Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adler
== Şəxslər ==
Aker
Aker (q.misir ȝkr — "yer") — Qədim Misir tanrısı. Misir mifologiyasında yerin tanrısı və ölülərin himayədarı, ən qədim tanrılardan biri. Qədim Misir tarixinin gedişində "Aker"in rolu bir neçə dəfə dəyişikliyə məruz qalıb. Padşahlıqdan əvvəlki Misirdə o, bir nomun yer tanrısı idi. Erkən padşahlıq dövründə isə o, Geb tanrısının mücəssəməsi (tanrı Banın ruhu) hesab olunurdu. Daha sonra o, yeraltı dünyasının tanrılarından biri və Apofislə gündəlik döyüşündə Ranın köməkçilərindən biri oldu. Bu tanrı həm də "yerin ruhları" – ilanların himayədarı kimi Akeru (Akerin cəmi) adlanır. Bəzən iki başlı aslan şəklində təsvir olunur (daha az — sfenks). Dünənlə sabahın, qərblə şərqin birləşməsini simvolizə edirdi. O, böyük tanrılar dairəsinə aid deyildi, onun ibadət yeri yox idi.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Azər
Azər bu mənaları ifadə edə bilər:
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. == Sənətçi haqqında == 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Acer
Ağcaqayın (lat. Acer) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Avropa, Asiya və Şimali Amerikada geniş yayılmışdır. == Botaniki xarakteristikası == Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir.
Alper
Alper — türk adı. Alper Canıgüz — yazıçı. Fikrət Alper — Türk musiqiçi və müğənni. Tuğçe Alper — Türk müğənni. İsmail Alper Coşkun — Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012–2016).
Erigeron acer
Erigeron acer (lat. Erigeron acer) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Fikrət Alper
Fikri Takbak və ya Fikrət Alper (25 avqust 1952 – 31 iyul 2014) — Türk musiqiçi və müğənni.
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Fridrix Adler
Fridrix Adler (alm. Friedrich Adler‎; 9 iyul 1879[…], Vyana – 2 yanvar 1960[…], Sürix) — Avstriya Sosial-Demokrat Partiyasının liderlərindən və avstromarksizmin nəzəriyyəçilərindən biri. == Həyatı == Fridrix Adler 9 iyul 1879-cu il tarixində Avstriya-Macarıstanın Vyana şəhərində, Viktor Adlerin ailəsində anadan olmuşdur. O, 1907–1911-ci illərdə Sürix İnstitutu nəzəri fizika kafedrasının privat-dosenti olarkən sosial-demokrat hərəkatına qoşulmuş, 1911–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasının katibi olmuşdur. Fəlsəfə sahəsində Marksın tərəfdarı idi. Vladimir Lenin "Marksizm və empiriokritisizm" əsərində Fridrix Adlerin baxışlarını tənqid etmişdir. Adler 1914–1916-cı illərdə Avstriya Sosial-Demokrat Partiyasındakı "Marksist sol" sentrist qruplaşmaya daxil idi. O, proletariatı Birinci Dünya müharibəsində bitərəf mövqe tutmağa çağırır, öz ölkəsində kütləvi inqilabi mübarizənin zəruri olmadığını qeyd edirdi. Adler 1916-cı ilin oktyabrında hökumət başçısı Ştürqgi öldürdüyünə görə ölümə məhkum olunmuşdu (sonradan bu cəza uzunmüddətli həbslə əvəz edilmişdi). O, 1918-ci ilin noyabrında amnistiyaya əsasən azad olunaraq yenidən partiyada qızğın fəaliyyətə başlamış və açıqca reformist yol tutmuşdur.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Indris ater
Adi indri (lat. Indri indri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin i̇ndrilər fəsiləsinin i̇ndri cinsinə aid heyvan növü.
Klement Ader
Klement Ader (2 aprel 1841[…], Myure[d], Yuxarı Qaronna, Fransa – 3 may 1925, Tuluza, Yuxarı Qaronna, Fransa) — Fransız mühəndis Muret, Haute-Qaronnedə anadan olmuşdu və Tuluzada vəfat etmişdir. == Həyatı == Ader həm elektrik, həm də maşın mühəmdisliyində bir yenilikçi idi.Başalnğıcda elektrik mühəndisliyi təhsili aldı və 1878 ci ildə Aleksandr Bell tərəfindən icad etdiyi telefonu inkişaf etdirdi. Bundan sonra 1880-ci ildə Oaris də telefon şəbəkəsini qurdu.1881-ci ildə sterefonik qəbul etməni təmin edən bir telefon əlaqə sistemi olan tetrafonu icad etdi,opera performansları üçün ilk stereo əlaqəni 1881-ci ildə 3 km məsafəyə siqnalı ötürə bilən cihaz kimi icad eti. 1903-cü ildə Pari-Madrid yarışı üçün bir V8 mühərriki dizayn etdi.Ancaq 3 və ya 4 ədəd istehsal olunmasına baxmayaraq heç biri satılmadı Buna əlavə olaraq mexaniki uçuş probleminin həllinə qayıtdı və həyatının sonuna qədər bunun üçün çoxlu vaxt və maliyyə xərc etdi.Quşların uçuşunda Luis Pierre Mouillardın(1834-1897)işlərindən istifadə edərək ilk uçuş maşını 1886-da,Eolda yerinə yetirdi.Dörd qanatlı bir pər istifadə etdi. == İstinadlar == == Xarici keçidlər == Clement Ader Clement Ader's flying machines Arxivləşdirilib 2020-04-15 at the Wayback Machine Clement Ader's first flight in 1879 ?
