Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vidadi
Vidadi — kişi adı və təxəllüs.
Bulbophyllum vidalii
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Geum vidalii
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Vidadi Abbasov
Vidadi Allahverdiyev
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı, Qazax qəzası) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Vidadi Cabbarlı
Vidadi Cabbarov
Vidadi Həsənov
Vidadi İsmayıl oğlu Həsənov (16 iyul 1958, Kirovabad) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib. Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Vidadi Muradov
Vidadi Muradov (memar)
Vidadi Musayev
Vidadi Həsən oğlu Musayev (5 dekabr 1948, Nərimanlı, Basarkeçər rayonu – 14 noyabr 2018, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texniki elmlər doktoru, professor. 1948-ci il dekabr ayının 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında zabit kimi xidmət etmişdir. 1971-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) Avtomatika və Hesablama Texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Paylanmış parametrli mürəkkəb idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, “Bulud” texnologiyaları infrastrukturunun işlənməsi. 1974-1983-cü illərdə ETLİNeftkimyaavtomat elm-istehsalat birliyində kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat laboratoriyasının müdiri, 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompüter texnikası” kafedrasının dossenti 2000-2007-ci illərdə həmin universitetdə prorektor 2007-ci ildən “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyətinin üzvüdür. Mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə apponentlik edir. 200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir. Vidadi Musayevin rəhbərliyi ilə kafedrada “Paylanmış parametrli mürəkkəb sistemlərin identifikasiyası və idarə edilməsi” mövzusunda dövlət büdcəli ETİ iş yerinə yetirilir.
Vidadi Məmmədov
Vidadi Məmmədov — millət vəkili. Vidadi Məmmədov (aktyor) — aktyor. Vidadi Məmmədov (yazıçı) — yazıçı. Vidadi Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi.
Vidadi Nəciyev
Vidadi Məhərrəm oğlu Nəciyev (1966, Bakı – 1985, Əfqanıstan) — Əfaqanıstan müharibəsində həlak olan Azərbaycan hərbçisi. Vidadi Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. Vidadi Nəciyev intizamlı hərbçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. 1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən döyüşdə həlak olmuşdur.
Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı. Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi.
Vidadi Orucov
Orucov Vidadi Ömər oğlu (12 may 1956, Dmanisi) — azərbaycanlı alim, elmlər doktoru, professor Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Qızılkilsə Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır. 12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı, nəvələri var. 1. Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı Monoqrafiya "Nurlan" nəşriyyatı, 2006 166 s.
Vidadi Qafarov
Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990–1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir. "Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014).
Vidadi Rzayev
Rzayev Vidadi Vaqif oğlu (4 sentyabr 1967, Gəncə, Azərbaycan SSR, SSRİ) — sovet və Azərbaycan futbolçusu, məşqçi. Vidadi Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda Simurq ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: "İlk dövrədə "Şəfa" stadionunda "Simurq"la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq". Qeyd edək ki, karyerasında son iki ili "Olimpik"də keçirən V.Rzayev "Turan", "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. Azərbaycanda ilin futbolçusu: (1) – 1996 Vidadi Rzayev azarkeşlərin yadinda Neftçi Pyunik matçinda ermənilərin qapisina vurduğu qolla düşür.Bundan başqa o Azərbaycan milisinin ilk rəsmi qələbəsinin memari olub . O 1996 ci ilin payzinda keçrilən Azərbaycan İsveçrə oyununda qol vuramaqla Azərbaycan milli komandasina ilk ilk rəsmi qələbə qazandırdı.
Vidadi Rüstəmov
Vidadi Tofiq oğlu Rüstəmov 1973-cü il iyulun 6-sı, Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə 45 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə Azərbaycan Kooperasiya texnikumuna daxil olub. 1992-2006-cı illərdə fərdi bizneslə məşgul olub. 2006–cı ildən kino sahəsində prodüser kimi fəaliyyət göstərir. Hazırda "Buta Film" kino şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. 2006 "Günəş şəhəri" – rejissor assistenti (sənədli film. Rej. A.Rüstəmov.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Vidadi Salahov
Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri. Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur. 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir. 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir. 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur. 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Vidadi Sevzixanov
Sevzixanov Vidadi Sevzixan oğlu — "Qusar" qəzetinin baş redaktoru, Əməkdar jurnalist (2010). Vidadi Sevzixanov 1954-cü il martın 27-də Azərbaycan Respublikası Qusar rayonunun Həzrə (Yargun) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra (1977) Qusar rayonunda Azərbaycan və ləzgi dillərində nəşr olunan "Qusar Kцlaр" qəzetində çalışır. 1999-cu ildən bu qəzetin baş redaktorudur. Azərbaycan Respubliksı Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Qəhrəmanları rayonun sadə zəhmət adamları, elm, sənət, siyasət xadimləri olan azərbaycan, ləzgi və rus dillərində dərc olumuş oçerk, məqalə, portret və müsahibələrin, "Ömürlər, anlar" kitabının müəllifi, yerli yazarların onlarla kitabının tərtibçisi və redaktorudur. Üç övladı, yeddi nəvəsi vardır.
Vidadi Tağızadə
Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan) — Telejurnalist, şair, publisist. Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir. Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Vidadi Zalov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Vidadi Paşayev
Vidadi Paşayev (5 sentyabr 1943, Yardımlı rayonu – 11 aprel 1991, Bakı) — şair, yazıçı, tərcüməçi, kinossenarist, redaktor Vidadi Abbas oğlu Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С.А.Герасимова) təhsil almış və pedaqoji fəaliyyət göstərmişdir. Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışmışdır. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərmişdir. Vidadi Paşayev 1991-ci ildə Bakıda vəfat etmiş və Gəncədə dəfn edilmişdir. Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktor (1970), Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olmuşdur. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanmışdır. Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə etmişdir.