Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülxaliq Qicdüvani
Əbdülxaliq Qicdüvani (1103–1199)—Nəqşibəndiyyənin şeyxi, mürşüdü. == Həyatı == Əbdülxaliq 1103-cü ildə Buxara yaxınlığında Gicduvan adlı qəsəbədə anadan olmuşdu."Risale-i Ṣaḥibiyyə" adlı əsərində (s. 95–96) anlatdığına görə atası, İmam Malik nəslindən, zahiri və batıni elmlərə vaqif bir alim olan Malatyalı Əbdülcəmil İmamdır. Düşmənləri tərəfindən şəhərdən çıxarılan Malatya sultanının taxtına dönməsini bacaran Əbdülcəmil, 113 yaşında olmasına rəğmən mükafat olaraq sultanın qızıyla evləndirilir. Əbdülxaliq Gicdüvani yenə öz ifadəsinə görə, iyirmi iki yaşına qədər onu mənəvi övlad edən Xacə Xızırın tərbiyəsi altında qaldıqdan sonra Buxaraya gələn məşhur fəqih və mütəsəvvif Yusif Həmədaninin (ö. 1140) müridləri arasına qatıldı. Bəzi qaynaqlara görə Yusif Həmədani Buxaraya deyil, Səmərqəndə gəlmiş və Gicdüvani ona burada intisab etmişdir. Nəqşibəndi təriqətinin ilk təməl əsaslarını quran Əbdülxaliq Qicdüvani Məvəraünnəhr və Buxara bölgəsində təsəvvüf və təriqət xidmətlərini davam etdirmişdir. Nəqşibəndiliyin "on bir əsasını" quran Qucdüvanidən Bahaəddin Nəqşibəndin "üveysi" yolu ilə feyz aldığı rəvayət edilir. Əbdülxaliq Qucdüvaninin Bahaəddin Nəqşibənddən daha əvvəl ölməsinə baxmayaraq, aralarında məşrəb bənzərliyi səbəbiylə, üveysi bir yaxınlıq olmuşdur.
Əbdülxaliq Renda
Əbdülxaliq Mustafa Renda (türk. Mustafa Abdülhalik Renda ; 29 noyabr 1881, Yanina – 1 noyabr 1957, Kadıköy, İstanbul ili) — Türkiyə dövlət xadimi, Türkiyə Böyük Millət Məclisinin 4-cü sədri (1935–1946). == Həyatı == === Osmanlı imperiyası dövrü === 29 noyabr 1881-ci ildə Yanyanın görkəmli şəxslərindən biri alban əsilli Rendazade Aslan Əfəndinin ailəsində anadan olmuşdur. Orta təhsilini Yanya Lisesi və İstanbul Liseyində bitirdikdən sonra 25 iyul 1903-cü ildə Mülkiye Mektebindən diplom aldı. İlk işinə 27 iyul 1903-cü ildə Ziraat Bankda Mühasib Katibi, Qeydiyyatçı Refiki adı ilə başladı. 27 oktyabr 1903-cü ildə Rodos Liseyinə riyaziyyat, həndəsə, əkinçilik, sağlamlıq və fransız dili müəllimi təyin edildi. 11 avqust 1904-cü ildə Cəzayir-i bəhr-i səfid vilayətində (Egey Adaları) əyalətinin qubernatorunun idarəsində vəzifə aldı. 1906-cı ilin martında Tepelena, 1908-ci ilin noyabrında — Ças, 1909-cu ilin yanvarında — Delvin mahalları idarəçisi vəzifəsinə təyin edildi. İki dəfə Beratın mutasarrifi oldu, daha sonra — Kavala bölgə müdiri, 1911-ci ilin fevralında Çamlıq mutasarrifi təsdiq edildi. 1913-cü ilin may ayında o, Siirt mutasarriifi, 1914-cü ilin dekabrında Bitlis valisi təyin edildi.
Əbdülxalıq Arrani
Əbdülxalıq əl-Arrani - fəqih, hüquqçu. == Həyatı == Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd əl-Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Hökmdarlar yanında hörməti vardı. O, 20 iyun 1236-cı ildə Şamın Dəməşq şəhərində vəfat edib.
Əbdülxalıq Axundov
Mirzə Əbdülxalıq Hüseyn oğlu Axundov və ya Axundzadə (1 (13) dekabr 1863, Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1950, Tehran, Pəhləvilər İranı[d]) — Azərbaycan tibb alimi, yazıçı, ictimai xadim, publisist, naşir və tərcüməçi. "Səadət" Xeyriyyə Cəmiyyətinin qurucularından və katibi, Müsəlman Xeyriyyə Cəmiyyətinin, "Nəşri-maarif" Cəmiyyətinin və Bakı Şəhər Dumasının üzvü olmuşdur. == Həyatı == Mirzə Əbdülxalıq Axundov 13 dekabr (köhnə təqvimlə 1 dekabr) 1863-cü ildə Bakıda dəmirçi ailəsində doğulub. Öncə özəl bir məktəbdə, sonra Mirzə Həsib Qüdsinin İçərişəhərdəki Örtülü məscid mədrəsəsində oxuyub. 1877–1884-cü illərdə Bakı real (edadi) məktəbində təhsilini davam etdirib. O, hələ gənc yaşlarından ərəb, fars və rus dillərini öyrənmiş, 1888-ci ildə Almaniyadakı Erlangen Universitetininin Tibb fakültəsində göz xəstəliklərinə dair yazdığı əsərini magistr elmi dərəcəsi almaq üçün müdafiə etmişdir. Əsər iki il sonra ayrıca kitab şəklində nəşr olunmuşdur. 1892-ci ildə Azərbaycan alimi Mirzə Əbdülxaliq Axundov Azərbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoydu. O, Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə etdi. 1893-cü ildə Derpt Universitetində doktorluq disertasiyası müdafiə etmişdir.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi == Həyatı == Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Əbdülxalıq Rzaquliyev
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin, eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı ünvanlı etüdlərin müəllifidir.Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir.
