Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. == Həyatı == Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 885 nəfərdir.
Abdülrza Əbilov
Abdülrza Hacıbala oğlu Əbilov (23 aprel 1931, Bakı – 20 may 2009, Bakı) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor. == Həyatı == Abdülrza Hacıbala oğlu Əbilov 1931-ci il aprelin 23-də Bakı şəhəri Xırdalanda anadan olmuşdur. 1934–1949-cu illərdə Bakı şəhəri 92 saylı orta məktəbdə oxumuşdur. 1951-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) "İstilik texniki qurğuları və avtomatikası" ixtisası üzrə bitirmiş və təyinatla Sumqayıt şəhəri İstilik Elektron Müəssisəsinə göndəril-mişdir. 1956–1957-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Energetika İnstitutunun (Eİ) "Avtomatika və telemexanika" laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə Moskva şəhərində Moskva Kompleks Avtomatlaşdırma İnstitutunun məqsədli aspiranturasında oxumuşdur. 1963–1967-ci illərdə Azərbaycan EA Energetika İnstitutunun "Avtomatik idarəetmə sistemi" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. 1967-ci ildə Elektron hesablama Maşınlarının köməyilə kimya-texnologiyası proseslərinin modelləşdirilməsi və optimallaşdırılması işlərinin təşkili məqsədilə Azərbaycan EA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) köçürülmüşdür. 1969-cu ildə "Neft-kimya proseslərinin optimallaşdırılması" laboratoriyasını təşkil etmiş və ona 30 ilə yaxın müddətdə fasiləsiz rəhbərlik etmişdir. Professor A. H. Əbilov 2009-cu ildə vəfat etmişdir.
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Ağacan Əbiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Bəybala Əbilov
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir.Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Fətislam Əbilov
Fətislam “Petay” Əbiloviç Əbilov (2 (15) mart 1915, Udarne[d], Cankoi rayonu[d] – 15 avqust 2005, Jukovski, Moskva vilayəti) – İkinci Dünya müharibəsi zamanı 135-ci Atıcı Qvardiya Alayının komandanı kimi Sovet İttifaqı ordusunda xidmət etmiş və həyatının əksər hissəsində Anatoli kimi tanınan Krım tatarı olan hərbçi. O, 1990-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına alyiq görülmüşdür. O, hələ müharibə illərində bu ada iki dəfə namizəd göstərilsə də, Krım tatarı olmasına görə rədd edilmişdi. == Həyatının erkən dövrü == Əbilov 1915-ci ilin 15 martında Krım yarımadasında yerləşən Çadra Şeyx Əli kəndində anadan olmuşdur. 7 sinif məktəbdə oxuduqdan sonra metallurgiya sahəsində və dövlət fermasında traktor sürücüsü kimi çalışmışdır. 1937-ci ildə Qırmızı Ordu sıralarına daxil olmuşdur. 1939-cu ildə Tiflisdəki piyada məktəbini bitirmiş və 1942-ci ildə Kommunist Partiyasına daxil olmuşdur. == İkinci Dünya müharibəsi == Əbilov 1941-ci ildə alman hücumu başladıqdan bir müddət sonra cəbhəyə göndərilmişdir. O, bu zaman kapitan rütbəsində idi və atıcı taborun komandanının müavini vəzifəsində xidmət edirdi. 1942-ci ilin sentyabr ayında o, 1292-ci atıcı alayın komandanı təyin edildi və 1943-cü ilin 8 iyun tarixinə qədər bu vəzifədə qaldı.
