Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Aleksandr Baron
Aleksandr Baron (ing. Alexander Baron) — Böyük Britaniya yazıçısı və ssenaristidir.
Baron Bosiyev
Baron Bosiyev (13 sentyabr 1901, Tib[d], Terek vilayəti – 20 iyul 1944, Caucikau) — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. == Bioqrafiyası == Baron Timofeeviç Bosiyev 13 sentyabr 1901-ci ildə Tib kəndində anadan olmuşdur. 1913-cü ildə kənd kilsə məktəbini bitirir və tezliklə təhsilini davam etdirmək üçün Vladiqafqaza gediri. Ancaq məktəbə girə bilmir və ailəyə kömək etmək üçün işləməli olur. 1917-ci ildə Botsiyev doğma kəndinə qayıdır və 1923-cü ilə qədər orada yaşaır. Sonra yenidən təhsil almaq üçün Vladiqafqaza gedir. Elə həmin il komsomola, üç il sonra isə Sovet İttifaqı Kommunist Partiyasına üzv olur. Stalin adına Moskva Şərq Kommunist İşçiləri Universitetində oxuyur. 1932–1935-ci illərdə Şimali Osetiya Araşdırma İnstitutunda osetin filologiyası ixtisası üzrə aspirantura təhsili alır. Sonradan Alaqir-Ardon rayon partiya komitəsinin kütləvi təbliğat şöbəsinin müdiri, "Max duq" təbliğat jurnalının redaktoru, Şimali Osetiya Sovet Yazıçılar Birliyinin sədri, Osetiya Ədəbiyyatı Muzeyinin direktoru vəzifələrində çalışır.
Baron Münxhauzen
Baron Münxhauzen (11 may 1720[…] – 22 fevral 1797[…]) — Alman yazıçısı Rudolf Erich Raspenin 1785-ci ildə nəşr edilmiş "Baron Münxhauzenin Rusiyada Möhtəşəm Səyahətləri və Mübarizələri" adlı kitabında yaratdığı uydurma Almaniya zadəganıdır. Personaj sərbəst şəkildə əsl barona əsaslanır və onun əsl adı Hieronymus Karl Friedrich, Freiherr von Münchhausen (1720–1797, Almanca tələffüz). Brunsvik-Lüneburqun Bodenverder şəhərində anadan olan Münxhauzen 1735–1739-cu illər Osmanlı-Rusiya-Avstriya müharibəsində Rusiya imperiyasının tərəfində vuruşmuşdur. 1760-cı ildə təqaüdə çıxdıqdan sonra, hərbi karyerasına əsaslanaraq yalanlar və uzun nağıllar danışaraq Alman aristokratik dairələrində az şöhrət qazandı. 1760-cı ildə təqaüdə çıxdıqdan sonra o, hərbi karyerasına əsaslanaraq çılğın hündür nağıllar danışaraq Alman aristokratik dairələrində az şöhrət qazandı. Münchhauzenin bəzi hekayələrini eşitdikdən sonra Raspe onları 1785-ci ildə Oksfordda Smit adlı bir kitab satıcısı tərəfindən köhnə alman jurnallarında alman və daha sonra ingilis dilində anonim olaraq nəşr etdirdi. Kitab bu yaxınlarda digər Avropa dillərinə, o cümlədən şair Qotfrid Avqust Bürger tərəfindən genişləndirilmiş alman versiyasına tərcümə edilmişdir. Real həyatda olan Münchhausen, öz adını daşıyan uydurma personajın inkişafından çox üzüldü və kitabın nəşriyyatını qanuni tədbirlər görəcəyi ilə hədələdi. Ola bilsin ki, böhtan xarakterli məhkəmədən qorxan Raspe ölümündən sonra əsərin müəllifliyini təkbaşına qəbul etməkdən imtina edib. Şayiələrdə yayılan uydurma baronun xüsusiyyətləri arasında o, idmançı, əsgər və səyyah kimi xüsusiyyətlərə diqqət yetirir; məsələn, atılan topa minmək, qırx ayaqlı timsahla döyüşmək və Aya səyahət etmək.
Baron Zemo
Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə 1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır. 2009-cu ildə IGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Baron Helmut Zemo İkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən və Kapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündə Kapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür. Zemo atasının adını alaraq Baron Zemo olmuşdur.