Əbdülxalıq Yusif
Əbdülxalıq Yusifi, Mirzə Əbdülxalıq Yusif (1853, Bakı – 1924) — Azərbaycan şairi. Bakıda "Məcməüş-şüəra" məclisinin fəal üzvlərindən biri. == Həyatı == Mirzə Əbdülxalıq Yusif 1853-cü ildə Bakıda doğulmuşdur. O əvvəllər Aşqabadda ticarətlə məşğul olmuş, sonra köçüb ömrünün axırına kimi Bakıda yaşamışdır. Atasının adı Yəqub olduğu üçün özünə "Yusif" təxəllüsünü götürən şair müasirlərindən Seyid Əzim, Molla Ağa Bixud, Əbdülxalıq Cənnəti, Mirzə Səməndər və başqaları ilə dostluq etmiş, onlarla şeirləşmişdir. Əbdülxalıq Yusif 1924-cü il noyabrın 2-də vəfat etmişdir. Onun Füzuli və digər sənətkarların təsirilə yazılmış aşiqanə qəzəllərdən ibarət kiçik divanı qalmışdır. Əbdülxalıq Yusifi qəzəlləri ilə məşhurdur. O, S. Ə. Şirvani ilə şeir məclislərində iştirak etmiş və onunla əlaqə saxlamışdır. Qəzəllərindən bir neçəsi 1981-ci ildə Bakıda nəşr olunmuş "Deyilən söz yadigardır" kitabında çap olunmuşdur.
Mirzə Əbdülxalıq Yusif

Əbdülxalıq Əbdül Əli oğlu
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır.Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.Əbdül Xalıqın peyzaj və natürmort janrlarında işlədiyi əsərləri sırasına İtaliya, Türkiyə, Amerika həyatına dair lövhələr, "Bakıda May nümayişi" (1943), "Üzüm yığımı" (1946), "Çöl gülləri" (1955), "Quşlarla natürmort" (1957), "İstanbulda küçə" (1960), "Tarla düşərgəsində" (1963) və başqaları daxildir. O, "Qaçaq Nəbi" (1959), "Nəriman Nərimanov" (1969), "Əliağa Vahid" (1970), "Əzim Əzimzadə" (1970), "Ana" (1970), "Ziya Bünyadov" (1978), "Mehdi Hüseynzadə" və başqa portretlerin, eləcə də Şamaxı, Zaqatala, Moskva, İstanbul və Bakı ünvanlı etüdlərin müəllifidir.Rəssamın 1960-cı illər yaradıcılığını əmək mövzulu "Kolxozçu Sevil Qazıyeva", "Kolxoz həyəti", "Kolxozçu qadın", "Balıqçılar", "Əmək meydanında", "Lənkəran balıqçıları" və "Məhsul bayramı" tabloları, əmək adamlarının təmas yerlərini tərənnüm edən "Çuxuryurd", "Altıağac" və "Mənzərə" əsərləri əhatə edir.
Əbdülmalik
Əbdülmalik — kişi adı. Əbdülmalik əl-Husi — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. Əbdülmalik ibn Abdullah əl-Cuveyni — İslam alimi.
II Əbdülmalik
II Əbdülməlik (Samani) — Samanilər sülaləsinin hökmdarı. II Əbdülmalik (Dərbənd əmiri) — Dərbənd əmiri.
Məsləmə ibn Əbdülmalik
Məslamə bin ʿƏbd əl-Malik bin Mərvān (ərəb. مسلمة بن عبد الملك‎‎‎) — Xəlifə Əbdülmalikin oğlu, 716-718 (hicri 98-99)-ci illərdə Konstantinopolun mühasirəsiylə şöhrət qazanmış ən məşhur Əməvi sərkərdələrindən biri. Kiçik Asiyada bir çox uğur qazanan əmisi Məhəmməd ibn Mərvan kimi, o da kənizdən doğulduğundan Xilafətə vərəsəlikdən məhrum olmuşdu. Doğum tarixi naməlumdur. 738(hicri 121\124)-ci ilin dekabrında(məhərrəm)ayında vəfat edib. Atasının son hakimiyət ili olan 705(86)-ci ildən başlayaraq, Məslamə, Bizans ərazisində mütəmadi yay, bəzən qışa qədər uzanan, yürüşləri keçirir. == Qafqazda vali vəzifəsində == 709-ci ildə Məslamə Azərbaycanın və Ərməniyyənin valisi vəzifəsində öz əmisi Məhəmməd ibn Mərvanı əvəz edir. Xilafətin şimal-qərb ərazilərinə nəzarət edərək Bizansa bir sıra yürüş edir. 712-ci ildə Amasyanı alır, 714-ci ildə Malatyanı. Məslamənin başçılığı altında ərəb qoşunları Qafqazda irəliləyir.