Güllü Əbilova
Güllü Əbil qızı Əbilova (16 sentyabr 1924, Bakı – 17 iyul 1994) — arxeoloq, tarix elmləri namizədi. == Həyatı == Güllü xanım 1924-cü il sentyabr ayının 16-da Bakının "Qara şəhər" adlandırılan bir guşəsində, adlı-sanlı neftçi ailəsində dünyaya göz açmışdır. Atası Əbil Abdulla Əli oğlu yarım əsrdən artıq bir müddətdə neft mədənlərində işləmiş, əməksevərliyinə, işinə olan ciddi məsuliyyətinə görə böyük şan-şöhrət qazanmışdır. Anası Kübra xanım İkinci dünya müharibəsinin ağır illərində əmək fəaliyyətinə başlamış, Bakı Şəhər Sovetinə deputat seçilmişdi. Müharibənin ağır illərində orta təhsilini uğurla başa çatdıran Güllü xanım 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, qədim və zəngin tariximizi öyrənməyi qarşısına məqsəd qoyur. Minillikləri əhatə edən təkrarolunmaz maddi mədəniyyət tariximiz, Azərbaycan arxeologiyası Güllü Əbilovanın əsas maraq dairəsini, elmi araşdırmalarının başlıca istiqamətini təşkil edir. Tələbə ikən çöl axtarışlarında fəal iştirak edir. Onun dövrümüzün ən genişmiqyaslı qazıntıları sayılan Mingəçevir tədqiqatlarında iştirakı daha səmərəli işlərindəndir. Mingəçevir qazıntıları Azərbaycan arxeoloqları, o cümlədən Güllü Əbilova üçün əsl təcrübə məktəbi olmuşdur. Mingəçevirdə — Kürün hər iki sahilində mədəni irsimizin bütün tarixi mərhələlərinə aid 20 mindən artıq nadir maddi mədəniyyət nümunələri üzə çıxarılmışdı.
Kamal Əbilov
Kamal Vidadi oğlu Əbilov (17 may 1996, Oğlanqala, Naxçıvan Muxtar Respublikası – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamal Əbilov 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Kamal Əbilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kamal Əbilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Əbilov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərrar Əbilov
Kərrar Əbilov (28 aprel 1930, Şuşa, DQMV – 28 yanvar 2016) — Azərbaycan siyasətçisi, Vahid Azərbaycan Partiyasının sədri. Psixologiya elmləri namizədi == Həyatı == Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji və bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb. Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib. Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab və Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib və eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə Leninqrad Universitetini fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K. Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb və təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb. K. Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib və etməkdədir. Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K. Əbilov həm də həmin qurumların rəhbəri olaraq qalır. Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə və Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib və quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib. Uzun illər indiki Slavyan Universitetində pedaqoq kimi çalışıb.
Mahmud Əbilov
Əbilov Mahmud Əbdülrza oğlu (15 sentyabr 1898, Ukur, Quba qəzası – 30 yanvar 1972, Bakı) — hərbi xadim, general-mayor. == Həyatı == Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində anadan olmuşdur. Yeniyetməlik dövründə valideynlərini itirmiş və kənd rus məktəbində cəmi iki sinif oxumuşdur. 1920-ci ildə XI Qızıl ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak etmişdir. Bakı və Tiflis hərbi məktəblərini bitirmişdir (1921, 1930). Görkəmli hərbi xadim M.Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlmiş, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilmiş, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərmişdir. M.Əbilov Faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq etmiş və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunmuşdur. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Musa Əbiyev
Musa Əbiyev (1896-1975) - tibb elmləri doktoru, professor. == Həyatı == 1896-cı ildə anadan olub. 1928-1930-cu illərdə hospital cərrahiyyə kafedrasında işləyib. Müharibə illərində - 1941-1945-ci illərdə hərbi hospitalda həkim işləyib. 1952-1962-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda urologiya kafedrasının müdiri olub. 1962-ci ildə cərrahiyyə kafedrasına qayıdaraq ömrünün sonuna qədər orada urologiya kursuna rəhbərlik etmişdir. 1975-ci ildə vəfat edib. == Mənbə == Ə.İnsanov. Azərbaycan səhiyyəsinin tarixi. Bakı, 2002.
Məhəmməd əl-Əbivərdi
Əbülmüzəffər Məhəmməd ibn Əhməd bin Məhəmməd bin İshaq əl-Əbivərdi (?-1114) — İslam alimi, şair. == Həyatı == O, Əbivərd şəhərində anadan olmuşdu. Təhsilini Əbdülqahir Cürcaninin yanında almışdı. Məhəmməd əl-Əbivərdi 1114-cü ildə İsfahan şəhərində vəfat edib.
