Rüfət Sehun oğlu Əlifov (1 yanvar 2001; Ərəbsarvan, Ağsu, Azərbaycan — 28 sentyabr 2020; Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Rüfət Əlifov | |
---|---|
Rüfət Sehun oğlu Əlifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ərəbsarvan, Ağsu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Göygöl rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ağsu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020 2020 2020, |
Rüfət Əlifov 2001-ci il, yanvarın 1-də Ağsu rayonu, Sarvan kəndində anadan olub..[3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüfət Əlifov Kəlbəcər döyüşlərində savaşıb. Rüfət Əlifov 28 sentyabr 2020-ci ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə Göygöl rayonu ərazisində düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Ağsuda dəfn edilib.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Rüfət Əlifov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[9]