İSRAFİL

Allahın dörd mələyindən (Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil) biri, qiyamət günü sur (şeypur) çalıb ölüləri qəbirdən qaldıran; qiyamətin qopduğunu xəbər verən.
İSRA
İSTİCABƏT
OBASTAN VİKİ
Sure-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
Suri-İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
İkram İsrafil
İkram İsrafil (16 yanvar 1964, Bideyiz, Nuxa rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M. Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 1996–2002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur. Evlidir, 3 övladı var. Ağ Partiyasının sədri Tural Abbaslının qaynatasıdır. Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Kərbəlayı İsrafil Hacıyev
Kərbəlayı İsrafil Hacıyev (1870, Bakı - 1940, Ənzəli) — neftxuda, Bakı şəhər dumasının üzvü, ictimai xadim. Kərbəlayı İsrafil Hacıyev Bakı şəhərində doğulmuşdu. Əslən Xızının Fındığan kəndindəndir. Balaxanı kəndində neft sahəsi almışdı. Kərbəlayi İsrafilin neft mədənləri, Xəzərdə ticarət gəmisi, Bakının çox yerlərində binaları, villası, bağı, torpaq sahələri var idi. Onun yaşadığı mənzil (Cəfər Cabbarlı küçəsində, indi Yasamal rayon İcra Hakimiyyətinin yerləşdiyi bina) memarlıq cəhətdən çox gözəl və əzəmətli binadır. Kərbəlayi İsrafil Hacıyevin Şamaxinka küçəsindəki (Cabbarlı, 12) evi 1910-1912-ci illərdə polşalı memar İ.PIoşko tərəfindən tikilib. Kərbəlayı İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətin üzvü, erməni-müsəlman barışıq komisyonunun müsəlman nümayəndəsi idi. Kərbəlayı İsrafil Hacıyev Sona xanımla ailə qurmuşdu. İskəndər adlı oğlu vardı.
Sur-e İsrafil
"Suri-İsrafil" (fars. صور اسرافیل‎) — 1907–1908-ci illərdə Tehranda nəşr edilmiş həftəlik ictimai-siyasi jurnal. "Suri-İsrafil" qəzetində bu mətbu orqanının baş yazısı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd"də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranmışdır. Mirzə Qasım xan Təbrizi (ləğəbi Sorur İsrafil) və Cahangir xan Şirazi Mirzə Əliəkbər Dehxuda ilə əməkdaşlıq edərək, "Suri-İsrafil" qəzetini Mirzə Qasım xan Təbrizinin sərmayəsilə dərc etdirirdiər. Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "Suri-İsrafil"in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez Cəlil Məmmədquluzadənin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi. Dehxodarını "Suri-İsrafil"in 1907-ci il 5 sayında dərc olunmuş felyetonu birbaşa Cəlil Məmmədquluzadənin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı.
İsrafil
İsrafil — kişi adı. İsrafil Aşurlı — İsrafil Şahverdiyev — İsrafil Səttarzadə İsrafil Məmmədov İsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi. İsrafil Məmmədov (qəhrəman) — Sovet İttifaqı qəhrəmanı.
İsrafil (arxangel)
İsrafil (ərəb. إسرافيل‎) — islam inancına görə dörd böyük mələkdən biri. İsrafilin vəzifəsi Qiyamət günü sura üfürərək ölüləri diriltməkdir. Yəhudi inancına görə isə səkkiz mühakimə edən mələklərdəndir. İsrafil olaraq bilinən bu mələk İbranicə Seraphiel olaraq adlandırılır, və adı apokrif və ya apokratif sayılan Yenoxun kitabında qeyd olunub. Yəhudi inancına görə səkkiz mühakimə edən mələkdən biridir. Rəvayətə görə onun boyu yeddi göy qədər, üzü mələklərin üzünə, bədəni isə qartalların bədəninə bənzəyir. O işıq kimi gözəl bir varlıqdır. Eyni zamanda o mələklərə nəzarət edən və onlara Allahı zikr edib ucaldması üçün ilahilər öyrədən bir mələk olduğu bildirilir. Qurani-kərimdə bu mələyin adı bir başa keçməsə də bir çox yerdə sura üfürəcək mələk olaraq məçhul formada qeyd olunur.
