Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laçın
Laçın — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati mərkəzi, Laçın şəhər inzibati ərazi dairəsində şəhər. Respublikanın paytaxtı Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur. 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olub. Qarabağ atəşkəs bəyanatına əsasən 26 avqust 2022-ci ildə Azərbaycanın nəzarətinə keçib. 27 may 2023-cü ildə Laçın şəhərinə 20 laçınlı ailə (97 nəfər) geri qayıdıb. Beləliklə şəhərə azərbaycanlı keçmiş məcburi köçkünlərin ilk köçü başlayıb. == Tarixi == Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib. "Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır.
Maçin
Mancuriya (çin 滿洲, 满洲, Mǎnzhōu) — Çində tarixi ərazi. Ərazinin adı Mancurlar adlı xalqdan gəlir. Keçmiş Şərq ədəbiyyatında bu əraziyə Maçin deyilirdi. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Maçin (ماچین) adlandırılmışdır. Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Mançurya" adlandırılmışdır. == Tarixi == Mancur dövründə çinlilərə inamsızlıqdan dövlət imtahanlarının keçirilməsində ayrı-seçkilik siyasəti həyata keçirilirdi. Mancurlar bütün əhalinin cəmi 3%-ni təşkil etsələr də, onlara da çinlilərlə bərabər namizəd kvotası həyata keçirilirdi. Buna görə də mancur namizədlər imtahanlara çox da böyük səy göstərmirdilər. Əksinə, çinlilər çətin vəziyyətə salınırdılar və imtahandan keçənlər adətən parlaq intellektuallar idilər. 1681–1796-cı illər arası Tsin imperiyasının sabitlik və inkişaf dövrü idi.
Xaçın
Yaşayış məntəqələri Xaçın (Albaniya) — Xaçın knyazlığı — orta əsrlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində mövcud olmuş xristian Alban məlikliyi Xaçın mahalı Kəndlər Xaçın (Borçalı) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. Xaçınyalı — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Xaçınabad — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Xaçın (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Xaçındərbətli — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çaylar Xaçınçay — Kürün sağ qoludur. Ağdərə, Ağdam, Bərdə rayonlarından axır. Digər Xaçınçay su anbarı — Ağdam rayonu Xaçınçay üzərində yerləşir. Xaçıntürbətli türbəsi — Azərbaycanda tarixi abidə. Xaçınabad bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Zamin
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Acin
Acin (Həmədan) — İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər.
Fədayə Laçın
Fədayə Baris qızı Məmmədova (3 iyun 1977, Laçın) — Azərbaycanlı müğənni, aktrisa. == Həyatı == Fədayə Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində dünyaya göz açıb. Bacısı İlahə Fəda da ifaçılıq etmişdir. Bir dəfə ailəli olan xanım müğənninin bir oğlu var. Həyat yoldaşı onu tərk edərək Rusiyaya gedib. Oğlunu tək böyütməyə məcbur olan Fədayə Laçın elə o zamandan müğənniliyə başlayıb. Fədayə Laçın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycanın xalq artisti, xanəndə Canəli Əkbərovun tələbəsi olub və ifaçılığın sirlərini ondan öyrənib. Fədayə Laçın C. Əkbərovun tələbəsi olması ilə yanaşı, Azərbaycanın əməkdar və xalq artisti Arif Babayevdən də dərs almışdır. Fədayə Məmmədovanı Fədayə Laçın kimi Azərbaycan tamaşaçılarına tanıdan Azərbaycanın əməkdar artisti, mərhum Məhəbbət Kazımov olub. == Karyerası == Bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır.
Hacılar (Laçın)
Hacılar — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Kənd Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Hüsülü (Laçın)
Hüsülü — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 1 dekabrda Azərbaycan respublikası Silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Tarixi == Hüsülü kəndi Laçın rayonunun Malıbəyli kəndinin inzibati ərazi vahidində yerləşmişdir. Keçmiş adı Sultanlar (Sultanlı, Sultankənd kimi də qeydə alınmışdır) olmuşdur. Yaşayış məntəqəsi qaraçorlu tayfasından Həmzə sultanın adı ilə adlandırılmışdır.. Hüsülü kəndi 1992-ci il Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənddə Həmzə sultanın tikdirdiyi XVIII əsrə aid Həmzə Sultan sarayı qalırdı. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Hüsülü kəndi dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kaha (Laçın)
Kaha — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Daşlı inzibati ərazi vahidində olan kənd Çalbayır silsiləsinin ətəyindədir. Keçmiş adı İsgəndər kahası olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə qarabayramlı tirəsinə mənsub ailələrin özlərinə məxsus qışlaqlardan birində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim kəndin ərazisindəki qədim kaha qalıqları ilə əlaqədardır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur. Əhalisinin milli tərkibi isə tamamilə azərbaycanlılardan ibarətdir.
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi.
Köhnəkənd (Laçın)
Köhnəkənd — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020 -ci il dekabr ayının 1- də erməni işgalından azad edilib. == Tarixi == Kiçik Kirs dağının ətəyindədir. Keçmiş adı Kirs olmuşdur. Yerli əhalinin məlumatına görə, Kirs kəndi XV əsrdə teymurilərin işğalı zamanı tamamilə dağıdılmışdı. Sonralar Xocavənd rayonunun Susanlıq kəndindən çıxmış ailələrin buradakı köhnə kəndin yerində məskunlaşması nəticəsində yaranan yeni yaşayış məntəqəsi ərazinin adı ilə Köhnəkənd adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 420 nəfər olmuşdur.
Laçın (Kəlbəcər)
Laçın — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Laçın kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Kənd Laçın dağının ətəyindədir. XIX əsrin əvvəllərində Laçin rayonunun Alxaslı kəndindən gəlmiş Xudayarli və Çiraqli nəsillərinin məskunlaşması nəticəsində yaranmişdir. Kəndin adı Laçın dağının adı ilə bağlıdır. Kəndin bünövrəsini XVIII əsrdə Laçın rayonundan gələn Xudayar, Allahyar və Bərxudar qoymuşlar. Xudayar və Allahyar qardaşdırlar. Kəndin adını öz rayonlarının adı ilə adlandırmışlar. Digər bir varianta görə kənd Laçın dağının ətəyində yerləşdiyinə görə belə adlanır.
Laçın (Soyuqbulaq)
Laçın (fars. لاچين‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 83 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Laçın (dağ)
Laçın — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Tərtər çayının sağ tərəfində (Tutqunçayın mənsəbində) yerləşir. Hündürlüyü 2262 m. dağ yerli əhali arasında Laçıntaxtı və ya Laçınqaya, dağdakı qədim Hovqalanın (XII əsr) adi ilə Levqala qayası da adlanır. Laçın oronimi türk dillərindəki yalçin (sıldırım) sözünun təhrif olunmuş fonetik forması hesab edilir. Dağın belə adlanması onun zirvəsinin sıldırım qayalıq olması ilə bağlıdır.
Laçın (dəqiqləşdirmə)
Laçın — Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi. Laçın rayonu — Azərbaycan Respublikasıda rayon. Laçın (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Laçın (Türkiyə) — Türkiyədə kənd. Laçın (Soyuqbulaq) — İranda kənd. Laçın (qəzet) — Laçın rayonunun qəzeti. Laçın (xalq mahnısı) — xalq mahnısı. Laçın yurdu (jurnal) — Laçın rayonunun rüblük jurnalı. Laçın dəhlizi (film, 1993) — film. Laçın (quş) Dağlar, qayalar, dərələr Laçın (dağ) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda dağ.
Laçın (qəzet)
Laçın Alıyev
Laçın abidələri
=== Memarlıq abidələri === Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir. Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir. Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı. Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Laçın alayı
811 saylı Laçın dağ-atıcı alayı və yaxud Laçın alayı — Qarabağ müharibəsində Laçın rayonunda dislokasiya olunmuş hərbi hissə. 27 mart 1992-ci il tarixində Laçın ərazi özünümüdafiə batalyonunun bazasında yaradılıb. 30 aprel 1992-ci il tarixinə kimi mövcud olmuş hərbi hissənin komandiri Arif Paşa, qərargah rəisi Rafiq Nağıyev olub. 811 saylı Laçın alayı Laçının işğalından 18 gün əvvəl 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə ləğv edilərək 704 saylı briqadanın komandiri, ərazi üzrə məsul komendant Elbrus Orucova tabe etdirilib. Rəhim Qazıyev alayın ləğvi barədə bunları deyir: Arif Paşanın bildirdiyinə görə alayın de-yure ləğvindən sonra da fəaliyyətlərini davam etdirmişlər.
Laçın döyüşləri
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Laçın döyüşü
Laçın uğrunda döyüşlər — Qarabağ müharibəsinin gedişində baş vermiş əməliyyat. Azərbaycan Ordusunun ermənilər tərəfindən hələ 18 may tarixində işğal olunan Laçın rayonunun geri qaytarılması məqsədilə həyata keçirilən əməliyyat olmuşdur. 1 oktyabr 1992-ci ildə 2-ci ordu korpusu general-mayor Dadaş Rzayev Qubadlı rayonunun şimalında Muradxanlı kəndindən hücuma keçmişdir. Laçına 4 km qalmış Qraç Andresyanın rəhbərlik etdiyi erməni silahlı birləşmələrinin və rus hərbçilərinin hərbi müdaxiləsi sayəsində qarşısı kəsilir. Digər hərbi hissə Laçına şimal-qərbdən hücuma keçmişdi. 19 oktyabrda erməni ordusunun əks hücumu ilə Azərbaycan ordusu geri çəkilməli olur. == Həmçinin bax == Ağdərə əməliyyatı Murovdağ əməliyyatı == İstinadlar == == Xarici keçidlər == “Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə "Laçının işğalına səbəb olan xəyanət" ( (az.)). pia.az. 2016-05-18. 2016-09-26 tarixində arxivləşdirilib.
Laçın dəhlizi
Laçın dəhlizi — 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub. Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadır, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir. Əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanətə uyğun olaraq Laçın dəhlizi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 26 avqust 2022-ci ildə Laçın dəhlizi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. == Tarixi == 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. == Coğrafiyası == Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. == Təhsil == Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).