Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Cesse Vint
Cesse Vint (ing. Jesse Lee Vint) - ABŞ aktyorudur. == Seçilmiş filmoqrafiya == == Maraqlı faktlar == Cesse Vintin boyu 1.8 m-dir.
Vint Serf
Vint Serf (Vinton Grey "Vint" Serf; 23 iyun 1943, Nyu-Heyven[d]) – Amerikan kompüter alimi. O dünyada "İnternetin atası" adı ilə tanınır. Həmçinin Beynəlxalq Texnologiya medalı, Turing mükafatı və Prezident azadlıq mükafatı da almışdır. Vinton G. "Vint" Serf Robert Kahn ilə birlikdə internetin təməl memarı və TCP/IP protokolunun iki yaradıcısından biri olması səbəbi ilə "internetin atası" olaraq qeyd edilir. Kompüter elmləri doktoru adını almış Kerf, uzun illər Amerika Müdafiə Nazirliyində iləri tədqiqat layihələri agentliyində (internetin ilk düzəltdiyi yer) işlədikdən sonra, müxtəlif əsas vəzifələrdə olmuş şəxslərdən biridir. Hal-hazırda Google-da Prezident yardımçısı ve Şief Internet Evangelist rütbələrinə sahibdir.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir.Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır.İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət, 2012-ci ilin oktyabr ayında Twitter tərəfindən 30 milyon dollarlıq bir hesabat ilə satın alındı. Vine rəsmi olaraq 24 yanvar 2013-cü il tarixində İOS cihazları üçün pulsuz bir proqram olaraq açılıb.
.int
.int — beynəlxalq təşkilatlar üçün yuxarı səviyyəli ümumi domenidir.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. == VIN (İdentifikasiya nömrələri) strukturu == VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə == Xarici keçidlər == ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine == VİN-in skan edilməsi == Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Katarina Vitt
Katarina Vitt (alm. Katarina Witt‎; 3 dekabr 1965 və ya 1964, Ştaken[d], Berlin) — dünya şöhrətli şərqialmaniyalı fiqurçu, film sənətçisi. Katarina Vitt, 1984-cü ildə Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarının və 1988-ci ildə Kalqaridə baş tutan XV Qış Olimpiya Oyunlarının çempionu olub. O, üç dəfə (1932, 1936, 1940) Olimpiya Oyunlarının qalibi olan Norveç nümayəndəsi Sonya Henidən sonra 2 dəfə Olimpiya Oyunlarının çempionu olmağı bacaran yeganə idmançıdır. Katarina Vitt 1984, 1985, 1987 və 1988-ci illərdə Dünya Çempionatının qızıl medalına sahib olub. 1983, 1984, 1985, 1986, 1987 və 1988-ci illərdə Avropa Çempionatının qalibi olan Katarina Vitt, 1981-ci ildən 1988-ci ilə qədər Şərqi Almaniya Çempionatının 8 dəfə çempionu olub və 1984-cü ildə Şərqi Almaniyada ilin qadın idmançısı seçilib. Karyerasını başa vurduğdan sonra film sahəsində çalışan Katarina Vitt, 1990-cı ildə nüfuzlu "Emmi" televiziya mükafatına layiq görülüb. 32 yaşında «Playboy» jurnalı üçün ehtiraslı pozlar verən Katarina Vitt, bir-sıra televiziya verilişlərinin aparıcısı olub. Karyerası ərzində 39 yarışa qatılan Katarina Vitt, onların 24-də qızıl medal, 6-da gümüş medal, 1-də isə bürünc medal qazanıb. 8 yarışda medal qazana bilməyən Katarina Vitt, ən çox Dünya və Avropa çempionu olan alman fiqurçudur.
Linux Mint
Linux Mint — Ubuntu Linux əsasında yaradılmış əməliyyat sistemidir. Linux Mintin ilk versiyası 2006-cı ildə istifadəyə verilmişdir. Bundan əlavə, 2010-cu ildə birbaşa Debian üzərində qurulmuş Linux Mint versiyası istifadəyə buraxıldı. Linux Mint – DistroWatch saytının verdiyi statistikaya görə ən çox yüklənilən Linux əməliyyat sistemidir.
Niklaus Virt
Niklaus Virt (ing. Niklaus Emil Wirth; 15 fevral 1934, Vintertur, Sürix kantonu) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Sint-Estatius
Sint-Estatius (nid. Sint Eustatius) — Karib Niderlandındakı 3 özəl bələdiyyədən biri. Rəsmi dili Niderland dilidir. Ərazisi 21 km² olan bu adada 3,877 nəfər yaşayır. Paytaxtı Oranyestad şəhəridir.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Tint Myaat
Tint Myaat (14 aprel 2002) — Myanmalı üzgüçü. Tint Myaat Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tint Myaat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.54 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Vine (İzer)
Vine (fr. Vinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38559. Kommunanın 2012-ci il üçün əhalisi 3987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 168 ilə 580 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 26 km qərbdə yerləşir.
