ALAR

Aydınlıq. (“Kitabi-Dədə Qorqud” leksikası)

ALAN
ALAR SABAH
OBASTAN VİKİ
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Alar Karis
Alar Karis (eston. Alar Karis; 26 mart 1958, Tartu, Estoniya Sovet Sosialist Respublikası) – Estoniya Respublikasının Dövlət Xadimi və Alim. 11 oktyabr 2021- ci ildən Estoniya Respublikasının 6-cı Prezidenti.
Alar bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alar oymağı
Alar oymağı—Şahsevən elinin qollarından biri. == Tarixi == Alarlı оymağının qışlağı Ərdəbil əyalətində Muğanda Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı оlmayıb. Alarlı оymağı Beldaşı, Məcidli və Dizə kəndlərində sakindirlər. Alarlı оymağının qоlları Əbülhəsənbəyli, səmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir. Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb. Məhəmmədəli bəyin Məhəmmədqulu xan, Süleyman bəy adlı оğulları vardı. Məhəmmədqulu xan Alar kəndində anadan оlmuşdu. Məhəmmədqulu xanın Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı. Alarlı оymağının sоn başçısı Hüseyn ağa Vətəndust оlub.
Cəsur ürək gəlini alar (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Alara qalası
Alara qalası — Alanyanın 37 kilometr qərbində, dənizdən 7 kilometr içəridə Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən 1232-ci ildə tikilmişdir. İpək yolu üzərində inşa edilən qalanın funksiyası, Alara çayı kənarındakı Alarahanda fasilə verən karvanların təhlükəsizliyini təmin etmək olubdur. Qala 200 metrdən 500 metrə qədər çıxan sıldırım bir təpə üzərində qurulmuşdur. Görkəmli bir görünüşü vardır. Xarici və daxili qala kimi iki hissədən ibarərətdir. 120 pilləli qaranlıq bir koridordan qalanın içinə gedilir. Ziyarətə açılmadığı üçün yabanı otların və xarabalıqların əhatəsində baxımsız vəziyyətdədir. Həmçinin tunelin ortasına doğru dərin bir çuxur var. Bunun ucu su almaq üçün keçdikləri mağaradır. Qalanın içində qayalar yonularaq tunellər tikilib.
Alarconia
Wyethia (lat. Wyethia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Alarconia DC. Balsamorhiza Hook. ex Nutt. Espeletia Nutt. Melarhiza Kellogg == Növləri == Wyethia amplexicaulis (Nutt.) Nutt. Wyethia angustifolia (DC.) Nutt. Wyethia arizonica A.Gray Wyethia cusickii Piper Wyethia glabra A.Gray Wyethia helenioides (DC.) Nutt. Wyethia helianthoides Nutt. Wyethia longicaulis A.Gray Wyethia × magna A.Nelson Wyethia mollis A.Gray Wyethia ovata Torr.
Alardeh (Meşkinşəhr)
Alardeh (fars. الرده‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (8 ailə).
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Alarix
Alarix bunlara aid olunur: == Ad == Alarix (ad) — german dillərində ad. I Alarix — vestqotların kralı. II Alarix — vestqotların kralı. Alarix və Erik — İsveçin əfsanəvi kralları. == Digər == HMS Alaric (P441) — Britaniya Kral Donanmasının sualtı qayığı.
Alarlılar
Alarlılar — şahsevən tayfalarından biri. Əsasən, İran Azərbaycanında yaşayırlar. Maldarlıq, qismən də əkinçiliklə məşğuldurlar.
Alarmizm
Alarmizm — təbiət ilə cəmiyyətin qarşılıqlı əlaqəsini optimallaşdıran prinsip. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Alarva