İşxan Əbu Əbdülmalik
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi. == Həyatı və siyasi fəaliyyəti == X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır. “Kartli salnaməsi”ə görə İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş. Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir. Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir. “Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur.
Əbdülmalik ibn Haşim
I Əbdülmalik (v. 939, Dərbənd) — Dərbənd Haşimiləri sülaləsindən olan dördüncü müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. 4 yanvar 915-ci ildə əmir elan olunmuşdu. Lakin qardaşı oğlu Əbül-Nəcm ibn Məhəmmədin üsyanından sonra məcbur olub Şəndana qaçmışdı. Oradan da Yusif ibn Əbu Sac Divdadin yanına qaçan əmir 6000lik Saci ordusu ilə Dərbəndə qayıtdı və yenidən əmir oldu. Qaçan Əbül-Nəcm Şabranda möhkəmləndi. Bu dəfə xəzərlərdən kömək alan Əbdülmalik xəzər sərkərdəsi Salifanla birgə Əbül Nəcmi ələ keçirdi və edam etdirdi. 930-cu ilin oktyabrında Şabran yaxınlıqlarında Şirvanşah şahzadəsi, Layzan valisi Məhəmmədin (sonrakı II Məhəmməd ibn Yezid) orduları ilə çarpışdı lakin heç bir tərəf qalib gələ bilmədi. 938-ci ildə kafirlərə qarşı yürüşündə qalib gələrək Mərəfsa ölkəsini fəth etdi.
Əbdülmalik əl-Husi
Əbdülmalik əl-Husi (ərəb. عبد الملك الحوثي‎) (1 yanvar 1979) — Yəmən zeydilərinin lideri, Hüseyn əl-Husinin qardaşı. == Həyatı == Hüseyn Bədrəddin əl-Husinin qardaşı olan Abdulmalik əl-Husi 1979-cu ildə dünyaya gəlib. Özəl təhsil müəssisəsində dərs almış Abdulmalik ailəsinin elimi təcrübəsindən bəhrələnərək, 13 yaşında atası tərəfindən Əllamə kimi elmi ada layiq görülüb. O 2004-cü il hadisələrində mübarizə meydanında qardaşının yanında önəmli yer tutub. 2004-cü il hadisələri bir müddət sonra yenidən təkrarlanır. 2005-ci ildə Yəmən hökuməti Husilərə qarşı təhdid siyasəti yürüdür. Belə ki, həmin ildə baş vermiş qiyamda 700 nəfər öldürülür, 2708 nəfər yaralanır. O zaman hərəkatın başında duran Abdullah Ayza ər-Rezami təslim olmaq məcburiyyətində qalır. Heç şübhəzis, Yəmən və Bəhreyn qiyamları həm İran, həm də Hizbullah ilə möhkəm mənəvi bağlılığı var.
Əhməd ibn Əbdülmalik
I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir. == Hakimiyyəti == Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu.
III Əbdülmalik (Dərbənd əmiri)
III Əbdülmalik - Dərbəndin son əmiri. == Hakimiyyətə gəlişi == Atası II Ləşkərinin öldürüldüyü il doğulmuşdu və anasının vətəni olan Qaytaqda böyümüşdü. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 10 yaşındakı Əbdülmaliki də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Hakimiyyəti == Əmirliyi əslində əmirin qəyyumu Müfərric idarə edirdi. Şirvanşahın hücumlarından qorunmaq üçün Müfərric əvvəlcə Məmlan ibn Yezidi Dərbəndə gətirtsə də, sonra fikrindən daşındı. Oktyabr ayında böyük bir qüvvə ilə yürüşə keçən Şirvanşah I Fəribürz Dərbəndi ələ keçirdi və Dərbənd əmirliyinin müstəqilliyinə son qoydu. Dərbənd həmişəlik Şirvanşahlar dövlətinə birləşdirildi. == Geri dönüşü == İşğaldan sonra Qaytaq ölkəsinə qaçan Əbdülmalik səlcuqların Şirvana basqınından istifadə edərək 27 oktyabr 1068-ci ildə Dərbəndə qayıdaraq şəhəri geri aldı. 28 dekabr 1068-ci ildə rəislərin arasındakı münaqişələrlə bacarmayan əmir yenidən Qaytağa qayıtdı.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
Əbdülmalik ibn Abdullah Cüveyni
Əbdülmalik ibn Abdullah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafi (1028—1085, Nişapur) — İslam alimi. == Həyatı == O, Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi. Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır. Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır. Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.
Əbdülmalik ibn Abdullah əl-Cuveyni
Əbdülmalik ibn Abdullah Cüveyni