Vins Borbaş
Vince Borbaş (mac. Vince Borbás; 29 iyul 1844 – 7 iyul 1905, Kluj-Napoka) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Vince Borbaş bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1872: Pestmegye flórája… 1874: Jelentés a Bánság területén végzett növénytani kutatásokról. 1876: Adatok a sárga virágú szegfüvek… 1877: Adatok Arbe és Veglia szigetek nyári flórája… 1887: Vasvármegye növényföldrajza és flóraja. 1878: Vizsgálatok a hazai Arabisek és egyéb Cruciferák közül. 1878: Floristikai közlemények… 1879: Floristicai adatok (Roripák)… 1879: A hazai Epilobiumok ismeretéhez. 1879: Budapest és környékének növényzete. 1880: A magyar birodalom vadon termő rózsái monográfiájának kísérlete. 1881: Az elzöldült szarkaláb, mint morphologiai útmutató.
Josef Virt
Josef Virt (alm. Karl Josef Wirth‎;6 sentyabr 1879[…], Frayburq im Breisqau – 3 yanvar 1956[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — Almaniyada siyasi və ictimai xadim, 1921–1922-ci illərdə Almaniya kansleri, habelə xarici işlər naziri. 1930–1931-ci illərdə daxili işlər naziri. 1955-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Stalin Mükafatı laureatı. == Həyatı == Zavod mühəndisi ailəsində anadan olub. O, Frayburq Universitetini bitirib, burada riyaziyyat, təbiət elmləri və iqtisadiyyat üzrə təhsil alıb. 1906–1913-cü illərdə doğma Frayburqdakı gimnaziyada dərs demişdir. Birinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yararsız olduğu üçün Qərb Cəbhəsində Qırmızı Xaç komandiri kimi xidmət etmişdir. Katolik Mərkəzi Partiyasının sol qanadının rəhbəri, Reyxstaqın üzvü (1914–1918 və 1920–1933). 1918-ci il Noyabr İnqilabı zamanı respublikanın sadiq tərəfdarı olan Virth Badenin yeni maliyyə naziri təyin edilir.
Vins Qilliqan
Corc Vinsent Qilliqan Cr. (ing. George Vincent Gilligan Jr.; 10 fevral 1967, Riçmond) — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "Bədbəxt" və "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır. Qilliqan televiziyadan əlavə 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır, o həmçinin 2019-cu ildə buraxılmış "Bədbəxt" serialının davam filmi "El Kamino"nun rejissorluğunu və prodüserliyini edib. == Həyatı == Vins Qilliqan 10 fevral 1967-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Onun anası Gail ibtidai məktəb müəllimi, atası Corc sığorta sahəsində çalışıb. Valideynləri 1974-cü ildə boşanıblar.
TRT İNT
TRT İnt (TRT International) - TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
TRT İnt.
TRT İnt (TRT International) - TRT-nin 2009-cu ilə qədər xarici ölkələr üçün nəzərdə tutulmuş televiziya kanalı. 1990-cı ildə "TV5" adıyla qurulmuş, 1992-ci ildə isə "TRT İnt Avrasya" adını almışdır. Lakin daha sonra iki kanal biri-birindən ayrılaraq "TRT İnt" adlandırılmışdır. TRT verilişlərindən başqa "Uçan Türk", "Avustralya Postası", "Aydın Bakışı" kimi özünəməxsus proqramlar yayımlamışdır. "TRT İnt"in formatı dəyişdirilərək İngilis, İspan, Fransız, Ərəb, Fars, Rus, Çin və digər dillərdə yayımlanan bir kanal kimi yenidən qurulması planlaşdırılır.
