Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klervo
Klervo- (lüksemb. Klierf)- Lüksemburqda kanton. == Coğrafi mövqeyi == Klervo- Lüksemburq un ən şimalında, Lüksemburq-Belçikanın sərhəddində yerləşir. Dikirx əyalətinə aid edilir. Bu kantona 8 kommun aiddir. Klervo, Konstum, Xaynerşayd, Xozingen, Truaverj, Veysvampax və Vinkran.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Klervo (abbatlıq)
Klervo (fr. Clairvaux, lat. Clara Vallis) — Fransanın keçmiş Cistercian abbey, sərəncamın ən qədim və ən mühüm monastırlarından biridir. 1115-ci ildə Saint Bernard Klervosky tərəfindən qurulmuşdur. Clervaux Ob (Champagne) müasir şöbəsinin ərazisində yerləşir. Cistercilərin Sədri, St. Benedictin nizamnaməsinə ciddi riayət edilməsi əmri olaraq 1098-ci ildə St Moçskiy tərəfindən təsis edilmişdir. 1113-cü ilədək yalnız Cistercians monastırı, adı sifariş verən Sito (fr. Còteaux, lat. Cistercium) idi.
Kredok boğazı
Kredok boğazı (ing. Cradock Channel) - Sakit okeanı ilə Xaurak körfəzini birləşdirir. Burada üç boğazdan biridir (ikisi isə Celliko boğazı və Kolvill boğazı). Boğaz Okslendən şimal-şərqdə yerləşir. Kredok boğazı Qreyt-Barrier adasını Little-Barrier adasından ayırır. Boğazın ən dərin yeri 120 m təşkil edir. Boğazın eni 100 km, uzunluğu isə 30 km-dir. Suları balıq və dəniz məhsulları ilə zəngindir.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
II Levon
II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir. == Gəncliyi == 1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi. == Hakimiyyəti == I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi.
I Levon
I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur. I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Krevo qalası
Kreva qalası (belar. Крэўскі замак, lit. Krėvos pilis, pol. zamek w Krewie) — Litva knyazlarının (Qediminas və Alqirdas) Belarusiyanın Kreva kəndində istehkam tipli iqamətgahlarının qalıqlarıdır. Kənd dəniz səviyyəsindən 220 metr (720 ft) yüksəkdə yerləşir. Alqirdasın qardaşı Kestutis 1382-ci ildə Kreva qalasında həbs edildi və öldürüldü. Üç il sonra qalada Polşa-Litva Birliyinə doğru ilk addım olan Krevo Birliyi (Krevo aktı) imzalanmışdır. Qala 16-cı əsrin əvvəllərində Krım tatarları tərəfindən darmadağın edildi və uzun müddət boş qaldı. XIX əsrə qədər divarların çoxu dağılmışdı. Qala Rusiya və Alman silahlı qüvvələri arasında cəbhə xəttində dayandığı üçün Birinci Dünya Müharibəsi dağılmış tikiliyə son bir zərbə daha vurdu.
Levon Aronyan
Levon Aronyan (erm. Լևոն Գրիգորի Արոնյան; 6 oktyabr 1982, İrəvan) — şahmat üzrə erməni əsilli ABŞ qrosmeysteri. Aronyan 2003-cü ildə Ermənistanı təmsil edirdi, sonralar təxminən bir il müddətində 2004-cü ilə qədər Almaniyanı, 2004-cü ildən 2021-ci ilin sonlarına kimi yenidən Ermənistanı təmsil edib. Aronyan 2021-ci ilin fevral ayının sonlarında Ermənistan şahmat federasiyasından ABŞ federasiyasına keçmək qərarını açıqladı və idmana dövlət dəstəyinin azalması ilə əlaqələndirdi. 2021-ci ilin dekabrından etibarən ABŞ-ni təmsil edir. 1982-ci ildə İrəvanda doğulub. Anası Seda Avaqyan mühəndisdir, ixtisasca fizik olan atası Qirqori Leontieviç Aronov Rusiya yəhudisidir, Belarusun Vitebsk vilayətində doğulub. == Uğurları == Dünya Kuboku, Linares, Veyk-an Zee (iki dəfə) kimi turnirlərin qalibidir.
