurnalisti və təbliğatçısı. O, "WarGonzo" hərbi layihəsi və Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli "Telegram" kanalında işləyir. O, Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və İkinci Qarabağ müharibələrini ilk növbədə rusiyayönlü prizmadan işıqlandırıb. 23 oktyabr 2022-ci ildə Donetsk vilayətində piyada əleyhinə minaya düşüb və nəticədə ayağının bir hissəsi amputasiya edilib. 12 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb. 3 fevral 2023-cü ildə Ukrayna Baş Prokurorluğu Semyon Peqovu qiyabi olaraq "hərbi mövzularda təbliğat materialları" yaratmaqda ittiham edərək onun haqqında cinayət işi açıb. Prokurorluq qeyd edib ki, ittiham Rusiyanın hərəkətlərini "əsaslandırmaq, tanımaq və inkar etmək", habelə Rusiya Silahlı Qüvvələrini "şöhrətləndirmək" üçün cəza nəzərdə tutan maddə üzrə irəli sürülüb.
Semyon Petlyura
(ukr. Си́мон (Семен) Васильович (Василійович) Петлюра Semyon (Simon) Vasileviç Petlyura (ukr. Си́мон (Семен) Васильович (Василійович) Петлюра; 22 may 1879, Poltava – 25 may 1926, Paris) — Ukrayna hərbi və siyasi xadimi, publisist, ədəbiyyat və teatr tənqidçisi, 1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri. Ordunun və donanmanın baş atamanı. O, qədim kazak ailəsinin nəslindəndir. Ukrayna Silahlı Qüvvələrinin təşkilatçısı və Hərbi işlər üzrə baş katib vəzifəsində Ukrayna Mərkəzi Radası Baş Katibliyinin üzvü (28 iyun - 31 dekabr 1917) olub. Getman Pavel Skoropadskinin hakimiyyəti altında siyasi məhbus (27 iyul - 12 noyabr 1918) həyatı yaşayıb. Ukrayna Xalq Respublikası (UXR) qoşunlarının baş komandanı (1918-ci ilin noyabrından), Ukrayna Milli Xalq Cümhuriyyəti İdarəsinin 2-ci sədri (9 may 1919 - 10 noyabr 1920) vəzifələrini yerinə yetirib. XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda döyüşüb. Ukraynanın Milli Qəhrəmanı.
Semyon Çuykov
Çuykov Semyon Afanasyeviç — Semyon Afanasyeviç (17 (30) oktyabr 1902, Bişkek, Rusiya Türkistanı general-qubernatorluğu – 18 may 1980, Moskva) — rus boyakarı. SSRİ xalq rəssamı (1963). SSRi Rəsamlıq Akademiyasının həqiqi üzvü (1958), SSRİ Dövlət mükafatıtı laureatı (1949, 1951). Beynəlxalq Nehru mükafatı laureatı (1967). == Həyatı == Moskvada Ali Bədii-Tekniki Emalatxanalarda-Ali Bədii-Tekniki İnstitutda oxumuşdur (1924-1930). Moskvada Rəssamlıq Akademiyasında (1930-1932) və V.İ.Surikov ad. Rəsamlıq İnstitunda (1947-1948) dərs demişdir. Uzun illər Qırğızıstanda yaşayıb-yaratmışdır. == Yaradıcılığı == "Bizim Qırğızıstanda" (1946-1967), "Bizim qardaşlar" (1952-1967) və s. silsilə əsərləri, "Səhər" (1947), "Yolda", "Himalay dağları" Bombeydə axşam sahil küçəsində" (hamsı 1954), "Qara madonna" (1962), "Dirilik suyu" (1966), "Onlar yaşamaq istəyirlər" (1967), "Əbədiyyətə qovuşma" (1973), "Arzular" (1975), "Heykəl ilə avtoportret" (1979) və s.
Kanyon
Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).
