Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Takır
Takır (qədim türk dilində – hamar, düz, çılpaq) — relyef forması əsasən səhra və yarımsəhra zonalarında şoranlıqlarda gilli suxurların üstünlük təşkil etdiyi ərazilərdə yaranır. Takır torpaq üzərində şəbəkə şəkili çatların əmələ gəlməsi ilə formalaşır. Takırlar qum, gil və daşlı səhrada relyefin bitkidən məhrum olan alçaq, çökək yerlərdə xırda çatlarla çoxbucaqlara bölünmüş gilli-şoranlı yastı səthin türkcə adı /sahəsi yüzlərlə m2 –dən yüzlərlə km2 -dək/. Vaxtaşırı olaraq qar və leysan yağış suları ilə dolur. Takırların formalaşmasına şərait yaradan suxurların olması vacibdir. Xüsusi ilə dərələrdə və düzənliklərdə dayaz göl və gölməçələrin qurunası və ya müvəqqəti axarların basdığı ərazilərdə gilli, gillicəli suxurların qısa vaxt ərzində günəşin təsiri ilə quruması nəticəsində formalaşır. Dayaz göllərin dibində lilin olmasına takırın formalaşmasına rəvac verir. Qrunt sularının xüsusi ilə yer səthinə 1,5 m yaxın olduğu əraxilərdəki, soranlıqlarda daha tez formalaşır. Bu tip takırlın üzəri duzla örtülü olur. Takır əsasən Asiya səhralarında daha çox müşahidə edildiyindən burada daha çox işlənir.
Piroq
Piroq Türk mətbəxiın ənənəvi ləzzətlərindəndir. Osmanlı dövründə məşhur olan piroq balkan ölkələrində də məşhurdur. Piroq təməl maddəsi kövrəkdir. İstəyə görə kövrəknın içinə pendir, qıyma, ispanaq ya da daha dəyişik tərəvəzlər qoyularaq hazırlanar. Türkiyə:Börek Yunanıstan: Burékki (μπουρέκι) ya da Píta (πίτα) Albaniya: Byrek ya da Boureg Bolqarıstan: Banisa (Çuşka Byurek. Ayrıca ağ pendirlə doldurulmuş bibər [Çuşka].) Bosniya və Herseqovina: içində nə tapıldığına əlaqəli olaraq adı fərqlidir: Burek- ət, kartof və soğan. Bundavera- balqabaqlı, Zeljanica- ispanaqlı, Krompiruša- kartoflu Sirnica- pendirli.
Vot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot dili
Vot dili (vađđa ceeli və ya maaceeli – həm də vaďďa tšeeli, maatšeeli kimi yazılır) — əsasən İnqriyada, votlar tərəfindən danışılan Ural mənşəli bir dil.
Alma piroqu
Alma piroqu və ya almalı piroq – əsas inqredienti alma olan piroq növü. Ən qədim alma piroqu reseptinə XIV əsrdə İngiltərədə yazılmış "Bişirmə metodu" ("Forme of Cury") kolleksiyasında rast gəlinmişdir. Holland stilində olan ən qədim alma piroqu resepti isə 1514-cü ilə aiddir. Alma piroqunun bişirilməsində un, kərə yağı, marqarin, qatıq, yumurta, qabartma tozu, vanil, alma, darçın, qoz ləpəsi, şəkər tozu və şəkər kirşanı kimi inqredientlərdən istifadə olunur. Alma piroqunun hazırlanması zamanı əvvəlcə kərə yağı, qatıq, yumurta qarışdırılır və alınan qarışığa un əlavə olunaraq xəmir hazırlanır. Piroqun içliyi üçün almadan istifadə olunur. Alma soyularaq rəndələnir və bişirilir. Alma içliyi əvvəlcədən hazırlanan xəmir kütləsinin üzərinə əlavə olunur və sobaya yerləşdirilir. Piroq bişdikdən sonra üzərinə şəkər kirşanı əlavə edilə və dilimlərə bölünə bilər. Alma piroqu ABŞ-nin qeyri-rəsmi simvollarından biridir.
