ƏBU

ə. 1) ata; 2) sahib, yiyə.

ƏBTƏR
ƏBUS
OBASTAN VİKİ
Əbu Səəlbə
Əbu Səəlbə (ərəb. أبو ثعلبة‎) — Məhəmmədin səhabələrindən biri və sünni müsəlmanlar arasında ən məşhur hədis mənbəyi olan Səhihi-Buxaridə nəql edilən hədis ravisi.
Əbu
Əbu Dücanə
Əbu Cəhl
Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə – 13 mart 624, ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur. Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir. Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4]. Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır.
Əbu Cəndəl
Əbu Cəndəl (Məkkə, ərəb. أبو نَجِيحٍ العرباض بن سارية السلمي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. O, həmçinin Abdullah ibn Süheylin qardaşı və Qureyş natiqi Süheyl ibn Əmrin oğlu olur. 624-cü ildə Bədr döyüşündən əvvəl İslamı qəbul edir. Bunu qəbul edə bilməyən atası Süheyl ibn Əmr tərəfindən zəncirlənir. Hüdeybiyyə müqaviləsi günü müsəlmanların yanına qaçır. Müqavilənin şərtlərindən biri olan geri qayıtma şərtinə görə onu Məkkə heyətini təmsil edən atası geri Məkkəyə aparır. Sonra yenidən qaçaraq Qırmızı dəniz sahilində bir mövqeyə yerləşir. Məkkədən qaçanlar müqavilənin şərtlərinə uyğun olaraq Mədinəyə gedib müsəlman cəmiyyətinə sığına bilməzdilər. Onların çoxu Qırmızı dənizin Sifülbəhr adlanan yerində toplanırdı.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Əbu Firas
Əbu Firas Həmdani ( ərəb. أبو فراس‎), tam adı ilə Əbu Firas ibn əl-Haris ibn Səid ibn Həmdan əl-Həmdani (ərəb. أبو فراس الحمداني‎ ; 932, Mosul – 4 aprel 968[…], Homs) — X əsr ərəb şairi və dövlət xadimi. Həmdani aristokrat ailəsinə mənsub idi. Bizansa qarşı müharibələrdə iştirak etmiş, iki dəfə əsir götürülmüş və fidyə qarşılığında azad edilmişdir. O, döyüşlərin birində həlak olmuşdur. Əbu Firasın lirikasında cəngavər xüsusiyyətləri, döyüşkənlik və sevgiliyə pərəstiş üstünlük təşkil edir. Ərəb poeziyasında ilk dəfə səhər nəğməsi motivinə malikdir. Elegiyalarda əsirlikdən gələn mesajlar vermiş, anasına, yurduna və ölkəsinə olan sevgisini böyük qüvvə ilə ifadə etmişdir. Onun poeziyasının dili sadədir.
Əbu Fukeyhə
Əbu Fukeyhə — Məhəmməd peyğəmbərin səhabəsi. İslamı qəbul edən ilk şəxslərdən olan Əbu Fukeyhə Səfvan ibn Üməyyənin qulu idi. Bu səbəbdən o, Məkkə dövründə digər qul müsəlmanları kimi ağır işgəncələrə məruz qalmışdır. Onu Əbu Bəkr satın alıb azad etmişdir. O, Həbəşistana hicrət edən ikinci dəstəyə qoşulur. Buradan Mədinəyə gedir və Bədr döyüşündən əvvəl vəfat edir.
Əbu Huzeyfə
Əbu Huzeyfə (581, Məkkə – 633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır. Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi. Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir.