Barion
Barion (yun. βαρύς — ağır) - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlardır. Məlum olan barionlardan ən yüngülü nuklonlardır.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Xaron
Xaron, (134340) Pluto I kimi də tanınan peyk, Plutonun 5 təbii peyki arasından ən böyüyüdür. Peykin orta radiusu 606 kilometrdir. Xaron, Pluton, Erida, Haumea, Makemake və Gonggongdan sonra altıncı ən böyük transneptun obyektidir. 1978-ci ildə, ABŞ-nin Vaşinqtonda yerləşən ABŞ Hərbi Dəniz Rəsədxanasında fotoqrafiya lövhələrindən istifadə edilərək kəşf edilmişdir. Diametri Plutonun yarısı qədər, kütləsi isə Plutonun səkkizdə biri qədər olan Xaron, aid olduğu planetlə müqayisədə olduqca böyük bir peykdir. Onun elə cazibə qüvvəsi var ki, Pluton sisteminin bari mərkəzi Plutonun xaricində yerləşir. Xaronun şimal qütbünün qırmızı-qəhvəyi rəngli örtüyü, həyat üçün vacib ola biləcək maddə olan tolin üzvi makromolekullarından ibarətdir. Bu tolinlər Plutonun atmosferindən buraxılmış və Xarona qədər 19,000 km məsafə qət etmiş metan, azot və digər bənzər qazlardan yaranmışdır. Yeni üfüqlər kosmik gəmisi Plutonun sistemini ziyarət etmiş yeganə kosmik gəmidir. Həmin kosmik gəmi 2015-ci ildə Xaronun 27,000 kilometrliyinə qədər yaxınlaşmışdır.
Baron Zemo (personaj)
Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə 1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır. 2009-cu ildə IGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Baron Helmut Zemo İkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən və Kapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündə Kapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür. Zemo atasının adını alaraq Baron Zemo olmuşdur.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu-Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Enriko Barone
Enriko Barone (22 dekabr 1859, Neapol – 14 may 1924, Roma) — görkəmli italyalı erkən riyazi iqtisadçısı. O, orduda zabit, Turinin hərb kollecində (1894–1907) hərb elmləri professoru kimi işləməklə bərabər, Romanın iqtisadiyyat institutunda (1907–1924) iqtisadiyyat professoru kimi çalışmışdır. Barone Valrasın tələbəsi və dostu kimi son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür. Barone hesab edirdi ki , gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır. Baronenin "Kollektiv dövlətdə sənaye nazirliyi" (1908) əsəri onun iqtisad elmində böyük xidməti kimi qiymətləndirilir. Barone anti-sosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı- prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı .
Henry Bacon
Henry Bacon (28 noyabr 1866[…] – 16 fevral 1924[…], Manhetten, Nyu-York ştatı), əsasən, Beaux-Arts memarlıq üslubuna uyğun olaraq memarlıq əsərləri hazırlayan və həyata keçirən Amerika memarıdır. Tanınmış əsərləri arasında ABŞ-nin paytaxtı Vaşinqtonda son layihəsi olan Linkoln memorialı (1915–1922-ci illərdə qurulmuşdur.) da vardır.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Karon (çimərlik)
Karon çimərliyi — Pxuket adasında yerləşən ən uzun çimərlikdən biri. Onun uzunluğu təqribi olaraq 6 kilometrdir. Çimərlik adanın qərbində, Pxuket hava limanından 45 km aralıda yerləşir. Patonq çimərliyindən sonra ikinci istirahət məkanıdır. Karon sahilləri iki hissəyə bölünür Kiçik Karon, Böyük Karon. Cənubunda mərcan riflərini görmək olar. Şimalında kafe, restoran və mağazalar mövcuddur.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.
Peter Beron
Peter Beron (bolq. Петър Хаджиберович Берон; təq. 1799 – 21 mart 1871, Krayova) — Bolqarıstan pedaqoqu, alimi, ensiklopedisti, müəllimi, filosofu, həkimi və təbiətşünası. Peter Beron 1799-cu ildə Koteldə anadan olub. Qısa müddət Braşovda yaşayıb. O, yerli internat məktəbində və müəllim Andon Hacı Krinçunun Ellin-Bolqar məktəbində təhsil alıb və oranı bitirdikdən sonra işə başlayıb. 21 yaşında Buxarestə getmiş, burada Yunanıstan Knyazlıq Akademiyasında, daha sonra isə həmvətənlərinin köməyi ilə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanına sahib olub. O, Heidelberg və Münhendə tibb təhsili alıb. Münhendə Fridrix Şellinq və Lorens Okkenin mühazirələrini dinləyib. 1831-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rumıniyaya qayıdır.
