Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Butti qraflığı (Kaliforniya)
Byutt — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 220,000 nəfər olmuşdur. Mərkəzi Orovill şəhəridir.
Dera-Buqti rayonu
Dera Buqti rayonu — Pakistanın Bəlucistan vilayətində şəhər.İnzibati mərkəzi Dera Buqti şəhəridir.
Maratti
Balatı
Balatı - buğda unu, maya və sudan hazırlanan, xəmirin yoğrulması zamanı bütövlükdə istifadə olunan yarımfabrikatdır. Adətən balatıya duz qatılmır, çünki duz mayaların aktivliyini azaldır. Lakin elə üsullar vardır ki, balatıya duz qatılır (bu üsula görə balatıya qatılan duzun miqdarı xəmirin resepturasında nəzərdə tutulmuş duz miqdarının təxminən 1/3 hissəsi qədər olur). Bundan başqa elə üsullar da vardır ki, balatı hazırlamaq üçün duz mühitinə uyğunlaşdırılmış mayalardan istifadə edilir . Balatının tərkibindəki un və suyun miqdarından asılı olaraq müxtəlif xəmirhazırlama üsulları mövcuddur: Qatı balatı üsulu. Bu üsulda qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 45-55%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Çox qatı balatı üsulu. Bu üsulda çox qatı balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 60-70%-dən, mayadan və sudan 41-45% nəmliyində hazırlanır. Maye balatı üsulu. Bu üsulda çox maye balatı xəmirin hazırlanmasına sərf edilən ümumi un kütləsinin 25-35%-dən, mayadan və sudan 68-72% nəmliyində hazırlanır.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəcə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Brahmi
Brahmi — qədim hind heca yazılarından biri. E.ə. VIII-VII əsrlərdə yarandığı ehtimal olunur. Oxunmuş ilk abidələri Sohqauradan tapılmış mis lövhə (e.ə. IV əsr), padşah Aşokanın (e.ə. III əsr) qaya üzərində yazılmış fərmanlarıdır. Brahminin mənşəyi müəyyənləşdirilməmişdir. Brahmi əlifbası 4 sait və 31 hecadan (samit+qısa “a” saiti), samitin burunda tələffüz olunmasını göstərən xüsusi işarədən ibarət idi. Soldan sağa yazılırdı. Hindistan Şri-Lanka (Seylon), Birma ,Tailand və s.
Baqrati kafedralı
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Baqrati məbədi
Kutaisi məbədi və ya daha çox tanınan adı ilə Baqrati məbədi (gürc. ბაგრატის ტაძარი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən XI əsrə aid məbəd. Orta əsrlərdəki gürcü memarlığının şah əsəri olan məbəd, əsrlər boyu ağır ziyana uğramış və 1950-ci illərdən başlayıb, 2012-ci ildə yekunlaşdırılacaq mühüm bərpa işləri ilə tədricən başlayan bir proses ilə yenidən qurulmuşdur. Kutaisinin mərkəzində simvol abidə olaraq bilinən məbəd, Ukimerioni təpəsində yerləşir.
Baranlı (Təbriz)
Baranlı (fars. بارانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.169 nəfər yaşayır (299 ailə).
Baranlı oymağı
Baranlı oymağı — Qaraqoyunlu tayfa ittifaqının aparıcı qolu. Baranlı oymağının ad açımı hələ tam müəyyənləşməyib. Baranı — qoç kimi yozanlar var. Bəzi tədqiqatçıların fikrincə adın kökü gedib, əski Oğuz bəyləri soyuna çıxır. Fəzlullah Rəşidəddinin "Cami ət-Təvarix" adlı əsərində bu barədə bilgi var. Həmin bilgidə deyilir: "Buran xanın ölümündən sonra oğlu Əli xan padşah oldu… Əli xan oğlu Qılıc Arslana qırx minə yaxın atlı çıxara bilən o yerləri idarə etməyi tapşırdı". Ağalıq dönəmi bəlli olmayan Qayı soylu Baran bəy Oğuz elini idarə etmişdi. Baran bəydən sonra oğlu Əli xan başçı olmuşdu. Əli xanın Qılıc Arslan adlı oğlu vardı. Maraqlıdır ki, XI əsrdə yaşamış Şah Məlik Əbülfəvaris Barani ünvanlı, Qılıc Arslan adlı oğuz yabqusunun atasının adı da Əli xan idi.
Baranlı sülaləsi
Baharlı və ya Baranlı sülaləsi — Oğuz Yabqu Dövlətini, Qaraqoyunlular dövlətini, Qütbşahları və Aud nəvvablığını idarə etmiş türk sülaləsi. == Sülalənin yaranması == Sülalənin banisi Tural bəy sayılır. 1202-ci ildə Mərkəzi Asiyadan Diyarbəkir ətrafına köçmüşdü. Onun nəvəsi Bayram xoca idi. Cəlairilər dövründə Ərciş hakimi olmuşdu. Bayram xocadan sonra hakimiyyətə qardaşı oğlu Qara Məhəmməd gəlmişdir. == Əsas sülalə üzvləri == === Qaraqoyunlu bəyləri === Qara Mənsur Bayram xoca (1351–1380) Qara Dursun (Bayram xocanın qardaşı) Qara Məhəmməd (1380–1389) Bayram (ö. 1389) Misr xacə Qara Yusif (d.1355–ö.1420) Pirbudaq (1410–1413) Şahməhəmməd Şah Əli Qara İsgəndər (1421–1429/1431–1435) Əlvənd - Həmədan hakimi Yar Əli Məlik Qasim Həsən bəy Şah Qubad İspənd (Bağdad hakimi – 1432–1445) Fulad Mirzə (Bağdad hakimi – 1445–1446) Cahan şah Pirbudaq - Əmisi Pirbudaqla qarışdırmamalıdır. İsfahan hakimi idi. Həsənəli Sultanəli Qasımbəy Mirzə Məhəmməd - Pirbudağı edam etmiş, özü də Uzun Həsən tərəfindən edam olunmuşdur.
Bararati çayı
Bararati çayı (port. Rio Bararati) — Braziliyanın Amazonas ştatında yerləşən çaylardan biridir. Çay Jurunea çayının qollarından biridir. == Axını == Bararati çayı Jurunea çayının sol qolunu əmələ gətirir. Sukunduri Dövlət Parkı vasitəsilə çay cənubdan şimala doğru hərəkət edir. Çayınmühafizəsi ilə bağlı olaraq 2005-ci ildə 808,312 hektarlıq (1,997,380 akrlıq) konservasiya qrupu yaradılmışdır.
Baraspi (Urmiya)
Baraspi (fars. برسپي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (64 ailə).
Barazlı (Əcəbşir)
Barazlı (fars. بارازلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (158 ailə).
Hüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. == Həyatı == Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Marathi dili
Marathi dili (मराठी Marāṭhī) — Hind-ari dillərindən biri. Hindistanın qərbində və mərkəzində yaşayan marathilərin dili. Dünyada 68 milyondan çox insan bu dildə mükəmməl danışır.Marathi dili Hindistanda ən çox danışılan ana dili sırasında sayca dördüncüdir və dünyada on beşinci ən çox daçıyıcısı olan dildir.
Sultanhüseyn Baranlı
Sultan Hüseyn Baranlı (d. ? - v. 1500) — Qaraqoyunlulardan olan Qarabağ və Göyçə hakimi. Araz çayı ilə Göyçə gölü arasında hökmranlıq edirdi və Qaraqoyunlu Cahanşahın nəvəsi idi. 20 min evlik elata başçılıq edən Sultan Hüseyn hər il Ağqoyunlu hökmdarına sovqat verməsinə baxmayaraq, qiyam qaldırıb hakimiyyətə gəlmək niyyətində idi. Cünabədi yazır: Məhz buna görə də o, öz silahdaşlarına “mən xüruc etmək istəyirdim, lakin Şah İsmayıl məndən əvvəl xüruc etdi” deyərək, hakimiyyətə iddiaçı bir şəxs kimi, İsmayılı özünə siyasi rəqib hesab edirdi və “öz elinin ağsaqqalları” ilə keçirdiyi məşvərətdə onu mehribanlıqla qarşılayıb ziyafətə dəvət etməyi və orada hiylə yolu ilə zəhərləyib öldürməyi qərara almışdı. Sultan Hüseyn özü bir fərsəxlikdən İsmayılı qarşılamağa çıxmış, özünün 12 minlik qoşunla ona birləşəcəyinə və Ağqoyunluların taxtdan salınmasına, İsmayılın Təbriz mülkündə hökmdar olmasına yardımçı olacağına söz vermiş, İsmayılı səhəri gün keçirəcəyi ziyafətə dəvət etmişdi. Lakin qızılbaşlar onun hərəkətlərindən şübhələndikləri üçün səhəri gün ziyafətə bir qrup əmir getdi. İsmayıl isə xəstə olduğunu bəhanə edərək, növbəti gün təşrif buyuracağını bildirdi.
Bayatı-Qacar
Bayatı-Qacar – lad əsası baxımından Rastla eynidir. Bayatı–Qacar müstəqil dəstgah olmaqla yanaşı, eyni zamanda bir şöbə kimi vaxtilə "Dügah"da işlənmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, Bayatı–Qacar bir şöbə kimi Şur dəstgahının tərkibində də işlənir. Bayatı–Qacar öz xarakteri etibarilə dinləyicidə qəm-qüssə, kədər hissləri oyadır. Bayatı–Qacar 8 şöbə və guşədən ibarətdir: Bayatı–Qacar, Çoban bayatı, Bayatı–Türk, Qatar, Bayatı, Gəbri, Hicaz, Şikəsteyi–Fars [mənbə göstərin].
Bayatı-Şiraz
Bayatı-Şiraz – Azərbaycan musiqisində 1) yeddi ladlardan (məqamlardan) biri, 2) yeddi əsas muğam dəstgahlarından biri. == Etimologiya == Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. == Tarixçəsi == Bəhram Mansurov “Bayatı-Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını söyləyir. "Bayatı-İsfahan" klassik Şərq musiqisində ”İsfahan” adlanaraq 12 əsas muğamdan biri olub . Hazırda Bayatı-İsfahan şöbəsi Bayatı–Şiraz dəstgahının əsas şöbələrindən biri. == Bayatı-Şiraz muğam dəstgahı kimi == Məcmusu: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi–fəraz”, “Bayatı–İsfahan”, “Zil Bayatı-Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Bayatı-Şiraza ayaq (kadensiya)” kimi şöbə və guşələrdən ibarətdir. Bu muğam dəstgah “sol” bayatı-şiraz məqam kökündə (tonallığında) ifa olunur. “Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır.
Bayatı (albom)
Bayatı (rus. Баяты) — Azərbaycan bəstəkarı Eldar Mansurovun 7 mahnıdan ibarət albomu. Albom SSRİ-nin "Melodiya" ümumittifaq musiqi şirkəti tərəfindən yayımlanmışdır. == Hazırlanması == Alboma yalnız Eldar Mansurovun Vahid Əzizin sözlərinə yazdığı mahnılar daxildir. Mahnıları Rafiq Babayevin bədii rəhbərlik etdiyi Azərbaycan SSR Dövlət Teleradio Şirkətinin Estrada-Simfonik Orkestrinin solist ansamblının üzvləri Brilliant Dadaşova, Cəfər Behbudov, Aygün Kazımova və Firəngiz Rəhimbəyova ifa etmişdir.
Larissa Barata
Larissa Barata (d. 30 mart 1987) — Braziliyanı təmsil edən bədii gimnast. Larissa Barata 2004-cü ildə Braziliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Larissa Barata 2004-cü ildə Braziliya bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ana Mariya Masiel, Dayana Kamilo, Fernanda Kavaliyeri, Jennifer Oliveyra və Tayanne Mantovaneli ilə birgə finalda 44.400 xal topladı və 8-ci yeri tutdu.
Neoseiulus baraki
Neoseiulus baraki (lat. Neoseiulus baraki) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Lajos Baróti
Lajos Baróti (19 avqust 1914, Seqed – 23 dekabr 2005, Budapeşt) macar futbolçu və menecer idi. == Karyera == Baroti 1928–1946-cı illərdə Szegedi AK komandasında və 1946–1948-ci illərdə Győri ETO komandasında çıxış edib. 1939–1941-ci illər arasında iki dəfə milli komandada çıxış edib. Baróti 1957-ci ildə milli komandaya baş məşqçi təyin olunub. 1966-cı ilə qədər və 1975–1978-ci illər arasında 117 oyunda komandasını idarə edib. Baróti Macarıstanı 1958, 1962, 1966 və 1978-ci illərdə Dünya Kuboklarına çıxarıb. 1960-cı ildə Romada keçirilən Olimpiadada və 1964-cü ildə Avropa Millətlər Kubokunda komanda üçüncü yeri tutdu. Ən böyük nailiyyət 1964-cü ildə Tokioda keçirilən Olimpiadada qızıl medalın qazanılması idi. 1971–1972-ci illərdə Peru millisinin məşqçisi olub: 1971-ci ildə Baróti Peru Olimpiya yığmasını Olimpiya seçmələrində idarə edib. Onun klub məşqçisi kimi ən uğurlu vaxtı 1967–1971-ci illər arasında Budapeştdə Ujpesti Dózsa komandasında olub və burada klubun qızıl dövrünü açıb.
Layoş Baroti
Lajos Baróti (19 avqust 1914, Seqed – 23 dekabr 2005, Budapeşt) macar futbolçu və menecer idi. == Karyera == Baroti 1928–1946-cı illərdə Szegedi AK komandasında və 1946–1948-ci illərdə Győri ETO komandasında çıxış edib. 1939–1941-ci illər arasında iki dəfə milli komandada çıxış edib. Baróti 1957-ci ildə milli komandaya baş məşqçi təyin olunub. 1966-cı ilə qədər və 1975–1978-ci illər arasında 117 oyunda komandasını idarə edib. Baróti Macarıstanı 1958, 1962, 1966 və 1978-ci illərdə Dünya Kuboklarına çıxarıb. 1960-cı ildə Romada keçirilən Olimpiadada və 1964-cü ildə Avropa Millətlər Kubokunda komanda üçüncü yeri tutdu. Ən böyük nailiyyət 1964-cü ildə Tokioda keçirilən Olimpiadada qızıl medalın qazanılması idi. 1971–1972-ci illərdə Peru millisinin məşqçisi olub: 1971-ci ildə Baróti Peru Olimpiya yığmasını Olimpiya seçmələrində idarə edib. Onun klub məşqçisi kimi ən uğurlu vaxtı 1967–1971-ci illər arasında Budapeştdə Ujpesti Dózsa komandasında olub və burada klubun qızıl dövrünü açıb.
Şahmalik Barani