Levon Larents
Levon Larents (Kirişçiyan) (erm. Լևոն Լարենց (Քիրիշճյան), d. 1875 – ö. 24 aprel 1915) — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru, şairi və müəllimi. == Bioqrafiya == Levon Larents 1875-ci ildə İstanbulun Samatiya səmtində erməni əsilli bir ailədə anadan olmuşdur. Təhsilini 1902-ci ildə məzun olduğu yerli Robert Kollecində tamamlamışdır. Larents Robert Kollecində təhsil alan zamanlarda dostları ilə birlikdə "Zepur" adlı ermənidilli bir jurnalı nəşr edirdi. Məzuniyyətindən qısa bir müddət sonra Larents "Puzantion" qəzetinə yardım etməyə başlamışdır. Daha sonra Adabazarına köçərək oradakı "Qetronaqan Məktəbi"ndə Sivilizasiya tarixi dərsi keçirdi. Larents 1905-ci ildə Hnçak siyasi partiyasının islahat hərəkatının bir parçası halına gələn Osmanlı İmperiyasındakı ictimai təzyiqdən qaçaraq ABŞ-yə qaçmışdır.
Levon Mirzoyan
Levon İsaeviç Mirzoyan (18 (30) noyabr 1897, Heşan, DQMV – 26 fevral 1939, Moskva) sovet — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyasının I katibi (1926–1929). == Həyatı == Levon Mirzoyan 1920–1925-ci illərdə Azərbaycan Həmkarlar İttifaqının sədri, sonra Azərbaycan SSR əmək xalq komissarı, Azərbaycan KP Bakı komitəsinin katibi olub. 1925–1929-cu illərdə Azərbaycan KP MK-nin sədri vəzifəsində çalışıb. 1929–1933-cü illərdə dairə komitəsinin katibi, sonra KP Ural vilayət komitəsinin 2-ci katibi işləyib. 1933-cü ildən partiyanın Qazaxıstan vilayətinin 1-ci katibi, 1937-ci ildən Qazaxıstan KP MK-nin I katibi vəzifəsində çalışıb. SSRİ MSK üzvü olub. Lenin ordeni alıb. 1939-cu ilin əvvəllərində həbs edilib və həmin ilin 26 fevralında Lefortovo həbsxanasında güllələnib. 1958-ci ildə bəraət alıb.
Levon Çorbacıyan
Levon Çorbacyan (ing. Levon Chorbajian) — erməniəsilli ABŞ sosioloqu. O, Massaçusets Lovell Universitetinin professoru və Zoryan Müasir Ermənişünaslıq və Sənədləşdirmə İnstitutunun ABŞ bölməsinin direktorudur. Çorbacyan sosialist və proqressiv siyasətlə məşğuldur, neoliberalizmin tənqidçisidir. == Əsərləri == Müəllif Egan, Daniel; Chorbajian, Levon. Power: A Critical Reader. Pearson. 2004. ISBN 978-0131834385. Chorbajian, Levon; Mutafian, Claude; Donabedian, Patrick.
Levon Çukasyan
Levon Babkeni Çukasyan (erm. Լևոն Բաբկենի Չուգասզյան; 9 aprel 1952, İrəvan) — Ermənistan sənətşünası. O həmçinin, YUNESKO-nun erməni incəsənəti tarixi üzrə sədridir. Hazırda Çukasyan həm də İrəvan Dövlət Universitetinin erməni incəsənətinin tarixi və nəzəriyyəsi kafedrasının rəhbəridir. Professor Çukazyan postsovet ölkələri, Avropa və ABŞ universitetlərində, xüsusən də orta əsr erməni incəsənətinə dair çoxsaylı mühazirələr oxumuş, Los-Ancelesdəki Kaliforniya Universitetində erməni incəsənəti üzrə kurslar tədris etmişdir. == Seçilmiş əsərləri == "Կիրակոս Ծաղկող (The Painter Kirakos)." Usanoghakan Gitakan Asxatank'ner. vol. 17, 1975. "Մատենադարանի № 5576 ձեռագրի դրվագված կազմի մասին" ("On the Chased Binding of Manuscript № 5576 at the Matenadaran"). Patma-Banasirakan Handes.
