Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover) – xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qaytarma
Potentilla və ya qaytarma - bitki cinsi.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Düzqalxan qaytarma
Düzqalxan qaytarma (lat. Potentilla erecta) - qaytarma cinsinə aid bitki növü. Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma) == Botaniki xarakteristikası: == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir. Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.
Gümüşü qaytarma
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Kiçik qaytarma
Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır. == Yayılması == Azərbaycanın bütün rayonlarında.
Qaytarma (bitki)
Qaytarma (lat. Potentilla) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qaytarma (dəqiqləşdirmə)
Potentilla və ya qaytarma - bitki cinsi.
Qaytarma (rəqs)
Qaytarma (krımtat. Qaytarma) — Krım tatarlarının milli rəqsi. O, təbiət dövriyyəsinin sonsuz hərəkətini simvolizə edir və toylarda və bayramlarda ifa olunur. Krım tatarlardan yanaşı bu rəqsinin müxtəlif növləri həmçinin qırımçaqlarda, kəraimlərdə, urumlarda və Azovyanı yunanlarda var. Bəzi mənbələrdə qaytarmanı qadınlarla kişilərin birlikdə rəqs etdiyi yazılır: kişilər əllərini yumruq şəklində tutub sıçrayışlı hərəkət etməli, qadınlar isə əllərini dairəvi şəkildə çevirərək hamar hərəkət etməli. Başqa mənbələrdə isə onun sadəcə qadınlar tərəfindən və ya qadınlar tərəfindən kişilərdən ayrı ifa olunduğu yazılır. == Tarix == Araşdırmaçı A.V. Boqorodun fikrinə görə, qaytarma rəqsinin mənşəyi dərviş rəqsindən gəlir. Başqa fikrinə görə, o Krıma səfərdlərlə birlikdə, onların 1492-ci ildəki Pireney yarımadasıdan qovulmasından sonra gəlib. Onlardan bu rəqsi Krım qaraçaları alıb. Həmçinin yazılır ki, rəqsin ilk qeydi 1793-cü ilə aiddir.
Qaytarma ansamblı
Qaytarma ― krım tatarlarının xalq rəqs ansamblı. == Tarixi == 1939-cu ildə Yalta Filarmoniyası nəzdində tatar mahnı və rəqs ansamblı yaradıldı. 1937-ci ildə Xalq Sənəti Evi nəzdində ikinci mahnı və rəqs ansamblı yaradıldı, bədii rəhbəri İlyas Bəxşiş, musiqi direktoru Yaya Şerfedinov və baletmeyster Useyn Baqqal oldu. 1939-cu ilin mart ayında bu iki ansambl Moskvada Krım mədəniyyəti günlərini hazırlamaq məqsədi ilə Simferopoldakı Krım Dövlət Filarmoniyasının nəzdinə keçdi. 1944-cü ilin may ayında krım tatarlarının Stalin tərəfindən hazırlanan deportasiyası nəticəsində ansambl fəaliyyətini dayandırdı. 1957-ci ildə ansambl Daşkənddə Dövlət Filarmoniyasının "Qırmızı əmək bayrağı" ordeni altında təzədən fəaliyyətə başladı. Adında "krım tatarı" sözünün istifadəsi qadağan olduğundan ansambl eyni adlı krım tatarlarının xalq rəqsinin adını daşımağa başladı. İlyas Bəxşiş 1957-ci ildə ansamblın ilk bədii rəhbəri oldu. Ansamblın dirçəlişində müharibədən əvvəlki heyətdən bir çox sənətkar iştirak etdi (1960-cı illərin sonlarına qədər ansamblda xidmət edən Memet Abibullayev kimi). Dirçəliş ansamblındakı rəqsləri məşhur krım tatar xoreoqrafları Usein Baqqal, Akim Cemilev, Ənvər Əliyev səhnələşdirirdilər.