İsrafil Abbaslı
Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938, İrəvan – 24 mart 2013, Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003-2013), filologiya elmləri doktoru (1986), professor (1998). Abbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur. 1944-54-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955-1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır. 1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır. Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə iştirak etmişdir. O, altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik "Azərbaycan dastanları"nın, iyirmi cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası"nın I kitabı, əlli cildlik "Dünya uşaq ədəbiyyatı" seriyasının III kitabı, "Azərbaycan ədəbiyyatı inciləri" seriyasının "Dastanlar" cildinin, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasının və s.
İsrafil Aşurlu
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
İsrafil Aşurlı
İsrafil Əli oğlu Aşurlı (16 yanvar 1969, Bakı) — alpinist, Azərbaycan Alpinizm Federasiyanın Baş katibi (2022-ci ildən). Azərbaycan Alpinizm Federasiyasının prezidenti (2010–2016), dünyanın ən hündür zirvəsi hesab olunan Everesti, Antarktida və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı. 2007-ci ildə Everest (8848 m), 2009-ci ildə Qələbə (Pobeda 7439 m), 2011-ci ildə isə Kanqçencanqa (8586 m), 2019-ci ildə isə Lxotze (8516 m), Manaslu (8163 m), 2022-ci ildə Broud-Zirvəsi (8051 m) və 2023-ci ildə Makalu (8485 m) zirvələrlərinə çıxmış ilk azərbaycanlıdır. İsrafil Aşurlı 1969-cu ilin 16 yanvarında Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhərində yerləşən 6 saylı məktəbdə almışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsinə daxil olmuşdur. İsrafil Aşurlı 1991-ci ildə "İnsol" şirkətinin əsasını qoymuşdur. Şirkət 1998-ci ildən Rusiyada simli və simsiz rabitə üçün telekommunikasiya avadanlıqlarının quraşdırılması və işə salınması ilə məşğuldur. Öz şirkətini yaratdıqdan sonrakı dövrdə İsrafil Aşurlının alpinizmə qarşı marağı artmışdır. Onun dediyinə görə, bu həvəs təsadüfən meydana gəlmişdir.
İsrafil Hüseynov
İsrafil Sami oğlu Hüseynov (4 dekabr 1931, Gəncə – 31 yanvar 1986, Bakı) — görkəmli neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan Dövlət mükafatı (1972), Lenin ordeni laureatı, SSRİ Ali Sovetinin deputatı (IX–X çağırış). Əmək fəaliyyətinə 1957-ci ildə "Gürgan-neft" Mədənlər İdarəsində başlamışdır. 1965 ildən qazma ustası işləmişdir. 1980 ildən Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsi sədrinin müavini, SSRİ Ali Sovetinin (9-10-cu çağırış) deputatı, Azərbaycan Kommunist Partiyası 29-cu, Sovet İKP 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. "Azərbaycan neft ustası", "SSRİ fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. İsrafil Sami oğlu Hüseynov fəhlə, texnik, istehsalat şöbəsinin mühəndisi, Neft-qaz sənayesi işçilərinin həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir. İ.Hüseynov briqadası, açıq dənizdə işləyərək ölkə praktikasında ilk dəfə olaraq 1531 saylı quyunu nəzərdə tutulduğundan 69 gün əvvəl təhvil vermişdir (2040 m). Quyunun kommersiya sürəti plana görə 290,5 m/dəz-ay, normaya görə 365,9 olsa da 496,9 m/dəz-ay təşkil etdi. Bu maili qazmada Avropa rekordu idi.
İsrafil Həşimov
İsrafil Məmmədov
İsrafil Məmmədov (tarixçi) — tarix elmləri namizədi, tarixçi. İsrafil Məmmədov (qəhrəman) — Sovet İttifaqı qəhrəmanı.