Myalityana Klerk
Myalityana Klerk (16 noyabr 2001, Ambohitrimancaka, Madaqaskar) — Madaqaskarlı dağ-xizək idmançısı. Myalityana Klerk Madaqaskarı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Klerk Madaqskarı Qış Olimpiya Oyunlarında təmsil edən ilk qadın idmançı olmuşdur. Klerk Madaqaskarda anadan olmuşdur. O, bir yaşında fransız ailə tərəfindən övladlığa götürülmüşdür. O, Fransada xizək sürməyi öyrənmişdir. Myalityana Klerk birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Klerk 2:39.00 saniyəlik nəticəsi ilə 81 atlet arasında 48-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Levon Minasyan
Levon Minasyan (1953, Marsel) — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı. O İsanın ehtirasları kimi filmlərin musiqilərinin müəllifidir. Şarl Aznavur kimi şəxslərlə əməkdaşlıq edib.
Levon Çorbacyan
Levon Çorbacyan (ing. Levon Chorbajian) — erməniəsilli ABŞ sosioloqu. O, Massaçusets Lovell Universitetinin professoru və Zoryan Müasir Ermənişünaslıq və Sənədləşdirmə İnstitutunun ABŞ bölməsinin direktorudur. Çorbacyan sosialist və proqressiv siyasətlə məşğuldur, neoliberalizmin tənqidçisidir. == Əsərləri == Müəllif Egan, Daniel; Chorbajian, Levon. Power: A Critical Reader. Pearson. 2004. ISBN 978-0131834385. Chorbajian, Levon; Mutafian, Claude; Donabedian, Patrick.
Levon Mnatsakanyan
Levon Mnatsakanyan (erm. Լեւոն Մնացականյան; 14 sentyabr 1955, Stepanakert) — Ermənistan siyasətçisi, Qondarma DQR-nin keçmiş Müdafiə naziri. 29 sentyabr 2023-cü ildə Azərbaycan hüquq-mühafizə xidməti tərəfindən saxlanılmışdır. == Həyatı == Levon Mnatsakanyan 1965-ci ildə Xankəndi şəhərində erməni ailəsində anadan olmuşdur. Mnatsakanyan hərbi xidmətə 1983-cü ildə Sovet Ordusuna qoşulmuş, Belorusiya Hərbi Dairəsində xidmət etmişdir. 1989-cu ildə Karl Marks adına Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Sovet İttifaqının dağılmasından sonra Ermənistanda ordu quruculuğunda rol oynamış, Qondarma DQR Müdafiə Ordusunda və Ermənistan Silahlı Qüvvələrində artilleriya bölmələrində xidmət etmişdir. O, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir. Həmin ilin sonunda Qarabağa qayıdıb müdafiə ordusu komandirinin müavini olmuşdur. Levon Mnatsakanyan 2015-ci ildə prezident Bako Saakyan tərəfindən müdafiə naziri təyin edilmişdir.
Levon Turyan
Arxiyepiskop Leon Turyan (ing. Leon Tourian; 1879, Konstantinopol – 24 dekabr 1933, Nyu-York, Nyu-York ştatı) ABŞ-dakı Erməni Apostol kilsəsinin Şərgi Yeparxiyasının Priması (Primate (bishop) olub, 24 dekabr 1933-cü ildə Nyu-Yorkda siyasi rəqibləri tərəfindən qətlə yetirilib. == Bioqrafiyası == Qevont Turyan 1879-cu il yanvarın 1-i İstanbulda anadan olub. 1931-ci ildə Nyu-Yorka təyinat almamışdan əvvəl Turyan İzmirin arxiyepiskopu olub, həmçinin İstanbulda, Yunanıstanda, Bolqarıstanda və Britaniyada erməni kilsələrində çalışıb. Arxiyepiskopun öldürülməsinə səbəb olan insident iyulun 1-i 1933-cü ildə Çikaqoda (ABŞ) keçirilən "Təkamül əsri" sərgisində erməni pavilyonunda baş verib. Belə ki, səhnədə duaya başlamamışdan əvvəl Turyan səhnədə olan Ermənistan Demokratik Respublikasının üç rəngli bayrağının yığışdırılmasına göstəriş verib. Arxiyepiskopun fikrincə onun bu bayrağın yanında durması Sovet Ermənistanının hakimiyyəti ilə erməni kilsəsinin münasibətlərini korlaya bilərdi. Çünki erməni kilsəsinin mənəvi mərkəzi olan Eçmiadzin (Üç Kilsə) məhz Sovet Ermənistanında yerləşir və qərbdəki erməni kilsəsi Sovet hakimiyyəti ilə dostluq münasibətlərini qoruyub saxlamalıdır. Lakin Daşnaksütunun aktiv üzvləri arxiyepiskopun bu hərəkətini satqınlıq kimi gəbul ediblər. Bir müddət sonra Turyan Vuster şəhərində (Massaçusets ştatı) 5 nəfər daşnakın hücumuna məruz qalır.