Kler Deyns
Kler Deyns, (ing. Claire Danes; 12 aprel 1979, Nyu-York, ABŞ) — ABŞ aktrisa və müğənnisi.
Kler Forlani
Kler Antonia Forlani (ing. Claire Antonia Forlani; 17 dekabr 1971, London, Böyük Britaniya) — ingilis aktrisa. == Həyatı == Kler Forlani Tvikenhemdə anadan olub. 11 yaşında Ferraradan İtaliyaya, sonra isə Londona köçüb. Londonda İncəsənət Pedaqoji məktəbinə daxil olub və altı il burada təhsil alıb. == Karyerası == Forlaninin valideynləri 1993-cü ildə San Fransiskoya köçüblər. Sonralar Forlani J.F.K.-televiziya verilişinə çəkilib. "Ehtiyatsız gənclik" və "Polis Akademiyası: Moskva missiyası" filmində rol alıb. 1995-ci ildə Kevin Smitin Malltrats filmində Brendi Svenninqin köməkçisi, 1996-cı ildə "The Rock" filmində Ceyd Ancelo, 1998-ci ildə Tanış olun, Co Blek Syuzan Perriş rolunu oynayıb. 2003-cü ildə Ceki Çan ilə birgə "Medalyon" filmində baş rola çəkilib.
Kler Littlton
Kler Littlton (ing. Claire Littleton) — ABC productionun Sağ qalmaq serialının əsas qəhrəmanlarından biridir. Rolun ifaşısı Emili de Revindir. Ilk seriyada təyyarənin sağ qalmış sərnişi kimi ekranlarda hamilə olaraq görünür. Serialın 4-cü mövsümündə sirli şəkildə yox olmazdan əvvəl, əsas qəhrəmanlardan biri olmuşdur. 6-cı mövsümdə yenidən seriala qayıtmışdır. == Təyyarə qəzasından əvvəl == Kler Sidneydə böyüyüb. Anası onun atasının öldüyünü bildirmişdir. Bir gün o, anası ilə birgə avtomobil qəzasına düşürlər. Bundan sonra Klerin anası komaya düşür.
Kurt Alder
Kurt Alder Keniqsxyutta (10 iyul 1902[…], Xojuv[d] – 20 iyun 1958[…], Köln, Qərbi Almaniya) — alim, Nobel mükafatçısı. == Həyatı == Alman üzvi kimyaçısı Kurt Alder Keniqsxyutta indiki Polşanın Xojuv şəhərində iyulun 10-da 1902-ci ildə anadan olmuşdur. 1926-cı ildə Kil universitetini bitirərək fəlsəfə doktoru dərəcəsi almışdır. 1926-1936-cı illərdə Kil Universitetində işləmiş və 1934-cü ildən professor vəzifəsində çalışmışdır. Bütün həyatını tamamilə elmə həsr etmiş Alder heç vaxt ailə qurmamışdır. == Elmi naliyyələri == Əsas elmi tədqiqat sahəsi üzvi sintez olmuşdur. 1926-cı ildə Dils ilə birlikdə azodikarbon efirini öyrənmişdir. Bu iş 1928-ci ildə çox əhəmiyyətli olan reaksiyalardan birinin kəşfinə gətirib çıxardı. Bu reaksiya aktivləşmiş ikiqat əlaqəli molekulun (dienofil) gərilmiş dienlərə 1,4- birləşərək tsiklik strukturun əmələ gətirmə reaksiyasıdır. Sonrakı işlər Alderə imkan verdi ki, bu reaksiya nəticəsində adduktların əmələ gəlməsində ilkin komponentlərin strukturundan asılılıq qanunauyğunluğunu tapsın (Alder qaydası).
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Lez-Albr
Lez-Albr (fr. Les Albres, oks. Los Aures) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12003. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 39 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 348 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.