Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
BuBi
"BuBi" (rəsmi olaraq: MOL BuBi) — Macarıstanın Budapeşt şəhərində velosiped paylaşma şəbəkəsidir. Adı, Budapeşt və Bicikli (macar dilində velosiped) sözlərindən yaradılmış və "baloncuq" mənasını verir. 2019-cu ilin may ayına kimi şəbəkə 143 dok stansiyadan və 1846 velosipeddən ibarət idi. == Tarixi == BuBi layihəsi Budapeşt Bələdiyyəsi tərəfindən 2008-ci ildə yaradılmışdır. Bu layihə üçün kapital qoyuluşu təqribən 900 milyon HUF (təxminən 3 milyon €) təşkil edir. Bu məbləğin 85% -i Avropa Birliyi, qalan 15% -i isə yerli hökumət tərəfindən ödənilir. Təxminən 250 milyon HUF (təxminən 800.000 €) illik əməliyyat xərcləri ən böyük inteqrasiya edilmiş neft və qaz qrupu olan MOL tərəfindən ödənilir və Macarıstanda bir yanacaqdoldurma məntəqəsi şəbəkəsini idarə edir, buna görə də layihə "MOL Bubi" adlandırılmışdır. Təchizat və proqram təminatı və velosipedləri özündə birləşdirən Nextbike-nin velosiped paylaşma sisteminin həyata keçirildiyi hər yerdən fərqli olaraq Budapeştdə bu sistem Nextbike tərəfindən idarə edilmir. Budapeştdə bu sistem T-Systems və Csepel tərəfindən idarə olunur. Normalda nextbike-nin velosiped paylaşma sisteminin digər tətbiqlərində velosipedlər Nextbike-nin öz istehsal salonuna toplanaraq dünyaya çatdırılır, lakin Budapeştdə velosipedlər Macar velosiped istehsalçısı Csepel tərəfindən istehsal olunur və yığılır.
Hübi
Hübi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 59 nəfərdir.
Zubr
Zubr və ya Avropa bizonu (lat. Bison bonasus) — boşbuynuzlular fəsiləsindən məməli növü. XX əsrin əvvəllərində Avropa bizonunun adı Azərbaycan dilində dağ kəli kimi gedirdi. Müasir Azərbaycan dilində bu canlı üçün işlədilən "zubr" sözü polyak mənşəli sözdür. Erkəklərin bədəninin uzunluğu 3,5 m-dək, süysününün hündürlüyü 1,6–1,9 m, kütləsi 700–900 kq (bəzən 1,2 t) olur. Dişiləri kiçikdir (kütləsi 400–600 kq). Rəngi müxtəlif çalarlı qonurdur. Peysərində və boynunun aşağı hissəsindəki uzun tüklər çətir, saqqal və döşünün aşağısında saçaq əmələ gətirir. Quyruğu qısadır; ucunda uzun və yumşaq fırça var. Dişilər cinsi yetkinliyə 3–4 illiyində, erkəklər isə bir qədər tez çatır.
Mubi
Mubi — müstəqil filmləri izləməyə imkan yaradan onlayn striminq platforması və film şirkəti. Platforma kinosevərlərin dünyanın hər yerindən bilinməyən filmləri kəşf edə və qiymətləndirə biləcəyi bir məkan yaratmaq məqsədilə türk iş adamı və kino həvəskarı Efe Çakarel tərəfindən təsis edilmişdir. Mubi yalnız diqqətlə seçilmiş film kolleksiyasını nümayiş etdirərək özünü digər platformalardan fərqləndirir. Mubi-nin Kann Film Festivalı, Berlinale və digər nüfuzlu film tədbirləri ilə tərəfdaşlığı abunəçilərə başqa yerlərdə asanlıqla əldə olunmayan filmlərə baxmağa imkan verir.
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Alaşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Polk
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
.na
.na — Namibiyanın internet kodu.