Nenmyon
Nenmyon (kor: 냉면) Koreya yarımadasının öxünəməxsus soyuq əriştə yeməklərindən biri olub qaynadılmış əriştənin soyuq suya salınaraq ədviyyat və qarnirlə birlikdə servis edildiyi yeməkdir. Nenmyon Pueraria montana, əkin qarabaşağı, kartof, qramafonçiçək batat və s. kimi müxtəlif bitkilərin tozundan istifadə edilərək hazırlanan əriştə və nazik doğranmış xiyar kimi bir parça tərəvəz və armud, həmçinin qaynadılmış yumurtadan ibarət olan yeməkdir. == Tarixi == Nenmyonun mənşəyi Qoryo sülaləsi dövrünün ortalarında Pxenyandan gəlir. 1973-cü ildə Şimali Koreyada nəşr olunan kulinariya kitabına əsaslansaq görərik ki, Pxenyan Nenmyonu ilk dəfə olaraq indiki Pxenyanın Daedonggang rayonunun Uiamdong bölgəsində hazırlanmışdır. == Növləri == === Forması === Nenmyon bulyonundan asılı olaraq sulu nenmyon və bibim-nenmyona ayrılır. ==== Sulu nenmyon ==== Sulu nenmyonda adətən yuxarıda göstərilən şəkildəki kimi ərzaqlar soyuq bulyona(adətən mal əti bulyonu) əlavə edilir. Sulu nenmyonun bulyonun hazırlama üsuluna, tərkibindəki ət və ya tərəvəzlərin növünə görə müxtəlif növləri vardır. ==== Bibim-nenmyon ==== Bibim-nenmyon acı bibər pastası və digər ərzaqlarla hazırlanan qırmızı və ədviyyatlı ədviyyatlı nenmyondur. Hamgyong-do ərazisindəki bibim-nenmyona misal olaraq əriştəsi kartofdan hazırlanan Hamhung nenmyonu, çiy balıq əlavə edərək acı və ya soyuq formada hazırlanan çiy balıq nenmyonu və s.
Reünyon
Reünyon (fr. La Réunion Fransızca tələffüz: [la ʁe.y.njɔ̃]) — Fransanın xarici departamentlərindən biri. Hind okeanının qərb hissəsində eyni adlı adada yerləşir. Reünyon Maskaren adaları arasında ən böyüyüdür. Adanın uzunluğu 75 km-dir. Bu vulkan mənşəli adanın çox hissəsini dağlar tutur, onlardan ən hündürü adanın mərkəzində olan Piton-de-Nej dağıdır (3069m). == Coğrafiyası == Ada tropik iqlim qurşağında yerləşsə də, yüksəkliyə doğru hava sərinləşir, yağıntıların miqdarı yüksəklikdən asılı olaraq dəyişir. Cənub və şərqdə leysan yağıntıları ildə 4000 mm, şimalda və qərbdə isə il ərzində 1000 mm-ə qədər rütubət gətirir. Ada siklonların müntəzəm olaraq hərəkət etdiyi zonada yerləşir və güclü leysan yağması ilə müşahidə olunur. == İqtisadiyyatı == Təsərrüfatda kənd təsərrüfatı məhsullarının becərilməsi üstünlük təşkil edir.
Tenyoy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Venyov
Venyov — Rusiya Federasiyasının Tula vilayətində şəhər.
Şannon
Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür. Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.
Şanson
Şanson (fr. chanson — mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Chanson.
Şencen
Şencen (çin. 深圳市, ing. Shenzhen) və ya Sham Chun Çin Xalq Respublikasının Quandun əyalətinin əsas şəhəridir. Şəhər Honq Konq xüsusi inzibati bölgəsindən şimalda yerləşir və əyalət altı şəhər inzibati statusuna sahibdir. Şencen yaşayış məntəqəsinə 1979-cu ildə şəhər statusu verilmişdir. 1980-ci ildə isə burada Çinin ilk xüsusi iqtisadi zonası yaradılmışdır. 2010-cu ildə şəhər əhalisinin siyahıya alınması nəticələrinə əsasən əhalinin sayının on milyon nəfəri keçdiyi müəyyənləşmişdir. Şencen 1990-cı və 2000-ci illərdə dünyanın ən sürətlə böyüməkdə olan şəhərlərindən biri hesab olunurdu. Şəhərin hazırkı inkişafının əsas mənbəyi 1979-cu ilin sonlarında xüsusi iqtisadi zonanın yaradılması və xarici investisiyanın artması hesab olunur. Şencen Çinin cənubunda əsas maliyyə mərkəzi hesab olunur.