İsrafil Nəzərov
İsrafil İmamnəzər oğlu Nəzərov (Nəzərli; 25 avqust 1911, Balaxanı, Bakı qəzası – 1987) — Azərbaycan jurnalisti, mətbuat xadimi və tərcüməçi, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
İsrafil Quliyev
İsrafil Piri oğlu Quliyev (13 fevral 1917, Bakı – 28 oktyabr 1981, Bakı) — texnika elmləri doktoru, professor Quliyev İsrafil Piri oğlu 1917-ci il fevral ayının 13-də Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1931-ci ildə Quliyev İ.P. İndustrial Texnikumuna daxil olub. Əmək fəaliyyətinə 1932-ci ildən oxumaqla işləməyi uyğunlaşdıraraq "AzNeft" neft mədənlərində işləyərək başlayıb. 1933-1935-ci illərdə "Azizbekovneft" və "Ordjonikidzeneft" treslərində qazıma üzrə texnik işləyib. 1940-cı ildə Azərbaycan İndustrial İnstitutunun neft mədən fakultəsini bitirərək "Neft yataqlarının işlənməsi və istismarı" ixtisasını bitirərək, Bakı şəhəri Qaradağ rayonunun "Azərneft-axtarış" trestində axtarış sahəsində baş mühəndis işləyib. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1946-1950-cı illərdə "Qazıma" laboratoriyasının elmi işçisi, Azərbaycan Elmlər Akademiyası Neft İnstitutunda elmi katib işləmişdir. 1949-cu ildə "Turbin-mailli qurğuların azimutunun dəyişməsinin tədqiqatı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-1978-ci illərdə "Dənizneftlayihə" institutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. Bu müddət ərzində 10 il institut direktorunun vəzifəsini icra edib.
İsrafil Səttarzadə
Səttarzadə İsrafil Səttar oğlu – Azərbaycanlı alim, kimya elmləri doktoru, professor. İsrafil Səttarzadə 1914-cü ildə anadan olmuş, Lənkəran Pedaqoji Texnikumunu bitirmişdir. 1935-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş, 1940-cı ildə oranı bitirərək, ordu sıralarına çağrılmışdır. 1944-cü ildən M.V.Lomonosov adına nəzdində olan Elmi-Tədqiqat Kimya İnstitutunda işləmişdir. 1950-ci ildən ADU-nun kimya fakültəsində müəllim və dosent vəzifələrində işləmiş, 1965-1983-cü illərdə isə fiziki və kolloid kimya kafedrasına rəhbərlik etmişdir. İsrafil Səttarzadə 1949-cu ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1967-ci ildə professor adını almışdır. İsrafil Səttarzadənin elmi tədqiqatları üzvi çöküntülərin çevrilməsindən neftin optiki fəallığının əmələ gəlməsi nəzəriyyəsinin işlənib hazırlanmasına və elmi cəhətdən onun əsaslandırılmasına aiddir. O, uzvi aləmin neft mənşəli məhsullara çevrilməsində bentonit gillərin katalitik rolunu aşkara çıxarmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 115 elmi əsərdə ümumiləşdirilmişdir.
İsrafil ağa
İsrafil ağa Kərbəlayev (1866 -1917, Qıraq Kəsəmən kəndi, Qazax qəzası) — XX əsrin əvvəllərinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən (İndiki Ağstafa Rayon Qıraq Kəsəmən) kəndində varlı bəy ailəsində anadan olmuşdur. İsrafil ağa Qazax şəhərində qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib.Yeniyetmə vaxtlarından qorxmaz, cəngavər bir bəy oğlu böyük hörmət qazanmışdır. Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır. İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. Bu mənada o, kəndə ara sıra basqınlar edən erməni və gürcü oğuru dəstələrini əzib bura basqınlarının qarşısını almışdır. Onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi.
İsrafil İbrahimov
İsrafil İbrahimov (siyasətçi)
İsrafil İsrafilov
İsrafil Ramazan oğlu İsrafilov — Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (13.05.2010–05.01.2016), Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin sabiq direktoru (2003–2010), sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədr müavini. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012). İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ilin sentyabr ayının 10-da Bakı şəhərində anadan olub. 1956-cı ildə Bakıdakı 31 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib. 1967–1971-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil alıb, 1971–1972-ci illərdə Ordu sıralarında xidmət edib. 1973–1975-ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975–1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışıb, bu zaman rejissor fəaliyyəti ilə məşğul olmuş, görkəmli rejissor T. Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V. Şekspirin "Fırtına", M. S. Ordubadinin "Qılınc və Qələm", Anarın "Şəhərin yay günləri", M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah", A. Safronovun "Daşqın" əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib. 1978–1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru, 1986–1989-cu illərdə Azərbaycan KPMK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin Aparatında böyük məsləhətçi, 1991–1992-ci illər ərzində Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin, 2003-cü ilin may ayından 2010-cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru kimi vəzifələrdə çalışıb. Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı seçilərək, 1991–1995-ci illərdə fəaliyyət göstərib. Qeyd edilən illərdə elmi-yaradıcılıq işlərimi davam etdirərkən ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalələr yazmış, Rusiya, İraq, Türkiyə, Gürcüstan, Səudiyyə Ərəbistanı, İran, Rumıniya, Küveyt, Avstriya, Cənubi Koreya kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda respublikamızın elmi ictimaiyyətini təmsil edib. Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi almış (1985), daha sonralar rejissor sənəti sahəsində tədqiqatları ona sənətşünaslıq doktoru (2004) alimlik dərəcəsi qazandırıb.