Nurlan Əbilov
Nurlan Fərrux oğlu Əbilov (2 avqust 1994; Ağakişibəyli, Masallı rayonu, Azərbaycan — 19 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nurlan Əbilov 2 avqust 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olmuşdur. Atasını uşaq ikən, anasını isə 23 yaşında itirmişdir. Orta təhsilini aldıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşdur. Anası xəstə olduğuna görə təhsilini donduran Nurlan bu səbəblə diplomunu ala bilməmiş, diplomu müharibə zamanı ailəsinə çatdırılmışdır. Ailəli idi, 5 yaşlı və 3 yaşlı iki oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Nurlan Əbilov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən baş nahiyəsindən ağır yaralanmışdır və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əbilov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Nurlan Əbilov 19 aprel 2021-ci ildə müalicə aldığı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həlak olmuşdur.
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). == Bioqrafiya == Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Rahib Əbiyev
Rahib Əbiyev (Əbiyev Rahib Hidayət oğlu; d. 1966. Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru, professor. Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri. == Həyatı == Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi “Sənaye istehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə R.Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin “İstehsalatı intellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R.Əbiyev namizədlik dissertasiyası müdafiə edib.
Sübhan Əbilzadə
Sübhan Arif oğlu Əbilzadə (23 aprel 1998; Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sübhan Əbilzadə 1998-ci il aprelində 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Sübhan Əbilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhan Əbilzadə noyabrın 6-da Qubadlının azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.01.2021-ci il tarixli Sərəncamına əsasən Sübhan Əbilzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Səfər Əbiyev
Əbiyev Səfər Axundbala oğlu (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-polkovnik. == Həyatı == Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır).1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.Ailəlidir, 2 övladı var. Nevələri : Kənan Nəcəfov, Orxan Nəcəfov, Sevil Quliyeva , Aygun Nəcəfova ve … == Mükafatları == 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni (Azərbaycan) "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı == Mənbə == "Azərbaycanda Kim Kimdir?" Ensiklopedik məlumat toplusu.
İbrahim Əbilov
İbrahim Əbilov (1881, Ordubad, Naxçıvan qəzası – 23 fevral 1923, İzmir) — Azərbaycan Respublikasının ilk diplomatlarından biri. == Həyatı == İbrahim Əbilov 1881-ci ildə Ordubadda anadan olmuşdur. Məhəmməd Tağı Sidqinin Ordubaddakı "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur. 1903-cü ildən Petrovsk-Portda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, ilk Azərbaycan sosial-demokrat təşkilatı "Hümmət"in (menşevik) üzvü kimi fəaliyyət göstərmişdir. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından olub. 1908-ci ildə Güney Qafqazda və Güney Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-Amiyyun" (azərb. "Mücahid"‎) sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir. 1909-cu ildə Bakıya qayıdan Əbilov 1912-ci ildə dərc olunan "Bakı həyatı" qəzetində redaktor vəzifəsində işləmişdir. Çar hökuməti tərəfindən dəfələrlə həbs edilən İbrahim Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə deputat seçilmiş və onun sosialist fraksiyasına başçılıq etmişdir.
İlqar Əbilhəsənov
İlqar Əbilhəsənov (tam adı: Əbilhəsənov İlqar Yusif oğlu; 19 avqust 1967, Bakı – 20 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb. == Həyatı == İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub. Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub. Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir.
İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
İmran Əbilov
İmran Rəşid oğlu Əbilov (d. 23 oktyabr 1935, Mahmudavar, Masallı rayonu) — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989), Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, heyvandarlığa dair bir sıra kitabların müəllifi, Qarabağ müharibəsi veteranı. == Həyatı == İmran Əbilov 1935-ci ilin oktyabrın 23-də Masallı rayonunun Mahmudavar kəndində doğulmuşdur. 1953-cü ildə Lənkəran Pedaqoji texnikumunu bitirmiş, Masallı rayonu Boradigah kəndində müəllim işləmişdir. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu Stalin təqaüdü alaraq fərqlənmə diplomu ilə bitirmişdir. 1959–1962-ci illərdə Masallı rayonu Həsənli kəndində baş mütəxəssis, Masallı rayon Partiya komitəsində təlimatçı, rayon komsomol komitəsinin birinci katibi, Azərbaycan Mərkəzi Komsomol Komitəsində təşkilatçı, 1963–1969-cu illərdə Masallı rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, 1969–1991-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, Dövlət Aqrar Sənaye Komitəsinin sədr müavini, 1991–1997-ci illərdə Dövlət Quşçuluq Şirkətinin vitse-prezidenti, 1997–2011-ci illərdə Respublika Nazirlər Kabinetinin baş məsləhətçisi işləmişdir. 2011-ci ildən dövlət qulluğu təqaüdçüsüdür. == Mükafatları == İki "Şərəf nişanı", bir "Xalqlar dostluğu" ordeni, "Yubiley" medalı, Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri fərmanı" və s. mükafatlarla təltif edilmişdir. Azərbaycanda "Sovet-Hindistan", "Kuba-Azərbaycan", Hindistanda "Sovet-Hindistan" simpoziumlarının, Moskvada "Ümumdünya Baytarlıq", Misirdə və Bolqarıstanda "Beynəlxalq" və "Avropa", "Buffalo" Konqreslərinin təşkilində fəal iştirak etmişdir.
Şamil Əbiltay
Şamil Bisenqali oğlu Əbiltay (qaz. Шәміл Бисенғалиұлы Әбілтай; 24 fevral 1948) — sovet və Qazaxıstan bəstəkarı. == Həyatı == II Dünya Müharibəsində döyüşən atası Bisenqali Əbiltay anası Əzirxanım Abdirovna ilə kollektiv təsərrüfatın işçiləri idilər. Babası Əbiltay məşhur küyşi idi. Şamil Əbiltay dörd yaşından dombra çalmağa başlamışdır. 1974-cü ildə Voronej şəhərində keçirilən xalq çalğı alətləri üzrə ümumittifaq ifaçılar müsabiqəsinin laureatı, 1980-ci ildə Qazaxıstan Lenin komsomolu mükafatı laureatı, 1994-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən Qurultayda bütün türk dünyasının "Ozanı" (carçı) adlandırıldı. 1998-ci ildə "Qazaxıstanın əməkdar xadimi", 1999-cu ildə isə Karaqanda vilayətinin Ulıtau rayonunun fəxri vətəndaşı adlarına layiq görüldü. 1962-ci ildə Quryev Musiqi Məktəbinə qəbul olur, 1966-cı ildə oranı bitirir. 1966-1972-ci illərdə Almatıdakı Kurmanqazı Konservatoriyasında təhsil alırdı. 1972-ci ildən etibarən Cambul adına Qazaxıstan Dövlət Filarmoniyasında küyşi üzrə müəllimik etməyə başladı və burada 13 il işlədi.
Şəhriyar Əbilov
Şəhriyar Əbilov — Tanınmış aktyor, aparıcı == Həyatı == Əbilov Şəhriyar İbrahim oğlu 30 avqust 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə məktəbi birdiyi il Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsinə daxil olub. Ali təhsili iə yanaşı aktyor dərnəyində fəaliyyət göstərib. 2002-ci İldə Neft şirkətinin Günəşli Neft Yatağında neftçi (operator) işləyib, 2006-cı ildə "Qəfəs" Realiti şousunda iştirak edib və qaliblərdən biri olub. Uzun müddət restoranlarda, toylarda, konsertlərdə aparıcı kimi fəaliyyət göstərib. 2010-cu ildən bu günə kimi mütəmadi olaraq filmlərdə iştirak edir. 2011–2012-ci ildə 101 Anten FM radio kanalında DJ fəaliyyəti göstərib. 2012–2017-ci illərdə "Azad Azərbaycan TV" telekanalında Səhər proqramı ilə aparıcılığ fəaliyyətinə başlayıb, ardından Fort Boyard yarışmasında iştrakçı kimi iştrakçısı olub. "Böyük Səhnə", "Big Show", "Oyuncaq" kimi layihələrinin aprıcısı olub. 2021 ildə Aztv televiziyasında çalışır "Evimizdə" verlişinin aparıcısıdı.
