Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rels
Rels — kötüklərin üzərində qoyulmuş xüsusi en kəsiyə malik polad tirlərdir. Onlar adətən iki srada quraşdırılaraq dəmiryolu nəqliyyatının, həmçinin şaxtalarda xüsusi vaqonların və kranların hərəkətinə xidmət edir. Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğundan onun adı da bu nəqliyyat növü ilə bağlıdır. Bərkitmə, kərənlər, balastlar və qoruyucu örtüklə o, dəmir yolunun üst qatını təşkil edir. Relsin iki əsas funksiyası vardır: çarxların təzyiqini qəbul edib və kərənlərə ötürmək. Yük götürmək üçün relsin profili böyük əhəmiyyət kəsb edir. Profildən asılı olaraq yaranan müqavimət momenti relsə təsir edən əyilmə-dartılma-gərginliyini, həmçinin onun uzunömürlülüyünü müəyyən edir. Qatarların sürətləri artdıqca yaranan dinamik qüvvələrin meyillənməsi də artır. Profil ölçüləri dəyişmədikdə bu ona təsir edən gərginliyin artmasına gətirib çıxarır. Onları yalnız buraxılabilən gərginliyin sərhəd qiymətinə qədər yükləmək olur.
Uels
Uels (ing. Wales, Uels dilində: Cymru) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının cənubi-qərb hissəsində yerləşir. Paytaxtı Kardiffdir. Uels ərazisi əsasən dağlıq relyefə malikdir. Ən böyük adası olan Anqlsi adası ölkənin əsas hissəsindən Menay boğazı ayırır. Böyük Britaniyanın bir hissəsidir. Uels yarımadasından ibarətdir. Sahil xətti güclü şəkildə parçalanmışdır. Yarımadanın böyük hissəsini yüksək olmayan (500–700 m) Kembric dağ massivi təşkil edir.
Zefs
Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) — Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biridir. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz və qartal onun atributları hesab olunur. Roma mifologiyasında Yupiter kimi tanınır. Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Zevs

Zəli
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.
Cimmi Uels
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Qıllı zəli
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Uels Partiyası
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Uels bayrağı
Uels bayrağı — Uelsin dövlət rəmzi. Ağ yaşıl fonda qırmızı əjdaha şəkili Uelsin rəsmi bayrağında təsvir olunub. 1959-cu ildə qanuni rəsmi bayraq elan olunan Uelsin bayrağının tarixi qədimdir. Qırmızı əjdaha şəkili Romalıların vaxtından Uelsin rəmzi olub. Ağ-qara rəng isə Tyudor süləlisə vaxtından Uelsin rəmzi hesab olunur. Uelsin bayrağı yeganə bayrağdır ki Böyük Britaniya bayrağında yer almamışdır. Buna görə çoxlu tənqidlərə məruz qalmışdır.
Uels dili
Valli dili — Kelt dillərindən biridir. Bu dil əsas Böyük Britaniyada Uelsdə və Argentinanın Çubut ərazisində yayılmışdır. 2006-cı ilin siyahı alınmasına görə dunyada bu dilin daşıyıcısı 750.000 nəfərdən çoxdur. Uelsdə şimalı və cənubi Valli dilinin dialektləri vardır. Arwyn Watkins T. Welsh // Ball, MJ, Fife, J (ed.) The Celtic Languages. London, N. Y., 1993 King G. A Comprehensive Grammar of Modern Welsh. London, N.Y., 1994 Morris-Jones J. An Elementary Welsh Grammar. Oxford, 1931. Morris-Jones J. A Welsh Grammar. Historical and Comparative.
Uels Şahzadəsi
Uels şahzadəsi (ing. Prince of Wales, vall Tywysog Cymru) — İngiltərə taxtının kişi varisinin titulu; titul 1707-ci ildən İngiltərə ilə Şotlandiyanın birləşməsindən sonra yarandı. Bir qayda olaraq, taxtın qadın varisi "Uels Şahzadə Xanımı" titulunu daşımır, onu ancaq şahzadənin həyat yoldaşı istifadə edir. Bu titul erkən orta əsrlərdən bəri məlumdur, 13-cü əsrin sonlarına qədər onu Britaniyanın qərb regionu Uels hökmdarları daşıyırdılar. İngiltərədən müstəqil olan Uelsin son hökmdarı (Uels şahzadəsi) Llivelin ap Qrifid idi. XIII əsrin sonunda İngiltərə kralı I Eduardın Uelsi fəth etməsi və Uelsin müstəqilliyini itirməsi ilə əlaqədar olaraq, Uels şahzadəsi titulu ingilis tacına keçdi və taxtının varisinə aid olmağa başladı. Rəvayətə görə, I Eduard Uelsdə ingilis tacının üstünlüyünü təşkil etmək üçün hiyləgərliyə əl atdı. Bu bölgədə heybətli hərbi müvəffəqiyyət əldə etdikdən sonra o, Uels knyazlarını bir araya gətirərək İngiltərədən vassal asılılıqlarını tanımağa dəvət etdi, onlar, öz növbəsində, Uels şahzadəsinin ingilis dilində bir kəlmə də bilməyən yerli birinin olmasını tələb etdilər. Eduard dərhal bu şərti yerinə yetirmək üçün təntənəli bir and içdi. Knyazlar vassal asıllılıq müqaviləsini imzaladılar, bundan sonra Eduard onlara bir gün əvvəl Uelsin Karnarvon qalasında anadan olan oğlunu (gələcək kral II Eduard) göstərdi və söylədi: "Budur Uels şahzadəniz, sizin ölkədə doğulmuş və o, ingilscə bir dənə söz də bilmir".
