Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalaq
Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır. Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər. Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır.
Dalat
Dalat (vyet. Đà Lạt) — Vyetnamın mərkəzi dağlıq ərazilərində yerləşən şəhər, Lamdonq vilayətinin paytaxtı. Dəniz səviyyəsindən təqribən 1,475 metr yüksəklikdə Lanqbian platosunda yerləşir. Hanoydan 1,491 km, Hoşimin şəhərindən 300 km məsafədə yerləşir. Şəhərin adının lati dilindən yaranmışdır və mümkün tərcümələrdən biri də "lat tayfasının çayıdır". Şəhərin iqtisadiyyatını kənd təsərrüfatı (meyvə, gül, çiyələk, üzüm, qəhvə becərilməsi), şərabçılıq, turizm, elmi tərəqqi (Dalat Vyetnam elminin mərkəzlərindən biridir) təşkil edir.
Balav (Sərdəşt)
Balav (fars. ‎بلاو‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (30 ailə).
Dadav Moqamedov
Dadav Moqamedov (1863, Xumtorqala[d] – 1926, Xumtorqala[d]) — qumuq xalq şairi və ağac-kumuzda ifaçısı. Dağıstanın ilk xalq şairi. Metal və ağac üzrə usta. 1905-ci il kəndli hərəkatının fəal iştirakçısı; Vətəndaş Müharibəsi dövründə inqilabi partizan; Dağıstanda ilk kənd müxbiri. Milliyyətcə qumuqdur. Gənc yaşlarından Magomedov xalq şairi-improvizatoru və agaç-kumuzda mahnı ifaçısı kimi tanınırdı. Üstəlik erkən yaşlarından nadir metal və ağac ustası kimi tanınmışdır. Mahnılarını inqilabı tərənmüm etməsi səbəbindən kəndlilər, xüsusilə də gənclər arasında məşhur idi. Dadav 1905-ci il inqilabı ərəfəsində kəndli hərəkatında fəal iştirak etmişdir. 1917-ci ildə Maqomedov inqilabçı döyüşçülərin önündə gedirdi.
Dalar pallenis
Dalar pallenis - (lat. Pallenis spinosa) Birillik, hündürlüyü 35-60 (70) sm olan, gövdəsi düz, yuxarıdan qalxanvari budaqlı, tüklü bitkidir. Kökyanı yarpaqları uzunsovkürəkvari, saplağa daralır, gövdəyanı yarpaqları isə uzunsov-lansetvari, kənarları xırda diş-dişlidir. Səbətlərinin eni 13 mm, çoxsaylı deyillər. Sarğısı əsasından seyrəktüklü, xarici yarpaqcıqları lansetvari, ucu tikanlı, səbətlərdən xeyli böyükdür və ulduzvari sərilmişdir. Çiçəkaltlığı uzunsov, qayıqvari, ucu bizdir. Dilcikləri dar xəttvari, açıq sarı rəngdədir. Qıraqdakı toxumcaları 3 mm uzunluqda, ellipsvari, enli qanadlı, ortadakılar isə xırda, sıxılmış 3 tərəflidir. BQ Quba sahəsinin dağətəyi və aşağı dağ qurşağlarında yayılmışdır. Kolluqlarda, quru və tullantılı yerlərdə bitir.
Dalay-lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Dalay Lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Dalov (Urmiya)
Dalov (fars. دلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (82 ailə).
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Sonuncu Dalan
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Yair Dalal
Yair Dalal (ivr. ‏יאיר דלאל‏‎; 25 iyul 1955, İsrail) — İraq-Yəhudi mənşəli bir İsrail musiqiçisidir. Onun əsas alətləri ud və skripkadır və o, bəzən müşayiət kimi də oxuyur. Öz musiqisini bəstələyir və ərəb və yəhudi adət-ənənələrini, eləcə də Avropa klassik və hind musiqiləri yardır. O, eyni zamanda bir sülh fəalıdır və ərəblər və yəhudilər arasında anlaşma və ünsiyyəti artırmaq üçün çalışan aktivistdir.