İsrafil Şahverdiyev
İsrafil Şahverdi oğlu Şahverdiyev (11 iyun 1952, Laçın rayonu – 13 yanvar 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (15 yanvar 1995); Qarabağ müharibəsi şəhidi. İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər.
İsrafil Şükürov
İsrafil Xudaverdi oğlu Şükürov (d. 18 iyun 1924) — azərbaycan sovet müəllimi. Naxçıvan MSSR əməkdar müəllimi (1980). SSRİ xalq müəllimi (1984). İsrafil Şükürov 1924-cü ildə Ermənistan SSR-in Vayoc dzor mərzinin Qabaqlı kəndində anadan olmuşdur. 1947-ci ildən Sov.İKP üzvü olmuşdur. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1954-cü ildə isə, APİ-ni bitirmişdir. 1948-1957-ci illərdə Naxçıvan MSSR-in indiki Babək rayonunun Təzəkənd və Şıxmahmud kənd məktəblərində müəllim, Payız və Sust kənd məktəblərində direktor işləmişdir. 1957-ci ildən həmin rayonun Didivar kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimidir.
İsrafil Əşrəfov
İsrafil Əşrəfov (Əşrəfov İsrafil İsmayıl oğlu; d. 30 may, 1900, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kommersiya məktəbini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: 2 cilddə. I cild.
İsrafil Məmmədov (kimyaçı)
İsrafil Məmmədov — (Tam adı: İsrafil Allahverdi oğlu Məmmədov ; d.25 iyun 1927 Ordubad - ö.28 oktyabr 1995 Bakı ) — Kimyaçı, Kimya elmləri doktoru (1965), Professor (1972). Məmmədov İsrafil 25 iyun 1927-ci ildə Ordubad şəhərində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini, 1955-ci ildə Azərbaycan Milli EA Kimya İnstitutunun aspiranturasını bitirmiş, 1951-1971-ci illərdə burada kiçik və böyük elmi işçi vəzifələrində çalışmış, 1971-1972-ci illərdə isə korroziya prosesinin inhibitorlaşdırılması laboratoriyasına rəhbərlik etmişdir. 1972-1978-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitunun (indiki Naxçıvan Dövlət Universiteti) rektoru olmuşdur. 1978-1980-ci illərdə AMEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitunda böyük elmi işçi, 1980-1986-cı illərdə dispers sistem və səth hadisələri laboratoriyasının müdiri, 1987-1989-cu illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Naxçıvan şəhərində yerləşən "Araz" təcrübə zavodunun direktorunun elmi işlər üzrə müavini işləmişdir. 1986-91-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin İnstitunda (indiki Azərbaycan Milli Aerokosmik Agentliyi) laboratoriya müdiri, 1991-1992-ci illərdə Ordubadda Xüsusi Konstruktor Bürosunun direktor müavini və Baş mühəndisi, 1992-1995-ci illərdə AMEA Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitunda aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları mürəkkəb çoxfazalı sistemlərdə metalların korroziyası, korroziyaya qarşı inhibitorların yaradılması və onların təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, 200-dən çox elmi işin, 4 monoqrafiyanın, 30 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. “Ömür təqvimindən tökülən yarpaqlar” kitabı İsrafil Məmmədovun həyatının bəzi məqamlarını əks etdirir.
