Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
АМГ-10 aviasiya yağı
АМГ-10 yağı – aviasiyada istifadə edilən və özlülüyü 500C-də 10 сСт-dan aşağı olmayan mineral hidravlik yağdır. == Tətbiq sahəsi == АМГ-10 hidravlik yağı – aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatının ortagüclü hidravlik sistemlərində geniş iş temperatur intervalında (mənfi 600C-dən müsbət 55Superscript text0C-yə qədər) tətbiq olunur. АМГ-10 yağı öz tərkibinə görə həmçinin bütün mövsümlərdə işləyən ВМГЗ 45/60 yağını və digər aşağı özlülüklü hidravlik yağlarının çoxunu əvəz edə bilər. Hidravlik mayenin əsas funksiyası – mexaniki enerjini yarandığı yerdən istifadə edilən sahələrə yönəldilməsindən və tətbiq edilən gücün dəyəri və ya istiqamətini dəyişdirməsindən ibarətdir. == Standartlar == АМГ-10 yağı Rusuyada ГОСТ 6794-75 standartlarına uyğun istehsal olunur və Б qrup yağların aşağı özlülüklü hidravlik yağlarına aiddir. Beynəlxalq təsnifat üzrə (İSO 6743-4) АМГ-10 yağı HL qrupuna daxidir. АМГ-10 yağının istehsal texnologiyası neft fraksiyalarının hidrokatalitik və ekstraksiya təmizlənmə proseslərinə əsaslanır və sonradan baza yağına oksidləşməyə qarşı və qatılaşdırıcı aşqarlarının, həmçinin üzvi boyanın xüsusi növünü əlavə etməkdən ibarətdir. Yağın alışma temperaturu 930C (az olmayaraq). Yağ qırmızı rəngdədir və iynəyarpaqlı iyinə malikdir. == Saxlanması və nəqli == İstehsalçının tövsiyələrinə uyğun olaraq bu məhsulun zəmanətli saxlama müddəti orta iqlim şəraiti üçün 10 il , tropik və ekvatorial iqlim şəraiti üçün 5 il təşkil edir.
AM/2/AM2+/AM3/AM3+ soketləri
AM2 soketi (Cyrix M II prosessoru ilə qarışdırmamaq üçün adı dəyişdirilən, əvvəllər M2 soketi adlanan) – yüksək məhsuldarlı stolüstü prosessorlar üçün AMD şirkətinin hazırladığı prosessor dəliyidir. O, soket 754 və soket 939 üçün əvəzləyici kimi 23 may 2006-cı ildə buraxılmışdır. Onun 940 birləşməsi olsa da, soket 939 ilə uyğunlaşa bilmir, daha köhnə soket 939 ikikanallı DDR2 əməli yaddaşı saxlamır. Əvvəlki soket 939-u saxlayan DDR yaddaşına nisbətən DDR2 az enerji istifadə etməklə daha yüksək tezliklərdə işləyir. AM2 soketi dəstəkləyən ilk prosessorlar birnüvəli Orleans (Athlon 64) və Manila (Sempron), həmçinin ikinüvəli Windsor (Athlon 64 X2 və Athlon 64 FX) və Brisbane (Athlon 64 X2 və Athlon X2) prosessorları olub. AM2 soketi üçün köhnə prosessorlar SSE3 təlimat komplektini dəstəkləyirlər və 90 nm texnoloji prosesinə əsaslanıblar, yeniləri ilə (Brisbane nüvəsi) 65 nm texnoloji prosesinə əsaslanıblar. AM2 soketi – mobil kompüter üçün Soket S1 və server üçün Soket F-i özündə birləşdirən növbəti nəsil AMD prosessor dəliklərindən biridir. Görünüşünə görə soket AM2 ilə tam oxşardır, fərqi yalnız Agena, Toliman, Kuma nüvələrində prosessorları dəstəkləməsindədir. Soket AM2+ prosessorları K10 nəslinə aiddir, soket AM2 sökülmələri ilə təchiz olunmuş mövcud anakartlarla uyğunlaşır, istifadəçi yalnız HyperTransport 3.0 şininin köməyindən məhrum olur, bu zaman tezlik HyperTransport 2.0 səviyyəsinə qədər aşağı düşəcək (bəzi hallarda HyperTransport 1.0 səviyyəsinə qədər). == Sonrakı nəsilləri == === AM3 === Soket AM3 (soket 941) – yüksək məhsuldarlıqlı, seqmentli PK üçün AMD şirkətinin hazırladığı prosessor dəliyidir.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
ADP
Azərbaycan Demokrat Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Adenozin difosfat — kimyəvi maddə.
