Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarnir
Qarnir (fr. garnir — bəzəmək, doldurmaq, əlavə etmək) — əsas xörəyə (və ya içkiyə) əlavə. Boşqabın bəzədilməsi, yeməyə əlavə dad vermək üçün istifadə olunur. Sovet mətbəxində adətən ətdən hazırlanmış quru yeməklərə daxil edilən, əti müşayiət edən köməkçi yemək - kartof, makaron məmulatları və yarmadan hazırlanmış əlavə.
Con Qarner
Con Qarner — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti.
Larnit
Larnit — mineral, β - Ca2[SiO4] == Haqqında == Larnit - dörd modifikasiyadan (α, β, γ1, γ) biri. Təbiətdə ancaq ikisi tapılıb - β larnit və γ1-larnit (bredigit). Monoklinik habitus lövhəvari.İkiləşməsi {100} üzrə polisintetik. Ayrılması {100} üzrə mükəm­məl. Rəngsiz, boz. Əsasi püskür­mə süxurların əhəngdaşı ilə kontaktından əmələ gəlir. Mervinit, sperrit, şpinel ilə assosiasiya olur. Çox az tapılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Qarapir
Qarapir - Ordubad şəhər qəbiristanlığında qədim ziyarətgahdır. == Haqqında == Yerli əhali tərəfindən ölü yumaq, həmçinin meyiti müvəqqəti saxlamaq üçün sərdabə sayılır. Kiçik tikilidən ibarət bina yarımqazma formasında qayada çapılmışdır. Ön hissəsi hörülən binanın giriş qapısının baş tərəfində sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində süls xətti qarışıq nəsx xətti ilə farsca kitabə var. Kitabənin mətnində deyilir, “Allahın rəğbətini qazanmaq məqsədi ilə bu şərəfli və mübarək bina cəmadi-laxir ayının 2-ndə (6 may) mərhum, rizvan məkan (cənnət məkan) Hacı Ağacan Ordubadinin oğlu, yaranmışların ən kiçiyi Hacı Zeynalabdinin səyi və təşəbbüsü ilə 1264 ildə (1848) tamamlanmışdır”.
Qarnitur
Qarnitur – 1)eyni dizaynlı şrift dəsti. Bura təkcə hərflər deyil, həm də rəqəmlər, durğu işarələri, müxtəlif simvol və s. daxildir; 2)bir iş üçün lazım olan şeylər komplekti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. == Qarpızın faydaları == Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qanit
Qallium nitrat — mineral, alümoşpinellər qrupu. Qrupun digər mineralları (şpinel, hersinit, qalaksit) ilə izomorf sıralar yaradır. Al qismən Fe3+, Cr, Mn3+ ilə əvəz olunur. Kubik kristalları oktaedrik, yaxud dodekaedrik. İkiləşmə şpinel qanunu {111} üzrə olur. Ayrılma {111} üzrə qeyri-mükəmməl. Aqreqat: tək-tək dənələr. Tünd-yaşıl, bozumtul-yaşıl, göyümtül-qara, bəzən sarı və ya qonur. Cizgisi boz, bozumtul-yaşıl. Parıltı: şüşəli, yağlı.
Adi qarpız
Adi qarpız (lat. Citrullus lanatus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin qarpız cinsinə aid bitki növü. == Botanik özəllikləri == Qarpız qalınqabıqlı (0,5-3 sm), daxilində çoxlu tumları olan ən böyük giləmeyvədir. == Becərilməsi == Qarpız yüngül mexaniki tərkibli münbit və dənəvər strukturlu torpaqlarda daha yaxşı böyüyür, inkişaf edir, yüksək və keyfiyyətli məhsul verir. Bu bitki üçün ən yaxşı xam torpaqlar və sələfi çoxillik otlar, soğanaqlar, kartof və taxıl bitkiləri olan yerlərdir. Səpiləcək toxum sort təmizliyinə görə üçüncü kateqoriyadan, səpin keyfiyyətinə görə isə ikinci sinifdən aşağı olmamalıdır. Toxumları qızdırdıqda onların cücərmə faizi və cücərmə enerjisi artır. Bu əməliyyat termostatlarda və günəş vasitəsilə də aparıla bilər. Bu halda toxumlar günəşli yerdə nazik qatla parça üzərinə sərilir və arabir qarışdırmaqla 7-10 gün saxlanılır. Torpaqda toxumların cücərməsini və tez kütləvi çıxış verməsini təmin etmək üçün islatmaq və ya cücərtmək lazımdır.