Abdullah Zubir
Abdullah Zubir (fr. Abdellah Zoubir, ərəb. عبدالله زوبير‎; 5 dekabr 1991, Lill) — Mərakeş əsilli Fransa futbolçusu, "Qarabağ" klubunun yarımmüdafiəçisi. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynamışdır. == Karyera == === Futzal === Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olan Zubir 6 yaşında futzal oynamağa başlamışdır. === Qrenobl Fut 38 === O, 2011-ci ildə "Qrenobl Fut 38" FK ilə bir müqavilə imzalamışdır. Zubir bu dövrdə 14 oyun keçirmiş və 7 qol vurmuşdur. === İstr və Hibernian === Abdullah Zubir 2013-cü ildə "İstr" FK ilə bir müqavilə imzalamışdır. Zubir həmin ilin avqust ayında Şotlandiyanın "Hibernian" FK-na icarəyə verilmişdir. O, Şolandiya Liqa Kubokunda debütünü 24 sentyabrda "Stranraer" FK-a qarşı keçirmişdir.
Cek Rubi
Cek Rubi (ing. Jacob Leon Rubenstein) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldı qətlə yetirmiş polşa əsilli gecə klubu sahibi.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Zubin Mehta
Zubin Mehta (hind. ज़ूबिन मेहता, ing. Zubin Mehta; 29 aprel 1936[…], Bombey, Britaniya Hindistanı) — Hindistannın parsilər əsilli dirijoru. Mehta Hindistanın kübar parsilər ailəsində dünyaya gəlmişdir. Atası Meli Mehta musiqiçi — skripkaçı və dirijor olmuşdur. Zubin Mehta həkim olmağı arzulasa da sonradan fikirini dəyişərək Vyana konservatoriyasına daxil olur. Burada o, Hans Svarovskidən dirijorluq dərsini alır. Sonra təhsilini İtaliyada Siena şəhərindəki Kiciana musiqi akademiyasında təhsilini davam etdirir. Burada o, Daniel Barenboym ilə dostlaşır. Bu dostluq onu çəkib İsrailə aparır.
Zəbi Abdullayev
Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı. Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur. Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır.
Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi. Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir. Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub. Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir. 1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır. 1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur. 1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir.
Rubi Sparks
Rubi Sparks (ing. Ruby Sparks) — 2012-ci il ABŞ istehsalı romantik, fentezi, komediya-dram filmi. Rejissoru Conatan Deyton və Valeri Farisdir. Ssenarisi Zoi Kazan tərəfindən yazılıb. Baş rollarda Pol Dano və Zoi Kazan çəkilib. Film gənc yazar Kelvindən bəhs edir, bir gün o, gördüyü yuxudan sonra xəyalındakı qız haqqında kitab yazmağa qərar verir. Onun yaratdığı bu personaj möcüzəli şəkildə öz evində peyda olur. Rubi Sparks — Internet Movie Database saytında.
Say Na Na Na (mahnı)
Say Na Na Na (azərb. Na na na de‎) — San-Marinonun 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Serhat "Say Na Na Na" mahnısı ilə San-Marinonu İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Serhat və Meri Syuzan Applqeyt tərəfindən bəstələnmişdir.
Zub adası
Zub adası ("Diş" adası mənasında) — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Arxipelaqın mərkəzində, Bliss adasından 50 m aralıda yerləşir. Adadan 400 m şimalda isə Pritçett adası qərarlaşır. Uzunsov formaya malikdir. Uzunluğu 400 metr təşkil edir. Cənub-şərqində buxta yerləşir. Özünə məxsus formasına görə bu cür adlandırılmışdır. Yüksəklik yoxdur. Buzdan tam azaddır.
