Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klınbi
Klınbi — Azərbaycan Respublikasının Astara rayonunun Hamoşam kənd inzibati ərazi dairəsində kənd. Klınbi Astara rayonunun HamoŞam inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Belə güman edilir ki, oykonimin əsli Qılınbi olmuşdur. Oykonim talış dilindəki qılın (sıx) və bi (heyva) sözlərindən düzəlib, "heyvalıq, heyva ağaclarının sıx olduğu yer" mənasındadır. Yaşayış məntəqəsi heyva ağaclarının cox olduğu ərazidə salındığı üçün belə adlandırılmışdır. Oykonimi "kol dibi", "kol-kosdan kənar yer" mənalarında da izah edirlər. == Etimologiyası == Talış dilində "qılın" (azərb. sıx‎) və "bi" (azərb. heyva‎) sözlərindəndir.
Alipsa
Liparis (lat. Liparis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Jipsi
Jipsi (fr. Gipcy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Klişe
Klişe (fr. Cliché) — uzun müddət istifadə edilmiş və artıq təsirini itirmiş ifadə, fikir və ya element. Mətbuatda termin, sonradan müxtəlif materiallar (kağız, parça, dəri və s.) üzərində çap etmək üçün metal və ya taxta parçası səthində qazılmış qabarıq təsvir üçün istifadə olunur.
Lipki
Lipki — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Çipsi
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Lapsi
Lapsi — erkən xristian kilsəsində Roma səlahiyyətlilərinin təqibləri altında imanlarından imtina edən mürtədlər. Bu termin öz imanından üz döndərmiş, ancaq sonradan ona qayıdan şəxslərə aiddir. == Tarixi == 250-ci ildə Roma imperatoru Desi Trayan Roma imperiyasının bütün vətəndaşlarından ənənəvi tanrılara ictimai şəkildə qurban kəsmələrini tələb edən bir fərman vermişdir. Fərman on səkkiz ay qüvvədə qalmışdır. Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı Vavila və Yerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür. Desinin fərmanı kilsə daxilində iğtişaşlar yaratmışdır. Təzyiqlərə boyun əyən və ictimai qurbanlar verən xristianlara "lapsi" deyilirdi. Qurban kəsilməsi başa çatdıqdan sonra fərdlər Roma dininə uyğunluğu təsdiq edən qanuni sənəd, yəni şəhadətnamə alırdılar. Bu sınaqdan qaçmaq üçün bir çox ruhanilər öz icmalarını lidersiz qoyub qaçmışdır. Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər.
Buğda tripsi
Buğda tripsi lat. Haplothrips tritici Kurd.-Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. == Quruluşu == Buğda tripsinin yetkin forması qaramtıl rəngdə olub, 1,5–2 mm böyüklükdədir. Qarıncığın axırıncı buğumu boru halında uzanaraq, konusvari forma almışdır. Sürfə xarici görünüşünə görə yetkin formaya çox oxşayır. O, ancaq qırmızı rəngdə olur. Buğda tripsi deşib-soran ağız aparatına malik olub, taxıl bitkilərinin, o cümlədən payızlıq və yazlıq buğdanın zərərvericisidir. == Biologiyası == Buğda tripsinin xarakterik bioloji xüsusiyyətindən biri ondan ibarətdir ki, o, müxtəlif amillərdən (o cümlədən mikroiqlimdən) asılı olaraq bütün taxıl sahələrində eyni dərəcədə yayılmır və onun yayılması müəyyən ocaqlar şəklində olur. Azərbaycanda buğda tripsinin yaşayış tərzinə dair olduqca az elmi-tədqiqat işləri aparılmışdır. Buna baxmayaraq onun biologiyasının aşağıdakı bəzi cəhətlərini göstərmək olar: Sürfələr gövdə daxilində və torpağın üst qatında qışlayır.
Kalipso (nimfa)
Kalipso (yun. Καλυψώ) yunan mifologiyasında Ogigia adasında yaşamış dəniz nimfası, titan Atlantın qızı , Hesiod teoqoniyasına görə Okean və Tefidanın qızı okeanida , Apllodora görə Nerey və Dorida qızı nereid kimi göstərilib.
Klamsi (rayon)
Klamsi (fr. Ajaccio) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Klamsi. Rayon əhalisi 2006-cı ildə 26 645 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 18 nəf / km². Rayon sahəsi — 1464 km².
