Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Meljak
Meljak (fr. və oks. Meljac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12144. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 26 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 55 nəfər iqtisadi fəal, 19 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74,3%, 1999-cu ildə bu 62.5%).
Relvan
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Selvas
Selvas — Cənubi Amerikada Amazon ovalığında rütubətli ekvatorial meşədir.
Şellak
Şellak (nid. schellak) — Hindistanın və Cənub-Şərqi Asiyanın bəzi tropik və subtropik ağaclarında (Croton lechleri və b.) parazitlik edən Kerriidae ailəsinə aid yastıca həşəratlarının bir sıra cinslərinin (Metachardia, Kerria, Laccifer, Tachardiella, Austrotachardiella, Afrotachardina, Tachardina) dişiləri tərəfindən ifraz olunan təbii qatrandır. Şellakın tərkibində aleuretin turşusu, dihidrooksifikoserol turşusu, şellol turşusu, şellak mumu (5%-ə qədər), su və suda həll olunan piqment var. Ərimə temperaturu — +80… +120 °C-dir. Qələvi məhlullarda və aşağı alifatik spirtlərdə yaxşı həll olur, benzolda az həll olur və benzində, piylərdə və yağlarda demək olar ki, həll olmur. Şellak istehsalçısı kimi ən yaxşı tanınan növ, bəzi tropik ölkələrdə (o cümlədən, təkcə Asiya deyil, həm də Mərkəzi Amerikada) yabanı bitkilərin üzərində müvafiq növlərin əkilməsi ilə becərilən Kerria laccadır (digər adı Laccifer lacca). Beçələmə dövründə yastıcalar ağac budaqlarında oturur və ağacın şirəsini əmir, onu həzm edir və qatranlı maddə ifraz edir. Qurumuş lakın yığılması iyun və noyabr aylarında həyata keçirilir. Daha sonra üyüdülür, yuyulur və dənəvər lak kütləsi əldə etmək üçün qurudulur. Daha sonra 2–3%-li arsen sulfid əlavə edilməklə kətan torbalara yığılan lak ağac kömürünün odunda əridilir.
Revak
Portik (lat. porticus) — üst örtüyü sütunlara söykənən qapalı qalereya. Sütunlar üst örtüyü birbaşa və ya aralarındakı tağlar vasitəsilə saxlaya bilərlər. Bir tərəfi açıq olan portik digər tərəfdən qapı-pəncərələri olan və ya olmayan divara söykənir. Başqa sözlə, portik — üst örtüyü sütunlar üzərində dayanan yarıaçıq məkandır. Antik yunan və Roma şəhərlərində ictimai binaların və məbədlərin girişində çox rast gəlinən portiklər, Şərqi Roma imperiyası ilə mədəni əlaqə nəticəsində ərəb-fars mədəniyyətinə, oradan da Səlcuqlular dövləti dövründə türk memarlığına keçən və Anadolu bəylikləri dövrünə qədər yayılan bir memarlıq nümunəsidir. Türk memarlığında portiklər məscid girişlərində məscidin izdihamdan dolub-daşdığı zamanlarda namaz qılanların yağışdan, qardan və ya günəşdən qorunmasını təmin edir. Kəbədə tikilən portiklər Osmanlı sultanı II Səlimin dövründə tikilmiş, planlarını Memar Sinan hazırlamışdır.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. Torpaqları qırmızı-sarı ferraritdir. Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Kəlvan (Komican)
Kəlvan (fars. کلوان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 226 ailədə 411 nəfəri kişilər və 406 nəfəri qadınlar olmaqla cəmi 817 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Sadır Pəlvan
Sadır Pəlvan (uyğ. سادىر پالۋان) — xalq qəhrəman, 1864-cü il uyğurların İli bölgəsindəki üsyanının liderlərindən biri. Sadır Palvan 1798-ci ildə Külçə rayonunun Mollatoxtiyuzi kəndində anadan olmuşdur. Əsl adı Sadır Xoşəhməddir. Palvan (Pəhləvan, İgid) adı ona xalq tərəfindən inanılmaz fiziki gücünə, iri cüssəli bədən quruluşuna malik olması və uyğurların azadlıq hərəkatındakı iştirakına və qəhrəmanlığı səbəbilə verilmişdir. Əslən Xotandan olan atası Xoşəhmət 1766-cı ildə İliyə köçmüşdür. Sadır Pəlvanın özü çox cəsur adam sayılırdı və hələ də onun haqqında uyğur və qazaxlar arasında əfsanələr dolaşır. O, gənc yaşlarından bölgədəki Çin hakimiyyətinə qarşı müxtəlif silahlı hərəkatlarda fəal iştirak etmişdir. Çin hökuməti hər dəfə bölgədə çıxışlar başlayanda birimci Sadır Pəlvanın üstünə hərbi qüvvələr göndərirdi. Sadır Pəlvan 1864-cü ildə uyğurlar və dunqanların İli bölgəsində Tzin hakimiyyətinə qarşı üsyanının fəal iştirakçısı olmuşdur.
Eynar Selvik
Eynar Selvik (18 noyabr 1979, Bergen), eyni zamanda Kvitrafn ("ağ qarğa") səhnə adlı, 2000–2004-cü illərdə Gorgoroth black metal qrupunda nağara ifaçısı və 2002-ci ildə əsası qoyulmuş Nordik folklor layihəsi olan Wardruna qrupunun solisti kimi tanınan norveçli musiqiçidir Selvikin Vikinqlər serialı üçün yazdığı açılış mahnısı ona və Vardrunaya beynəlxalq şöhrət qazandırdı. Eynar həm də şouda aktyor kimi iştirak edib. == Şəxsi həyat == Eynar Selvik Bergen şəhərindən avtomobillə təxminən 35 dəqiqəlik məsafədə, Norveçin qərb sahilində yerləşən, kiçik bir daxili ada olan Osteroyda doğulub böyüyüb. Yeniyetməlik illərində runlar haqqında tapdığı əski kitab onu xristianlıqdan öncəki vikinq mədəniyyəti ilə tanış olmağa təşviq etdi. Eynar Selvik animizmlə səciyyələnən müasir bütpərəstliyin tərəfdarıdır. 2017-ci ildə Morgenbladet -ə verdiyi müsahibədə o, dünyagörüşündən danışdı: "Zənnimcə hər kəs özünə və öz addımlarına cavabdehdir. Heç kim mənim günahlarım üçün ölməyib. Tanrılar özünə kömək edənlərə kömək edir . Sən öz tanrınsan, bu dünyada necə davrandığın, necə töhfə verdiyin sənin məsuliyyətindir".
Elva
Elva (est. Elva) — Estonianın cənubi-şərqində şəhər, Tartumaa bölgəsinin inzibati mərkəzi. Emayıgi çayına tökülən Elva çayında yerləşir. Şəhərdə iki göl var: Verevi və Arbi. Həmçinin şəhər yaxınlığında Viysyaagu gölü də mövcuddur.
Elfak Daşdəmirov
Elvac (Urmiya)
Elvac (fars. الواچ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində yerləşir. Dəniz səviyyəsindən 1.513 metr təşkil edir. Ərazisi dağlıqdır.Elvac Urmiya şəhərindən 595 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 5.320 nəfər yaşayır.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
Elvar Qasımov
Elvar Qədimov
== Siyahı ==
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. == Təhsil == Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. == Kareyası == Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
Sevak Xanaqyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Sevak Xanağyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.