İsrafil Məmmədov (qəhrəman)
İsrafil Məhərrəm oğlu Məmmədov (16 mart 1919, Qapanlı – 1 may 1946, Yalta, Krım vilayəti[d]) — ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı. 1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində anadan olmuşdur. Kirovabad sənaye texnikumunu bitirmiş və buradakı toxuculuq kombinatında çalışmışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmış, Böyük Vətən Müharibəsinin başlanmasını cəbhədə qarşılamışdır. 1941-ci ilin iyulunda ona baş serjant rütbəsi verildi. Əvvəlcə o taqım komandiri kimi xidmət etmiş, sonradan isə bölük komandirinin köməkçisi təyin olunmuşdur. 2 dekabr 1941-ci ildə ona kiçik leytenant rütbəsi verilir. 3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında, İlmen gölü ətrafında əhəmiyyətli yüksəkliyin alman ordusunun taboruna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdi. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əsgər və 3 zabiti məhv etdiyi bildirilir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə komandanlığın verdiyi döyüş tapşırığının nümunəvi icrasına və alman işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadət və qəhrəmanlığa görə İsrafil Məmmədova Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 554) təqdim edilməklə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
İsrafil Məmmədov (tarixçi)
İsrafil Süleyman oğlu Məmmədov (8 noyabr 1927, Əmrəkar, Zəngəzur qəzası – 25 iyun 2019, Bakı) — nasir, publisist, tərcüməçi, tarixçi və dövlət xadimi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix elmlər namizədi (1972), Ermənistan SSR əməkdar jurnalisti (1971), Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (2012). 1927-ci il noyabrın 8-də Ermənistan SSR Zəngəzur qəzasının Əmrəkar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943–44-cü illərdə qonşu Vardanizor kəndində müəlimlik edib. 1944–48-ci illərdə Meğri rayon komsomol komitəsində, rayon qəzeti redaksiyasında müxtəlif vəzifələrdə çalışmış, 1948–1951-ci illərdə Ermənistan LKGİ Meğri rayon komitəsinin birinci katibi seçilmişdir. Eyni zamanda Meğri rayon qəzeti — "Kolxoz kəndi" redaksiyasında və radio verilişlərində Azərbaycan dilində olan materialları redaktə etmişdir. 1952–55-ci illərdə Ermənistan KP MK nəzdində üç illik partiya məktəbində təhsil alan İ. Məmmədov, həmçinin 1954-cü ildə Azərbaycan Dövlət Pedaqojin İnstitutunun tarix fakültəsini qiyabi bitirib. 1956–1987-ci illərdə "Sovet Ermənistanı" qəzeti redaksiyasında redaktor köməkçisi, partiya və təbliğat şöbələrinin müdiri, məsul katib redaktor müavini, 1987–89-cu illərdə Ermənistan SSR Xalq təhsili nazirinin müavini, 1989–90-cı illərdə "Sovet Ermənistanı" qəzetinin redaktoru vəzifələrini icra etmişdir. Eyni zamanda Erməniostan KP MK nəzdində partiya komissiyasının, Ermənistan SSR "Bilik" cəmiyyəti Rəyasət heyətinin və Ermənistan SSR sülhü medafiə komitəsinin Mərkəzi Şurasının üzvü olmuşdur. 1991-ci ildən Azərbaycan teleradio verilişləri şirkətində qrup rəhbəri, siyasi icmaçı, Milli Münasibətlər İnstitutunda işləyir. AMEA-nın Tarix institutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsinin müdiri vəzifəsində işləyib.
Eddi İsrafilov
Eddi İsrafilov (2 avqust 1992) — azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib. Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir. Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu. Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi.
Elçin İsrafilzadə
Elçin Bəxtiyar oğlu İsrafilzadə (11 iyul 1990, Muxtariyyat, Şamxor rayonu – 20 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin İsrafilzadə 1990-cı il iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində anadan olub. 1996–2005-ci illərdə Qədimqala kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Kənan, Leyla və Yusif adlı üç övladı yadigar qaldı. Elçin İsrafilzadə 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İsrafilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin İsrafilzadə oktyabrın 20-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Qədimqala kəndində dəfn olunub.
Emil İsrafilbəyov
Emil İsrafilbəyov və ya Emil Baku (d. 27 aprel, 1972. Bakı, Azərbaycan SSR, SSRİ — ö. 18 yanvar, 2016) — Azərbaycan boksçusu. Emil İsrafilbəyov 1972-ci ildə Bakıda doğulub. Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-yə köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçib. "Emil Baku" adı altında uğurlar qazanan boksçu beynində yaranan xərçənglə mübarizə aparırdı. Emilin bu xəstəliyin öhdəsindən gəlməsi üçün sosial şəbəkələrdə yardım aksiyası başlamışdı. Azərbaycanlı peşəkar boksçu, EBA versiyası üzrə Avropa çempionu Ağali Alışov isə "Emil Baku"ya görə çempionluq kəmərini satışa çıxarmışdı.Lakin uzun çəkən xəstəlikdən sonra 2016-cı ildə vəfat etdi.