Valdis Pelş
Valdis Eyjenoviç (Yevqenyeviç) Pelş (latış. Valdis Pelšs‎; rus. Валдис Эйженович Пельш; 5 iyun 1967, Riqa) — latış əsilli sovet və Rusiya televiziya aparıcısı, teleprodüser, televiziya rejissoru, aktyor və musiqiçi. Valdis Pelş 5 iyun 1967-ci ildə Riqada anadan olmuşdur. Onun atası milliyətcə latış, anası rusdur. O, Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirmişdir, qısa müddət SSRİ Elm Tarixi və Texnologiya İnstitutunda kiçik elmi işçi çalışmışdır. 1998 — Pyzhik — bu busiest yeri. 2000 — Brat 2 — rolu özü. 2000 — 33 kvadrat metr — özü kimi (epizod "avtomobilin çəkinin") 2004 — Məhəllə 2 Moskvada — polis. 2005 — Türk turbit — Danchenko.
Vaçe Zela
Vaçe Zela (7 aprel 1939 – 6 fevral 2014) — Albaniyalı müğənni. xalq musiqisi, şanson və bədii filmlərdə mahnı ifaçısı olub. O, karyerasına gənc yaşda başlayıb və 1962-ci ildə birinci Alban mahnı müsabiqəsinin (Festivali i Këngës).qalibi olmuşdur. Festivalın 11 qat qalibi Vaçe Albaniyada kommunist erasının zamanı məşhurlaşıb və 1973-cü ildə "Albaniya Əməkdar artisti" mükafatına və 1977-ci ildə "Xalq artisti" mükafatına layiq görülmüşdür. O, 24 dekabr 2002-ci ildə Albaniya Prezidenti Alfred Moysiu tərəfindən "Millətin şərəfi" mükafatı ilə təltif edilmişdir. Ömrünün son illərini İsveçrədə keçirtdi və 2014-cü ildə vəfat etdi. Zelanın istedadını birinci kəşf edən onun məktəb müəllimləri idi. O, təkçə musiqidə yox, həm də rəssamlıq və teatrda istedadlı idi. Zela Mizeki regionunun ənənəvi mahnılarını oxumağa başlayanda cəmi 10 yaşı var idi. O, çox vaxtı Luşni şəhərinin parklarında ifa eliyirdə, bununla da ətrafdakıların diqqətini cəlb edə bilirdi.
Zevs (dəqiqləşdirmə)
Zevs — Baş olimp tanrısı. Zevs (aerobatika eskadronu) — Yunanıstana məxsus aerobatika eskadronu.
Cimmi Vels
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Zevs qartalı
Zevs qartalı (q.yun. ἀετός Διός, lat. aetos Dios) — ali Olimpiya tanrısı Zevsin və onun Roma ekvivalenti Yupiterin əsas atributlarından biri. == Miflər == Bu atributun mənşəyi iki əsas yunan mifinə əsaslanır. Ədalətli padşah Perifantın öz təbəələri tərəfindən Zevs kimi hörmətlə qarşılanmağa başlanmışdır. Buna görə tanrı Zevs qəzəblənmiş və onu öldürmək niyyətində olmuş, lakin Apollonun onu müdafiə etməsindən sonra Zevs Perifantı qartala çevirmiş və quşların kralı elan etmişdir. Başqa bir versiyaya görə, qartal qədim zamanlarda Geya tərəfindən yaradılmışdır. Titanomaxiyanın əvvəlində Zevs onun qələbəsindən xəbər verən bir qartal görmüş, ona görə də əsasına qızıl qartal yerləşdirmişdir.
Els-Poblets
Els-Poblets (isp. Els Poblets) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 3,62 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 3310 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Web de información y discusión sobre Els Poblets Ayuntamiento de Els Poblets Índice Estadístico Municipal de Els Poblets. Datos y cifras de los municipios de la provincia de Alicante.
Zel (mifologiya)
Zel (yun. Ζῆλος — "rəqabət", "qısqanclıq", "paxıllıq") — yunan mifologiyasında rəqabət və qısqanclıq tanrısı titan tanrı Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) qardaşı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi.