Kiş piroqu
Kiş piroqu (fr. quiche lorraine, лотарингский пирог)-Fransız mətbəxinin yeməyi. Fransız adına görə Lotaringiya adlanır, necə ki, o fransız mətbəxindən gəlmişdir. Bu laylı xəmirdən hazırlanmış piroq, yumurta, süd, qaymaq, pendirdən, toyuğun döş ətindən ibarətdir. Kişin müxtəlif növləri mövcuddur. Belə ki, balıqlı, tərəvəzli, ətli soğanlı növləri də ayrılır.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur. Əsas növləri: Davondjin (осет.
Çiyələk piroqu
Ayeşa Takia
Ayeşa Takia (d. 10 aprel 1986) — hind aktrisası və modeli. 10 aprel 1986-cı ildə Mumbay şəhərində anadan olmuşdur. İlk filmə 2004-cü ildə çəkilib. Bir bacısı var. Ayeşa Takia müqəddəs Antoni Cembur məktəbində təhsil alıb. Atası milliyyətcə qucaratlıdır. Anasının yarı tərəfi ingilis, yarı tərəfi marathalıdır. Ailəlidir.
Corc Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
George Takei
Hosato Takei (ing. George Takei; 20 aprel 1937) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Qot
Qotlar (Qot dilində: Gut-þiuda yaxud Gutans; Qədim şimal dilində: Gutar/Gotar; alm. Goten‎; lat. Gothi; yun. Γότθοι, Gótthoi) — Şərqi German tayfası idi. Onlar Roma İmperiyasının dağılması və Orta əsrlərə keçiddə böyük rol oynamışdı. Onlar haqda ən önəmli mənbələrdən biri olan İordanın VI əsrdəki, yarı-əfsanəvi Getica əsərində Qot tarixinin onların şimal Skandzadan Qotiskandzaya köçməsi ilə başladığını bildirir. Skandzanın Skandinaviya, Qotiskandzanın isə Pomeraniya olduğu düşünülür. III əsrdə Qotlar dənizlə yaxud Dunayı keçərək Kiprə, Afinaya, İstanbula və Spartaya qədər gedib çıxmışdılar. IV əsrdə Daçiyanı fəth edib iki hissəyə bölündülər. Balti sülaləsi tərəfindən idarə olunan Tervinqilər və Amali sülaləsi tərəfindən idarə olunan Qreutingilər.
Tot
Tot (yun.Θόουτ, Θώθ, Thoth)- Qədim Misir mifologiyasına görə müdriklik və yazı tanrısı. Qədim mənbələrda Tot "əlifbanı icad edən və magiyanın himayədarı kimi" tanıdılır. Tot Allahına əsas sitayiş mərkəzi Şmun və ya Eşmunen (Hermopol) şəhəri idi.. Məhz bu şəhərdə Tota sitayişlə bağlı əsas şəbəd yerləşirdi . Bundan başqa Baxe, Per-abe, Urite, Ta-ure, Talmise, Pselkete, Sene, Xate, İa-ca-Mutete Ta-seti (Takense), Rexue, Xeserte və Abidos çəhərlərində də Tot allahının şərəfinə inşa edilmiş məbədlər var idi.. Молитва богу Тоту о ниспослании умения хорошо писать. Гимн Тоту. Папирус Anastasi III. Тураев Б. Тот, древнееегипетский бог. Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т.
Kurnik piroq
Kurnik-Rus mətbəxinin piroq çeşidlərindən olun, piroqların şahı hesab edilir. Əsasən, toyuq, xoruz, ördək, qoyun əti, mal əti, qoz və kartofdan hazırlanır.Onu əsasən bayramlarda, tədbirlərdə milli yemək kimi təqdim edirlər.Toy kurniklərini iri ölçüdə hazırlayırdılar. Əsasən toylarda iki kurnik hazırlayırlar ki, biri gəlin üçün, biri isə bəy üçün. Piroqu gəlin və bəyin başının üstündə fırlayırdılar. Tökülən dənli bitkilər cütlüklər üçün var-dövlət hesab edilir. Kurniki çox vaxt toyuqdan hazırlayırlar. Digər dillərdə kurniki kazaki adlandırırlar.Onu hazırlayan zaman laylı xəmir, və şəkərli xəmirdən istifadə edirlər. Bəzən hazır içlikdən istifadə edərək blinçiklər hazırlayırlar. Onun içərisinə sıyıq da əlavə edirlər. Sıyıqların növləri isə yulaflı, qarabaşaqlı ola bilər.
