M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır. M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)