Last.fm
Last.fm — 2002-ci ildə Londonda qurulan internet radiosu və qardaş proyekt Audioscrobbler ilə avqust 2005-ci ildə birləşmiş bir musiqi şəbəkəsidir. 30 may 2007-ci ildə 280 milyon dollar qarşılığında CBS Interactive tərəfindan alınmış və beləcə Avropanın ən böyük Web 2.0 satışı olaraq tarixə keçmişdir. Last.fm daxili bir sistemə sahib, insanları musiqi ilə, sənətçiləri dinləyicilərlə birləşdirən bir musiqi inqilabıdır. Bu sistem, ən çox dinlədikləri mahnılar və mahnılardan yola çıxaraq hər istifadəçinin musiqi zövqünə uyğun detallı bir profil yaradır və bu mahnıları genişləndirən bir istifadəçi profilini öz səhifəsində paylaşar. Hər qatılan insanın öz istifadəçi səhifəsində, istifadə etdiyi musiqi dinləmə proqramına uyğun bir Audioscrobbler ilə sistemə göndərilən mahnı məlumatları olur. Bu musiqi sistemi, musiqisevərlər sayəsində aylıq 500 milyon mahnını saxlaya bilir. Bundan əlavə Last.fm, istifadəçilərinin musiqi zövqlərinə uyğun mahnı, sənətçi və hadisələr haqqında ən yaxşı şəkildə təkliflər verən bir sistemə sahibdir. Həmçinin EMI, Warner Music Group, Independent aggregators The Orchard və IODA ilə ortaq proyektləri vardır. Bununla yanaşı 100,000'dən yuxarı müstəqil musiqiçi və 20,000 etiket də saytı birbaşa musiqi ilə yaşatmaqdadır. Bunun nəticəsi olaraq Last.fm topluluğu da 3 milyondan çox musiqi parçasını tapabilmə imkanı verməkdədir.
Polka nöqtəsi
Polka nöqtəsi eyni ölçülü dairələrdən ibarət bir nümunədir. Polka nöqtələri adətən uşaq geyimləri, oyuncaqlar, mebellər, keramika və Mərkəzi Avropa xalq sənətində görünür, lakin onlar geniş kontekstlərdə görünür. Naxış nadir hallarda rəsmi kontekstlərdə görünür və ümumiyyətlə çimərlik paltarları və alt paltarları kimi daha əyləncəli geyimlərlə məhdudlaşır. Bəzən daha rəsmi geyimlərdə ağ-qara kiçik nöqtələr görünür. Çox güman ki, bu termin polka rəqsinin populyarlığına görə yaranıb, eyni zamanda naxışın dəb halına gəlməsi, eyni zamanda dövrün bir çox digər məhsulları və modası da "polka" adını qəbul etdi. 1962-ci ildə DC Comics qeyri-müntəzəm ölçülü və fərqli rəngli nöqtələrlə Polka-Dot Man-ı təqdim etdi. 1975-ci ildən bəri, illik Tour de France velosiped turnirinin Dağ mərhələlərində liderə ağ-qırmızı rəngli Polka nöqtəli forma verilir. Bəzi insanlar polka nöqtələrini 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində paltarlarının əksəriyyətində, eləcə də Karolina Herrera, Herrera For Men, Aquaflore və Flore ətir qutularında polka nöqtələrindən istifadə edən venesuelalı modelyer Karolina Herrera ilə əlaqələndirirlər. Yapon rəssamı Yayoi Kusamanın işinin çoxunda polka nöqtə motivi var və kriptovalyuta Polkadot öz adını dizayndan sonra alır. Polka nöqtəsi məşhur musiqidə də görünür.
