AM
AMAÇ
OBASTAN VİKİ
Ama Xanım
Amma Xanım - türk və altay mifologiyalarında Yaradıcı Tanrıça. Amma Xanım olaraq da deyilir. İskitlerdeki Apa (Abay) adlı Tanrıça ilə arasında bir bağ ola bilər. Umay ilə eyni Tanrıça olduğu irəli sürülür. Şumerlərdə də Ama adlı bir Tanrıça mövcuddur. Anadoluda ama, eme, apa, ebe kimi sözlər həmişə qadın qohumları izah edir. Bəzən evi qoruyan bir Tanrıça olaraq adı keçir. == Etimologiya == (Am/Em) kökündən törəmişdir. Bu kök türkçe və monqolcada qadınlıq, dərman, eşq kimi anlayışlarla əlaqəlidir. Amı sözcüyü monqolcada həyat deməkdir.
Ernest Teodor Amadey Hofman
Ernest Teodor Amadey Hofman (alm. Ernst Theodor Amadeus Hoffmann‎, 24 yanvar 1776[…], Köniqsberq[…] – 25 iyun 1822[…], Berlin) — alman yazıçısı. == Həyatı == Ernest Teodor Amadey Hofman 24 yanvar 1776-cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır. Universitetdə hüquq elmləri üzrə təhsil almışdır. O, hələ gəncliyində müsiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir. 1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.O, romantik operanın – "İndianın" yaradıcısıdır.
Eupatorium amabile
Eupatorium amabile (lat. Eupatorium amabile) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Eupatorium amambayense
Eupatorium amambayense (lat. Eupatorium amambayense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Euseius amabilis
Euseius amabilis (lat. Euseius amabilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Ficus amazonica
Ficus amazonica (lat. Ficus amazonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Güllücə (Amasiya)
Güllücə — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-qərbdə, Arpa gölünün şimal sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndi adı Gyulica, Gyulluca formalarında da əksini tapır. Toponim gül sözünə sifət düzəldən -lü və sifətin çoxaltma dərəcəsinin əlamətini bildirən -cə şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir və onlar xalq kimi qeyd edilir. Qarapapaqlar azərbaycanlılarn formalaşmasında iştirak edən türk tayfalarından - azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
III Viktor Amadeus (Savoyya hersoqu)
III Viktor Amadeus (it. Vittorio Amedeo III di Savoia) (26 iyun 1726[…], Turin, Sardiniya krallığı – 16 oktyabr 1796[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Viktor Amadeus, anası isə Hesseli Poliksenadır. == Mənbə == Bertolotti. Davide:Istoria della R. Casa di Savoia, Antonio Fontana, 1830, p 289 Morselli.
II Viktor Amadeus (Savoyya hersoqu)
II Viktor Amadeus (it. Vittorio Amedeo II di Savoia) (14 may 1666[…], Turin – 31 oktyabr 1732[…], Monkalyeri, Pyemont) — Savoyya hersoqu və Sardiniya kralı. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə Savoyyalı Mariya Jannadır. Atasının ani vəfatının ardından, hələ 9 yaşında ikən Savoyya hersoqu, anası isə taxt naibəsi oldu. Fransa kralı XIV Lüdovik bölgədəki fransız təsirini gücləndirmək məqsədilə kiçik hersoqun gələcəkdəki evliliyini planlaşdırmaq niyyətində idi. Ancaq yetkinlik yaşına çatan Viktor Amadeus fransız təsirindən çıxdı və 1684-cü ildə yazdığı əmrlə Fransa yönümlü anasını dövlət idarəsindən tamamilə uzaqlaşdırdı. İspaniya səltənəti uğrunda gedən taxt mübarizəsinə qoşulan Viktor Amadeus 1713-cü ildə Siciliya krallığını ələ keçirdi ancaq çox keçmədən bu ünvanını Sardiniya kralı olaraq dəyişməli oldu. == Mənbə == Symcox, Geoffrey (1983). Victor Amadeus II: absolutism in the Savoyard State, 1675–1730. Berkeley: University of California Press.
IX Amadeus (Savoyya hersoqu)
IX Amadeus (it. Amedeo IX di Savoia) və ya Xoşbəxt Amadeus (1 fevral 1435, Çateau de Thonon[d] – 30 mart 1472, Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Lüdovik, anası isə Kipr kralı Yanoşun qızı Annadır. == Mənbə == Vester, Matthew (April 1, 2013). Sabaudian Studies: Political Culture, Dynasty, and Territory (1400–1700). Truman State University Press. ISBN 9781612480947 Bunson, Matthew; Bunson, Margaret; Bunson, Stephen (2003). Bunson, Matthew and Bunson, Stephen. "Amadeus IX of Savoy", Our Sunday Visitor's Encyclopedia of Saints, OSV Publishing, 2003.
I Amadeus (İspaniya kralı)
I Amadeus (isp. Amadeo Fernando María de Saboya) (30 may 1845[…], Turin, Sardiniya Krallığı[d] – 18 yanvar 1890[…], Turin, İtaliya krallığı) — Savoyya sülaləsinə mənsub ilk və tək İspaniya kralı. Atası İtaliya kralı II Viktor Emmanuel, anası isə Müqəddəs Roma imperatoru II Leopold və İnfanta Mariya Luizanın nəvəsi Avstriyalı Adelyadır. II İzabellanın 1868-ci ildə devrilməsi və Fransaya qaçmasının ardından kortes birliyi tərəfindən 1870-ci ildə İspaniya kralı seçildi. Onun İspaniyadakı 3 illik səltənəti şimalda monarxiya tərəfdarlarının üsyanı, Kubadakı azadlıq hərəkatı və respublikaçıların güclənməsi ilə fərqləndi. 1873-cü ildə taxtdan çəkildi və İtaliyaya geri döndü. Beləcə, Birinci İspaniya Respublikası quruldu. == Mənbə == Pollock, Sabrina (August 2006). "Spain's Forgotten Queen". European Royal History Journal.
I Viktor Amadeus (Savoyya hersoqu)
I Viktor Amadeus (it. Vittorio Amedeo I di Savoia, 8 may 1587, Turin – 7 oktyabr 1637[…], Verçelli[d], Pyemont) — Savoyya hersoqu. Atası Savoyya hersoqu Çarlz Emanuel, anası isə İspaniya kralı II Filippin qızı Ketrin Mişeldir. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690–1720. Cambridge University Press.
Jaime Enrike Qarsiya Amaral
Jaime Enrike Qarsiya Amaral — Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)
Jorje Amadu
Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[…] – 6 avqust 2001[…], Salvador) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi. == Həyatı == Jorje Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilmişdir. XX əsrin 30-cu illərində kommunist partiyasının rəhbərlik etdiyi milli azadlıq alyansının mübarizəsində iştirak etmişdir. 1948–52-ci illər arası o, Fransa və Çexoslovakiyada yaşamağa məcbur olmuş, həmin illərdə Jorje Amadu Şərqi və Qərbi Avropa, eləcə də Asiya və Afrika ölkələrinə səyahət etmişdir. P. Pikasso, P. Elyuar, P. Neruda kimi mədəniyyət xadimləri ilə görüşən və 1952-ci ildən sonra, vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr etmişdir. Dünya Sülh Şurasının üzvü olan Jorje Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh" mükafatına, 1984-cü ildə isə Fransanın "Fəxri Legion" ordeninə layiq görülmüşdür. == Yaradıcılığı == Jorje Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmışdır. İlk romanı "Karnaval ölkəsi"dir (1931).
Jorji Amadu
Jorje Amadu (port. Jorge Leal Amado de Fariа; 10 avqust 1912[…] – 6 avqust 2001[…], Salvador) — Braziliya yazıçısı, ictimai-siyasi xadimi, modernist məktəbin nümayəndəsi. == Həyatı == Jorje Amadu 1912-ci il avqustun 10-da Brazilyanın Baiya ştatının İtabuna qəsəbəsində, xırda kakao plantatorunun ailəsində dünyaya gəlmişdir. Braziliya Kommunist Partiyasının aparıcı simalarından biri kimi tanınmış, 1956-cı ildə Braziliya Milli Konqresinə deputat seçilsə də, iki il sonra ölkədə Kommunist partiyasının fəaliyyəti qadağan edildiyindən sürgün edilmişdir. XX əsrin 30-cu illərində kommunist partiyasının rəhbərlik etdiyi milli azadlıq alyansının mübarizəsində iştirak etmişdir. 1948–52-ci illər arası o, Fransa və Çexoslovakiyada yaşamağa məcbur olmuş, həmin illərdə Jorje Amadu Şərqi və Qərbi Avropa, eləcə də Asiya və Afrika ölkələrinə səyahət etmişdir. P. Pikasso, P. Elyuar, P. Neruda kimi mədəniyyət xadimləri ilə görüşən və 1952-ci ildən sonra, vətənə qayıdan Amadu ömrünü yaradıcılığa həsr etmişdir. Dünya Sülh Şurasının üzvü olan Jorje Amadu 1951-ci ildə "Beynəlxalq Stalin Sülh" mükafatına, 1984-cü ildə isə Fransanın "Fəxri Legion" ordeninə layiq görülmüşdür. == Yaradıcılığı == Jorje Amadu yaradıcılığa 14 yaşından başlamış, 1931-ci ildən isə mətbuatda öz imzası ilə tanınmışdır. İlk romanı "Karnaval ölkəsi"dir (1931).
Karmen Amaya
Karmen Amaya (isp. Carmen Amaya; d. 2 noyabr 1918[…] – 19 noyabr 1963[…]) — İspan rəqqasə, müğənni, film aktrisası, əfsanəvi flamenko rəqqasəsi. == Bioqrafiyası == Əslən qaraçı, gitaraçı Francisko Amayanın qızı (ləqəbi El Çino, Çinli). Altı yaşından bəri rəqs edir; atası ilə Barselonadakı "Yeddi qapı" restoranında çıxış edirdi. Onun istedadını ilk dəfə Kataloniya sənətşünası Sebastiyan Qaş görür. 1923-cü ildə Madriddə çıxış edir. 1929-cu ildə Parisdə debüt edir, Rakel Meler truppasındakı ifası böyük bir uğura səbəb olur. 1936-cı ildən bəri Portuqaliyada, ABŞ-da, Latın Amerikasında, Fransada, Böyük Britaniyada, Cənubi Afrikada yaşamış və ya səyahət etmişdir. O Arturo Toscanini və Leopold Stokovskidən yüksək qiymətləndirmələr almışdır.
Kristian Amanpur
Kristian Amanpur (fars. کریستین امان‌پور‎; 12 yanvar 1958, İlinq[d], Midlseks[d]) — İran əsilli ingilis jurnalist və xəbər aparıcısı. Amerikanın CNN kanalının Xarici Xəbərlər Bölməsinin Rəhbəri və CNN Internationalda gecə xəbərlərinin aparıcısıdır. Kristian Amanpur eyni zamanda ABC News kanalının xəbər aparıcısıdır. == Həyatı == Kristian Amanpur atası iranlı, anası ingilisdir. 12 yanvar 1958-ci ildə Londonda dünyaya gəlmişdir. Anadan olduqdan sonra ailəsi ilə birlikdə Tehrana köçmüş və 11 yaşınadək Tehranda yaşamışdır. 11 yaşında təhsilini davam etmək üçün ailəsi tərəfindən İngiltərəyə göndərilmişdir. İran İnqilabından sonra ailəsi də İrandan qaçıb, Londonda yaşamağa başlamışdır. Bacısı Londonda yerləşən jurnalistika məktəbində qeydiyyatdan keçir və təhsil haqqını ödəyir, lakin Kristianın bacısı jurnalistika məktəbinə getməkdən imtina edir, onun yerinə Christiane jurnalistika məktəbinə özü gedir == Kariyerası == Rhode Island universitetində təhsil almaq üçün ABŞ-yə getmiş və 1983-cü ildə həmin universitetdən məzun olmuşdur.
Kut-ül Amarə mühasirəsi
Qut-ül Amarə mühasirəsi (Birinci Qut döyüşü) — I Dünya Müharibəsinin Mesopotamiya cəbhəsində, Osmanlı ilə Antanta qüvvələri arasında olan bir mühasirə döyüşüdür. 8.000 nəfərdən ibarət İngilis-Hind qarnizonu Bağdadın 160 km cənubunda Küt qəsəbəsində Osmanlı ordusu tərəfindən mühasirəyə alınır. 1915-ci ildə bu qəsəbənin əhalisi təxminən 6.500 nəfər təşkil etmişdir. 29 aprel, 1916-cı ildə qarnizonun təslim olmasından sonra mühasirə zamanı sağ qalanlar əsir olaraq Hələbə aparılmışdır. == Başlanğıc == General-leytenant Carlz Tounshend komandanlığındakı ingilis VI Poona birləşməsi ( Hind qrupu) Bağdada irəliləməyə çalışarkən 22-23 noyabr, 1915-ci ildə Salman-i Pak (Ktesifon) döyüşündə Saqqallı Nurəddin Paşa tərəfindən məğlub edilərək geri çəkildi və 3 dekabrda Qut qəsəbəsinə yerləşdilər. == Mühasirə == Yeni qurulan Osmanlı ordusu VI Ordusunun komandanlığına təyin edilərək 5 dekabrda Bağdada çatan marşal Kolmar Von der Qoltz Paşanın əmri ilə İraq valisi və komandanı Saqqallı Nurəddin Paşanın hərbi qüvvələri Qutu mühasirəyə aldı. === Kömək cəhdləri === İlk kömək cəhdi general-mayor Fenton Aylmer komandanlığındakı 19 min nəfərlik ordu tərəfindən oldu. Bu ordu 1916-cı ilin yanvarında, Əli Qərbi çayının mənsəbinə çatdılar. === Şeyx Səəd döyüşü === İngilislər Qutun mühasirəsini ləğv etmək üçün general-mayor Fenton Aylmer komandanlığındakı "Dəclə" ordu hissələri ilə hücuma keçsə də, Şeyx Səəd döyüşündə 4.262 nəfər itki verərək, geri çəkildi. Bu döyüşdə geri çəkilmə əmrini verən IX Ordu Korpusu komandanı Saqqallı Nurəddin Paşa vəzifəsindən alındı və yerinə Ənvər Paşanın özündən bir yaş kiçik olan əmisi genral-leytenant Xəlil Paşa təyin edildi.
Les amants de minuit
Les amants de minuit (azərb. Gecəyarı aşiqləri‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Yaquez Lassriyə, musiqisi isə Simone Laurensinə məxsusdur.
Mail Amanov
Mail Vəli oğlu Amanov (1938, Nüvədi, Meğri rayonu – 2007) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru. == Həyatı == Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük" fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi "Qırmızı Sərhəd" kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964–1979-cu illərdə Nüvədi kənd "Qırmızı Sərhəd" kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975–1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.
Mehmetçik: Qut-ül Amarə
Mehmetçik Qut-ül Amarə (türk. Mehmetçik Kut'ül Amare; Mehmetçik Kutulamare) və ya 2. mövsümdəki adı kimi Mehmetçik: Böyük zəfər (türk. Mehmetçik Kutlu Zafer) - 18 yanvar 2018-ci ildə başlayan və 31 yanvar 2019-cu ildə bitən, TRT1-də yayımlanan tarixi türk serialı. Sseranisti Mehmet Bozdağ, rejissoru isə Kamil Aydın idi. == Ssenari == Serial Qut-ül Amarə mühasirəsini və ondan sonrakı hadisələri anladır. == Ad dəyişdirməsi == Serialın 1-ci mövsümü "Mehmetçik: Qutulamarə" (türk. Mehmetçik: Kut'ül-Amare) adlandırıldı. Bu mövsümdə Qut-ül Amarə mühasirəsindən bəhs edilirdi. 2-ci mövsümdə isə Mühasirədən sonrakı hadisələr əks etdirilidiyi üçün serial "Mehmetçik: Böyük zəfər" (türk.
Mehmetçik: Qut-ül Amarə (teleserial, 2018)
Mehmetçik Qut-ül Amarə (türk. Mehmetçik Kut'ül Amare; Mehmetçik Kutulamare) və ya 2. mövsümdəki adı kimi Mehmetçik: Böyük zəfər (türk. Mehmetçik Kutlu Zafer) - 18 yanvar 2018-ci ildə başlayan və 31 yanvar 2019-cu ildə bitən, TRT1-də yayımlanan tarixi türk serialı. Sseranisti Mehmet Bozdağ, rejissoru isə Kamil Aydın idi. == Ssenari == Serial Qut-ül Amarə mühasirəsini və ondan sonrakı hadisələri anladır. == Ad dəyişdirməsi == Serialın 1-ci mövsümü "Mehmetçik: Qutulamarə" (türk. Mehmetçik: Kut'ül-Amare) adlandırıldı. Bu mövsümdə Qut-ül Amarə mühasirəsindən bəhs edilirdi. 2-ci mövsümdə isə Mühasirədən sonrakı hadisələr əks etdirilidiyi üçün serial "Mehmetçik: Böyük zəfər" (türk.
Mirzə Yəhyaəli xan Amani
Mirzə Yəhyaəli xan ibn Cəlaləddin Mirzə Heydər xan Baranlı (23 sentyabr, 1748 - 21 sentyabr, 1797) — Aud nəvvabı. Mirzə Yəhyaəli xan 23 sentyabr, 1748-ci ildə Feyzabad şəhərində anadan olmuşdu. Mirzə Yəhyaəli xan 21 sentyabr 1797-ci ildə vəfat edib. Mirzə Yəhyaəli xanın Vəzirəli xan adlı oğlu vardı.
Misaki Amano
Misaki Amano (d. 22 aprel 1985) — keçmiş Yaponiya qadın futbolçusu.
Musluqlu (Amasiya)
Musluqlu — XIX əsrin II yarısında Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 17 km şimal-qərbdə yerləşmişdir.1919–1920-ci illərdə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Toponim türk dilində "kran, kiçik turba kranı" (кран трубочка) mənasında işlənən musluk sözünə -lu şəkilçisinin qoşulması əsasında düzəlmişdir. Ağbaba mahalında "daşdan düzəldilən su qabı" mənasında "mustuq" sözü işlədilir. Mustuq musluq sözünün (Azərbaycan dilində l~t səsəvəzlənməsi qanunaıuyğun haldır) fonetik variantıdır. Relyef əsasında yaranan düzəltmə toponimdir. 1947-ci ildə kənd ermənicə Lancik adlandırılmışdır. Musluqlu toponiminin danışıqda tələffüz formasıdır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Musluqlu dağı və kəndi, Dağıstan əyalətinin Samur dairəsində Muslyaq kəndi, Cənubi Sibirdə Abakan dağ belində Mustaq dağ adı [126] və b. toponimlərlə eynidir.
Nonnula amaurocephala
Nonnula amaurocephala (lat. Nonnula amaurocephala) — nonnula cinsinə aid heyvan növü.

Digər lüğətlərdə