Əbu Hüreyrə
Əbu Hüreyrə (602, Tixama, Məkkə bölgəsi[d] – 679, ərəb. أبو هريرة‎) və ya Əbu Hüreyrə Əbdürrəhman bin Səhr əd-Devsi — Yəmən əsilli səhabələrdən biri. Əsl adı bilinməsə də, müsəlman olmadan əvvəl adının Əbdüləmr, Sükeyn, Əbdüşəms olduğu barədə müxtəlif şayiələr vardır. Sahibsiz pişikləri bəslədiyi və böyütdüyü üçün o, “Pişik atası” mənasını verən Əbu Hüreyrə adı ilə tanınırdı. Yəməndə doğulan Əbu Hüreyrənin doğum tarixi məlum deyil və o, Ezd qəbiləsinin Devs qoluna mənsubdur. 628-ci ildə Məhəmməd Xeybərdə olarkən onun yanına gəlir və müsəlman olur. O, mühasirə zamanı Xeybərin fəthində və ondan sonrakı bütün müharibələrdə iştirak etmişdir. Bu tarixdən ölümünə qədər üç il Məhəmmədin yanından ayrılmamılşdır. Bu səbəbdən də onun ən çox hədis nəql edən səhabə olduğu deyilir. Onun 5375 hədis rəvayət etdiyi təxmin edilir.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər xilafəti, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin "Hənifə" adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Əbu Kalicar
İmadəddin və Mühyiddin Əbu Kalicar Mərziban ibn Sultanüddövlə (?-ö. oktyabr 1048) buveyi əmiri, (1024–1048)-ci illərdə Farsın, (1028–1048)-ci illərdə Kermanın, (1044–1048)-ci illərdə İraqın hökmdarı. Əbu Kalicar 1024-cü ildə hakimiyyətə yiyələnmişdi. Azərbaycandan İraqi-Əcəmə qayıdan oğuzlar iki qola ayrılmışdılar. Gök-Taş və Mənsurun başçılıq etdiyi oğuzlar Həmədana, Bukanın buyruğundakılar isə Reyə getdilər. Gök-Taş Həmədanı mühasirəyə aldı. Şəhərin valisi İsfahan hakimi Əlaüddövlənin oğlu Əbu Kalicar idi. Mühasirə uzun çəkdi. Əbu Kalicar davam gətirə bilməyəcəyini görüb Gök-Taş ilə saziş bağladı və onun yaxın bir qohumu ilə evləndi. Buka ilə Qızıl isə getdikləri Rey şəhərini mühasirəyə almışdılar.
Əbu Kamal
Əbu Kamal — Suriyada şəhər. Şəhər həmçinin İraqın Suriyaya ən yaxın Mühafəzəsi Anbar mühafazası ilə sərhəddir. Şəhər Fərat çayı üzərində yerləşir. Osmanlı imperiyası dövründə Əbu Kamal "qışla" adlanırdı. Mənası ordunun yeri, məkanı idi. Daha sonra, 1918-ci ildə Əbu Kamal adlanmağa başlandı. Mənası Kamalın ailəsi deməkdir.
Əbu Kamil
Əbu Kamil (d. 850 – ö. 930) — ərəb riyaziyyatçısı, əslən misirlidir. Əl-Xarəzminin kvadrat tənliklər nəzəriyyəsini, qeyri-müəyyən tənliklər haqqında Diofant təlimini inkişaf etdirmişdir. Cəbr üzrə "Əl-cəbr və əl-mukabala haqqında kitab" traktının müəllifidir (IX əsrin sonu X əsrin əvvəli).
Əbu Ləhəb
Əbu Ləhəb (549, Məkkə – 624, Məkkə) — Məhəmməd peyğəmbərin əmilərindən idi. Adı Əbdüluzza, künyəsi Əbül-Ubtədir. peyğəmbərə çox əziyyət etməsi, kin bəsləməsi və məsğərəyə qoyması səbəbiylə "Atəşlər Atası", yəni cəhənnəmlik mənasında "Əbu Ləhəb" ləqəbilə məşhur oldu. Bu ləqəbi Qurani-Kərimdə Məsəd surəsində zikr edilib. Peyğəmbərin əmisi olduğu halda müsəlman olmadı. Müsəlmanların ən qəddar düşməniydi. Heç bir kəsin müsəlman olmaması üçün gecə-gündüz çalışırdı. Peyğəmbərin dünyaya gəldiyi günün səhəri xidmətçisi Süveybə; "Qardaşın Abdullahın oğlu oldu" deyə sevinərək ona müjdə gətirincə sevinərək; Ona süd vermək şərtilə səni azad edirəm demişdi. Beləliklə, Rəsulullahın ilk süd anası Süveybə oldu. Əbu Ləhəb Rəsulullaha olan düşmənçiliyi heç bir zaman əldən buraxmadı.