Limonlu piroq
Qozlu piroq
100 q kərə yağı; 150 q şəkər tozu; 2 ədəd yumurta; 5 q qabartma tozu; 120 q buğda unu; 100 q qoz; 125 ml süd. Yumurtanı şəkər tozu ilə çalın. Yağı əridib soyudun, çalınmış yumurtaya əlavə edin. Qozu xırda-xırda doğrayıb unla qarışdırın. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Soyuduqdan sonra piroqu şəkər kirşanı və qozla bəzəyin.
Miçiyo Taki
Miçiyo Taki — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Take Asay
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Take Yamada
Take Asay (浅井タケ, Asay Take, 5 aprel 1902, Otasu[d] – 30 aprel 1994, Sapporo) və ya Takonanna (aynu. タㇵコナンナ) – Saxalin aynucası dilini ana dili kimi danışan sonuncu şəxs. Take Asay 1902-ci ildə Saxalinin qərb sahilində yerləşən Otasu kəndində doğulmuşdur. Atasının adı Çikiyupi Yamada (aynu dilində Şupo), anasının adı Tetsuko (aynu dilində Tekakunkema) idi. Doğumundan qısa müddət sonra atası, 18 yaşında isə anası xəstəlikdən ölmüşdür. Gənc yaşında olarkən görmə qabiliyyətini itirmişdir. Valideynlərinin ölümündən sonra Otasunun 4 kilometr şimalında yerləşən Rayçişikada yaşayan qohumlarının yanına köçmüş və Saxalin aynucasını dilinin Rayçişika dialektində səlis danışa bilmişdir. Burada Masaru Asay ilə evlənmişdir. İkinci dünya müharibəsindən sonra Hokkaydoda yaşamağa başlamış, 1961-ci ildə əri ölmüşdür. 1974-cü ildə Hokkaydonun Monbetsu şəhərində yerləşən qocalar evində yaşamağa başlamışdır.
Qaymaqlı alman piroqu
Qaymaqlı alman piroqu (цве́чгенкухен, alm. Zwetschgenkuchen‎ или пфла́уменкухен, alm. Pflaumenkuchen‎)-Mayalı və ya şəkər tozlu xəmirdən hazırlanmış üzərinə təbii meyvələr düzülmüş piroq. Nazik lay şəklində giləmeyvələr və qaymaq xəmirin üzərinə çəkilir. Bəzən üzərinə ovuntu da səpilir. Almaniyanın, Avstriyanın, İsveçrənin müxtəlif regionlarına məşhurdur. Almaniyada ən çox Ausburqun milli piroquna üstünlük verirlər. Çox vaxt piroqu çalınmış qaymaqla yeyirlər.
