Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmcinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədilə qarpuna partlayıcı yerləşdirilir.
Qarxun
Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qanun
Qanun — hüquq normalarının sistemli toplusu olub, cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur həmçinin, qoyulan qadağalara əməl etməyən şəxslərin cəzalandırılmasını müəyyən edir. Qanunlar qanunvericilik orqanları tərəfindən qəbul olunur. Vaciblik dərəcəsinə və tənzimlənən ictimai münasibətlərin xarakterinə görə qanunlar konstitusiya qanunlarına, məcəllələrə və adi qanunlara bölünür. Konstitusiya qanunları ali hüquqi qüvvəyə malikdir. Onların içərisində ilk növbədə əsas insan və vətəndaş hüquq və azadlıqlarını təsbit edən, ictimai quruluşun əsaslarını, dövlətin formasını tənzimləyən, dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini müəyyən edən konstitusiya adlananları qeyd etmək lazımdır. Bəzən onu əsas qanun adlandırırlar. Konstitusiya qanunları konstitusiyanın ayrılmaz tərkib hissəsi sayılır və hüquqi qüvvəsinə görə adi qanunlardan üstündür. Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür.
Xatun
Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur. İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur". Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir. Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.
Aşağı Qarxun
Azərbaycan Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Aşağı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Qarxun (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Aşağı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. Yuxarı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. İran Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Aşağı Qatrux
Aşağı Qatrux — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik azərbaycanlılar təşkil edir.
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qarxun (Sərab)
Qarxun (fars. قارخون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (38 ailə).
Qarxun (Şərur)
Qarxun — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Arpaçayının sahilində düzənlikdədir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidədin məlumat vermişdir(XIII əsr). Əbdülqazi xan (XVI əsr) karkınların Oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduğunu qeyd etmişdir. Qaraqalpaqların tayfalarından birinində qarkın adlanması göstərilir. Karkınlar Oğuz tayfalarının tərkibində XI əsrin 30–40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyni adlı kəndlər mövcuddur.
Qarxun körpüsü
Qarxun körpüsü — Şərur rayonu ərazisində, Qarxun-Aralıq dəmiryol keçidi arasındakı yolun 2 kilometrliyində körpü. Uzunluğu 120 paqonometrdir. Qarxun körpüsü 1996-cı ildə əsaslı surətdə bərpa edilmiş və yenidən qurulmuşdur. Bunun nəticəsində yaşayış məntəqələrinin dəmir yolundan aşağıdakı kəndlərlə birbaşa əlaqələri təmin edilmişdir.
Yuxarı Qarxun
Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Üçkilsə) — Ermənistanın Üçkilsə rayonunda kənd.
Yuxarı Qatrux
Yuxarı Qatrux — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik laklar təşkil edir.
Qatran (Cizrə)
Qatran — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilib.
Qatran (dəqiqləşdirmə)
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur.
Dəspinə xatun
Dəspinə xatun (yun. Θεοδώρα Μεγάλη Κομνηνή — Teodora Meqale Kominin; təq. 1438, Trabzon – 1507, Diyarbəkir) — Uzun Həsənin xanımı. Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızı. Teodora IV İohannın türk əsilli cariyəsi, ikinci həyat yoldaşından olan qızı idi. Daha sonra əmisi David Komnini onu Ağqoyunlu hökmdarı Uzun Həsən ilə evləndirmişdir. Teodora adını dəyişərək Dəspinə xatun adını götürsə də, xristian dini inancını qoruyub saxlamışdı. Dəspinə xatun və Uzun Həsənin övladlarından olan Aləmşah bəyim Səfəvi hökmdarı Şah İsmayılın anasıdır. == Adı == Fransız orta əsr tarixçisi Şarl Dukanqdan başlayaraq Trabzon imperiyasının tarixini öyrənən bir sıra tarixçilər onu Katerina adlandırmışdılar. Venesiyalı səyyah Bailo Domeniko Trevisano öz qeydlərində onu “Fiordispina”,Teodoranın qohumu Katerino Zeno isə "Kraliça Despina" adlandırmışdır.
Fatma Xatun
Fatma Xatun (1284, Söğüt, Biləcik ili – 1347) — Osmanlı dövlətinin qurucusu olan Osman Bəy yeganə qızı. 1284-cü ildə Söyüd qəsəbəsində dünyaya gəldi. Böyük qardaşı Orxan bəyin səltənətində vəfat etdi.