Əbu Mina
Əbu Mina (qibt. ⲁⲃⲃⲁ ⲙⲏⲛⲁ, ərəb. أبو مينا‎ ) — İsgəndəriyyədən təqribən 50 km (31 mil) cənub-qərbdə, Misirdə bir şəhər, monastır kompleksi və xristian ziyarətgah mərkəzi idi. Şəhərin qalıqları 1979-cu ildə Ümumdünya irsi siyahısına daxil edilmişdir. Bu günə gəlib çatan çox az qalıq olsa da, böyük bazilikalar kimi ən böyük binaların təməlləri asanlıqla görünməkdədir. Bölgədəki son kənd təsərrüfatı səyləri su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu və bu da ərazinin bir sıra binalarının dağılmasına və ya qeyri-sabit vəziyyətə düşməsinə səbəb oldu. Ərazi 2001-ci ildə Təhlükədə olan Dünya irsi siyahısına əlavə edildi. Səlahiyyətlilər ərazidə ən çox təhlükə altında olan binaların altına qum yığmağa məcbur oldular. İsgəndəriyyəli Müqədddəs Mina 3-cü əsrin sonu və ya 4-cü əsrin əvvəllərində şəhid oldu. 5-ci əsrdə və sonrakı müxtəlif hadisələrdə onun dəfn edilməsi və kilsəsinin sonrakı qurulması ilə bağlı bir qədər fərqli versiyalar verilmişdir.
Əbu Nuvas
Əbu Nuvas əl-Həsən ibn Hani əl-Həkəmi və ya Əbu Nüvas (ərəb. أبو نواس الحسن بن هانئ الحكم‎, fars. ابو نواس‎; təq. 756 və ya 762, Əhvaz – 814, 813, təq. 810 və ya 815, Bağdad) — Abbasilər dövründə yaşamış ərəb şairi. Əbu Nuvas çox yoxsul bir ailədə, Xuzistan ərazisində Əhvaz şəhərində dünyaya göz açmışdı. Doğum tarixi müxtəlif mənbələrdə fərqli (747-62) qeyd edilmişdir. Atası Hani ərəb, anası Gülüban fars əsilli idi. 7-8 yaşlarındaykən ailəsi ilə birlikdə Bəsrəyə köçmüşdülər. Əbu Nuvasın uşaqlıq illəri Bəsrədə ehtiyac içində, sıxıntılı keçmişdir.
Əbu Simbel
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Simbəl
Əbu Simbəl (ərəb. أبو سنبل və ya أبو سمبل) – Misir Ərəb Respublikasının cənubunda, Nil çayının qərb sahilində yerləşən və üzərində qədim dünyanın ən möhtəşəm abidələrindən biri, Misir fironu II Ramzesin (e.ə. təxm. 1298–1213) əmrilə yonulmuş 2 məşhur məbəd olan qaya. Asuan şəhərindən 280 km cənubda, Nubiyada yerləşir. Hündürlüyü 100 metr olan xırda dənəvər qumdaşından ibarət bu qaya heroqlif yazılarında "müqəddəs dağ", bu ərazi isə müdafiə qurğuları ilə əhatə olunduğu üçün yunan mənbələrində "Ramessopolis qalası" adlandırılır. Ərazinin indiki adı ərəb dilindəki əbu – "ata" və Simbəl – "sünbül" sözlərindən yaranmışdır. Tərcümədə "sünbül atası" mənasını verir ki, bunun da səbəbi ərəb dənizçilərinin Nil çayı ilə qayanın yaxınlığından keçərkən gördükləri kişi barelyefini sünbülə bənzətmələridir. Lakin, adın yaranmasının digər bir versiyasına görə Əbu Simbəl bu qayanı 1810-cu illərdə qumların altından tapan İsveçrə tədqiqatçısı İohann Lüdviq Burkharta bu yeri göstərən gənc ərəb oğlanın adıdır. Bu məbədləri yaratmaqla II Ramzesin məqsədi Kadeş döyüşündəki qələbəsini əbədiləşdirmək və Nubiya qəbilələrinə Misir fironlarının əzəmət və qüdrətini nümayiş etdirmək idi.
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Əbu Səid
Əbu Səid — Elxanilərin IX hökmdarı (1316-1335), Xorasan valisi (1315-1316). Əbu Səid — Teymurilərin Qaraqoyunlulardan olan Azərbaycan hakimi (1428-1429). Əbu Səid — 1451–1469-cu illərdə Teymurilər dövlətinə hökmdarlıq etmiş, VII Teymuri hökmdarı.
Əbu Rafi
Əbu Rafi əl-Kitbi (ərəb. أبو رافع القِبطي‎) — Muhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Rafinin dəqiq adı məlum deyil. Çox vaxt İbrahim və ya Əsləm adları çəkilir. Digər məlumatlara görə, onun adları Salih, Abdür-Rəhman, Yezid, Sabit və s. olaraq bildirilir. O, Ryuveyfi və Bureyx ləqəbləri ilə tanınır. Əbu Rafi mənşəcə qibti idi. O, Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin qulu idi və Peyğəmbərə hədiyyə edildi. Abbas ibn Əbdülmüttəli İslamı qəbul etdikdən sonra Məhəmməd Əbu Rafini azad edir və cariyəsi Səlma ilə evləndirir.
Əbu Səyyaf
Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
Əbu Davud
Əbu Davud və ya tam adı ilə əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistani (ərəb. أبو داود السجستاني‎, 817, Sistan – 888, Bəsrə, İraq, Abbasilər xilafəti) — mühəddis, "Sünəni-Əbu Davud" hədislər toplusunun müəllifi. Onun tam adı əl-İmam əs-Səbt Seyid əl-Hüffaz Süleyman ibn əl-Əşəs ibn İshaq əl-Əzdi əs-Sicistanidir. Əbu Davud 817-ci ildə İranın cənub-şərqində və Əfqanıstanın cənub-qərbində yerləşən Sistan şəhərində anadan olmuşdur. O, Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Azd qəbiləsindən olan ərəb idi. İslamın yayılmağa başlaması ilə azdların bir hissəsi Ərəb xilafətinin müxtəlif yerlərində məskunlaşmağa başlamışdılar. Əbu Davudun əcdadı İmran Siffeyn döyüşündə xəlifə Əlinin tərəfində vuruşaraq həlak olmuşdur. Bəsrədə yaşayırdı. Əbu Davud hədis toplamaq üçün Xorasan, İraq, Misir, Suriya, Hicaz və xilafətin başqa yerlərində olmuşdur. İlk səyahətinə çıxanda iyirmi yaşından az idi.
Əbu Lulu
Firuz ən-Nihavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة‎, fars. فیروز نهاوندی‎; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür. Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur. Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır.
Əbu Yusif
Əbu Yusif (ərəb. أبو يوسف‎, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən İslam dünyasının məşhur alimlərindəndir. Yaqub ibn Yəsar əl-Ənsari Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır. Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Aməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı Əbu Hənifənin ictihadlarından istifadə etdiyini gördükdə ondan ayrılaraq Əbu Hənifənin dərslərində davamlı olaraq iştirak etməyə başlamışdır. Onun üsulundan istifadə edərək "mütləq müctəhid" məqamına yüksəlmişdir.
Hacı Mir Əbutalib xan Qarabaği
Hacı Əbu-Salam hamamı
Hacı Əbu-Salam hamamı ( azərb. Hacı Əbu-Salam hamamı‎ Bakının (Azərbaycan) Sabunçu rayonunun Pirşağı kəndində yerləşən qədim hamamdır. Hamam 1901–1902-ciillərdə tikilmiş və Kərbəlayi Əbu-salama məxsus idi. Planda bina uzanmış bir düzbucaqlıdır. Hamam otaqları bir sırada, portal şəklində giriş isə uzun fasadın küncündədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri haqqında sərəncamına əsasən, hamam "yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsidir". Hal-hazırda hamam keçmiş "Lokomotiv" pioner düşərgəsinin həyətindədir. Hamamın yanında Kərbəlayi Əbu-salamın büstü var.