Phaethornis baroni
Phaethornis baroni (lat. Phaethornis baroni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Erik Barone
Erik Barone və ya digər adı ilə ConcernedApe (3 dekabr 1987, Los-Anceles, Kaliforniya) — amerikalı videooyun istehsalçısı, dizayner, rəssam, bəstəkar və musiqiçi. O, yaradıcısı olduğu "Stardew Valley" oyununa görə tanınır. Barone Los-Ancelesdə doğulub və Vaşinqton ştatının Obern şəhərində böyüyüb. O, məktəbi başa vurduqdan sonra Vaşinqton Tacoma Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb və 2011-ci ildə oranı bitirib. O, iş tapa bilməmiş və işə götürülmə şansını artırmaq üçün 2012-ci ildə "Stardew Valley" oyununu hazırlamağa qərar vermişdir. Barone oyun 2016-cı ildə buraxılana qədər hər gün onun üzərində tək başına işləmişdir. Barone 2020-ci ildə bir neçə yeni oyun üzərində işlədiyini elan etdi. Oyunlardan biri "Haunted Chocolatier" adlanır, bu oyunun buraxılış tarixi hələ ki, məlum deyil.
Leydi Bayron
Anna İzabella Noel Bayron, 11-ci Baronessa Uentvort və Baronessa Bayron (17 may 1792, Darem qraflığı[d], Birləşmiş Krallıq – 16 may 1860[…], London) — Annabella ləqəbli və daha çox Leydi Bayron kimi tanınan o, İngiltərədə ilk sənaye məktəbini quran təhsil islahatçısı, xeyriyyəçi və fəal abolisionist. O, daha çox Lord Bayron kimi tanınan şair Corc Qordon Bayronla evləndi və bir ildən az müddətdə ondan ayrıldı, qanunların uşaqların yeganə qəyyumluğunu atalara verdiyinə baxmayaraq, qızları Ada Lavleysi öz himayəsində saxladı. Leydi Bayronun ölümündən sonra Harriet Beecher Stowe tərəfindən nəşr olunan xatirələri, Lord Bayron və onun ögey bacısı arasında qohumluq əlaqəsi iddiaları ilə bağlı qorxularını ortaya qoydu. Leydi Bayronun şübhələri ilə bağlı qalmaqal Bayronun İngiltərəni tərk edib 1810-cu ildə yaşadığı Aralıq dənizinə qayıtmaq niyyətini artırdı. Onların qızı Ada, kompüter elminin qabaqcılı və ilk proqramçı kimi tanınan Çarlz Bebbicin rəhbərliyi altında riyaziyyatçı kimi çalışmışdır.
Taron Egerton
Taron David Egerton (10 noyabr 1989, Berkenhed[d], İngiltərə) — britaniyalı aktyor.
CJ Baran
CJ Baran (tam adı: Kristofer Con Baran; 13 fevral 1990, Melvill[d], Nyu-York ştatı) — ABŞ müğənnisi, mahnı yazarı, prodüseri və aktyoru. O, Push Play qrupunun üzvüdür. Cürbəcür sənətçilər üçün mahnılar yazıb: Panic! At The Disco, Melani Martines, Karli Rey Cepsen, Mika, Britni Spirs, COIN, Endrü Makmehon, One OK Rock, Bea Miller, Pentatonix, Simple Plan, Pixie Lott və Nelly. == Həyatı == Baran Nyu-York ştatının Melvil hamletindəndir. Orta təhsilini St. Anthony's High School-da alıb. O, yeniyetmə yaşlarında müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib. 11 yaşında Kaution adlı musiqi qrupunu yaradıb.
Aaron Hulme
Aaron Hulme (ing. Aaron Hulme; aprel 1886, Mançester, Lankaşir – noyabr 1933) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Nyuton Hit Atletik", "Kolne", "Oldem Atletik" və "Nelson" komandalarında çıxış edib. == Həyatı == Aaron Hulme 1886-cı ilin aprel ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1906–1909-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.