Qarapir dağı

Qarapir dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 2674,8 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb istiqamətli Nəbiyurd ayrılmasında zirvə. Tivi kəndindən 4 km şimal-şərqdə, Tiviçayın sağ sahilindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin şimal-şərq cinahında müşahidə edilən Çaxmaqlıdağ sinklinal qırışığının sentriklinal hissəsində yerləşir. Qərbşərq yamaclarından  şimal istiqamətdə uzanan fay qırılmaları keçir.[1]

Qarapir dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2674,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.