Ceyms Polk
Ceyms Noks Polk (ing. James Knox Polk; 2 noyabr 1795, Paynvil, Şimali Karolina, ABŞ — 15 iyun 1849, Neşvil, Tennessi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 11-ci prezidenti (1845–1849). Tarixçilər tərəfindən ABŞ tarixindəki ən yaxşı 10 prezidentdən biri hesab olunur. Polkun hakimiyyəti dövründə ABŞ Luiziananın satın alınmasından sonrakı ən böyük ərazi artımına nail olmuşdur. 1846–1848-ci illər ABŞ-Meksika müharibəsi nəticəsində Nyu-Meksiko, Kaliforniya, Nevada və Yutanın işğalı, Britaniyadan Oreqonun şimal hissəsinin əldə edilməsi və Texasın özünə birləşdirilməsi yolu ilə ABŞ öz ərazilərini 1,3 milyon km² artırmış və nəticədə Sakit okeana çıxış əldə etmişdi. == Erkən həyatı == ABŞ-nin 11-ci prezidenti Ceyms Noks Polk 2 noyabr 1795-ci ildə Şimali Karolina ştatının Meklenburq dairəsində anadan olmuşdur He was the first of 10 children born into a family of farmers.. On bir yaşında ikən ailəsiylə birlikdə Tennessiyə köçürlər. Səhhətində olan problemlər onun ibtidai təhsil almasını gecikdirmişdir. Lakin bu, onun mükəmməl təhsil almasına mane olmur. 21 yaşında Şimali Karolina Universitetinə daxil olaraq, 1818-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
Polk boğazı
Polk boğazı - Hind okeanınında yerləşən Şri-Lankanı Hindistandan ayırır. Lakkadiv dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 55 km, uzunluğu 150 km, dərinliyi 2–9 m təşkil edir. Boğazın şimal qutaracağında Cafna yarımadası yerləşir. Boğaz daxilində kiçik adacıqlar və dayazlıqlar vardır. Bu dayazlıqlar əfsanəyə görə Adəm peyğəmbərin saldığı yoldur və Adəm körpüsü adlanır. Boğaz Britaniya Hindistanının Madros vilayyətinin rəhbəri, dövlət adamı Robert Polkun şərəfinə adlandırılıb.
Zaqafqaziya atlı-müsəlman polku
Zaqafqaziya atlı-müsəlmən alayı - Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı alayı (polk) olub. Bu alay Cənubi Qafqaz müsəlmanlarından təşkil edilirək, İmperiyanın qeyri-nizami döyüş dəstələrindən biri hesab edilirdi. 2 iyun 1835-ci ildə general-feldmarşal İvan Paskeviçin müraciəti əsasında Zaqafqaziya atlı-müsəlman alayı barədə əsasnamə təstiq edildi. Əsasnaməyə görə alayın sıralarına bir nəfər alay komandiri (alay bəy), iki nəfər alay komandirinin müavini (yarı alay bəy, yarbəy), 6 nəfər sultan (yüzlük komandiri), 18 nəfər naib (yüzlük komandirinin müavinləri), 48 nəfər vəkil (uryadniklər), 600 kiçik rütbəli atlı döyüşcülər (vsadniklər) və 198 nəfər döyüşçü sayılmayan aşağı rütbəlilər daxil idi. Bundan əlavə, Əlahiddə Qafqaz Korpusundan göndərilən əmrə əsasən, korpusun döyüşçü dəstələrindən iki nəfər Qafqaz diyarının türk dilini (Azərbaycan dilini) bilən zabit də polka göndərilmişdi. Onlardan biri alay komandanının adyutantı, digəri isə alay yerləşim zabiti (kvartirmeysteri) və xəzinədar kimi xidmət edirdi. Həmçinin hər yüz nəfərlik dəstəyə bir nəfər kazak çavuş da təyin edilmişdi. Alayda xidmət müddəti dörd il təyin edildi. Hər iki ildən sonra alayın bir hissəsi Zaqafqaziyada yeni yaradılmış digər hərbi hissə ilə əvəz olunurdu. Alay komandirləri Rusiya İmperiyasının qərərgah zabitləri sırasından seçilirdi.