AFP
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
AGP
Avropa Gənclər Parlamenti (ing. European Youth Parliament) və ya qısaca AGP (ing. EYP) qeyri-partizan, müstəqil təhsil layihəsi olub gənc avropalı vətəndaşların tələbatları üçün fəaliyyət göstərir. Avropa Gənclər Parlamenti gənclərdə müstəqil düşünmə və sosial təşəbbüsləri dəstəkləyir. On minlərlə gənc Avropa Gənclər Parlamentinin regional, milli, beynəlxalq sessiyalarında iştirak edib, dostluqların əsası qoyulub və beynəlxalq əlaqələrin əsası qoyulub. Bununla da Avropa Gənclər Parlamenti Avropanın birləşməsinə öz töhfəsini verməkdədir.Hazırda Avropa Gənclər Parlamenti Avropada debatlar, mədəniyyətlərarası görüşlər, təhsil işləri və ideyalar mübadiləsinə xidmət edən ən geniş platformadır. Bu parlament minlərlə gəncin könüllü fəaliyyətini təmin edən 40 Avropa assosiasiyası və təşkilatını birləşdirir. == Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliyi == Beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, dövlətin siyasətinə sadiq, intellektual səviyyəli, fəal gəncləri birləşdirir, onların ölkəmizə və cəmiyyətimizə fayda vermələri üçün imkan yaradır. İndiyə qədər AGP Azərbaycan 9 Milli Seçim Konfransı, 8 Məktəb Sessiyası və 7 Üniversite Sessiyası təşkil etmişdir.
AKP
Azərbaycan Kəndli Partiyası — Azərbaycanda 1993-cü ildə əsası Feyruz Mustafayev tərəfindən qoyulmuş və 2020-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1920) — Azərbaycanda 1920-ci ildə əsası qoyulmuş, 1920-1991-ci illərdə Azərbaycanda iqtidar partiyası olmuş və Sovet İttifaqı Kommunist Partiyasına bağlı siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1993) — Azərbaycanda 1993-cü ildə əsası qoyulmuş solçu, kommunist siyasi partiya.(2021-ci ilədək AzKP) Albaniya Kommunist Partiyası — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. Sonradan "Albaniya Əmək Partiyası" adlandırılmışdır. Almaniya Kommunist Partiyası — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri. Avstraliya Kommunist Partiyası (1920) — Avstraliyada siyasi partiya. Avstraliya Kommunist Partiyası (1971) — Avstraliyada siyasi partiya. Avstriya Kommunist Partiyası — Avstriyada kommunist siyasi partiya. Ədalət və İnkişaf Partiyası — Rəcəb Tayyib Ərdoğanın lideri olduğu, 2001-ci ildən Türkiyədə iqtidar partiyası olan siyasi partiya.
ALP
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. == Tarixi == === Lalə Şövkət dövrü (1995–2003) === Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. === 2003-cü il prezident seçkiləri === === Əvəz Temirxan dövrü === 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. == İdeologiyası == İdeologiyasının əsasında insan haqlarının müdafiəsi, qanunun aliliyi durur. Proqramının hədəfi insan haqlarının üstünlüyünü təmin edən cəmiyyətin qurulmasıdır.
AMCP
Milli Cəbhə Partiyası və ya qısaca MCP — Razi Nurullayev tərəfindən 2020-ci il avqustun 31-də dövlət qeydiyyatına alınan siyasi partiya. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. == Tarixi == 19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb, 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır. == Rəmzləri == Loqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.