Qocamtıl qaytarma
Qocamtıl qaytarma — Hündürlüyü 50 sm-ə qədər, gövdəsi düz qalxan, yarıdan yuxarısı budaqlanan yumşaq boztükcüklü olan çoxillik ot bitkisidir. Kökümsovu yalançı zoğların qonur rəngli qalıqları ilə örtülmüşdür. == Yarpaq == Kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, barmaqvari bölünmüşdür, 5-7 ədəd yarpaqcıqlıdır; yuxarı yarpaqları qısa saplaq üzərindədir, 3-5 ədəd yarpaqcıqlıdır; yarpaqcıqlar uzunsov-əksinəyumurtaşəkillidir, qaidə hissəsinə doğru uzun pazvaridir, üst tərəfdən seyrək basıq tüklü, alt tərəfdən boz sıx keçə-tükləri vardır. == Çiçək == Çiçəkləri xırdadır, diametri 10–15 mm, çox nazik çiçək saplağı üzərində yerləşmişdir; ləçəkləri sarıdır, təpə hissədə azacıq girintiliçıxıntılıdır, kasa yarpaqlarından biraz uzundur. == Meyvə == Meyvələri uzununa qırışlıdır, kiçikdir; sütuncuğun uzunluğu meyvənin uzunluğu qədərdir. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyun-Avqust. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, Nax. dağ., Lənk. dağ. Orta dağ qurşağına qədər.
Sürünən qaytarma
Potentilla reptans (lat. Potentilla reptans) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Gövdəsi çox uzun, sürünən, kök bağlayan və tüklü çoxillik ot bitkisidir. Kökümsovu qalındır. == Yarpaq == Kökətrafı yarpaqları uzun saplaqdadır, yarpaqcıqları 5-7 ədəd olub, barmaqvaridir. Gövdə yarpaqları daha qısa saplaqda yerləşmişdir; yarpaqcıqlar əksinəyumurtaşəkilli və ya uzanmış yumurtaşəkillidir, qaidəsi pazşəkilli, yuxarı hissədə dəyirmi dişli, üst tərəfdən çılpaq, alt tərəfdən qismən tüklüdür. == Çiçək == Çiçəkləri tək və ya 2 ədəddir, diametri 2 sm-dir. Çiçək saplağı qoltuqda yerləşib, uzundur, uzunluğuna görə yarpaqları keçir və ya onlara bərabərdir. Ləçəklərinin uzunluğu 8–10 mm olub, qızılı-sarı rəngdədir, əksinəürəkşəkillidir, kasa yarpağından uzundur. == Meyvə == Meyvələri qırışlıdır, təpə sütuncuğu uzunluğuna görə meyvə ilə eynidir.
Elios Manzi
Elios Manzi (28 mart 1996) — İtaliyalı cüdoçu. Elios Manzi İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elios Manzi birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 60 kq çəkidə, 1/16 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Von-jin ilə üz-üzə gəldi. Həmin görüşdə Elios Manzi rəqibinə 0:1 hesabı ilə uduzdu.
Dəliboz
Dilbaz atı (həmçinin, Dəliboz, Dilboz və ya Qazax atı) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda yetişdirilmiş at cinsi. Azərbaycan Respublikasında milli at cinsidir Yerli Azərbaycan atlarının qədim cinslərindən biridir. Dilbaz atı təqribən XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşdırılması əsasında və Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaradılmışdır. Bir az Qarabağ atlarına oxşayır. Bu şərqi minik at növü Azərbaycanın Qazax, Ağstafa və Tovuz rayonlarında formalaşmışdır. Bəzi ədəbiyyatlarda bu at Azərbaycan "Qazax" atı kimi və ya Azərbaycan atı kimi əks olunmuşdur. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib, ona "Dəliboz", "Diliboz", "Dilbaz", "Dilboz" da deyirlər. == Tarixi == Atçılığın inkişafında Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli, habelə, Allahyar bəy Zülqədərli və onun sülalənin nümayəndələri böyük rol oynamışdır. Dilbozlar nəslin nümayəndələri 300 ildən artıq Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz bəylərinə məxsus Uzelok ləqəbli at yüksək mükafat almışdır.
Hindistan qaytarması
Hindistan qaytarması (lat. Potentilla indica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Qaz qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Ördək qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Qaytaran Abbasov
== Siyahı ==
LİBOR
Dəlibaş (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Elvin Əlimov
Elvin Nəsrəddin oğlu Əlimov (8 iyun 1995, Qusar rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Əlimov 1995-ci il iyunun 8-də Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2017-ci ildən hərbi xidmətə başladı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Əlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Əlimov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Əlimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nadir Əlişov
Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;‎17 iyul 1948, Şuşa, Dağlıq Qarabağ – 16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. === Təhsili === Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur. == Elmi fəaliyyəti == O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır. Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.