Hacı Əbubəkr Paşa
Hacı Əbubəkr Paşa (1670 – yanvar 1759) — Osmanlı sultanı III Əhməd və I Mahmudun dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Alanyalı olub, saraydakı yaxınlarının vasitəsilə öncə gömrükçü, daha sonra qapıçıbaşı olaraq çalışdı. 1718-ci ilin aprelində baş çavuş, 1722-ci ilin mayında zərbxana əmini, 1723-cü ilin aprelində isə yenidən baş çavuş təyin edildi. Daha sonra 1724-cü ilin noyabrında Ciddə və Həbəşistan, 1727-ci ilin sentyabrında Misir, 1729-cu ilin iyulunda yenidən Ciddə bəylərbəyi oldu. 1731-ci ilin oktyabrında Anadolu bəylərbəyi, 1732-ci ildə kaptan-ı dərya, 1733-cü ilin mayında nişançı vəzir, 1734-cü ildə Rumeli bəylərbəyi, 1740-cı ildə Moreya valisi, 1743-cü ilin oktyabrında yenidən Ciddə valisi oldu. 1749-cu ildə Bosniya bəylərbəyi, 1750-ci ildə ikinci dəfə kaptan-ı dərya seçildi. 1751-ci ilin fevralında təqaüəd ayrılsa da, çox keçmədən yenidən Ciddəyə təyin olundu. Bahir Mustafa Paşanın sədarətə gəlməsinin ardından Gəliboluya sürgün edilsə də, 3 il sonra yaşlılığı səbəb göstərilərək geri çağırıldı. 1759-cu ilin yanvarında burada vəfat etmiş, cənazəsi Aksarayda inşa etdirdiyi məktəbin bağçasına dəfn edilmişdir. Öncəki evliliklərindən İsgəndər bəy, Hacı Mehmed bəy, Süleyman bəy adlı oğullarının olduğu bilinir.
Həbib Əbu Şəhla
Həbib Əbu Şəhla (ərəb. حبيب أبو شهلا‎; 1902, Beyrut – 22 mart 1957, Beyrut) — Livanlı siyasətçi, 1943-cü ildə ədliyyə naziri və 1946–1947-ci illərdə Livan Milli Məclisinin sədri.
Həlimə binti Əbu Zuayb
Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr – 629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər. == Bioqrafiyası == Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi. Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
II Əbu Bəkr
II Nüsrədəddin Əbu Bəkr — Atabəylər İmperiyasının hökmdarlığına iddiaçı. Azərbaycanın VII böyük atabəyi və sultanı. Sultan Xamuşun oğlu, Sultan Özbəyin nəvəsi. Həyatı haqqında çox şey bilinmir.
Luvr Əbu-Dabi Muzeyi
Luvr Əbu-Dabi Muzeyi (fr. Louvre Abu Dhabi, ərəb. متحف اللوفر أبوظبي‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyində yerləşən, layihəsi fransız memarı Jan Nuvel tərəfindən hazırlanmış sənət muzeyi. Fransa hökuməti ilə Əbu-Dabi şəhəri arasında imzalanan və 30 il qüvvədə olacaq müqavilə ilə inşa edilən Luvr Əbu-Dabi Muzeyi Səadət adası kompleksi üzərinə – təxminən 24.000 kvadratmetrlik bir sahəyə inşa edilmişdir. Muzeyin xərcinin 83-108 milyon avro arasında olduğu güman edilir. Muzey rəsmi olaraq 2017-ci il 8 noyabr tarixində açıldı. Əbu-Dabi Muzeyində dünyanın hər yerindən gələn sənət əsərləri nümayiş olunur. Muzeyin əsas məqsədi Şərq sənəti ilə Qərb sənəti arasında körpü yaratmaqdır. Bütün bunlara baxmayaraq, Parisdəki Luvr Muzeyinin bu işdə hansı marağının olması məqamı sənət dünyasında olduqca qızğın müzakirələrə səbəb oldu. == Layihənin konvensiyası == 1.3 milyard dollar müqabilində 30 il qüvvədə olacaq və Əbu-Dabinin mərkəzindəki Saadiyat adasında inşa ediləcək Əbu-Dabi Luvr Muzeyinin layihəsinin konvensiyası Fransa Mədəniyyət naziri Reno Dennode de Vabres ilə Sultan bin ən-Nəhayyən arasında 2007-ci ildə imzalandı.