AMD
AMD — kompüter prossesorları düzəldən kommersiya şirkəti.
AME
Azərbaycan Milli Ensiklopediyası — Azərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya. == Haqqında == 20 əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.1965 il dekabrın 30-da Azərb. KP MK və Azərb. SSR Nazirlər Soveti “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərar qəbul etdi və Azərb. SSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və “Azərbaycan SSR” xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970 ildə ASE-nin 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı. Azərb. KP MK-nın 1975 il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı.
AMK
Azərbaycan Milli Konservatoriyası
AMM
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) - əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, azərbaycanlıların mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğini aparan, Gürcüstanın Marneuli şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Mərkəz 2006-cı ildə indiki sədri Fazil Həsənovun Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvilinin Marneulidəki görüşləri zamanı müraciətindən sonra yaranmışdır. === Fəaliyyəti === Azərbaycanlılarn Mədəniyyət Mərkəzinin nəzdində sistematik gürcü dilöyrətmə və kompüter kursları fəaliyyət göstərir. Eləcə də, mərkəzin nəzdində "Sarvan" folklor rəqs qrupu fəaliyyət göstərir. Qrupun bədii rəhbəri Cəmilə Məmmədovadır, xoreoqrafı isə Nino Lomidzedır. Qrupun repertuarında azərbaycan və gürcü milli rəqsləri var. Gürcüstanda yaşayan etnik azlıqlar (Gürcüstan, Ukrayna, Estoniya, Ermənistan və s) arasında keçirilən Global Peace Festivalda qrupun solisti Aygün Həsənova milli rəqs "Sarı gəlin"i ifa edərək 1 yer qazanmışdır. Bundan əlavə, "Open new world 2009" yarışmasının solo nominasiyasında "Sarı gəlin" rəqsi 1-lik qazanmışdır, qrup nominasiyasında isə "Nazilə" rəqsini ifa edərək Sarvan qrupu 2 yerə sahib olub. === KİV === Azərbaycanlıların Mədəniyyət Mərkəzi qəzet və jurnal nəşri ilə məşquldur. "Region press" qazeti artıq ayda 3 dəfə oxucuların qarşısına çıxır, qazetdə gənc qələmlərin yazılarına və hüquq məsləhətlərinə rublika ayrılıb.
AMR
AMR (Adaptive multi rate) — dəyişən sürətli kodlaşdırma. Danışıq diapazonundakı tezliklərin xüsusi olaraq nəzərdə tutulmuş siqnal səs fayllarının kodlaşdırılma standartı. ETSI (European Telecommunications Standards Institute) standartı. AMR - böyük həcmli şəbəkələrdə nitqin ötürülməsini təmin edir. AMR nitq kodlaşdırma/dekodlaşdırması müxtəlif tezlik sürət dəstlərinə malikdir. Şəraitdən və ya şəbəkənin yükləməsindən asılı olaraq müxtəlif rejimlərə keçməyə imkan verir. İstənilən şəraitdə səsin təmiz ötürülməsini təmin edir. Aşağıda AMR kodekinin 14 rejimi göstərilmişdir, onlardan 8-ində tam sürət tam mümkündür (full rate, FR) və 6-sında tam sürətli kanal mövcuddur (half rate, HR): == AMR-NB == AMR-NB (Adaptive multi rate narrow band) — AMR-in ensiz zolaqlı variantı olan səsli kodek. 4,5-12,2 kbit/san-ə qədər məlumat axınının sürət dəyişkənliyinə imkan verir. == AMR-WB == AMR-WB (Adaptive multi rate wide band) — AMR-ın genişzolaqlı variantı.
AMİ
Azərbaycan Müəllimlər İnstitutu — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi. == Tarixi == 1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Azərbaycan Müəllimlər İnstitutu 26 noyabr 2015-ci ildə ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşib. == Filialları == === Ağcabədi filialı === 13 iyun 2000-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === Cəlilabad filialı === 13 iyun 2000-ci il tarixində ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. 26 noyabr 2015-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına çevrilmişdir. === Gəncə filialı === 13 iyun 2000-ci il tarixində Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci il tarixli 13 iyun tarixində Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır.
