Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əfrayıl Hüseynov
Əfrayıl Paşa oğlu Hüseynov (29 may 1929, Zəngilan rayonu – 23 avqust 2009, Bakı) — polkovnik-leytenant. Əfrayıl Hüseynov 1929-cu ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan "Milli Təhlükəsizlik İdarəsi"nə işə qəbul olunub. 34 il bu idarədə işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb. Təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğul olub. "Türkün zühuru", "Türkün şüuru", "Fəzilət savaşı", "Polad paslanmaz", "Kədər gedər", "Toponim ekizlər", "Şaqqar bulaqlar", "Zəngəzur güzargahlarında", "Çahargah dostlar", "KQB-dən cavab", "1967, Xankəndi, erməni fəsadları" və digər ilkin mərxəzlərə söykənən elmi-fəlsəfi əsərlərin müəllifidir. Əfrayıl Hüseynov 2009-cu ildə Bakıda vəfat etmişdir.
Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır. Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir. Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir. Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır. Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur. Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu, bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur.
Əbu Əzrayıl
Eyyub Faleh Həsən Rübayi və ya Əbu Əzrayıl (25 aprel 1978, Bağdad) — İmam Əli cəbhəsində döyüşçü, Həşdi Şabi komandiri. İraqın Tikrit şəhərinin terrorçulardan təmizlənməsi üçün başladılan "Ləbbeyk ya Rəsulallah" əməliyyatında orduya rəhbərlik edənlərdən biri də "Əbu Əzrail" ləqəbi ilə tanınan şəxsdir.İŞİD terrorçularına ən ağır zərbələri də Əbu Əzrailin briqadası vurub. Cüssəli bədənə, zəhmli üz quruluşuna sahib olan "Əzrailin atası" orduda da bu ləqəblə tanınır. Əyyub taekvondo və ox atmaqda da bacarıqlıdır. Səlahəddin bölgəsindəki dostları Əbu Əzrailin görkəminin qorxulu olduğunu lakin onunla ünsiyyətdə olan insanların üzündə təbəssüm və sevinc yarandığını deyirlər. Bir çox xarici qəzetlər Əyyubun hələ də universitetdə bədən tərbiyəsi dərsi verdiyini yazsalar da o hal-hazırda terrorçularla döyüşür.
Efrayim Katsir
Efrayim Katsir (ivr. ‏אפרים קציר‏‎; 3 (16) may 1916, Kiyev – 30 may 2009[…], Rexovot, Mərkəz dairəsi) — İsrail biofiziki və İsrail Əmək Partiyasının üzvü, İsrailin dördüncü Prezidenti (1973–1978). == Həyatı == Efrayim Kaçalski Rusiya İmperiyasının Kiyev şəhərində (indiki Ukrayna) Yehuda və Sila Kaçalskinin ailəsində anadan olmuşdur. 1925-ci ildə (bəzi mənbələrə görə 1922-ci ildə) ailəsi ilə birlikdə yenicə seçilmiş İosif Stalinin rəhbərliyi ilə həyata keçirilən Sovet terrorundan yaxa qurtarmaq məqsədilə mandat altında olan Fələstinə miqrasiya etmiş və Yerusəlimdə məskunlaşmışdır. 1932-ci ildə Rehaviya Gimnaziyasından məzun olmuşdur. Qardaşı Aharon Katsir kimi o da elmlə maraqlanırdı. O, Yerusəlim Yəhudi Universitetində botanika, zoologiya, kimya və bakteriologiya üzrə təhsil alırdı. 1938-ci ildə magistr, 1941-ci ildə isə fəlsəfə doktoru elmi dərəcəsi alır. 1939-cu ildə ilk Haqana qulluqçuları kursundan məzun olur və tələbə birliyinin komandiri təyin edilir. Qardaşı ilə birlikdə partlayıcı maddələrin inkişafı üzərində işləyir.
Cəbrayıl
Cəbrayıl — Azərbaycan Respublikasında şəhər, Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == 1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi. SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.
İsrayıl
İsrayıl — kişi adı. İsrayıl Hacıyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Cəfərzadə — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İsrayıl Əfəndiyev — SSRİ Dövlət mükafatı laureatı.
Hacılı (Cəbrayıl)
Hacılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun eyniadlı inzibati-ərazi vahidinə daxil olan bir kənddir. Kənd düzənlikdə yerləşir. Cəbrayıl şəhərindən 5 km cənubdadır. == Tarixi == Rusiya İmperiyası dövründə Hacılı 1 və Hacılı 2 kəndləri Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının eyniadlı kənd dairəsinə daxil idi. Sovet işğalından sonra Hacılı Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. Kənddə klub, kitabxana və tibb mərkəzi var idi. 1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Daş Veysəlli kənd sovetliyinə daxil olan Hacılı kəndində 79 təsərrüfat (17 ümumiləşdirilmiş və 62 xüsusi sahibkar) və 296 sakin (153 kişi və 143 qadın) var idi. Daş Veysəlli kənd sovetliyinin bütün əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ilin avqustunda Qarabağ müharibəsinin nəticəsi olaraq kənd Ermənistan qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacılı kəndinin bir hissəsinin Azərbaycan Ordusu tərəfindən azad edildi.