Zel Home
Zevs (aerobatika eskadronu)
Zevs aerobatika eskadronu Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2010-cu ildə qurulmuşdur. Uçuşlar üçün F-16 təyyarəsi istifadə olunur. Komanda Yunanıstanın Carrè Asse, Acro Team, Hellenic Flame, New Hellenic Flame komandalarının tarixini davam etdirir. İlk ictimai uçuşunu 1 fevral 2010 tarixində həyata keçirib.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Uels Milli Kitabxanası
Uels Milli Kitabxanası — Aberistiutidə yerləşən Uelsdəki ən böyük kitabxana. Bu, Uels Assambleyası Hökuməti tərəfindən birbaşa maliyyələşdirilən bir qurumdur. Təkrarlanan sənədlərin hüquqi nüsxələrinin anbarı kimi çıxış edir. 1873-cü ildə Uels materialını toplamaq üçün bir komitə yaradıldı. 1905-ci ildə Britaniya hökumətinin büdcəsinə iki Uels institutunun, Milli Kitabxananın və Uels Milli Muzeyinin formalaşması üçün maliyyə vəsaiti daxil idi və Şəxsi Şura onların təklif olunan yerlərini müəyyən etmək üçün komitəyə göstəriş verdi. Bu institutların yerləşdirilməsi üçün əsas iddiaçılar Aberistuit və Kardif idi. Kitabxananın yerləşməsinə üstünlük birinciyə verildi, Kardifdə bir muzey açmaq qərara alındı. Milli Kitabxananın Aberistuitdə yerləşdirilməsi üçün arqumentlərdən biri kolleksiyanın artıq Universitet Kollecində saxlanması idi. 1908-ci ildə Milli Kitabxana binasının dizaynı üçün müsabiqə elan edildi və bir il sonra binanın eksteryerinə baxışını "qəsdən hamar və sərt" üslub kimi təsvir edən Sidney Qrinsdeyl qalib gəldi. Binanın təməl daşı 1911-ci ildə Tir Qrogitanda Aberistiutə baxan Penqlais təpəsinin zirvəsinə qoyulmuş və bina 1916-cı ildə istifadəyə verilmişdir.
Uels şahzadəsi Ketrin
Uels şahzadəsi Ketrin (ing. Catherine, Princess of Wales; nikahdan əvvəl Ketrin Elizabet Middleton; 9 yanvar 1982) — Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Vilyamın həyat yoldaşı. Toydan sonra o, Kembric hersoqinyası Ketrin Əlahəzrət rəsmi titulunu alıb. Şotlandiyada onu Qrafinya Stratern, Şimali İrlandiyada — Baronessa Karrikferqus adlandırırdılar. Kraliça II Elizabet 8 sentyabr 2022-ci ildə vəfat etdikdən sonra o, Kornuoll və Kembric hersoqinyası, sentyabrın 9-da isə Uels şahzadəsi kimi tanındı. Ketrin 9 yanvar 1982-ci ildə İngiltərənin Berkşir qraflığının Ridinq şəhərində Maykl Frensis Middleton və onun həyat yoldaşı Karol Elizabet Nii Qoldsmitin ailəsində anadan olub. Keytin valideynləri 21 iyun 1980-ci ildə Bukinqemşir ştatının Dorney şəhərindəki kilsədə evləniblər. Onlar mülki aviasiyada işləyərkən tanış olublar. Kerol stüardessa, Maykl uçuş əməliyyatları üzrə zabit (sonradan British Airways pilotu olub) idi. Ana Keyt, qızlıq soyadı Qoldsmit 31 yanvar 1955-ci ildə anadan olub.
Uels şahzadəsi Vilyam
Uels şahzadəsi Vilyam (ing. William, Prince of Wales), tam adı Vilyam Artur Filip Luis (ing. William Arthur Philip Louis; 21 iyun 1982[…], Müqəddəs Mariya xəstəxanası[d], London[…]) — Böyük Britaniya kralı III Çarlzın və onun birinci həyat yoldaşı, Uels şahzadəsi Diananın böyük oğludur. O, 2022-ci il 8 sentyabrdan Britaniya taxt-tacının varisidir. Vilyam 21 iyun 1982-ci ildə axşam saat 9-da Londonun Paddinqton rayonunun Müqəddəs Meri xəstəxanasında anadan olub. O, kral sarayından kənarda doğulan ilk vəliəhd şahzadə oldu. O, doğulan kimi paparassilərin diqqət obyektinə çevrildi. Artıq doğum evindən çıxarkən gələcək vəliəhd Vilyam şahzadə Çarlz və şahzadə Diana və onların körpəsi ilk dəfə foto çəkmək istəyən çoxsaylı fotoqrafların kameralarına tuş gəldi. 4 avqust 1982-ci ildə şahzadə Bukingem sarayında Kanterberi arxiyepiskopu Robert Runsi tərəfindən vəftiz olundu və Vilyam Artur Filip Luis adını aldı. Vilyamın Şahzadə Harri adlı kiçik qardaşı var (1984-cü il təvəllüdlü).
Vilyam (Uels şahzadəsi)