Levon Yeramyan
Levon Yeramyan (erm. Լևոն Երամյան; 21 dekabr 1892 (2 yanvar 1893), Tiflis – 23 dekabr 1938, Bakı) — erməni sovet aktyoru. Azərbaycan SSR xalq artisti (1938). Tiflisdə Erməni Dram Teatrının yaradıcılarından biri (1921). == Həyatı == O, ilk dəfə 1910-cu ildə Tiflisdə Yeni Dram Teatrının səhnəsinə çıxıb, sonra Zubalova adına Tiflis Xalq Evinin truppasında çıxış edib. 1924–1926 və 1929–1938-ci illərdə Bakıda, 1928–1929-cu illərdə Leninakanda erməni teatrlarında çalışıb. Bakı erməni teatrında oynadığı rollar arasında Karl Mur, Ferdinand, Neznamov; Pepo, Seyran (Şirvanzadənin "Namus" əsəri), Qodun, Kreçet aid idi. Həyat yoldaşı Astra Yeramyan Ermənistan SSR xalq artisti (1961) idi. Levon Yeramyan Bakıda Montin qəbiristanlığında dəfn edilib. Abidə Teatr Cəmiyyətinin vəsaiti hesabına ucaldılıb.
Levon əzabkeşləri
Levon əzabkeşləri (qra. Ղեւոնդեանք, Levondeank; erm. Ղևոնդյանք, Ğevondyank) — b.e. V əsrdə İranda uzun müddət əsirlikdə qaldıqdan sonra öldürülmüş doqquz erməni din xadimindən ibarət qrup. Onlar Vardan Mamikonyanın başçılıq etdiyi üsyandan beş il sonra, 455-ci ildə Sasani şahı II Yezdəgirdin əmri ilə edam edilmişdir. Qrup Vanandlı Levondinin adını daşıyır. Həlak olmuş əzabkeşlər bunlardır: keşiş Vanandlı Levondi, katolikos Ermənistanlı I Ovsep, yepiskop Sünikli Sahak Rştuni, yepiskop Basenli Tatik, keşiş Muşeq, keşiş Arşen, keşiş Samuel və daha bir diakon. Bundan başqa, Arazdlı Avraam hadisələrdən sağ çıxsa da, ömrünün sonuna qədər zahid olaraq yaşamışdır.
Klervo-d’Averon
Klervo-d’Averon (fr. Clairvaux-d'Aveyron, oks. Claravals) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12066. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 16 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1135 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 669 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 522 nəfər iqtisadi fəal, 147 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 78.0%, 1999-cu ildə bu 72.8%) idi.
Levon Panos Dabağyan
Levon Panos Dabağyan (11 noyabr 1933, Aksaray[d] – 7 may 2017, İstanbul) — erməni əsilli türk jurnalist, yazıçı. "Önce Vatan" qəzetində köşə yazıları yazır. Milliyətçi Hərəkat Partiyası və Alparslan Türkeş haqqında kitab yazan ilk ermənidir. Türk tarixində ermənilərə qarşı soyqırım olmadığını deyir. 1915-ci il Türkiyənin şərqində ermənilərin üsyan çıxardıqdan sonra ərazidən köçürüldükləri fikrini müdafiə edir. == Həyatı == Levon Panos Dabağyan 1933-cü ilin 11 noyabrında Yenikapıda Kirkor Karacıyan və Siranuş Dabağyan adlı ermənilərin ailəsində anadan olub. Ata tərəfi Vandan Kastamonuna, oradan da İstanbula köçən Karacıyanlılara, ana tərəfi isə Ərzurum-Van bölgəsindən İstanbula köçən Dabagyanlar nəslinə mənsubdu. Dabagyan ailəsi erməni Apostol Kilsəsinə aiddir. 1954-cü ildə hərbi xidmətdə olarkən, dənizçi olmaq üçün daha 36 ay xidmət keçməyə hazır olduğunu bildirmişdir . 1959-cu ildə Eliz adlı xanımla ailə qurdu.