AMİP
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur. Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur.Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 11 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir. Həmçinin Məmməd Araz, Xəlil Rza Ulutürk, İsi Məlikzadə, Həsən Məmmədov, Həsənağa Turabov və Ramiz Məlik kimi incəsənət xadimləri də partiya sıralarında olmuşdur.Azərbaycan Milli İstiqlal Partiyasından ayrılmış şəxslər daha sonra öz partiyalarını təsis etmişdir. Məsələn, 1992–1993-cü illərdə partiyanın Sumqayıt Şəhər Təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ildə Azərbaycan Naminə Alyans Partiyasını, 1992–1993-cü illərdə partiya rəhbərliyində təmsil olunmuş Vilayət Quliyev, Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov, Vaqif Kərimov və başqaları 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasını, partiya rəhbərliyində 2003-cü ilədək təmsil olunmuş Elşad Musayev 2003-cü ildə Böyük Azərbaycan Partiyasını, partiyanın ikinci sədri olmuş Əli Əliyev 2005-ci ildə Vətəndaş və İnkişaf Partiyasını, 1998–2003-cü illərdə partiyanın sədr müavini olmuş İlqar Məmmədov isə 2009-cu ildə Respublikaçı Alternativ Hərəkatını təsis etmişdir.Azərbaycan Milli İstiqlal Partiyasını Mərkəzi Seçki Komissiyasında 1993–1995-ci illərdə hüquqşünas Fuad Ağayev, 1998–2000-ci illərdə Altay Hüseynov, 2000–2003-cü illərdə Etibar Ələsgərov və Elşad Qurbanov, 2003–2005-ci illərdə isə Asəf Əliyev və Arzuxan Əlizadə təmsil etmişdir.
AMŞ
Azərbaycan Mətbuat Şurası — Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan. Şuraya hazırda Rəşad Məcid rəhbərlik edir. == Tarixi == Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. == İdarəçilik == Mətbuat Şurasının ali orqanı qurultaydır. Qurultaylar MŞ Nizamnaməsinin müvafiq bəndinin tələbinə uyğun olaraq keçirilir. Şuraya rəhbərlik sədr tərəfindən aparılır (bax: Nizamnamə).
AQP
Alıcılıq qabiliyyəti pariteti (AQP) — valyuta məzənnələrini müəyyənləşdirən nəzəriyyə. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.İnflyasiyanın müxtəlif templəri valyuta məzənnələrinin iki cür dəyişməsinə səbəb olur. Birinci hal ixrac və idxal qiymətləri nisbətinin dəyişdirilməsi nəticəsində meydana çıxan effektə aiddir. Bir ölkədə buraxılan nemətin qiyməti başqa bir ölkədə buraxılan həmin nemətin qiyməti ilə müqayisədə qalxdıqda, həmin nemətin alıcıları bir neməti başqası ilə əvəz etməyə cəhd göstərir, bu isə valyutaya olan tələbi azaldır. İnflyasiya templəri fərqlərinə cavab olaraq valyuta məzənnələrinin dəyişilməsini meydana çıxaran ikinci hal valyuta məzənnələrinin gözlənilən dəyişilməsinə yönələn möhtəkirliklə bağlıdır. Belə ki, bir ölkədə qiymət digər ölkədəki qiymətlərlə müqayisədə qalxdıqda, xarici valyuta portfeli saxlayanlar və möhtəkirlər valyutaların qiymətinin enəcəyini, yəni onun alıcılıq qabiliyyətinin düşəcəyini gözləyərək onlardan xilas olmağa çalışır və bununla da həmin valyutanın devalvasiyasına səbəb olurlar. Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi inflyasiyanın fərqli templərinin valyuta məzənnələrində bir-birini əvəzləyən dəyişilmələrə səbəb olacağını qabaqcadan göstərir. Valyuta məzənnələrində baş verən dəyişikliklərin öz-özlüyündə müxtəlif inflyasiya templərini yaratmaması halı da mümkündür. Belə ki, tələb qiymətə görə elastik deyildirsə, bu halda valyuta məzənnəsinin devalvasiyası daxili inflyasiyanın artmasına gətirib çıxara bilər.
ASP
ASP (ing. Active Server Pages) — veb səhifələrin kodlanması üçün əlifba. Maykrosoft (Microsoft) tərəfındən hazırlanmışdır.
AVP
Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir. == Tarixi == 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil Hüseynli və Fəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər. Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir. Tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir, lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi, amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi. == Rəhbərlik == Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur.
AİP
Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİP — Azərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya. Partiyanın 1995-ci ildən bəri qadağan olmasına baxmayaraq, dövlət tərəfindən (Misirdəki Müsəlman qardaşlar və Türkiyədəki Fətullah Gülən hərəkətlərin əksinə) cinayət təşkilatı və terror təşkilatı elan edilməyib. Beləcə faktiki fəaliyyəti qadağan edilmədi. Buna görə, ictimai qayda və Azərbaycan qanunları pozulmadıqda, de-fakto partiyaya üzv olmaq, fəaliyyətləri və bayrağını və emblemini saxlamaq, cinayət sayılmır. == Tarixi == Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır.1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Vəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır. Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır. Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət Partiyası və Azər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır. Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.
BMP
BMP (format)
.app
.app — ICANN-ın yeni ÜYSD (ümumi yüksək səviyyəli domen) proqramındakı bir ÜYSD. Domen 2015-ci ilin fevralında Google tərəfindən hərracda alınmışdır.
AMDP
Azərbaycan Milli Demokrat Partiyası və ya qısaca AMDP — Tufan Kərim tərəfindən qurulan və 2008-ci il dekabrın 24-də dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == Partiya 1992-ci ildə İsgəndər Həmidov tərəfindən AXC bazasında qurulmuşdur. İlk qurultayını 26 dekabr 1993-cü ildə keçirən partiyanın sədri Bəxtiyar Əhmədov seçilmişdir. Partiya 1994-cü ilin aprelində rəsmi dövlət qeydiyyatından "Bozqurd Partiyası" olaraq keçmişdir, lakin 1995-ci ildə Ali Məhkəmə tərəfindən verilən qərarla partiyanın adının konstitusiyaya uyğun olmadığı səbəbi ilə ləğv edildi. İsgəndər Həmidov isə həbs edildi. Partiya fəaliyyətini dayandırmasa da, 11 iyul 1995-ci ildə adını Azərbaycan Milli Demokrat Partiyası dəyişdirdi. Ad dəyişikliyi 1999-cu ildə ki qurultayında rəsmi olaraq təsdiqləndi. 1995–2003-cü illərdə İsgəndər Həmidov həbsdə olduğu üçün partiya rəsmi olaraq qeydiyyat alınmadı. 2008-ci ilin aprel ayında AMDP və Azadlıq Partiyası arasında birləşmə qərarı alınmışdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc və AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlili arasında 3 dəfə görüş keçirilmişdir, lakin daha sonra birləşmə gerçəkləşməmişdir.2008-ci ildə partiya Tufan Kərimlinin sədrliyində qeydiyyata alınmışdır.
ATP
Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya. == Haqqında == Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur.Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib.1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur. Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub.Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.
AÜP
Azərbaycan Ümid Partiyası — Əbülfət Əhmədov tərəfindən yaradılan və 5 may 1993-cü ildə dövlət qeydiyyatından keçən siyasi partiya. Hal-hazırda partiyanın sədri İqbal Ağazadədir. == Tarixi == Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri "Qızıl Qələm" mükafatı laureatı, jurnalist mərhum Əbülfət Əhmədov olub. 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 2002-ci il dekabrın 15-də Azərbaycan Ümid Partiyasının III (I) Qurultayında Ümid Partiyasına birləşmiş və partiya sədri İqbal Ağazadə seçilmişdir.2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. 2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarının bir hissəsi ciddi bədən xəsarəti alıb və 6 nəfər həbs olunub.
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Аdi yumаqоtu
Аdi yumаqоtu (lat. Carlina vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, hündürlüyü 30-50 sm, gövdəsi düz, sadə yuxarı hissədə qalxanvari budaqlı olan, hörmüçəktorlu, lifli bitkidir. Yarpaqları cod, lansetvari və ya ensiz lansetvaridir, aşağıdakı yarpaqları daha uzun və ensiz, sonrakılar – oturaq, yuxarıdakılar — başcıq kimi sıxılmışdır. Səbətciklərinin eni 2-3 sm, tək-tək və ya 3-5 sayda olmaqla birlikdə yerləşmişdir. Sarğıların xarici yarpaqcıları tikanlı, dişlidir. Çiçəkləri sarı və ya açıq sarı, ucları al qırmızıdır. Toxumcaları 2-4 mm uzunluqda, mixəyi, tüklənmişdir; kəkili toxumcadan 2-3 dəfə uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ, nadir hallarda subalp qurşağında yayılmışdır. Meşə talalarında, yol və meşə kanarlarında, nadir hallarda dağ çəmənlərində bitir.
Аdi аtşаbаlıdı
ИХП-234 aşqarı
ИХП-234 aşqarı – sulfonat tipli coxfunksiyalı polimer aşqar olub, sulfolaşmış poliizobutilenin (КП-10) kalsium duzunun И-12А yağında 20-25%-li məhluludur. == Xassələri == ИХП-234 aşqarı qatılaşdırıcı aşqar olub termiki və mexaniki stabilliyi artırır. КП-10 aşqarından üstün cəhətlərinə görə fərqlənir. Belə ki, ИХП-234 aşqarı ilə qatılaşdırılmış yağların özlülük indeksi 125-dən aşağı olmur. Çoxfunksiyalı aşqar kimi yüksək dispersləşdirici-yuyucu xüsusiyyətlərə malikdir. Bu aşqar əvvəl 25 dəqiqə ərzində kolloid sistem yaradır, sonra isə polimerin qatılığı maye fazada yüksəlir. Bu da baza yağının özlülüyünün yüksəlməsinə səbəb olur. 50-60 dəqiqə ərzində polimerlə yağın yüksək özüllüyə malik homogen məhlulu alınır. == Alınması == ИХП-234 aşqarı müxtəlif molekul kütləli poliizobutilenin sulfolaşdırılması və daha sonra alınmış poliizobutilensulfoturşunun qələvi metalların hidroksidləri ilə neytrallaşdırılması yolu ilə sintez olunur. AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) aparılan tədqiqatların nəticələri göstərmişdir ki, nisbi molekul kütləsi 9000-15000 olan poliizobutilen (КП-10) əsasında alınan aşqar daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir.
ИХП-361 aşqarı
ИХП-361 aşqarı – tərkibində kükürd, fosfor, azot və bor saxlayan coxfunksiyalı polimer aşqardır. == Xassələri == ИХП-361 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. == Alınması == ИХП-361 aşqarı almaq üçün əvvəlcə izobutilen-stirol birgə polimeri (və ya poliizobutilen) fosforkükürdləşdirilirərək hidrolizə uğradılır, daha sonra alınan məhsul ardıcıl olaraq etilendiaminlə və bor turşusu ilə işlənilir. ИХП-361 aşqarının sintezi texnologiyası AMEA Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-361 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600-800 hədləri arasındadır. ИХП-361 aşqarının əsas göstəriciləri: küllülük – 7,5%, kükürdün miqdarı – 0,6%, fosforun miqdarı – 2,4% azotun miqdarı – 2,7%. == Tətbiqi == ИХП-361 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-361 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərrikin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərrikin işinin etibarlılığı və uzunmüddətliliyi artmış olur. ИХП-361 aşqarı həm ayrılıqda, həm də digər aşqarlarla kompozisiya şəklində yağların funksional xassələrini effektli şəkildə yaxşılaşdırır. == Mənbə == Кулиев А.М. Химия и технология присадок к маслам и топливам.
ИХП-476 aşqarı
ИХП-476 aşqarı – suksinimid tipli yuyucu-dispersləşdirici polimer aşqar olub, izobutilenin stirolla birgə aşağımolekullu polimerinin (və ya poliizobutilenin) malein anhidridi ilə kondensləşmə məhsulunun poliaminlərlə reaksiyasından alınan məhsuldur. == Xassələri == ИХП-476 aşqarı yüksək yuyucu və dispersləşdirici xassələrə malikdir ( M-11 yağının 5% ИХП-476 aşqarı ilə məhlulu üçün sərtləşdirilmiş ПЗВ metodu üzrə yuyuculuq xassəsi 0-0,5 bal, yuyuculuq potensialı isə 98%-dir). == Alınması == ИХП-476 aşqarı aşağımolekullu polimerin (birgə polimerin) malein anhidridi ilə kondensləşməsi və daha sonra poliaminlərlə qarşılıqlı reaksiyasından alınır. Polimerin (birgə polimerin) malein anhidridi ilə kondensləşməsi 200-205oC temperaturdə azot mühitində 8-10 saat müddətində aparılır və sonra malein anhidridinin artığı (reaksiyada iştirak etməyən hissəsi) qovulur. Alınmış kondensləşmə məhsulu – kəhrəba anhidridinin törəmələri aminlərlə (allilamin, etilendiamin və müxtəlif polietilenpoliaminlər) toluol məhlulunda, reaksiya zamanı ayrılan suyu qovaraq, işləyirlər. Alınan ИХП-476 aşqarı tərkibində 1,5 – 1,7% azot saxlayır, turşu ədədi isə 10 – 14 mqKOH/q olur. == Tətbiqi == ИХП-476 aşqarından istifadə etməklə yağlara bir sıra effektiv aşqar kompozisiyası yaradılmışdır. == Mənbə == Кулиев А.М. Химия и технология присадок к маслам и топливам. Л: Химия, 1985. 315 с.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Xəmsə əlyazması (М—156)
Xəmsə əlyazması М-156 — farsdilli epik ədəbiyyatın klassiklərindən biri olan Nizami Gəncəvinin poemalarının toplandığı tarixi əlyazma. Əlyazma Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında "Xəmsə" poemalarından ikisinin ardıcıllığı pozulmuşdur. Belə ki, "Sirlər xəzinəsi"ndən (1b — 26b) sonra "Leyli və Məcnun" (128b — 77a), daha sonra isə "Xosrov və Şirin" (78b — 118a) gəlir.Əlyazmasında dördüncü poema olan "Yeddi gözəl", digər poemalardan daha əvvəl - XVI əsrin I yarısında yazılmışdır. Həmin poemanın mətni incə əl işi olan və qızıl suyu, açıq mavi və qara boyalarla işlənmiş nəbati naxışlarla bəzədilmiş ünvan səhifəsi ilə başlayır. Poemanın mətni noxud rəngli yüksək keyfiyyətli şərq kağızı üzərində dörd sütun şəklində kalliqrafik nəstəliq ilə yazılmış, səhifənin kənarı isə qızılı və mavi rəngli xətlərlə çərçivələnmiş, qızılı və qara çərçivələrə alınmışdır. Sütunlar iki incə qızılı xəttlə bir-birindən ayrılmışdır. Çərçivələr arasındakı boşluqlar qızıl suyu ilə çəkilmiş nəbati naxışlarla doldurulmuşdur. Səhifələrin bəzədilməsində də eyni formada, qızıl suyu ilə çəkilmiş nəbati naxışlardan istifadə olunmuşdur. Həmin poemaya Təbriz miniatür məktəbinə məxsus 27 miniatür (126b, 127b, 129а, 130а, 131а, 131b, 132b, 133b, 134b, 135а, 136b 137b, 138b, 139b, 140b, 142, 144а, 145а, 148а, 155b, 158b, 161b 165а, 167b, 169а, 170b, 171b) çəkilmişdir.