Fərhad İsrafilov
Fərhad Ramazan oğlu İsrafilov (5 yanvar 1955, Bakı) — Azərbaycanın teatr və kino aktyoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət YUĞ Teatrının aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.(2024), "Tərəqqi" medalı laureatı Kinoda çəkilməyə 14 yaşında başlayıb. 15 yaşında olarkən bütün Azərbaycan onu "7 oğul istərəm" filmindəki Qəqəni obrazı ilə sevib. Moskvada aktyoruluq üzrə təhsil almış ilk azərbaycanlılardandı. Sənətini orda davam etdirməsinə şans yaransa da, o, Bakıya dönməyi seçib. O, həm də "Yuğ" teatrının veteranlarındandır. 1955-ci il yanvarın 5-də Bakı şəhərində anadan olub. 1975–1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb.
Hüseyn bəy İsrafilbəyov
Hüseyn bəy İsrafilbəyov (1838, Yelizavetpol – 22 dekabr 1907) — Çar dövrünün dövlət xadimi və məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi. 1838-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hüseyn bəy İsrafilbəyov 1907-ci ildə naməlum şəraitdə qətlə yetirilmişdir. Nərgiz xanım Qazzıyevayla ailə qurmuşdur. Mikayıl bəy İsrafilbəyovun atasıdır. 1868–1871-ci illərdə Qazaxda məhkəmə pristavı, 1871–1872-ci illərdə Yelizavetpol (Gəncə) şəhər Polis İdarəsinin pristavı, 1873–1874-cü illərdə Qazax qəza rəisinin kiçik köməkçisi, titulyar müşavir, Qazax qəza rəisinin köməkçisi, kollec assesoru, 1877-ci ildə Zəngəzur qəza rəisinin köməkçisi, 1878–1883-cü illərdə Yelizavetpol şəhərinin polismeysteri, saray müşaviri, kollec müşaviri, 1882-ci ildə polismeyster vəzifəsində işləyə-işləyə Yelizavetpol Quberniyasının Həbsxanalara Nəzarət Komitəsinin üzvü, 1894–1897-ci illərdə yenidən Yelizavetpol şəhərinin polismeysteri, İtatski-müşavir olmuşdur. Hüseyn bəy 1901–1907-ci illərdə Yelizavetpol şəhər İdarəsinin, o cümlədən 1901–1903, 1906-cı illərdə Yelizavetpol şəhər Dumasının qlasnısı olmuşdur.
Həbib İsrafilov
Həsən İsrafilov
Həsən İsrafilov (tam adı:İsrafilov Həsən Abid oğlu;1946, Nuxa)— iqtisad elmləri doktoru, professor 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İstitutunu, 1978-ci ildə isə bu institutun aspiranturasını bitirmişdir. 1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini qazanmışdır. Ailəlidir, bir övladı var. Xalq Təsərrüfatı İnstitutunda baş laborant vəzifəsindən başlayaraq müxtəlif illərdə müəllim, baş müəllim, “Ticarət-əmtəəşünaslıq” fakültəsinin dekan müavini, “Kommersiya” və “Beynəlxalq iqtisadi münasibətlər” fakültələrinin dekanı vəzifələrində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Magistratura Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Xarici ölkələrdə keçirilən bir çox beynəlxalq konqres və simpoziumlarda ölkəmizi təmsil etmişdir. 100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir. 2005-ci ildə “Vektor” Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq diplomu ilə təltif edilmişdir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsildə əldə etdiyi nailiyyətlərə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.
Kamran İsrafilov
Kamran Ağakərim oğlu İsrafilov (5 sentyabr 1979, Bakı- 12 fevral 2018, Bakı) – Azərbaycanın tanınmış teleaparıcısı, İctimai Televiziya və Radio Yayımları şirkətinin uşaq və digər verilişlərinin aparıcısı, müxtəlif televiziya və dövlət səviyyəli layihələrin ssenari müəllifi, o cümlədən Mərdəkan Mədəniyyət sarayının və Uşaq Teatr Studiyasının bədii rəhbəri. Kamran İsrafilov 5 sentyabr 1979-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. O, 1985-ci ildə 29 saylı orta məktəbin birinci sinfinə qəbul olunub. Kiçik yaşlarından teatra, musiqiyə və ədəbiyyata böyük maraq göstərən Kamran, hələ şagird ikən öz məktəbli yoldaşları ilə müxtəlif nağıllar əsasında tamaşalar hazırlayıb, məktəb səhnəsində çıxış edirdi. 1996-cı ildə orta məktəbi müvəffəqiyyətlə bitirərək elə həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsinə qəbul olunur. 2000-ci ildə isə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistratura pilləsinə daxil olur və 2002-ci ildə fərqlənmə ilə bitirir. Bir neçə müddət Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərir. Daha sonra Kamran İsrafilov uzun illər , İctimai Televiziyada uşaq və digər verilişlərin aparıcısı kimi fəaliyyət göstərir. Eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan "Novruz Bahar Festivalı"nın aparıcısı olur. Fransanın Strasburq şəhərində UNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında, həmçinin Türkiyədə keçirilən "Uluslararası 23 nissan Çocuk Festivalı"nın və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edir.