Əbu Əli Çağani
Əbu Əli Çağani (?-955) — Çağaniyanın Möhtaclılar sülaləsindən olan əmiri. == Həyatı == Samanilər sülaləsindən olan Əmir II Nəsrin (914–943) ölüm xəbəriylə Xorasana gələn Əbu Əli, Əmir I Nuhun (943–954) əmriylə o sırada Büveyhilərin əlinə keçmiş olan Rey üçün səfər hazırlıqlarını tamamlayaraq Büveyhilər üzərinə hərəkətə keçdi. Əbu Əlinin Buxaradakı yoxluğundan faydalanan düşmanları onun xalqa qarşı pis davranışını önə sürərək Əmirin gözündən salmağı bacardılar. Qardizi, Əbu Əlinin Buxaradakı ən böyük düşmanı olaraq vəzir Məhəmməd bin Əhmədi göstərir. Rey səfəri əsnasında Əmir Nuh tərəfindən göndərilən Arızın əsgərlərə qarşı pis davranışı, ordu içərisində baş qaldırmalara səbəb olmuş, ehtiyaçları ödənməyən əsgərlər maaşlarını vaxtlı-vaxtında ala biməyincə Əbu Əlinin adamları, Əmir Nuhun əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklifində bulunmaya qərar verdilər. Bunu xəbər alan Əbu Əli hər nə qədər onları əməllərindən vaz keçirməyə çalışdıysa da, adamlarının təhdidləri üzərinə onların doğrultusunda hərəkət etməyə başladı. Əbu Əlinin üsyan etməsinin ən böyük nədəni bizcə onun Xorasan sipəhsalarlığından alınaraq yerinə İbrahim bin Simcurun təyin edilməsidir.. İbn Miskəveyh və İbn əl-Əsirin İraqlı tarixçilər olaraq söz etdiyi şəxslər, Əbu Əli ilə Əmir Nuhun aralarının açılmasının səbəbini İmadüddövlə Büveyhə bağlayırlar. Onlara görə İmadüddövlə bir yandan Əmir Nuha məktublar yazaraq Reyin ona verilməsini, bunun qarşılığında Əbu Əlinin Rey üçün verdiyi xəracdan yüz min dinar daha artıq ödəmə edəcəyini və Əbu Əliyə qarşı diqqətli olmasını bildirirkən, digər yandan da Əbu Əliylə xəbərləşərək, onu Əmir Nuha qarşı qızışdırır və əgər ona qarşı vuruşarsa, onu dəstəkləyəcəyini vəd edirdi. Bütün bu saydığımız nədənlərlə hərəkət edən Əbu Əli, sərkərdələrinin arzularına boyun əydi və Əmirin əmisi İbrahim bin Əhmədə məktub yazaraq ona əmirlik təklif etdi.
Əbu Bəkr ibn Əli
Əbu Bəkr ibn Əli (ərəb. أبو بكر بن علي‎) — Əli ibn Əbu Talib və Leyla binti Məsudun oğludur. O, Kərbəla döyüşündə şəhid olan Hüseynin səhabələrindən olmuşdur. == Soyu == Əbu Bəkr ibn Əlinin Aşura günü qardaşı Hüseyn ibn Əliyə dəstək olmaq üçün döyüş meydanında vuruşan Əli ibn Əbi Talibin övladlarından birincisi olduğu deyilir. Onun təxəllüsü Əbu Bəkr olmuşdur. Sünni alimi İbn Quteybəyə görə onun anası Məsud ən-Nəxşəlinin qızı Leyla, atası isə Əli ibn Əbu Talibdir. == Kərbəla döyüşündə == Əbu Bəkr ibn Əli Kərbəla döyüşündə şəhid olmuşdur. Məhəmməd əl-Baqirdən bir hədis var ki, ona görə də Həmdan qəbiləsindən bir nəfər onu şəhid etmişdir. Bəzi mənbələrə görə, onun qəbri İmam Hüseynin dəfn olunduğu yerin yaxınlığındakı Həşimid şəhidlərinin toplu məzarında yerləşir.