Şengen
Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir. Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir. Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir. Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.
Şenyanq
Şenyan (çincə: 沈阳市) Çin Xalq Respublikasının Liaonin əyalətinin ən böyük şəhəri. Mancur dilində Mukden və ya Fenqtian adlanır. Şimal-şərqi Çin bölgəsində urbanizasiya səviyyəsinə görə də ən böyük şəhərdir. 2010-cu il hesablamalarına görə, şəhər əhalisinin ümumi sayı 8.1 milyon nəfərdir. 17-ci əsrdə Şenyan şəhərinin mancurlar tərəfindən işğal olunmasından sonra Tzin sülaləsi tərəfindən idarə olunmağa başlamışdır. Qonşu şəhərlərlə birlikdə Şenyan şəhəri Çinin vacib sənaye mərkəzlərindən biri hesab olunur və ölkənin şimal-şərq qonşuları olan Yaponiya, Rusiya və Koreya ilə nəqliyyat və iqtisadi əlaqələrin saxlanmasında mühüm rol oynayır. Şəhər 1930-cu ildən etibarən Çində ağır sənaye mərkəzi olaraq qalmaqdadır. == Beynəlxalq əlaqələr == === Xarici konsulluqlar === Yaponiya, Cənubi Koreya, Rusiya, Fransa, Almaniya, Şimali Koreya və ABŞ kimi ölkələrin konsulluqları Şenyan şəhərində yerləşir. === Qardaş şəhərlər === Şenyan şəhəri bir çox şəhərlə qardaş şəhər əlaqələri qurmuşdur ki, bu da iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olmuşdur.
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Peyon
Peyon (fr. Peillon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş L'Eskaren kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 8,7 km², əhalisi — 1322 nəfərdir (2006) artım tendensiyası ilə: 1439 nəfər (2012), əhalinin sıxlığı 165,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1410 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1439 nəfər.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Binhem-Kanyon
Binhem-Kanyon — ABŞ-də mis, qızıl, gümüş və molibden çıxarılan iri kompleks yataq. Yuta ştatında, Solt-Leyk-Siti şəhərindən 30 km cənub-şərqdədir. Dünyada ən iri yataqlardandır. == Tarixi == 1880-ci illərdə kəşf edilib, 1906-cı ildən açıq üsulla, 1940-cı illərdən isə kombinə edilmiş üsullarla istismar olunur. == Geologiyası == Qalıq filiz ehtiyatı təqribən 1350 milyon t-dur; o cümlədən mis 8,5 milyon t (filizdəki miqdarı 0,67%), qızıl 330 t (0,36 q/t-adək), gümüş 3 min t (təqribən 2,8 q/t), molibden 400 min t (0,03%-ədək). Tektonik cəhətdən mütəhərrik Şimali Amerika Kordilyer dağlarının Cənubi Qayalı dağlar meqazonasının şəhər hissəsi ilə əlaqədardır. Yataq mis-porfir tiplidir; Üst Karbonun kvarsit və əhəngdaşılarını yarmış Orta Paleogenin qranitoid ştoklarında lokallaşmışdır. Filiz kütləsi çevrilmiş kasa formasındadır; planda ölçüləri 2,1x1,5 km-dir, qalın divarları təqr. 2,5 km-dək dərinliyə batır. İlkin kvarslı-sulfidli filizlər pirit, bornit, diagenit, xalkopirit, pirrotin, molibdenit, qızıl və palladium<un nadir minerallarından ibarətdir; hər il 150 kq-adək Pd çıxarılır.