Kosmina İsrafilova
Kosmina İsrafilova (23 noyabr 1961, Lak rayonu, Dağıstan MSSR – 5 avqust 2022) — şairə, yazıçı, publisist, jurnalist, ictimai xadim. Dağıstan Respublikasının xalq şairi. Dağıstan Respublikası Yazıçılar Birliyinin üzvü. Rusiya Jurnalistlər Birliyinin üzvü və Rusiya Siyasi Elmlər Birliyinin üzvü. Dağıstan Respublikası Dövlət Mükafatı laureatı. 18 kitabın (publisistik və bədii kitablar, rus və lak dillərində şeir məcmuələri, bədii ədəbiyyat, roman-trilogiya) müəllifidir. Kosmina İsrafilova 1961-ci ildə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Lak rayonunun Şahuva kəndində anadan olmuşdur. Atası İsrafilov Muqutdin 1916-cı ildə anadan olmuşdur. Muqutdin kənd müəllimi, məktəb müdir olur. Üstəlik o, şeir də yazmışdır.
Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır. Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərbəlayi İsrafil Hacıyevin evi
Kərbəlayi İsrafil Hacıyevin evi — Bakı şəhərində Cəfər Cabbarlı 12 ünvanında yerləşən tarixi bina. Bina 1910-1912-ci illərdə neft milyonçusu, Bakı şəhər dumasının üzvü Kərbəlayı İsrafil Hacıyevin sifarişi ilə İosif Ploşkonun layihəsi əsasında qotik üslubda inşa edilib. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, şəhər idarəsində sahə memarı işləmiş və bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutan İosif Ploşkonun sifarişçiləri məşhur Bakı milyonçuları idilər, onlar tələb edirdilər ki, yaşayış və digər binaların memarlığı onların imiclərinə uyğun olsun. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sahiblərinin sorğularını ödəyirdilər. İ.Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra 1910-cu ildə tanınmış Bakı milyonçusu Kərbəlayi İsrafil Hacıyevdən keçmiş Şamaxı küçəsi, 12-də malikanənin tikinti layihəsi üçün sifariş aldı. Bina adi şəhər tikintisinə daxil edilmişdi, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. Fasadın ümumi kompozisiyası öz iri hissələrinin modelləşdirilməsi ilə klassik bölünmə ənənələrinin pozulduğunu göstərir. Fasadın tikintisi həcmin işıq-kölgə vasitələri ilə həll olunmuşdur, kompozisiyanın sxemi kifayət qədər dinamikdir və parlaq modernə xas olan cizgilərə malikdir. Fasadın aydın cizgiləri yeni memarlıq formalarının gözəl və mənalı başa düşülməsinə imkan verir. Fasadın kompozisiyası rizalitlərin iki qülləvari ucları ilə, modern üslubunda mərtəbə açırımları və yandan görünüşü, hissələrin zənginliyi ilə xüsusi memarlıq dünyası yaratmışdır.
Leyli Erol (İsrafilova)
Leyli Erol — Azərbaycanlı şairə və musiqiçi. Leyli Erol-İsrafilova Bakı şəhərində anadan olmuşdur. 1986–1997-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında bakalavr təhsili almışdır.2004-cü ildən başlayaraq günümüzə qədər 100 dən çox mahnının söz müəllifidir. İlk olaraq, Azərbaycanın Xalq artisti Röya Ayxanla çalışmışdır. Röya Ayxanın ifa etdiyi "Tənha yağış" mahnısının sözlərinin müəllifidir. Daha sonra Xalq artistləri Aygün Kazımova, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Sevda Yahyayeva, Zamiq Hüseynov, Səidə Sultan, Aysel Əlizadə və digər ifaçılarla işbirliyi olmuşdur. Nəğməkar şairə təkcə Azərbaycanda deyil, xaricdə də bir çox layihələrdə rol almışdır. Məsələn, Lalə Məmmədovanın ifa etdiyi "Şalaxo" rəqsinə azərbaycanca sözləri Leyli Erol, gürcücə sözləri isə Givi yazmışdır. Türkiyəli müğənni Çingiz Kurtoğlunun 2014-cü ildə işıq üzü görən "Saklı Düşlər" albomunda yer alan və Kral Müzik ödüllərində namizəd göstərilən "Kor olsun" adlı mahnısının söz müəllifidir.