Alarva və ya Aları (az.-əbcəd آلاروا، آلارێ‎, fars. علارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 183 nəfər yaşayır (48 ailə).
I Alarix
Alarix (ən tezi 365 və ən geci 370 – dekabr 410, Kosensa, Qərbi Roma imperiyası) — Vestqot hökmdarı və sərkərdəsi. == Haqqında == Alarix germanların tanınmış varlı Balt nəslindəndir. O, german tayfalarından biri olan vestqotların bacarıqlı və uzaqgörən rəhbəri idi. 395-ci ildə vestqotlar Balkan yarımadasında Alarixin başçılığı ilə üsyan etdilər və onu konunq - kral seçdilər. Alarix Frakiyaya, Makedoniyaya və Yunanıstana soxuldu, Afinanı tutdu. Korinfi, Arqosu və Spartanı talan etdi. Roma imperatoru onunla sülh bağlamaq, Balkan yarımadasının qərbində zəngin İlliriya əyalətini vestqotların məskunlaşması üçün ayırmaq məcburiyyətində qaldı. 401-ci ildən vestqotlar Qərbi Roma imperiyasına hücumlarını artırmağa başladılar. Bir neçə il ərzində vestqotların romalılara qarşı müharibələri ittifaq haqqında sazişlərlə əvəz olunmuşdu. Roma qoşunlarında xidmət edən xeyli germanlar, habelə çoxlu sayda Roma qalları Alarixin tərəfinə keçdilər.
Pedro Antonio de Alarkon
Pedro Antonio de Alarkon (isp. Pedro Antonio de Alarcón y Ariza; 10 mart 1833[…], Quadis[d], Əndəlüs – 19 iyul 1891, Madrid) — İspaniya yazıçısı. == Həyat və yaradıcılığı == Pedro Antonio de Alarkon 10 aprel 1833-cü ildə İspaniyanın Qranada əyalətindəki Quadiks şəhərində anadan olmuşdur. O, "Milli əhvalatlar" (1881), "Məhəbbət hekayələri" (1881), "Ağlasığmaz hekayələr" (1882) novella məcmuələri və "Üçbucaq şlyapa" (1874) povestinin müəllifidir. Alarkon ispan ədəbiyyatının demokratik ənənələrini davam etdirmişdir. Buna baxmayaraq, "Qalmaqal" (1875), "Əxlaqsız qadın" (1882) romanlarında katolik ideyalarını təbliğ etmiş, fikir azadlığının əleyhinə çıxmışdır. "Xain" hekayəsi Azərbaycan dilinə tərcümə olunmuşdur. Pedro Antonio de Alarkon 10 iyul 1891-ci ildə İspaniyanın Madrid əyalətinin Valdemoro şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Аларкон, дон Педро Антонио // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Xuan Ruis de Alarkon
Xuan Ruis de Alarkon (isp. Juan Ruiz de Alarcón y Mendoza; 1581[…] – 4 avqust 1639, Madrid)— İspaniya dramaturqu. == Həyatı == XVII əsrin başlanğıcında Lope de Veqa məktəbinə mənsub olan dramaturqlardan biri də Xuan Ruis de Alarkon idi. Dramaturq əsərləri üzərində vasvasılıqla dönə-dönə işlədiyindən başqa həmkarlarından az yazmışdır. Onun cəmi iyirmi altı pyesi məlumdur. XVII–XVIII əsrlərdə Alarkon az tanınmışdır. Xarici ölkələrdə onun irsinə göstərilən maraq Alarkonun yada düşməsinə, maraqla qarşılanmasına səbəb oldu. Alarkon Meksikada zadəgan ailəsində anadan olmuş, təhsilini İspaniyada almışdır. Ömrü boyu yüksək dövlət vəzifəsində çalışmışdır. Xuan Ruis de Alarkon 4 avqust, 1639-cu ildə vəfat edib.

Digər lüğətlərdə

высокосо́ртный обезле́сить перемы́ть пу́галище раска́тчик регули́роваться я́хонтик бенгальские свечи, огни досе́ль капо́т развороти́ть сморо́динный споровики́ уснаща́ть темриво all-wing aeroplane cajolery enhance pernickety recuperate воз диабет интимность мнительный уйгур