Mehmet Əbussuud Əfəndi
Əbussuud Əfəndi (türk. Mehmed Ebüssuûd Efendi , 30 dekabr 1490, İskilip, Rum əyaləti[d], Osmanlı imperiyası – 23 avqust 1574, Konstantinopol, Osmanlı imperiyası) — Hənəfi Matüridi, Osmanlı şeyxülislamı və Quran təfsirçisi. Ailəsi İskilip yaxınlığındakı İmad kəndindən olduğu üçün ona "Əl-İmadi" də deyirdilər. == Həyatı == Əbussuud Əfəndi 30 dekabr 1490-cı ildə Çorumun İskilip mahalında doğulmuşdur. Onun atası İskilipli Şeyx Mühiddin Məhəmməd Əfəndi, anası isə Əli Quşçunun qızı olmuşdur. Bəzi qaynaqlar İmadı Amid ilə qarışdırıb Əbussuud Əfəndinin Diyarbəkirli olduğunu irəli sürmüşdür. Əli Mustafa Əfəndi və Peçuylu İbrahimin "İmad"ı "İmadiyə" İlə qarışdıraraq Əbussuud Əfəndinin kürd əsilli olduğu fikrini irəli sürmüşdürlər. Lakin Əbussuud Əfəndinin ailəsinin hal-hazırda İraq ərazisində yerləşən İmadiyəli deyil, İskilipdə yerləşən İmad kəndindən olduğu bəzi müasir qaynaqlar da daxil olmaqla demək olar ki, bütün mənbələrdə qeyd edilməkdədir. Əbussuud 1530-cu illərdə Bursa, İstanbul və Rumelidə hakim vəzifəsində çalışmış, burada yerli qanunları şəriət qanunlarına uyğunlaşdırmışdır. 1545-ci ildə Sultan Süleyman Qanuni onu şeyxülislam vəzifəsinə təyin etmiş və Əbussuud ölümünə qədər bu vəzifəni icra etmişdir.
Mirzə Əbu Turab Axundzadə
Mirzə Əbu Turab Axundzadə (1817, Bakı – 1910, Bakı) — İslam alimi Azərbaycan tarixində dərin hörmət və rəğbət bəslənən böyük din xadimlərindən biri də görkəmli şəxsiyyət Axund Mirzə Turab Axundzadədir. 1817-ci ildə Bakıda İçəri şəhərdə tanınmış ruhani ailəsində dünyaya göz açmışdır. Onun əsl adı bizə məlum deyil. Əbu Turab Həzrəti Əli (ə) adlarından biridir. Bu ləqəbi ona İslam Peyğəmbəri (s) vermişdir. "Mənası topaq atası" deməkdir. Ona Ərəbistanda dini təhsil adığı illərdə bir ləqəb kimi verilmişdir. Mirzə Əbu Turab Axundzadə, sözün həqiqi mənasında Abşeron torpağının "atası" idi. İlk təhsilini o dövrdə Bakının məşhur təhsil ocaqlarından sayılan Mirzə Həsib Qüdsinin mədrəsəsində almışdır. O, O,Bakının bir çox məscidlərində moizələr edərdi.