Dalaq arteriyası
Dalaq arteriyası — insan anatomiyasında sol mədə və ümumi qaraciyər arteriyaları ilə birlikdə çolyak gövdəsinin üç əsas qolundan biri. Dalağa, mədəyə və mədəaltı vəziyə qan ötürür. Dalağa gedən əyri yolu ilə tanınır. Dalaq arteriyası dalağa çatmazdan əvvəl mədə və mədəaltı vəzi tərəfə budaqlar. Qeyd etmək lazımdır ki, dalaq arteriyasının budaqları mədənin daha böyük əyriliyinin aşağı hissəsinə qədər bütün yollara çatmır. Əvəzində bu sahə qastroduodenal arteriyanın bir qolu olan sağ qastroepiploik arteriya ilə təmin edilir. Bu zaman iki qastroepiploik arteriya bir-biri ilə anastomozlaşır. Dalaq arteriyası dalaq-böyrək bağının təbəqələri arasından keçir. Yolda dalaq arteriyası qaraciyərin portal venasına axan dalaq venası ilə müşayiət olunur. Dalaq arteriyasının anevrizması (arteriya divarının şişkinlik şəklində qabarması) nadirdir, lakin yenə də qarın aortasının və iliak arteriyaların anevrizmalarından sonra üçüncü ən çox görülən abdominal anevrizmadır.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Betpak-Dala
Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir. == Adının mənası == Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir. == Ümumi məlumat == Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir.
Dalan (film, 2012)
Dalan — Nəsimi Məmmədoğlunun rejisorluq etdiyi tammetrajlı bədii televiziya filmi. Varlı yataq xəstəsinə qulluq edən kasıb qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlətini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır. Filmdə insan münasibətləri və daxili aləmin ziddiyyətləri, tamahın törətdiyi fəsadlar, nəfsin nəticə etibarilə insana həyatı bahasına başa gəlməsi əksini tapıb. Film Edqar Allan Ponun "Daxili ziddiyyət" hekayəsinin motivləri əsasında çəkilmişdir.
XIV Dalay Lama
XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi). XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir. XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir.
Yaşayış binası (Nizami küçəsi, dalan 5, ev 33)
Nizami küçəsi, dalan 5, ev 33 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. Evin fasadları sadə və lakonikdir. Fasad divarı gəclə üzlənmişdir; sonradan əlavə edilmiş və bütün fasad boyunca uzanan taxta veranda yaxşı işlənmiş detalları ilə diqqət cəlb edir. Evin planı kifayət qədər sadədir. O, orta örçülü bir otaqdan ibarətdir. Xidməti otaqlar ehtimal ki, əlavə tikililərdə yerləşmişdir. Evin interyeri, fasadla müqayisədə daha zəngin həll edilmişdir. İnteryerdə divarlar yerli mənşəli açıq tonlu gəc məhlulu ilə üzlənmişdir; kəsişmə yerlərində tünd xəttlər keçir ki, bu da tağın konstruksiyasını vurğulayır. Otağın bütün perimetri boyunca "ləmə" adlandırılan tağçalar yerləşdirilmişdir.
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Dadva
Dadva — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dadva kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Dadva kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Dadva kəndinin 401,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.
Dahar
Dahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Dahar kəndi Girdiman çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmiş tam adı Dahar Mulux olub. Həmin ərazidə Mulux kəndindən çıxmış ailələrin Dahar adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tat dilində dahar "qaya" deməkdir. Kənddə cəmi 5 nəfər yaşayır. ki onunda 3 nəfəri kişi, 2 nəfəri qadındır.
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dalaqo
Dalaqo — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Dalaqo oyk., düz. Quba r-nunun Giləzi i.ə.v.-də qəsəbə. Yaşayış məntəqəsi eyniadlı qışlaq yerində salınmışdır. Oykonim dala (Azərb. dilindəki "tala" sözünün tat dilində tələffüz forması) komponentindən və məkan bildirən qo şəkilçisindən düzəlib, "talalıq, tala yeri" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 238 nəfər əhali yaşayır.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Dalğa
Dalğa bu mənaları ifadə edə bilər: Dalğa (fizika) — fizika elmində dalğalar Dalğa (su) — dənizdə dalğalar.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.