Tszyuy Ventszyun
Tszyuy Ventszyun (çin. 侯逸凡; 31 yanvar 1991, Şanxay) — Çin şahmatçısı, beynəlxalq qrosmeyster. Qadınlar arasında şahmat üzrə hazırkı dünya çempionu (24 iyul 2023-cü ildən). Dünya komanda çempionatının (2009, 2011) və Ümumdünya Şahmat Olimpiadasının qalibi (2016, 2018).
== Karyerası ==
Tszyuy Ventszyun 2004-cü ilin dekabrında Beyrut şəhərində keçirilmiş qadınlar arasında şahmat üzrə Asiya çempionatında üçüncü yeri tutub. Bu nəticə sayəsində o, 2006-cı ildə baş tutmuş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmək hüququ əldə edib. Ventszyun 2008, 2010, 2012, 2015 və 2017-ci illərdə də dünya çempionatının iştirakçısı olub.
O, 2010 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Çin çempionatının qalibi olub. 2011-ci ilin iyul ayında Hançjou şəhərində keçirilmiş turnirdə 9 oyundan 6 xal yarım toplamış və həmin zaman dünya çempionu titulunu daşıyan Hou Yifanı da qabaqlamaqla yarışın qalibi olmuşdur. 2011-ci ilin oktyabr ayında 2011–12 qadınlar arasında FİDE Qran Prisinin Nalçik mərhələsində 11 oyundan 7 xal toplamış və yalnız həmyerlisi Çjao Syuedən geri qalaraq ikinci yeri tutmuşdur.