Mikayıl bəy İsrafilbəyov
Mikayıl bəy Hüseyn bəy oğlu İsrafilbəyov (?-?) — Gəncə qəzasının rəisi (-11 iyun 1919), Hüseyn bəy İsrafilbəyovun oğlu. Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində anadan olmuşdu. Gəncə gimnaziyasını bitirmişdi. Qəza idarəsində işləmişdi. Polis pristavı kimi qulluq etmişdi. ADR dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, sonra Gəncə qəzasının rəisi olmuşdu. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxumuşdu Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşmuşdu. ADR hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərdi. Qoşun 1919-cu il 28 iyunda Gorana çatdı. Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi.
Möhsün İsrafilbəyov
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Möhsün İsrafilbəyov (Qədirli)
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Nadir İsrafilov
Nazim Rza İsrafiloğlu
Rzayev Nazim İsrafil oğlu (Nazim Rza) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959–1964-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S. Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi "İnsan Xəzəri xilas edir" televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır.
Ramal İsrafilov
Ramal İsrafilov (15 iyun 1985, Şamaxı) — Azərbaycanlı müğənni, bəstəkar. İsrafilov Ramal 1985-ci il, iyun ayının 15-i Şamaxı şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Valideynlərinin dediyinə görə 3 yaşında olarkən pianoda ilk dəfə "Cücələrim" mahnısını ifa edib. 1991-ci ildə Şamaxı şəhər 5 saylı orta məktəbə daxil olub. 1993-cu ildə ilk dəfə Türkiyənin Rize şəhərində Sarımsaq festivalı adlı konsert proqramında çıxış edib. 1997-ci ildə təhsilini davam etdirmək üçün Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbinin xanəndə sinfinə daxil olub. 1998-ci ildən 2000-ci ilə qədər Bakı şəhərindəki "Səyyah" folklor ansamblında solist kimi fəaliyyət göstəib. Bir çox böyük səhnələrdə həmin ansambl ilə çıxış edib. 2001-ci ildə təhsil aldığı məktəbi bitirib. 2002-ci ildə görkəmli Azərbaycan bəstəkarı Vaqif Gərəyzadənin yaratdığı "Aypara" vokal qrupuna dəvət olunub.
Rauf İsrafilov
Rauf İsrafilov (d.1956, Azərbaycan SSR, Bakı ş.) — TESOC Çoxmədəniyyətli Məskunlaşma Xidmətinin baş mütəxəssisi, professor. 1956-cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Atası professor, anası isə Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifəsində çalışmışdır. Ailəlidir, 2 uşağı var. Bir müddət Bakı Dövlət Universitetində geologiya fakultəsində mühazirələr demiş, lakin bütün iş fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitunda keçmişdir. 1978-ci ildə ora baş laborant vəzifəsinə qəbul edilmiş və son vəzifəsi geoekologiya departamentinin rəhbəri olmuşdur. Aspiranturanı Moskvada bitirmiş və elmlər namizədi dərəcəsini orada almışdır. Gürcüstanda müdafiə edərək elmlər doktoru olmuş, hidrogeologiya sahəsində professor adını qazanmışdır. Fullbrayt proqramı- aparıcı alimlərin mübadiləsi proqramı çərçivəsində Amerika Dövlət Departamentinin dəvəti ilə bir il Cənubi Florida Universitetində aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Amerikada imtahan verib hidrogeoloq kimi peşəsini təsdiqləyən lisenziya almışdır. 2001-ci ildən alim kimi NATO-nun Sülh Naminə Elmi Tədqiqat proqramlarına qoşularaq üç dəfə böyük qrantlar udub Azərbaycana gətirmişdir.
Vidadi İsrafilov
Vidadi Vaqif oğlu İsrafilov (18 iyun 1987, Gurbulaq, Daşkəsən rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vidadi İsrafilov 18 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə