Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində Kaynozoy və qismən Mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, Neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir.
== Zolaqları ==
İki zolağdan ibarətdir:
1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini,
2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir.
Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.