Rüfət Əlifov
Rüfət Sehun oğlu Əlifov (1 yanvar 2001; Ərəbsarvan, Ağsu, Azərbaycan — 28 sentyabr 2020; Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rüfət Əlifov 2001-ci il, yanvarın 1-də Ağsu rayonu, Sarvan kəndində anadan olub.. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüfət Əlifov Kəlbəcər döyüşlərində savaşıb. Rüfət Əlifov 28 sentyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə Göygöl rayonu ərazisində düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Ağsuda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Əlibay (Xaybulla)
Əlibay kəndi (başq. Әлибай) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əlibay kəndinin milli tərkibi: başqırdlar 74 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 49 km., kənd sovetliyindən (İvanov): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 77 km. Kənd Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Əlibəy Şükürov
Əlibəy Şükürov (2 may 1977, Mahaçqala) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Əlibəy Şükürov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 800 metr məsafəyə qaçış turnirində 1:52.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Enlibaş
Enlibaş (lat. Squalius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. Cinsə Avropa və Asiya yayılmış balıq növləri daxildir.
Helios
Helios, Elios (yun. Ἥλιος, Ἠέλιος yunan mifologiyasında günəş tanrısı. Titanlardan Hiperion ilə Teyanın oğludur, Eos və Selenanın qardaşı. Helios təsvirlərdə göylərdən okean sahillərinə enən dörd qanadlı at qoşulmuş cəng arabasında, başına işıq saçan çələng qoymuş, uzun gözqamaşdırıcı libasda, yaraşıqlı kişi obrazında göstərilir. Əfsanəyə görə o hər şeydən xəbardar olarmış və pis və yaxşı hadisələrin şahidinə çevilərmiş. Məhz Persefonanın qaçırdanı anası Demetraya o nişan vermişdir.
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Olimbos
Olimbos (yun. Όλυμπος) — Kipr adasının ən hündür zirvəsi (1952 m). Troodos silsiləsində yerləşir. Zirvədə Böyük Britaniyaya aid ucaq məsafələri nəzarətdə saxlayan radar sisteminə malik hərbi baza vardır. Bura giriş qadağandır Yanvardan marta qədər dağın bir ətəyində xizək enişi üçün cığırlar fəaliyyət göstərir. Antik dövrdə zirvədə Afrodita məbədi olmuşdur. Hansı ki, bura qadınları buraxmırdılar.
Ovibos
Qoyunöküz (lat. Ovibos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Elidor
Elidor - ingilis yazıçısı Alan Qarnerin 1965-ci ildə Collins tərəfindən nəşr olunan uşaq fantastik romanıdır. Tərcümələr doqquz dildə nəşr olunub və o, televiziya və radio üçün uyğunlaşdırılıb. == Süjet təqdimatı == Hekayə başqa bir dünyadan gələn peyğəmbərliyi yerinə yetirərək dəhşətli qaranlığı cilovlamaq üçün mübarizə aparan bir qrup uşağın macəralarına aiddir. Süjet real dünyada Elidor dünyasına, Mançester şəhərinə və Şimali Çeşirin bəzi hissələrinə gedir. Qarnerin bir çox kitabları kimi, povestin vurğusu da qəhrəmanların üzləşdiyi seçim və məsuliyyətlərin çətinlikləri, dəyəri və praktiki cəhətləridir. == Başlıq == Elidor adı, Giraldus Cambrensis tərəfindən İtinerarium Cambriae-də 1188-ci ildə ölkə üzrə səyahətinin rekordu olan Elidor və Qızıl Top kimi tərcümə olunan Uels xalq nağıllarından yaranmışdır. Elidor bir uşaq ikən cırtdanlar tərəfindən gözəl olsa da, günəşin tam işığı ilə işıqlandırılmayan bir ölkədə qızıl qalaya aparılmış bir keşiş idi. Bu, Qarnerin Elidor ölkəsinin tutqun səması ilə ziddiyyət təşkil edən Qoriasın qızıl divarlarının təsviri ilə müqayisə edilir. == Ətraflı == İngilis folkloru - Elidor Uilyam Şekspirin “Kral Lir” əsərindən sitat gətirən epiqrafla başlayır: “Çayld Rould Qaranlıq Qülləyə gəldi”. Bu həm də Elidorun süjetinin bir neçə elementinin çəkildiyi “Çayld Rouland” ingilis xalq nağılına işarədir.