Xəmsə əlyazması (М—439)
Xəmsə əlyazması М-439 — Nizami Gəncəvi “Xəmsə”sinin iki poemasından ibrarət olan əlyazması nüsxəsi. Hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmasında “Xəmsə”yə daxil olan “Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır. Əlyazmanın bir çox yerlərində tikmə zamanı düzülüşün pozulması müşahidə edilir. Mətnlər kalliqrafik nəstəliq ilə dörd sütun şəklində yazılmış və müxtəlif rəngli xətlərdən çərçivəyə alınmışdır. Əlyazmasının kağızı Orta Asiya mənşəlidir.Əlyazmasında Herat miniatür məktəbinə məxsus üç miniatür vardır. Əlyazma mətninin başlanğıcında rəngli divan vardır. Şərq mənşəli üzləməsi qəhvəyi rəngli dəridən hazırlanmış və romb formalı medalyonla bəzədilmişdir. Ölçüləri 14 × 24 sm olan 84 səhifəli əlyazması hicri 1110-cu ildə (1698/1699) hazırlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Хамсэ // Низами Гянджеви: Краткий справочник / Составитель Дж.
Xəmsə əlyazması (М—500)
Xəmsə əlyazması М-500 — Nizami Gəncəvinin bütün poemalarını özündə birləşdirən və XVII əsrdə yazılmış əlyazma. AMEA Əlyazmalar İnstitutunda saxlanılır. == Xüsusiyyətləri == Əlyazmanın siyahısı tam deyil və "İsgəndərnamə"nin "İqbalnamə" hissəsi yoxdur. Buna baxmayaraq, poemaların sıralanması ardıcıllığı ənənəvidir. Əlyazmasının səhifələrində dioqanal üzrə Əmir Xosrov Dəhləvinin "Xəmsə"si də yazılmışdır.Əlyazmasının mətni yüksək keyfiyyətli və krem rəngli parlaq şərq kağızı üzərində yaxşı keyfiyyətli nəstəliq xətti ilə iki sütun şəklində yazılmış və qızıl suyu ilə çəkilmiş iki xətlə çərçivəyə alınmışdır. Həmçinin səhifələrdəki yazı sütunları da oxşar iki sütunla bir-birindən ayrılmışdır. Başlıqlar isə qızıl suyu ilə süls xətti ilə yazılmışdır.Poemaların hər birinin başlanğıcında rəngarəng, çiçəkli bədii ünvan səhifəsi vardır. Ünvan səhifəsi qızıl suyu, lazur, kinovar və beyllərlə işlənmişdir. Əlyazmasının sonunda bir qəsidə də verilmişdir (699a−570b). Əlyazması müasir üzlənməyə malikdir.Paleoqrafik xüsusiyyətlərinə görə əlyazması XV əsrin I yarısına aid edilir.
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
МR 1
Makedoniya Radiosu 1 – qısa formada "MR 1", həmçinin "Skopye Radiosu" (mak. Skopye Radiosu) kimi də tatınır. Makedoniyanın ilk böyük radiostansiyası, 1944-cü ildən etibarən de-facto yayımlanır. == Tarixi == Makedoniyada ilk radioyayım 1944-cü ildə, eksperimental ötürücülərin quraşdırılmasından sonra başlayıb. Yuqoslaviya təslim olunduqdan sonra yayım dayandırılsa da, Alman əsirliyində olan Bolqar radiostansiyaları fəaliyyətə başladı. 1944-cü ilin avqustunda Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş iclasında yazıçı Vlado Maleski gələcək Yuqoslaviya Respublikasında radiostansiya yaratmaq təklifini irəli sürdü. Bu səbəbdən Gorno-Vranovtsi kəndində canlı yayıma hazırlıq üçün texnik və jurnalistlər qrupu yiğılmışdı. Texniki avadanlıqlara Makedoniyada Yuqoslav Milli Azadlıq hərəkatı Ordusunun Baş Qərargahının zabiti Vasko Petkovski cavabdeh idi. 28 avqust 1944-cü ildə Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş 2-ci Antifaşist konqresini yayımlayan "Skopye Radiosu" efirə buraxıldı. Yayım Amerikanın 20vatlı, SCR qısadalğalı ötürücüsü vasitəsilə həyata keçirildi.