İqor polku haqqında dastan
"İqor polku haqqında dastan" (rus. «Сло́во о полку́ И́гореве») — İqor Svyatoslaviç Novqorod-Severskinin başçılıq etdiyi rus knyazlarının 1185-ci ildə poloveslərə qarşı uğursuz yürüşündən bəhs edən qədim rus ədəbi abidəs Dastanın mətni ritmləşdirilmişdir, lakin ritmləşmənin təbiəti və əsərin özünün janrı qeyri-müəyyən olaraq qalır və ədəbiyyatda tez-tez rast gəlinən “poema” anlayışı çox şərtlidir. Dastan özündə folklor obrazlarını, xristian və bütpərəstlik elementlərini birləşdirir. Onun mətnində süjetli povest, qəhrəmanların monoloqları, müəllifin lirik ekskursiyaları, Rusiyanın tarixinə ümumi baxış nəzərə çarpır. Dastan müəllifinin baş qəhrəman İqor Svyatoslaviçə münasibəti olduqca qeyri-müəyyəndir: müəllif onu bir tərəfdən rus və xristianlığın düşmənləri ilə döyüşən cəsur komandir kimi vəsf edir, digər tərəfdən onu məğlubiyyətlə nəticələnən özbaşına yürüşünə görə qınayır. Bütün bunlar dastanı orta əsr rus ədəbiyyatında analoqu olmayan unikal əsərə çevirir. Mütəxəssislər digər ədəbi mətnlərdə (xüsusən də “Zadonşina”da) bəzi paralellər tapırlar ki, bunu sözügedən dastanın təsiri ilə izah edirlər. İqor polku haqqında dastanın nə vaxt və necə yaradıldığı barədə heç nə məlum deyil. Əksər alimlər onun XII əsrin son rübündə, təsvir olunan hadisədən (çox vaxt 1185-ci ilə və ya bir neçə il sonra) qısa müddət sonra yazıldığını düşünürlər. Əvvəlcə dastan xalq qarşısında ifa olunmaq üçün nəzərdə tutula bilərdi və yalnız sonradan yazıya alına bilərdi.
Bubo bubo
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Ceyms Last
Ceyms Last (Almanca tələffüz: [tʃeɪms last], [dʃeɪms lɑːst]; 17 aprel 1929[…], Bremen – 9 iyun 2015[…]) — alman bəstəkar, dirijor. Əvvəlcə bir caz bas ifaçı (1950-1952-ci illərdə Almaniyada "ən yaxşı bas ifaçı" mükafatını qazanmışdır), onun markası olan "xoşbəxt musiqi" onun çoxsaylı albomlarını Almaniya və Böyük Britaniyada ən çox satılan albomlara çevirdi. Onun 65 albomu təkcə Böyük Britaniyada hit-paradlara çatır . Onun "Xoşbəxt ürək" kompozisiyası Endi Vilyams və Petula Klark tərəfindən şərhlərdə beynəlxalq uğur qazanmışdır. == Həyatı == Ceyms Lastın ilk ictimai çıxışı 1946-cı ildə Hans-Günther Österreich-in Radio Bremen Dance Orchestra ilə olmuşdur . İki il sonra Last "Last-Becker" Ansamblını yaratdı. 1950-ci ildən 1952-ci ilə qədər Last ilin ən yaxşı caz basçısı kimi tanınıb. 1964-cü ildə öz orkestrini yaratmış və müxtəlif ifaçılar tərəfindən məşhur melodiyaların rəqs aranjimanlarını yazmağa başlamışdır. Ceyms Last orksetrının ilk albomu "Non-Stop Dancing" (1965) inanılmaz uğur qazandı. O vaxtdan bəri Lastın rəhbərlik etdiyi komanda ümumi tirajı 60 milyon nüsxə olan 50-dən çox uğurlu albom buraxdı, onlardan 37-si qızıl, 18-i platin oldu.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Şatiyon-la-Palyu
Şatiyon-la-Palü (fr. Châtillon-la-Palud) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01092. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 40 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 26 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1562 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1000 nəfərdən (15-64 yaş) 773 nəfəri iqtisadi cəhətdən fəal, 227 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 71.8%). Aktiv 773 sakindən 722 nəfər (375 kişi və 347 qadın) işləyir, 51 nəfər işsizdir (19 kişi və 32 qadın).