Mirzə Əbutalib Zəncani
Mirzə Əbutalib Zəncani (fars. میرزا ابوطالب زنجانی‎) — hüquqşünas və şiə alimi. Mirzə Əbutalib Zəncani 10 dekabr 1843-cü ildə Zəncanda dünyaya gəlmişdir. Səfəvilər dövründən onun ata tərəfindən olan əcdadları Zəncan şəhərinin münsif və mərcə alimlərindən idilər. O, Zəncanda təhsilə başlamış, sonra Qəzvin və Nəcəfdə təhsilini Şeyx Mürtəza Ənsari, Şeyx Razi və Seyid Hüseyn Kuhkəməri Təbrizinin yanında davam etdirimişdir. 40 yaşında İrana qayıtmış və Tehranda məskunlaşmışdır. Seyid Hüseyn Kuhkəməri Təbrizinin tanınmış şagirdi olaraq, kargüzarlıq dairələrinin mərkəzində olmuşdur. Vaxtının çoxunu dərs deməyə və dini kitablar yazmağa həsr etmişdir. Əvvəlcə Məşrutə hərəkatının tərəfdarı olsa da, sonra kralpərəstlərə qoşulmuşdur.16 mart 1911-ci ildə Tehranda vəfat etmiş, Məşhəddə dəfn olunmuşdur. Azərbaycan və fars dilləri ilə yanaşı, fransız, ərəb və osmanlı dillərini də bilmişdir.
Mit-Əbul-Qum
Mit-Əbul-Qum — Misirdə, Nil çayı deltasında kənd.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Mustafa Əbu əl-Yazid
Mustafa Əbu əl-Yazid — «Əl-Qaida» terror şəbəkəsi qruplaşmanın Əfqanıstan qanadının lideri, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktlarının əsas maliyyəçisi Mustafa Əbu əl-Yazid Üsəma Ben Ladenlə birlikdə «Əl-Qaida»nın yaradıcılarından hesab olunurdu. O, 2007-ci ilin mayından Əfqanıstandakı əməliyyatlara rəhbərlik edirdi. Yazid 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktlarının əsas maliyyəçisi sayılırdı. 2010-cu il iyun ayının 1-də ABŞ-nin xüsusi xidmət orqanları terrorçu liderin Əfqanıstan-Pakistan sərhəddinin pilotsuz təyyarələrlə bombardman edilməsi nəticəsində öldüyünü açıqlayıb.
Məhəmməd ibn Əbu Bəkr
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر‎) — Xəlifə Əbu Bəkr əs-Siddiqin və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi. Əbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür. Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu. Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir.
Məhəmməd ibn Əbu Sac
Əbu Übeydullah Məhəmməd ibn Əbu Sac — Əbu Sac Divdadin oğlu, sərkərdə. 879-cu ildə Əmr ibn Leysin xidmətində Məkkə səfiri olaraq fəaliyyətə başlamışdı. Daha sonraları Ənbar və Rəhba şəhərlərinin valiliyinə gətirilmişdir. 884-cü ildə Əhməd ibn Tulunun ölümündən sonra İshaq ibn Kundac əl-Xəzəri ilə ittifaqa girərək oğlu Xumaraveyxə qarşı döyüşsə də məğlub oldu və daha sonra Xumaraveyxin tərəfinə keçərək 1 il Mosul vilayətini əlində saxladı. 889-cu ildə İshaq tərəfindən məğlub edilərək Bağdada qaçdı və həmin il əl-Müvəffəq tərəfindən Azərbaycana vali olaraq göndərildi. Azərbaycana gələn kimi ilk işi Marağada üsyan edən Abdullah Həmdaninin üsyanını yatırmaq oldu. 893-cü ilin mayında ona yalandan bağışlanmaq vəd verib edam etdirən Məhəmməd Marağanı öz paytaxtı etdi. Lakin əsasən Bərdədə otururdu. 885-ci xəlifə əl-Mötəmid bölgəyə Bizans işğalından qorunmaq üçün Baqratuni sülaləsindən I Aşotu hökmdar kimi təyin etmişdi. Onun ölümündən sonra taxta oğlu I Smbat (Baqratuni) çıxmışdı.
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir.