Əbu Əli Məhəmməd Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Əbu Əli ibn Sina
İbn Sina (tam adı: Əbu Əli Hüseyn ibn Abdullah Həsən ibn Əli ibn Sina; latınlaşdırılmış və Avropada qeyd olunan adı – Avisenna; 980[…], Afşona[d], Buxara – 18 iyun 1037, Həmədan) — Orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri. Fars əsilli olduğu ehtimal olunur. Onun ən etibarlı əsərlərindən biri "Göz həkiminin dəftəri" əsəridir. Buxara yaxınlığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qazanmışdır: Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük, müdrik), Harami buzurq (dahi təbib), Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. == Həyatı == İbn Sina (Avisenna) Buxara şəhərində fars ailəsində doğulmuşdur. Uşaqlıq illərində əlifbanı öyrəndikdən sonra kitabları oxumağa başlayır. O vaxt Çinin dövləti ərazisinin şərqindən başlanan Böyük İpək yolunun bir şaxəsi də Buxara şəhərindən keçirdi. Onuncu əsrdə Asiya dövlətlərinin çiçəklənən dövrü olduğundan Buxara şəhərinin bazarında Böyük İpək yolu üstündə təşkil edilən kitab ticarəti də mühüm yer tutmuşdu. İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyərkən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmirin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin.
Əli bin Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli ibn Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əbu Mənsur Əli ibn Yezid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı.
Əbu Mənsur Əli ibn Yəzid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi.Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər. Əbd ül-Məlik ailəsi ilə Şirvana qaçdı.
Əli ibn Əbu Talibin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
İbi
İbi (isp. Ibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 62,52 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 23861 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Oyya-de-Kastalya Tibi Onil == İstinadlar == == Xarici keçidlər == Rəsmik sayt Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Ayuntamiento de Ibi Arxivləşdirilib 2018-11-07 at the Wayback Machine Índice estadístico municipal de Ibi Ibi en el Registro de Entidades Locales de la Generalidad Valenciana Villa de Ibi noticias sobre Ibi Web de noticias de Ibi Portal sobre Ibi Reportajes gráficos de las fiestas de Moros y Cristianos de Ibi Federación Valenciana de Municipios y Provincias — Guía Turística Página de la comisión de fiestas de moros y cristianos, historia, fotos, comunicados, múscia, vídeos..
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الحسن بن علي‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. == Nəsil == Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. == Əli ibn Əbu Talibi dəstəkləməsi == Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. == Müslim ibn Əqili dəstəkləməsi == Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Abi-siyah
Abi-siyah — Qırxbulaq nahiyəsində kənd. == Toponimik izah == Abi-siyah 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. Asəcə (bax) kəndindən Abi Siyah (Qarasu) adlı yerdə yaranmış məntəqədir. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.
Abi (Zəncan)
Abi - İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, qiydar qəsəbəsindən 12 km cənubdadır.
Abi bülbül
== Toponimik izah == Abi bülbül - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı. Şiştəpə kəndinin yaxınlığındadır. == Həmçinin bax == Abdutəpə Abdurrəhmanli == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Ayişə Nəbi
Ayişə Nəbi — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
EBU
Avropa Yayım İttifaqı (AYİ) (ing. European Broadcasting Union; EBU, fr. Union Européenne de Radio-télévision; UER).12 fevral 1950-ci ildə qurulmuşdur. Azərbaycan 2007-ci ildən bəri iştirak edir.