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
E.ə. 10
== Hadisələr == Akvink salınıb.
E.ə. 11
== Hadisələr ==
E.ə. 12
== Hadisələr ==
E.ə. 13
== Hadisələr ==
E.ə. 14
== Hadisələr == Tiberi ( e. ə.
E.ə. 15
== Hadisələr ==
E.ə. 16
== Hadisələr == Tririn əsası qoyulub.
E.ə. 17
== Hadisələr ==
E.ə. 18
== Hadisələr == Bekçe krallığının yaranması.
E.ə. 19
== Hadisələr == Kral Yuri e.ə. 19-cu ildən eramızın 18-ci ilinə qədər hökmdarlıq etmişdir.
E.ə. 20
== Hadisələr == Atropatena Parfiyalıların əlinə keçib.
E.ə. 21
== Hadisələr ==
E.ə. 22
== Hadisələr ==
E.ə. 23
== Hadisələr ==
E.ə. 24
== Hadisələr ==
E.ə. 25
== Hadisələr == == Doğumlar == Filon İsgəndəıriyyəli Filon (lat. Philos Alexandros) ya Yəhudi Filon e.ə. 25-e.50 ci illərində İsgəndəriyyə şəhərində doğulub yaşamış "ellinizmin" görkəmli nümayəndəsi, dini mütəfəkkir, ilahiyyatçi.
E.ə. 26
== Hadisələr ==
E.ə. 27
== Hadisələr == 13 yanvar — Oktavian senatda özünə fövqal səlahiyyətlər verir. 16 yanvar — Oktaviana Avqust titulunun verilməsi. Oktavianın və Aqrippanın konsulluğu. Peritorian qvardiyasının (500 nəfərlik 9 koqort) yaranması. Şimal-qərbi İspaniya tayfalarının, Asturiya və Kantrabrinin Avqustun tabeçiliyinə keçməsi.
E.ə. 30
== Hadisələr == == Doğumlar == == Vəfatlar == Siciliyalı Diodor 30 noyabr — Kleopatra – Misir şahzadəsi.
E.ə. 31
== Hadisələr ==
E.ə. 32
== Hadisələr ==
E.ə. 36
== Hadisələr == Roma sərkərdəsi Antoninin Şərqə yürüşü. O, Parfiyanın təzyiqi ilə geri çəkildi və Misirə getdi. Bu yürüşdən sonra İberiya və Albaniya romalılardan asılı olduqlarını qəbul etdilər. Fraaspa döyüşü (Roma - Atropatena) Atropatena qələbəsi ilə başa çatdı.
EM-14
EM-14 — Azərbaycan istehsalı ilk NATO kalibrlı avtomat. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən hazırlanmış EM-14 indeksli avtomat Abu Dabidə keçirilən İDEX-2015 sərgisində nümayişə çıxarılıb. == Texniki xüsusiyyətləri == NATO 5.56×45 mm çaplı avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində pikatinni relsinə və şəffaf darağa malikdir. MSN mütəxəssislərinin sözlərinə görə, avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır. == İstehsalı == Nazirin sözlərinə görə, yerli mühəndislər tərəfindən hazırlanmış EM-14 avtomat tüfənginin seriyalı istehsalına başlanacaq. Müsahibəsində Müdafiə Sənayesi naziri Yavər Camalov deyib: “Biz NATO kalibrli avtomat tüfəngin ilk nümunəsini yaratmışıq. İndi sınaqları gedir. Yəqin ki, növbəti ildən bu silahın seriyalı istehsalına başlayacağıq. Hazırkı dövrdə EM-14 ixracat üçün nəzərdə tutulur.
Ermənistanda COVID-19 pandemiyası
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.