Gülfəm Xatun
Gülfəm Xatun (d. ? - ö. 1561 və ya 1562, İstanbul) - Osmanlı padşahı I. Süleymanın hərəmi. == Həyatı == Tarixçi Yılmaz Öztunaya görə, Gülfəm Xatun 1511-ci ildə Şahzadə Süleyman ilə evləndirilmiş və onun ikinci hərəmi olmuşdur. 1521-ci ildə Şahzadə Mehmedlə eyni ildə dünyaya gətirdiyi Şahzadə Murad eyni il - 12 oktyabr 1521 tarixində çiçək xəstəliyindən vəfat etmişdir. Digər bir tarixçi Çağatay Uluçaya görə, 1561 və ya 1562-ci ildə vəfat edən Gülfəm Xatun I. Süleymanın əmriylə edam edilmişdir. Buna səbəb isə Gülfəm Xatunun məzar daşının üzərinə yazılan "Şəhideyi saidə" (Mübarək şəhid) ifadəsidir. Ancaq bunun səbəbi Gülfəm Xatunun bir doğum əsnasında vəfat etməsi də ola bilər. İnşası 1561-ci ildə tamamlanan və tamamilə öz sərvətilə tikilən Üsküdardakı Gülfəm Xatun Məscidi günümüzdə də qalmaqdadır.
Gülruh Xatun
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi. Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Gülçiçək Xatun
Gülçiçək Xatun (osman. كلچیچك خاتون, yun. Γκιουλτσιτσέκ Χατούν) (1355, Vifiniya – 1389, Bursa) — I Muradın xanımı, I Bəyazidin anasıdır. Əslən yunan olan Gülçiçək Xatunun türbəsi Bursada yerləşir. Osmanlı padşah anaları arasında öz adına türbəsi olan ilk qadındır. Gülçiçək Xatunun məzarından başqa türbədə adı bilinməyən 3 məzar daha var. Türbə sonuncu dəfə 1958 tarixində bərpa edilmişdir. I Bəyazidin və Yaxşı bəyin anasıdır.
Gülşah Xatun
Gülşah Xatun (1433 – 1487, Bursa) - 7. Osmanlı padşahı II Mehmedin hərəmi, Şahzadə Mustafanın anasıdır. == Həyatı == Sultan Muradın vəfatından sonra oğlu II Mehmed taxta çıxmış, ancaq bunu zəiflik qəbul edən Qaramanoğlu İbrahim bəy Həmid elini işğal etdi. Bunun ardından böyük bir orduyla səfərə çıxan II Mehmed qısa zamanda Qaramanoğlu ordusunu məğlub etdi. İbrahim bəy dağa qaçdı və ordan II Mehmedə bağışlanması üçün məktublar yazmağa başladı. Nəhayət, II Mehmed İbrahim bəyin qızlarından biri olan Gülşah Xatunu sülh qarşılığında istədi və Gülşah Xatunla birlikdə Ədirnəyə geri döndü. 1451-ci ildə yeganə övladı olan Şahzadə Mustafanı dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Konya sancaqbəyliyinə göndərildi. 1474-cü ildə Şahzadə Mustafa şübhəli şəkildə vəfat etdi. Ölüm səbəbi olaraq isə Şahzadə Mustafanın Sədrəzəm Vəli Mahmud Paşanın xanımıyla yaşadığı gizli münasibətin Mahmud Paşa tərəfindən öyrənilməsi və Paşanın Şahzadə Mustafanı zəhərlənməsi göstərilir.
Hüma Xatun
Xədicə Alimə Hüma Xatun (d. 1400 — ö. 1449, Bursa) — II Muradın qadını və Sultan II Mehmedin doğma anasıdır. Haqqında çox da məlumat yoxdur. Məzarı Bursada, Hüma Xatun və ya Xatuniyə türbəsinə dəfn edilmişdir. Bu türbənin 1449 tarixli kitabəsində adı verilməsə də, II Mehmed tərəfindən anasının adına inşa edildiyi qeyd edilir. Atasının adı bilinmir. Ancaq gördüyü bir xeyriyyə işinin sənədlərində Hatun binti Abdullah, yəni Abdullah qızı olaraq göstərilir. Bu da onun İslamı sonradan qəbul etməsini sübut edir. Çünki o dövrdə İslamı sonradan qəbul edən insanlar öz atalarına yox, Abdullah (Allahın qulu) adına istinad edilirdi.
Hüsnüşah Xatun
Hüsnüşah Xatun (1454, Qaramanoğulları bəyliyi – 1513, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == Hüsnüşah Xatun 1454-cü ildə dünyaya gəldi. Atası İçəl sancaqbəyi Qaramanlı Nasuh bəy, Qaramanoğlu II İbrahim bəyin qızının nəvəsi idi. Pir Əhməd bəy və Əbdülkərim bəy adlı 2 qardaşının olduğu məlumdur. Qaramanoğulları ilə bağlanan süh sazişlərindən birinə əsasən, Fateh Sultan Mehmedin böyük oğlu və o əsnada Amasya sancaqbəyi olan Şahzadə Bəyazidlə evlənmişdir. Ancaq bəzi vəqf sənədlərində "Əbdülcəlil qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı iddia edilir. 1474-cü ildə Şahzadə Şahənşahı, 1475-ci ildə isə Sultanzadə Sultanı dünyaya gətirdi. Ancaq qızı uşaq yaşlarında vəfat etmişdir. 1480-ci ildə oğlu Şahzadə Şahənşah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.