ETİ
ETİ — 1962-ci ildə Firuz Qanadlı tərəfindən Əskişəhərdə yaradılıb. Biskvit, peçenye, keks, tort, şokolad, vafli, uşaq yeməyi və hazır ərzaq məhsulları istehsal edərək, hal-hazırda Dünya şirkətləri ilə yarışa girib. Şirkət loqosunda olaraq Het Günəş Simvolundan istifadə edir. Həmçinin şirkət, Əskişəhərsporun da baş sponsoru mövqeyindədir. == Məhsulları == Türkiyədə 1962-ci ildən bu yana ərzaq məhsulları istehsalında ilk sıralarda gələn ETİ adı ilə bütünləşmiş krekerlər və səhər yeməyi, şokoladlar və şokoladlı məmulatlar, biskvitlər və vaflilər, körpə məhsulları ilə kekslər və tortları ilə məşhurdur. Türkiyənin ilk lifli biskviti Burçak, ilk hazır qızarmış çörəyi Etimek, ilk sənaye istehsalı tortu, ilk qablaşdırılmış piroqu Turdu, ilk qlütensiz biskviti Pronot və ilk yaş tortu Browni kimi məhsullarla ilklərə imza atıb. 1970-ci illərdə nəşr olunan ETİ reklamındakı Oqtay Tem tərəfindən bəstələnən "Bir Sirrim Var" mahnısı ilə ETİ məhsulları məşhurluğunu daha da artırmışdır.
Ebli
Ebli-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Ebli-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Epi
Əkbər Novruzlu və ya Epi (15 yanvar 1999, Bakı, Azərbaycan) — Azərbaycan reperi, Vətən müharibəsinin iştirakçısı. == Həyatı və karyerası == Əkbər Azər oğlu Novruzlu 15 yanvar 1999-cu ildə Bakıda anadan olmuşdur. 2005-2016-cı illərdə 45 nömrəli orta məktəbdə təhsil almışdır. 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. O, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.Epi 2013-cü ildən peşəkar olaraq "BizimEra Studio" ilə replə məşğul olmağa başlamışdır. 2014-cü ildən Bar Home adlı qrup yaratmış və dağılana kimi rəhbərlik etmişdir. 2014-2015-ci illərdə Şərab olmuşuq və Qırmızı Winston trekləri ilə populyarlıq qazanmışdır. 2015-ci ildə 6 trekdən ibarət Epinin Ədəbiyyatı albomu işıq üzü görmüşdür. 2017-ci ildə "Olanı de" adlı ilk solo konserti baş tutub.
FBI
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kәşfiyyat vә hüquq-mühafizә orqanı. ABŞ Ədliyyә Nazirliyinin yurisdiksiyası altında fәaliyyәt göstәrir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilә bağlı tәhqiqat işlәri aparır, dövlәt tәhlükәsizliyini tәmin edir, hәmçinin bu sahәdә ABŞ dövlәt aparatının bütün orqanlarının fәaliyyәtini әlaqәlәndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. == Büdcəsi və Vəzifələri == Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abiy Əhməd Əli
Abiy Əhməd Əli (Ge'ez: ዐቢይ አህመድ አሊ; 15 avqust 1976) – 2 aprel 2018 tarixindən etibarən Efiopiyanın 10-cu Baş naziri və Efiopiya Federal Demokratik Respublikasının 4-cü Baş naziri olaraq xidmət edən bir Efiopiyalı siyasətçidir. Oromo Demokratik Partiyasından olan Efiopiya Xalq İnqilabçı Demokratik Cəbhəsinin ilk Oromo sədridir. EPRDF-nin dörd koalisiya partiyasından biridir. Abiy eyni zamanda Efiopiya parlamentinin seçilmiş üzvü və ODP və EPRDF icra komitələrinin üzvüdür. Keçmiş bir ordu kəşfiyyatçısı, Baş nazir olduqdan bəri geniş siyasi və iqtisadi islahatlar proqramına başlamış və Cənubi Sudan, Eritreya'daki sülh sazişləri və Sudan Respublikasında keçid razılaşması işləmişdir. Abiy, Efiopiya ilə Eritreya arasındakı 20 illik müharibədən sonrakı ərazi böhranını bitirməkdəki işinə görə 2019 Nobel sülh mükafatı layiq görüldü.2021-ci ilin oktyabr ayında Abiy Əhməd ikinci 5 illik müddətə rəsmən and içdi.