Yunan qabaq piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. 1/2 stəkan zeytun yağı 1 stəkan xırda doğranmış yaşıl soğan 3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış 5 iyi yumurta 1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır) 1 stəkan un 3 çay qaşığı qabartma tozu (baking powder) 1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz) 1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər) 1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm) zövqə görə istiot zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika) üzərini bəzəmək üçün qabaq dilimləri Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın. Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Yunan zukini piroqu
Bu piroq Azərbaycanın göyərti küküsünü xatırladır, amma ondan fərqlidir. Bir növ Türk börəyini də xatırladır, amma içincə yuxa yoxdur. Qabaqlı piroq həm səhər yeməyində, həm də pratik qəlyanaltı kimi çox ləzzətli olur. 1/2 stəkan zeytun yağı 1 stəkan xırda doğranmış yaşıl soğan 3 qabaq (kabaçok, zukini) – təxminən 700 qram, kubiklərə doğranmış 5 iyi yumurta 1 stəkan qatıq (süzülmüş, susuz olmalıdır, turş olmamalıdır) 1 stəkan un 3 çay qaşığı qabartma tozu (baking powder) 1 stəkan ovulmuş və ya kiçik doğranmış Feta pendiri (Feta pendiri Yunan pendiridir. *Supermaketlərinizde yoxdursa, her hansı növ duzlu ağ pendirdən istifadə edə bilərsiniz) 1 stəkan sürtkəcdən keçirilmiş Kasseri pendiri (Yunanıstanın kasseri pendiri Türkiyədə bilinən *Kaşar pendiridir. Mozzarella pendiri ile əvəz oluna bilər) 1 stəkan xırda doğranmış şüyüd və ya cəfəri (mən cəfəri ilə daha çox bəyənirəm) zövqə görə istiot zövqə görə qurudulmuş qırmızı şirin bibər tozu (paprika) üzərini bəzəmək üçün qabaq dilimləri Uzunluğu 38 cm, genişliyi isə 25 cm olan dərin soba formasını bir az yağlayın. Tavada zeytun yağını qızdırın. Soğan və qabağı əlavə edərək tez-tez qarışdıraraq yumuşalana qədər (amma xaşıl olmasın) və suyu çəkilənə qədər təxminən 15 dəqiqə bişirin. Bir az duzlayın. Kənara qoyun.
Amerika piroqu (film)
Amerika piroqu (ing. American Pie) — 1999-cu il ABŞ istehsalı komediya filmi. Filmin rejissoru Pol Vayts, ssenari müəllifi isə Adam Vaytsdır. Bu "Amerika piroqu" film seriyasının ilk filmidir. Film məktəbin sonuncu ilində bakirliyini itirməyə çalışan beş dostdan bəhs edir. americanpiemovie.com — Amerika piroqunun rəsmi saytı American Pie — Internet Movie Database saytında.
Qozlu-şəkərli piroq
Qozlu-şəkərli piroq - şəkərli xəmirdən hazırlanmış un məmulatı. Piroq Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
2009 год
Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Giorgi
Giorgi — ad.
Hiroki
Hiroki — ad. Hiroki Yamada — Yaponiya futbolçusu.
Hiroşi
Hiroşi — ad. Hiroşi Yoşida — Yaponiya futbolçusu.
Misoqi
Misoqi (禊) – şintoizmdə bədəni yumaqla həyata keçirilən paklanma ayini. "Misoqi" sözü "bədənə su tökmək" mənasına gələn "misosoqi" sözündən yaranmışdır. Şintoizmdə paklanma və təmizlənməyə böyük əhəmiyyət verildiyi üçün istənilən tədbirin əvvəlində bədəni təmizləmək mütləqdir. 712-ci ildə yazılmış "Kociki" salnaməsinə görə misoqi ayininin mənşəyi İzanaqi ilə bağlıdır. Mifologiyaya görə həyat yoldaşı İzanaminin ölümündən sonra İzanaqi onu axtarmaq üçün Yomotsukuniyə enmişdir. Burada ölüm və çürümə kimi natəmizliklərlə əhatə olunmuşdur. Mağara vasitəsilə bu dünyaya qayıtdıqdan sonra o, Kyuşunun şimalında yerləşən Taçibanaya səyahət edərək çaya girmiş və bütün natəmizliklərini yumuşdur. Bu yuyunma ayini zamanı üç şinto ilahı doğulmuşdur: Susanoo, Ameterasu və Tsukuyomi. Misoqinin bir çox forması mövcuddur. Ən geniş yayılmış forması məbəddə dua etməmişdən qabaq əlləri və ağzı yaxalamaqdır.