Hüseynallar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüseynalılar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir. Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir. == Tarixi == Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mahmudlu (Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mehdili (Cəbrayıl)
Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Tarixi == Rusiya İmperiyası dövründə Mehdili kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na görə, Mərcanlı kənd icmasına daxil olan Mehdili kəndində 69 ev var idi və burada 306 azərbaycanlı (o dövrdə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan sünni idi və kəndlilər idi. Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, kənddə 440 sakin (85 təsərrüfat, 220 kişi və 220 qadın) var idi. Bütün kənd sovetliyinin (Böyük Mərcanlı, Çaxırlı, Cocuq Mərcanlı, Usublu) milli tərkibi 100% türklərdən (azərbaycanlılardan) ibarət idi. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir.
Minbaşılı (Cəbrayıl)
Minbaşılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Minbaşlı Cəbrayıl r-nunda kənd. Düzənlikdədir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olmuşdur. Sonralar Parayataq adlı indiki yerə köçmüşdür. Kənddə iki nəsil vardlr: minbaşılılar ve cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır. İskəndər bəy Minbaşıyev-xeyriyyəçi Əsas təsərrüfatı heyvandarlıq idi.
Mirzə Cəbrayıl
Mirzə Cəbrayıl ( azərb. Mirzə Cəbrayıl‎ ; 1822, Ştul, Kyurinski rayonu, Dağıstan vilayəti, Rusiya İmperiyası - 1902, Dərbənd, Dağıstan vilayəti, Rusiya İmperiyası ) - XIX əsr ləzgi əsilli Azərbaycan şairi, Mirzə Kərimin qardaşı. Mirzə Cəbrayıl 1822 -ci ildə Ştul kəndində anadan olmuşdur. O, şair Mirzə Kərimin qardaşıdır. Yaraqdan olan məşhur alim Məhəmmədin mədrəsəsində elm almışdır. Şairin ailəsi Dərbəndə köçdükdən sonra Dərbənd məktəbində müəllim işləmişdir. 1902 -ci ildə orada vəfat etmişdir . Mirzə Cəbrayıl “Süpehri” təxəllüsü ilə mərsiya, qoşma, gəraylı, məsnəvi janrlarında çoxlu şeirlər yazmışdır . O, “Böyək” əsərini 19-cu əsrin ikinci yarısında Dağıstanda ağcaqayın yetişdirilməsinin faciəvi nəticələrinə həsr etmişdir. Cəmiyyət müxtəlif peşələrin nümayəndələrindən ibarətdir: dülgər, şumçu, çoban, dərzi, alim, müəllim, müğənni, hamam qulluqçusu, saç ustası, satıcı, həkim.
Mollahəsənli (Cəbrayıl)
Molla Həsənli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Həmçinin bu adda Masallı və Daşkəsən rayonlarında kənd mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzrə (Cəbrayıl)
Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir. 1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür. Kənd düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Paxan Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qalacıq Cəbrayıl rayonunun Hovuslu inzibati ərazi vahidində kənddir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaraağac (Cəbrayıl)
Qaraağac — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun eyni adlı i.ə.v-də kənd. Bu adda Cəlilabad, Qubadlı və Sabirabad rayonlarında qeydə alınmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaracallı (Cəbrayıl)
Qaracallı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilib. Qaracallı Cəbrayıl rayonunun Balyand inzibati ərazi vahidində, Gəyən çölündə yerləşir. Əsas təsərrüfatı heyvandarlıqdır.
Qoşabulaq (Cəbrayıl)
Qoşabulaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Qoşabulaq kəndi Şahvəlili kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 2-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bu adda Gədəbəy rayonunda da qeydədə alınmışdır. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Qumlaq (Cəbrayıl)
Qumlaq (kənd, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. Qumlaq (qəsəbə, Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.
Qurbantəpə (Cəbrayıl)
Qurbantəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qurbantəpə Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Yerli məlumata görə, yaşayış məntəqəsini qonşu Hacılı kəndindən gəlmiş ailələr Qurban təpəsi adlı ərazidə saldığı üçün belə adlanmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Cəbrayil
Cəbrayıl — Azərbaycan Respublikasında şəhər, Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == 1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzasına verilib. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasında 1897-ci ildə əhalinin siyahıya alınmasının nəticələrinə görə Cəbrayılda 520 nəfər yaşayırdı. Onlardan 228-si azərbaycanlı, 186-sı rus, 76-sı erməni, 18-i ukraynalı və 12-si isə başqa xalqların nümayəndələri idi. SSRİ-də 1989-cu il ümumittifaq əhali siyahıya alınmasına əsasən Cəbrayılda 6070 nəfər yaşayırdı.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.