Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avtomobildən qorun
Avtomobildən qorun (rus. Берегись автомобиля) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Bu qəribə hadisə tamamilə fantastika hesab oluna bilər. Ciddi və utancaq sığorta agenti (keçmiş sürücü, hazırda isə həm də aktyor) və özfəaliyyət teatrının aktyoru Yuri Detoçkin inanılmaz iş tutur. Doğrudur, o hər şeyi ədalətli edir, lakin XX əsrin Robin Huduna çevrilmiş Detoçkin artıq müstəntiq Maksim Podberyozovikov üçün ağıllı, tədbirli, təhlükəli və ən əsası – ələkeçməz caniyə çevrilmişdir… == Film haqqında == Bu filmdə Detoçkin rolunun ifaçısı İnnokenti Smoktunovski Hamlet rolunu ifa edir. Maraqlıdır ki, İnnokenti Smoktunovski artıq 2 il əvvəl – yəni, 1964-cü ildə Hamleti ("Hamlet" filmi) ifa etmişdi. Detoçkin rolu ilk dəfə Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. Lakin Nikulin sirk heyəti ilə Cənubi Afrikaya qastrola gedir. Sonra bu rol filmdə müstəntiqi canlandıran Oleq Yefremova təklif olunur. Ən sonda Detoçkin rolunu İnnokenti Smoktunovskiyə verirlər.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Gorus
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Göyün
Göyünlər (lat. Tabanidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi məlumat == Göyünlər heyvanların qanı və bitkilərin şirəsi ilə qidalanan iri çibin (iri milçək). Bütün ikiqanadlı cücülər kimi Göyünlərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərddən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Göyünlərin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanırlar. Yetkin fərdlərin qidalanması müxtəlifdir. Fəsiləyə aid müxtəlif cinslərin nümayəndələri saprofaq, fitofaq yaxud yırtıcıdır. Göyünlərin dişiləri heyvanların — məməlilərin, quşların, suda-quruda yaşayanların qanını içir, eyni zamanda dişi və erkəkləri çiçəkli bitkilərin nektarı ilə qidalanır.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Qovun
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Torun
Torun (alm. Thorn‎, kaşub Toruń, lat. Thorunium) — Vistula çayı üzərində, Şimali Polşada qədimi şəhərdir.Əhalisi 2009-cu ilin iyun ayında 205,934 nəfər idi.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. == Təsnifat == === Bəşəriyyətin problemləri === ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; === Proqnozlaşdırma imkanları === proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Görüş
Görüş romantik münasibətlərin bir mərhələsidir. Burada iki fərd əksər hallarda bir-birinin gələcək intim münasibətdə tərəfdaş kimi uyğunluğunu qiymətləndirmək niyyəti ilə birlikdə fəaliyyət göstərir. Bu, ər-arvadın təkbaşına və ya başqaları ilə birlikdə həyata keçirdiyi sosial hadisələrdən ibarət olan görüşmə kateqoriyasına aiddir. Görüş sözünün mənası seksual inqilabdan sonra dəyişərək, tanışlıq və ya sınaq mərhələsindən kənarda olan, lakin evlilikdən əvvəl romantik, cinsi cazibəyə aid daha qeyri-rəsmi istifadəni əhatə etmişdir. Qeyri-rəsmi olsa da, bu məna çox yayılmışdır və yazı ilə yanaşı rəsmi nitqdə də işlənir. Filmdə, televiziyada və musiqidə daha çox təsvir edilənlər arasında görüş zamanı seks getdikcə münasibətlərin təbii inkişafı kimi qəbul edilir.
Horun gözü
Horun gözü qədim Misirin rəmzi sayılan Horun döyüş zamanı Set tərəfindən çıxardılmış olan Ayı tərənnüm edən sol gözüdür. Şahin gözünü xatırladır. Bu simvol Ranının gözü yaxud Horun gözü adlanır və Qədim Misir tanrısı Horun sağ gözünü təcəssüm edir. Simvol Günəşi təmsil edir və Günəş tanrısı Ra (Re) ilə əlaqələndirilirdi. Sol göz isə Ay tanrısı Tehutini (Tot) təcəssüm edir. Zədəli sol göz Ayın fazalarını əks etdirir. Rəmzi olaraq onu qədim Misirdə bir çox misirlilər boyunlarında gəzdirirdilər. == Əfsanələrdə == Əfsanəyə görə sol göz Horun məkirli qardaşı Set tərəfindən oyulur, cadu tanrısı Tot isə gözü yenidən möcüzəvi şəkildə bərpa edir. Qədim Misirin bu günümüzə gəlib çıxmış yazılarında bu göz haqqında bir çox əfsanə mövcuddur. Bir əfsanəyə görə Set öz barmağını Horusun sol gözünə soxaraq çıxartmışdır.
Kiyos Goran
Kiyos Goran Orimi (maz. کیوس گوران) (fars. کیوس گوران‎) — Iranın Mazandaranlı şair, yazıçı, müğənni və jurnalist. Mazandaran və fars dillərində şeirlər yazıb.
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Qaladərəsi (Gorus)
Qaladərəsi, Halidzor, Qalidzor, Alidzor — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonundakı kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərəb dilində «möhkəmləndirilmiş yer, şəhər» mənasında işlənən qala sözü ilə Azərbaycan dilində «iki dağ və ya təpə arasında, düzənlikdə uzun, dərin çuxur» mənasında işlənən dərə sözünün birləşməsindən əmələ gəlib «dərədə yerləşən qala yanında olan kənd» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Qalidzor (Qala dərəsi) qoyulmuşdur.
Qoran Draqiç
Qoran Draqiç (6 may 1986[…], Lyüblyana) — Milli Basketbol Assosiasiyası (NBA) klublarından Mayami Hitda forma geyinən sloveniyalı peşəkar basketbolçu. 1.91 metr boya, 86 kiloqram ağırlığa sahib bir guarddır. 2008-ci ildə NBA-yə gəlmədən əvvəl Sloveniyada və İspaniyada basketbol oynamışdır.
Qoran İvanişeviç
Qoran İvanişeviç (13 sentyabr 1971, Split) — Xorvatiyalı tennisçi. 2001-ci ildə vayldkartla Uimbildon turnirinə qatılmış və turnirin qalibi olmuşdur.
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Qorın çayı
Qorın çayı (ukr. Горинь, belar. Гарынь) — Belarus və Ukrayna ərazisindən axan çay. Pripyat çayının sağ qolu. == Təsviri == Çayın uzunluğu 659 km, hövzəsinin sahəsi 27700 km², mənsəbdə orta su sərfiyyatı 110 m³/s təşkil edir. Çay öz başlanğıcını Kremenes yüksəkliklərindən götürür. Mənsəbində hündürlük 659 metrdir. Sonradan isə Volın yüksəkliklərində sıldırımlı sahillərə malik ərazidən axır. Bu hissədə onun dərinliyi artır, eni isə azalır. Polesedə isə artıq onun yatağı genişlənir, sürəti azalır.
Qovun sukatı
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri və ya qoyun alınları — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.