Vilhelm Vin
Vilhelm Vin (alm. Wilhelm Carl Werner Otto Fritz Franz Wien;‎ 13 yanvar 1864[…] – 30 avqust 1928[…], Münhen) – istilik şüalanmalarını tənzimləyən qanunlarla əlaqədar kəşflərinə görə 1911-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış alman fiziki. Vinin yerdəyişmə qanunu onun adını daşıyır. == Həyatı == === Erkən illəri === Vin Prussiya əyalətinin (indiki Primorsk, Rusiya) Fişhauzen yaxınlığındakı Qaffkendə torpaq sahibi Karl Vinin oğlu olaraq anadan olub. 1866-cı ildə ailəsi Rastenburq yaxınlığındakı Draxşteyn şəhərinə (indiki Kętrzyn, Polşa) köçdü. 1879-cu ildə Vin Rastenburqda məktəbində, 1880–1882-ci illərdə Heydelberq şəhər məktəbində təhsil aldı. 1882-ci ildə Göttingen Universitetində və Berlin Universitetində təhsil aldı. 1883–1885-ci illərdə Hermann fon Helmholtz laboratoriyasında işləmiş və 1886-cı ildə işığın metallar üzərində difraksiyasına və müxtəlif materialların sınmış işığın rənginə təsiri haqqındakı tezisi ilə fəlsəfə doktoru elmi dərəcəsini aldı. 1896–1899-cu illərdə Vin RWTH Aaxen Universitetində mühazirəçi olaraq fəaliyyət göstərdi. O,1900-cü ildə Vürtsburq Universitetində və 1919-cu ildə Münhen Universitetində Vilhelm Konrad Röntgenin iki dəfə varisi oldu.
Vin Diesel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida dairəsi, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Vin Dizel
Vin Dizel (Əsl adı: Mark Sinkler; 18 iyul 1967[…], Alamida dairəsi, Kaliforniya) — amerikalı aktyor və film prodüseri. "Forsaj" film seriyasında canlandırdığı Dominik Toretto personajı ilə məşhurlaşıb. Dizel karyerasına 1990-cı ildə başlasa da, o vaxtlar yetəri qədər tanınma qazanmamışdı. Lakin o, yazıb rejissorluq etdiyi və rol aldığı 1995-ci il "Multi-Facial" və 1998-ci il "Strays" filmi ilə hər şeyi dəyişdi. Bu filmlər kinorejissor Stiven Spilberqin diqqətini çəkdi, o, daha sonra Dizeli 1998-ci ildə lentə alınmış "Sıravi Rayanı xilas etmək" filmində çəkdi. Dizel növbəti il 1999-cu ildə çəkilmiş "The Iron Giant" animasiya filmində dəmir robotu səsləndirdi. Məşhurlaşmağa doğru gedən Dizel, "Forsaj", "XXX" və "The Chronicles of Riddick" film seriyalarında baş rollarda çəkildi. O, 2005-ci ildə "The Pacifier" filmində dayə rolunda çəkilib. Dizel 2014-cü il Marvel istehsalı "Qalaktika müfafizəçiləri" filmində Qrut personajını səsləndirib. Dizel 1995-ci ildə One Race Films film istehsalı şirkətini təsis etmişdir.
Vin qanunu
Vin qanunu (yerdəyişmə qanunu) — mütləq qara cismin şüalanma spektrində enerjinin temperaturdan asılı olaraq paylanması qanunu. Vilhelm Vin bu qanunu ilk dəfə 1893-cü ildə termodinamika qanunlarını elektromaqnit şüalanmasına tətbiq etməklə çıxarmışdır. İntensivlik pikinin temperatura nəzərən yerdəyişməsi təcrübi olaraq müşahidə edilmişdir. Hal-hazırda, Vinin yerdəyişmə qanunu riyazi olaraq Plank qanunundan əldə etmək mümkündür. == Vinin yerdəyişmə qanununun ümumi şəkli == Qanun aşağıdakı düsturla ifadə edilir: λ max = b T {\displaystyle \lambda _{\text{max}}={\frac {b}{T}}} burada λ max {\displaystyle \lambda _{\text{max}}} — maksimum intensivlikli şüalanmanın dalğa uzunluğu, T {\displaystyle T} — mütləq temperatur, b {\displaystyle b} isə mütənasiblik əmsalı olub, Vin sabiti adlanır. Mütənasiblik əmsalı b = c h k α {\displaystyle b={\frac {ch}{k\alpha }}} (burada c — işığın vakuumdakı sürəti, h — Plank sabiti, k — Bolsman sabiti, α ≈ 4,965114… isə sabit kəmiyyət olub, α / 5 = 1 − e − α {\displaystyle \alpha /5=1-e^{-\alpha }} tənliyinin köküdür), Vin sabitinin Beynəlxalq Vahidlər Sistemindəki (BS) qiyməti 2898 mkm·K-dir. İşığın tezliyi üçün (herslə) Vinin yerdəyişmə qanunu aşağıdakı formada olar: ν max = α h k T ≈ 5,879 × 10 10 ⋅ T {\displaystyle \nu _{\text{max}}={\frac {\alpha }{h}}kT\approx 5{,}879\times 10^{10}\cdot T} α≈ 2,821439… — sabit kəmiyyət ( α / 3 = 1 − e − α {\displaystyle \alpha /3=1-e^{-\alpha }} tənliyinin kökü), k — Bolsman sabiti, h — Plank sabiti, T isə mütləq temperaturdur. Buradakı ədədi sabitlərin fərqi şüalanmanın dalğa uzunluğu və tezliyi üçün yazılmış Plank paylanmasındakı eksponentlər arasındakı fərqlə bağlıdır: bir halda λ − 5 {\displaystyle \lambda ^{-5}} , digər halda isə ω 3 ∼ λ − 3 {\displaystyle \omega ^{3}\sim \lambda ^{-3}} daxildir. Bu fərq, öz növbəsində, tezlik və dalğa uzunluğu arasındakı əlaqənin qeyri-xətti olmasından irəli gəlir: ω = 2 π c λ , d d ω = − λ 2 2 π c d d λ {\displaystyle \omega ={\frac {2\pi c}{\lambda }},\quad {\frac {d}{d\omega }}=-{\frac {\lambda ^{2}}{2\pi c}}{\frac {d}{d\lambda }}} == Qanunun çıxarılışı == Çıxarılış üçün mütləq qara cismin şüalanma qabiliyyəti ε λ ( λ , T ) {\displaystyle \varepsilon _{\lambda }(\lambda ,T)} üçün Plank qanununun ifadəsindən istifadə etmək olar: ε λ = 2 π h c 2 λ 5 1 e h c / λ k T − 1 {\displaystyle \varepsilon _{\lambda }={\frac {2\pi hc^{2}}{\lambda ^{5}}}{\frac {1}{e^{hc/\lambda kT}-1}}} Dalğa uzunluğundan asılı olaraq bu funksiyanın ekstremumunu tapmaq üçün onun λ {\displaystyle \lambda } dəyişəninə nəzərən törəməsini almaq və həmin törəməni sıfıra bərabərləşdirmək lazımdır: ∂ ε λ ∂ λ = 2 π h c 2 λ 6 1 e h c / λ k T − 1 ( h c k T λ e h c / λ k T ( e h c / λ k T − 1 ) − 5 ) = 0 {\displaystyle {\frac {\partial \varepsilon _{\lambda }}{\partial \lambda }}={\frac {2\pi hc^{2}}{\lambda ^{6}}}{\frac {1}{e^{hc/\lambda kT}-1}}\left({\frac {hc}{kT\lambda }}{\frac {e^{hc/\lambda kT}}{\left(e^{hc/\lambda kT}-1\right)}}-5\right)=0} Bu düsturdan dərhal müəyyən etmək olar ki, λ → ∞ {\displaystyle \lambda \to \infty } və ya e h c / λ k T → ∞ {\displaystyle e^{hc/\lambda kT}\to \infty } olduqda törəmə sıfıra yaxınlaşır, bu λ → 0 {\displaystyle \lambda \to 0} üçün doğrudur. Lakin bu halların hər ikisi B ( λ ) {\displaystyle B(\lambda )} Plank funksiyasının minimumunu verir, verilmiş dalğa uzunluqları üçün sıfıra çatır (yuxarıdakı şəkilə bax).
Vin Çun
Vin Çun və ya Vinq Çunq (Çin dili: 詠春, Ving Tsun, ya da Wing Tsung (WT), palladiya: Yunçun — Əbədi yaz fəsli) — çin döyüş sənətidir. == Tarixi == Bu stil 1700–1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır. Rəvayətə görə, həmin illərdə Çinə hökmranlıq edən Mançu hökuməti tərəfindən Şaolin məbədi yandırılır və həmin hadisədə xeyli rahib və güclü ustadlar öldürülür. Lakin buna baxmayaraq məbəddən beş ustad qaça bilir. Həmin o qaçanlardan biri məhz rahibə Ng Mui idi. Rahibə Taylən dağındakı Ağ Durna Məbədində gizləndi. Yaşadığı həmin o hadisəni heç vaxt unuda bilməyən Ng Mui, bu məbəddə Zen təriqəti ilə məşğul olarkən eyni zamanda da Şaolin döyüş təlimi ilə də məşğul olurdu. Ng Mui başa düşürdü ki, bütün insanlar eyni gücə malik deyildirlər. Güclünü məğlub etmək üçün zəif nə etməlidir? Rahibə bir gün çay kənarında paltar yuyarkən bir durna ilə ilanın döyüşünə şahid olur.
Vit İngeduld
Vit İngeduld (d. 16 oktyabr 1994) — Çexiyalı üzgüçü. Vit İngeduld Çexiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Vit İngeduld birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:46.1 saniyəlik nəticə ilə 30-cu yeri tutdu və yarışı başa vurdu.