Sadəddin Əbulqasim Təbrizi
Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi,övliya XI əsr yazılı abidəsi olan «Qabusnamə»də gənc əxi cavanmərdlərin və sufilərin davranışlarına ayrıca fəsil həsr olunmuşdu. XII əsrdə mütəfəkkir, «kəmala çatmış arif, təriqət mürşidi və gerçəklik rəhbəri» olan Sadəddin Mahmud Əbülqasım oğlu Təbrizi də əxi idi.
Sir Əbu Nuayr
Sir Əbu Nuayr adası (ərəb. صير بنى ياس‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Şarja əmirliyinin bir parçası. Fars körfəzində yerləşən ada. Əbu-Dabi əmirliyi sahilindən 65 km, Əbu-Dabi şəhərindən 80 km şimalda, Dubaydan isə 103 km qərbdə yerləşir. Şarja əmirliyinə daxildir. Sir Əbu Nuayr adası öz növbəsində bir dairəni xatırladır. Adanın diametri 4 km-dir. Daha dəqiq olaraq isə sanki bir damladır. Maqmatik dağ suxurlarından və qumdan təşkil olunmuşdur. Adanın cənub-şərqində kiçik havan və hava limanı vardır.
Əbu Əyyub Ənsari
Əbu Əyyub əl-Ənsari (bilinmir, Mədinə – 674 və ya 672, Konstantinopol, ərəb. أبو أيوب الأنصاري‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Əbu Əyyub əl-Ənsari 576-cı ildə Mədinədə (Yəsrib) anadan olmuşdur. O, Xəzrəc qəbiləsinin Bənu Nəcar qolundan idi. O, mühacirlərin ilk müsəlmanlarının Mədinəyə köçürülməsindən əvvəl İslamı qəbul etmiş, Əqəbədəki ikinci andın iştirakçısı olmuşdur. Məhəmməd peyğəmbər Mədinəyə gəldikdən sonra bütün Mədinəli müsəlmanlar onu öz evlərində fəxri qonaq kimi qəbul etməyi şərəf bilirdilər. Məhəmməd qarşısındakı dəvəsinin yerə oturacağı evdə qalacağını bildirir. Bundan sonra dəvəni buraxır və heyvan bir qədər yol getdikdən sonra onu birinci mərtəbə ilə təmin edən Əbu Əyyub əl-Ənsarinin evinin yanında oturur. Peyğəmbər 7 ay Əbu Əyyubun evində qalır. Əbu Əyyub ilk müsəlmanların apardıqları Bədr, Uhud, Xəndək və digər döyüşlərdə iştirak etmişdir.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79 Onun övladı yox idi. 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi. Onu bir daha görmədilər və cəsədi tapılmadı.
Əbu Bəkr əs-Səqəfi
Əbu Bəkr əl-Səqəfi (ərəb. أبو بكرة الثقفي‎) — daha çox Nufey ibn əl-Haris (ərəb. نُـفَـيْـع ابْـن الْـحَـارِث‎) olaraq da tanınaraq Nafi ibn əl-Harislə ögey qardaş idi. O, hərbi səfər zamanı başqa bir İslam sərkərdəsi əl-Muğirə ibn Şubə ilə mübahisəsi ilə tanınır. Digər mənbələr onu Ziyad ibn Əbihinin qarın qardaşı kimi təsvir edir.
Əbu Leyla əl-Muhalhil
Əbu Leyla Udey ibn Rəbiə ibn əl-Harit ət-Tağlibiyy (ərəb. أَبُو لَيْلَى عُدَيّ بْن رَبِيعَة بْن الْحَارِث التَّغْلِبِيّ‎) — əl-Muhalhil ("şeirləri incə toxuyan") və əz-Zir ("eşqbaz") ləqəbləri ilə tanınan İslamdan əvvəl Nəcddə doğulmuş şair və döyüşçü. O, qırx il davam edən "Basus müharibəsi"ndə Bənu Təqlib qəbiləsinə başçılıq edirdi. O, şair həmkarı İmru əl-Qaisin dayısı və ikinci qızı Leyla vasitəsilə Əmr ibn Gülsümün babası idi.