Parodi
Lorenso Raymundo Parodi (isp. Lorenzo Raimundo Parodi; 23 yanvar 1895 – 21 aprel 1966, Buenos-Ayres) — Argentina botaniki. Lorenso Raymundo Parodi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Lorenzo R. Parodi. La Agricultura Aborigen Argentina. Hardcover, Universidad de Buenos Aires, ISBN 950-23-0733-X (950-23-0733-X) Lorenzo R. Parodi (director). Enciclopedia Argentina de Agricultura y Jardinería, en dos tomos totalizando 3 volúmenes. 1959-1964. La obra sería ampliada y corregida en sucesivas ediciones luego de la muerte del director. Lorenzochloa Reeder & C.Reeder, 1969, nom.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Piroliz
Piroliz (qədim yunan sözü olub, alov, istilik; parçalanma, dağılma deməkdir) – üzvi və bir çox qeyri-üzvi birləşmələrin termiki parçalanmasıdır. Dar mənada təbii üzvi maddələrin ağacın, neft məhsullarının və s. oksigen çatışmazlığı mühitində parçalanması, daha geniş mənada – yüksək temperatur təsirindən istənilən birləşmənin onu təşkil edən daha yüngül molekullara və ya kimyəvi elementlərə parçalanmasıdır. Məsələn, hidrogen tellur artıq OoC temperaturda hidrogenə və tellura parçalananır. Xammalın ( neft və onun fraksiyalarının) termiki piroliz prosesi – aşağı molekullu doymamış karbohidrogenlərin – olefinlərin (alkenlərin)-etilenin və propilenin əsas alınma üsuludur. Piroliz aparmaq üçün dünyada olan qurğuların güçü etilen istehsalı üzrə 113,0 mln. t/il və ya təxminən dünya istehsalının 100%-i və propilen üzrə 38,6 mln. t/il və ya dünya istehsalının 67%-i (propilen istehsalının qalan 30% katalitik krekinqin payına düşür. 3%-ə qədəri neft emalı zavodlarının qazlarından, əsasən zəif kokslaşdırma və visbrekinq prosesi zamanı çıxan qazlardan alınır) təşkil edir. Dünyada etilen və propilenin istifadəsinin orta illik artımı 4%-dən çoxdur.
Pirşağı
Pirşağı — Bakının Sabunçu rayonunda qəsəbə. Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər dənizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Azərbaycan Sovet Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar.
Pirəli
Pirəli (Urmiya)
Pirola
Pirola (lat. Pyrola) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Actinocyclus Klotzsch Amelia Alef. Braxilia Raf. Erxlebenia Opiz Thelaia Alef.
VMT
Varşava Müqaviləsi Təşkilatı (VMT) — 14 may 1955-ci ildə SSRİ və Avropadakı sosialist bloku dövlətləri tərəfindən imzalanan Varşava müqaviləsi əsasında yaranan hərbi ittifaq. Bu müqavilə NATO-nun yaradılmasına SSRİ-nin cavabı idi. Müqavilənin şərtlərinə görə müqaviləyə qoşulan ölkələr beynəlxalq münasibətlərdə güc nümayiş etdirmək və tətbiq etməkdən çəkinmək və müqaviləyə qoşulan ölkələrdən hər hansı birinə hərbi hücum olacağı təqdirdə ona bütün mümkün vasitələrlə, o cümlədən hərbi qüvvə ilə dərhal yardım etmək öhdəliyini götürürdülər. Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Bu sənəd Varşava Müqaviləsi Təşkilatının nizamnamə aktı idi. Əslində Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan ve Rumıniya (1948) arasında imzalanmış ikitərəfli müqavilələri tamamlayırdı. Almaniya Demokratik Respublikası Paktın hərbi qoluna 1956-cı ildə qoşuldu. 1962-ci ildə Albaniya SSRİ ilə siyasi ixtilaflarına görə təşkilatdakı fəaliyyətini dondurdu və 1968-ci ildə təşkilatın qoşunlarının Çexoslovakiyaya yeridilməsindən sonra onu tərk etdi. Təşkilatın əsas məqsədi NATO-ya qarşı durmaq və iştirakçı dövlətlərdə anti-kommunist çıxışlarının yatırılması idi. Bu qurum AFR-in 9 may 1955-ci ildə ABŞ-nin təklifi ilə Avropada Sovet nüfuzunun artmasından narahat olan 12 ölkənin 1949-cu ildə qurduğu Şimali Atlantika Alyansı NATO-ya qoşulmasına cavab kimi yaradılıb.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Barnaul-Т
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
ПМА "В-1" və ПМА "В-2" aşqarları
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.