Adi qarqar
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Con Qardner
Con Çamplin Qardner (21 iyul 1933, Nataviya (Nyu-York) — 14 sentyabr 1982, Pensilvaniya) — ABŞ yazıçısı. == Həyatı == Con Çamplin Qardner (John Champlin Gardner, 1933-1982) XX əsr Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Yazıçı romanlarında insan problemi, onun mövcudluğu, mahiyyəti kimi problemlər qoyur. Məhz bu problemlərin qoyuluşu Qardnerin romanlarının müasir dünya ədəbi prosesinə qoşulmasına imkan verir. Yazıçının bədii metodu özündə realist, postmodernist, həmçinin ekzistensialist ənənələri birləşdirir. Qardner yazıçı və tənqidçi kimi XX əsrin II yarısındakı Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun “Dirilmə”(“The Resurrection”) adlanan ilk romanı 1966-cı ildə nəşr olunmuş və artıq 10 il sonra Qardner ölkəsinin aparıcı nasirlərindən birinə çevrilmişdi. Qısa yaradıcılıq həyatına malik olmasına baxmayaraq (50 yaşına çatmamış Qardner motosikl qəzasında həlak olmuşdu), o, dünya ədəbiyyatına romanlar, hekayələr, operalara yazılmış librettolar, radiopyeslər və s. müəllifi kimi daxil olmuşdur. Qardner gözəl rəsmlər çəkən, ədəbiyyat tarixini və pedaqogikanı dərindən bilən çox istedadlı bir insan idi.
Endi Qarsia
Andres Arturo Qarsia Menendez (12 aprel 1956[…], Havana) — Kubalı aktyor. Ailəsi 1961-ci ildə ABŞ-yə köçdü. Dünyaya əkiz qardaşı ilə bitişik gəlmişdir. Ayrıldıqdan sonra həmin çiynində yara əmələ gəlmişdir. ABŞ-yə ilk gəldiklərində pis işlərdə işləməyə məcbur olmuşdur.
Garvar (Sərdəşt)
Garvar (fars. ‎گرور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (40 ailə). == Turizm == Hər il İranın digər bölgələrindən və başqa ölkələrdən bura çoxlu sayda turist gəlir.
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.Görünüşü səbəbindən diqqəti cəlb edən kvadrat qarpızların yetişdirilməsi bir zamanlar zərurət səbəbindən meydana çıxsa da, bu gün qiyməti baxımından məhdud şəkildə həyata keçirilir.
Parnik (istixana)
Parnik (istixana)- tərəvəz, ağac və kol şitilləri yetişdirmək üçün düzəldilmiş örtülü yer. Parniklər su, buxar və ya elektriklə qızdırılır. Onlar küləkdən müdafiə olunan günəşli sahədə şərqdən qərbə doğru uzununa yerləşdirilir. Bunun üçün torpaqda müəyyən dərinlikdə yer qazılıb divarları daş, dəmir, beton, taxta və s. materiallarla, üzəri isə şüşə və plankalı çərçivələrlə örtülür. == Parnik (istixana) bitkiləri == Parnik bitkiləri faraş tərəvəz məhsulu və bəzi bitkilərin toxumunu (ştilini) almaq üçün parniklərdə becərilən tərəvəz bitkiləridir. Kələm, xiyar, pomidor, turp, şüyüd, keşniş, istiot və s., eləcə də bəzi çiçəkli bitkilər becərilir. Əsas qulluq onların işığa, rütubətə, istiliyə olan tələbatını təmin etmək, yemləmə gübrəsi vermək, xəstəlik və zərərvericilərlə mübarizədən ibarətdir. Bunun üçün həmin bitkilərin toxumları fevral ayından parniklərə səpilir, sonra yetişən şitillər açıq sahələrə köçürülür.
Parnik effekti
Elmi-texniki tərəqqi bir çox təzadlar yaratmışdır ki, bunlar da təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Belə bir əsaslı fikir formalaşmışdır ki, ətraf mühitdə baş verən deformasiyalar məhz həmin tərəqqinin məntiqi nəticəsidir. XX əsrin ortalarında az miqdar qazların konsentrasiyasının artım tendensiyası özünü xüsusilə kəskin göstərirdi. İndi parnik effektində onların rolu heç bir şübhə doğurmur. Parnik effekti – günəşin istilik enerjisinin xeyli hissəsinin yer üzərində tutulmasıdır. Parnik effekti anlayışı əvvəlcə fizikada qeyd olunmuşdur. O hələ 1863-cü ildə Tindal tərəfindən istifadə edilmişdir. Az sonra, yəni 1896-cı ildə Arrenius göstərmişdir ki, atmosferin cüzi hissəsini – 0,03%-ni təşkil edən karbon qazı onun temperaturunu 5–60 °C artırır və əgər həmin maddə olmasaydı temperatur yəqin ki, bir o qədər az olardı. 1938-ci ildə ilk dəfə Kallender karbon qazının antropogen tullanmasının iqlimə mümkün təsiri ehtimalını əsaslandırılmışdır. XX əsrin 70-ci illərində sübut edilmişdir ki, digər qazlar karbon qazından daha kiçik miqdarlarda, hiss olunan parnik effektlər verirlər.
Parnik qazları
Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər. == Yaranması == Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır. == Parnik qazları == Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir. Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir.
Qarapir dağı
Qarapir dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2674,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasında zirvə. Tivi kəndindən 4 km şimal-şərqdə, Tiviçayın sağ sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq cinahında müşahidə edilən Çaxmaqlıdağ sinklinal qırışığının sentriklinal hissəsində yerləşir. Qərb və şərq yamaclarından şimal istiqamətdə uzanan fay qırılmaları keçir.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir.Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula.