Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Cardam
Cardam — Azərbaycan Respublikasının Ağdaş rayonunun Cardam kənd inzibati ərazi dairəsində kənd. Kənd əhalisi 1340 nəfərdir (2009). == Tarixi == Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndi Zaqatala rayonunun Car kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oykonim "Carlıların evi" deməkdir.
Dalida
Dalida (fr. Dalida, ərəb. داليدا‎; əsl adı İolanda Kristina Cilyotti, it. Iolanda Cristina Gigliotti; 17 yanvar 1933 – 3 may 1987) — İtaliyan əsilli, Misirdə doğulan fransız müğənni. Milliyyətcə italyan olsa da, Misirdə doğulub-böyümüş, həyatının böyük bir hissəsini isə Fransada keçirmişdir. 800-ə yaxın mahnısını fransız dilində, 200-ə yaxın mahnısını doğma italyan dilində, 200-ə yaxın mahnısını isə digər 8 dildə — alman, ərəb, ingilis, ispan, yapon, ivrit, yunan, flamand dillərində ifa edib. Dalidanın bütün dünyada 130 milyondan çox səs yazısı satılıb. == Uşaqlıq illəri == İolandanın işsiz babası Cüzeppe Cilyotti XX əsrin əvvəlində iş tapmaq üçün İtaliyadan Qahirəyə köçür. Ona görə ki, Misir Kalabriyaya yaxın idi və yollar ucuz başa gəlirdi. Cüzeppe dərzilik edir, paltarlarını satırdı.
Dallas
Dallas — Texas ştatında şəhər, Dallas Qraflığın mərkəzi. 1841-ci ildə salınmışdır. Ərazisi 997.1 km², 2006 il əhalisi 1,232,940. Dallas təkcə yüksək səviyyədə inkişaf etmiş sənayesi ilə tanınmır. Bura həm də böyük elm və mədəniyyət mərkəzidir. Şəhərin arxitekturası Amerikanın digər şəhərlərindəkindən elə də fərqlənmir. Məşhur memar Raytın layihəsi əsasında hazırlanan Dallas Teatr Mərkəzi, Moda Evi, Nyu-Yorkun, Los Ancelesin mədəniyyət mərkəzlərindən heç də geridə qalmır.
Dalyan
Dalyan (çin. 大连市) və ya Dalni — Çin Xalq Respublikasının şimal-şərqində, Lyaonin əyalətində şəhər. == Əhalisi == 2011-ci ildə şəhərin əhalisi 5,9 milyon nəfər olmuşdur. == Coğrafiyası == Bu şəhər həm də Lyaodun yarımadasının cənubunda, Sarı dənizdəki Dalyanvan körfəzinin sahilində donmayan portdur. Nəqliyyat qovşağı Dalyan–Şenyan (Mukden) avto magistralıdır. Beynəlxalq aeroport Çjouşuyszıdadır. == Tarixi == 1898-ci il konvensiyasına görə, Dalyan Rusiya İmperiyasının Çindən müvəqqəti icarəyə götürdüyü ərazidə, Tsinniva adlı balıqçı qəsəbəsinin (1860-cı ildən Dalyan adlanırdı) yerində salınmış və Dalni adlandırılmışdı. Eyni zamanda yaxınlığında Port-Artur hərbi-dəniz qalasının əsası qoyulmuşdur. Kommersiya portu kimi tikilmiş, 1901-ci ildən Çin-Şərq dəmir yolunun (ÇŞDY) qolu vasitəsilə Xarbinlə birləşdirilmişdir. 1904–1905-ci illər Rusiya-Yaponiya müharibəsi zamanı, 1904-cü ilin mayında Yaponiya tərəfindən tutulmuş, 1915-ci il Portsmut sülhünə görə Yaponiyanın nəzarətinə keçmiş və İkinci dünya müharibəsi qurtaranadək Dayren adı ilə yaponların onun hakimiyyəti altında qalmışdır.
Dammam
Dammam (ərəb. الدمام‎‎) — Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 2,5 milyon nəfər (2009).Səudiyyə Ərəbistanın Şərqi Vilayətinin paytaxtı.
Dangam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Danqam
Dangam (puşt. دانگام Dāngām) — Künər vilayətinin rayonlarındandır. Mərkəzi Dangam şəhəridir.
Davdan
Davdan Pain (Xudafərin)
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-i Süfla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Kaldas
Kaldas (isp. Caldas) — Kolumbiyanın 32 departamentindən biri, departamentin adı kolumbiyalı vətənpərvər Fransisko Xose de Kaldasın adına nəzərən adlandırılmışdır. İnzibati mərkəzi - Manisales şəhəridir.
Kaldaz
Kaldaz xanım - türk və altay mifologiyasında od ilahəsi. Başqa bir görüşə görə mal və iribuynuzlu heyvanların qoruyucusudur. Əmrindəki olan canlılara Kaldazın adı verilər. === Kaldazınlar === Kaldazın - türk və altay xalq inancında atəş cini. Odun içində oynayır. Qısa boyludur. Saqqalı yeddi qarışdır. Saqqalları kirpi oxu kimidir. Sarı bir samura çevrilə bilər. == Taz xanım == Taz xanım - türk və altay mifologiyasında göy tanrıçasıdır.
Maldaş
Maldaş — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 41 km məsafədə yerləşir. XIX əsrin ortalarında qışlaq əsasında yaranmış kənddir. Qışlaq mal-qaraya sal daşlar üzərində duz verilən "Maldaş" yerinin adını əks etdirir. == Toponimi == Toponim Azərbaycan dilində "iri buynuzlu ev heyvanı, mal-qara, qaramal" mənasında işlənən mal sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Naadam
Naadam (monq. Наадам) — Monqolustanda ənənəvi festival. Bu festival yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır. Oyun əsasən Monqol güləşi, at yarışları və komanda oxatmaları üzrə yay aylarında keçirilir. 2010-cu ildə Naadam festivalı UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdi. Ən böyük festival (Milli Naadam) 11-13 iyul arası Monqolustanın paytaxtı Ulan-Batordakı Milli İdman Stadionunda keçirilir. Festival rəqqasələrin, idmançıların, atçıların və musiqiçilərin ətraf tanışlığı ilə başlayır. Açılış mərasimi bitdikdən sonra yarışlar başlayır. Yarışlar əsasən at yarışlarıdır. Naadam monqolların ən qədim tamaşa festivalı olmaqla əsrlər boyu yaşadığı hesab edilir.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Valday
Valday — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Çaldaş
Çaldaş (Gədəbəy)
Çaydam
Çaydam (monq. Цайдам) — tektonik düzənlik, Tibet öndağlığının şimal-şərqində qərarlaşır. Səhra hər tərəfdən dağlarla örtülüdür. Cənubdan Bokalıktaq və Burxan-Budda, şimal-şərqdən Nanşan, şimal-qərbdən isə Altıntaq dağları ilə əhatələnir. Çaydam düzənliyi inzibati cəhətdən Xaysi-Monqol-Tibet muxtar rayonu ərazisində yerləşir. Çaydam düzənliyi 700 uzunluğa və 100–300 km enə malikdir. Şimal-qərbi qum-gilli suxurlardan təşkil olunmuşdur. Burada hündürlük 2600—2900 metr olduğu halda cənub-şərqi aşağı nisbətən aşağıdır. Şoranlıqlar 1600 km² əraziyə malikdir. İqlimi kəskin kontinentaldır.
Şalğam
Şalğam (Brassica rapa subsp. rapa) köklü tərəvəz. Adətən dünyada mülayim iqlimlərdə onun ağ, soğanaqlı paya kökü üçün becərilir. Şalğam bitkisi Avropa mənşəli, soyuğadavamlı, yüksək məhsuldar bitkidir. Başqa kökümeyvəlilərə nisbətən torpaq münbitliyinə az tələbkardır. Genetik tədqiqatlar göstərmişdir ki, bu bitki raps bitkisinə çox yaxındır. Bunların hər ikisi turpəng və yabanı turpun kələm növləri ilə öz-özünə çarpazlaşmasından yaranmış və xromosom sayı artmışdır. Şalğam ancaq mədəni halda məlumdur. Rusiya ərazisinə XVIII əsrin axırında Qərbi Avropadan gətirilmiş və tərəvəz bitkisi kimi geniş yayılmışdır. Şalğam və yem turpu (turneps) mədəni halda kartofdan əvvəl məlum olmuşdur.
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Saddam
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2003), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2003), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Aldan
Aldan çayı — Rusiyada çay. Aldan (şəhər) Rusiyada şəhər.
Ağdam
Ağdam — Azərbaycan Respublikasının Ağdam rayonunun Ağdam şəhər inzibati ərazi dairəsində şəhər, Ağdam rayonunun inzibati mərkəzi. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.