Şarl Cozef Bartelemi, Baron Dümort
Şarl Jozef Bartelemi Dümortye (fr. Barthélemy Charles Joseph Dumortier; 3 aprel 1797, Turne (şəhər) – 9 iyul 1878[…], Turne (şəhər), Eno) — Belçika bitaniki, təbiətşünası və siyasi xadimi, Belçika parlamentinin nümayəndələr palatasının üzvü, Belçikanın Dövlət naziri.
== Həyatı ==
Şarl Jozef Bartelemi Dümortye ilk növbədə Belçikanın florasını öyrənmiş, sonra isə onurğalı və onurğasız heyvanların tədqiqi ilə məşğul olmuşdur.
Dümortyenin çoxsaylı elmi işlərində bitkilərin sistematikası və anatomiyasına, bağırsaqboşluqluların anatomiyası və fiziologiyası, molyuskların embriologiyası, insanabənzər meymunlarla delfinlərin müqayisəli anatomiyası yer almışdır.
1832-ci ildə ilk dəfə olaraq yosun hüceyrələrinin bölünməsini təsvir etmişdir.
== Çap olunmuş əsərləri ==
Commentationes botanicae. Observations botaniques. Imprimerie de C. Casterman-Dieu, Tournay, 1823
Observations sur les graminées de la flore de Belgique. J. Casterman aîné, Tournay, 1823
Analyse des familles des plantes, avec l’indication des principaux genres qui s’y rattachent. J. Casterman aîné, Tournay, 1829
Lettres sur le manifeste du Roi et les griefs de la nation, par Belgicus.