Krissi Moran
Krissi Moran (22 dekabr 1975, Ceksonvill, Florida) — ABŞ pornoaktrisası. == Həyatı == Krissi Moran 22 dekabr 1975-ci ildə ABŞ-nin Florida ştatında anadan olub. İlk dəfə 18 yaşında hamilə qalmış, lakin sevgilisi bunu istəmədiyi üçün abort etmişdir. Bu zaman dostları onu porno karyeraya həvəsləndirirlər. 1999-cu ildə ilk dəfə olaraq model karyerasına başlayır və bir sıra porqnorafik filmlərə çəkilir. 2006-cı ildə rəsmi olaraq pornoqrafik janrda çəkilən film sənətini tərk edir və normal janrda istehsal olunan filmlərə çəkilir. İsa Məsihin pak həyatını sevən Krissi Moran onun etdiyi səhvləri heç bir qadına arzulamadığını bildirir. Bu andan başlayaraq, Krissi Moran dostlarının pornoqrafik janrda çəkilən filmlərdən imtina etməsi üçün kilsədə dua edir.
Kuinsi Cons
Kuinsi Dilayt Cons (ing. Quincy Delight Jones, Jr.; d.14.3.1933, Çikaqo, İllinoys, ABŞ) — amerikalı musiqiçi, aranjmançı, musiqi prodüseri və truba ifaçısı. 28 dəfə Qremmi mükafatı laureatı və 80 dəfə nominantı, o cümlədən 1991-ci ildə "Grammy Legend Award" mükafatçısı, tarixdə ən çox satılan musiqi albomunun prodüseri. Kuinsi Consla əməkdaşlıq edən məşhur müğənnilər arasında Rey Çarlz, Maykl Cekson, Frenk Sinatra, Din Martin, 2Pac, Marvin Gey, Stivi Uander, Vill Smit və bir çox başqaları var. == 1960-1970-ci illər == 1964-cü ildə Kuinsi Cons ilk dəfə Sidni Lümetin "Sələmçi" (ing. Pawnbroker) filminə musiqi bəstələdi. Filmin uğurundan sonra Cons "Mercury Records"dan ayrıldı və Los-Ancelesə köçdü. Burada o, bir çox filmlərə musiqi bəstələdi, o cümlədən, "Nazik sap" (ing. The Slender Thread) (1965), "Soyuqqanlılıq" (ing. In Cold Blood) (1967), "İsti cənub gecəsində" (1967), "Makkennanın qızılı" (1969), "İtalyansayağı oğurluq" (1969), "Bob və Kerol, Ted və Elis" (Bob & Carol & Ted & Alice) (1969), "Sonuncu insan" (ing.
Köniqsberq klopsu
Köniqsberq klopsu (alm. Königsberger Klopse‎) — sulu kapers sousu və teftelidən ibarət olan alman mətbəxinə məxsus ət yeməyi. Klops Avropada, xüsusilə Şərqi Prussiyada geniş şöhrət qazanmışdır. Yarımfabrikat tənəkə qutularda "Köniqsberq klopsu" markası altında Almaniyada istehsal olunur. Kalininqradın (keçmiş Köniqsberq) bir çox restoranlarının menyusuna daxildir. Klops bir çox dünya dövlərində məşhurdur. Rusiyada — şnel-klops, İsraildə — yumurtalı klops, Latviyada — soğanlı klops, Norveçdə — fiskebollar (balıqlı klops), Norveç və İsveçdə — şötbullar.
Spilornis klossi
Spilornis klossi (lat. Spilornis klossi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.
Tom Klensi
Tomas Leo Klensi (Tom Klensi) (ing. Tomas Leo Clancy) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanmışdır və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır,yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib. Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olmuşdur. 1970-ci ildə ilk dəfə olaraq ailə həyatı qurmuşdur. 1998-ci ildə ilk arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə həyatı qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra İslamı müdafiə etmişdir.
Yuzef Lipski
Yuzef Lipski (pol. Józef Lipski5 iyun 1894, Vrotslav, Prussiya – 1 noyabr 1958, Vaşinqton) — Polşa diplomatı. 1934-1939-cu illərdə Almaniyada səfir vəzifəsində çalışmışdır və buna görə də İkinci Dünya Müharibəsindən əvvəl Polşanın xarici siyasətində mühüm rol oynamışdır. Lipski Lozanna Universitetində hüquq təhsili almışdır. Birinci Dünya Müharibəsi illərində Parisdəki Polşa Milli Komitəsinin hüquq bölməsində işləmişdir. 1919-cu ilin iyunundan 1922-ci il yanvarın 1-dək Polşa hökümətinin Londondakı nümayəndəliyinin katibi vəzifəsində çalışmışdır. Sonradan eyni funksiyanı Paris və Berlində də icra etmişdir. 1925-ci ildən Polşa Xarici İşlər Nazirliyinin Qərb Siyasi İdarəsi rəhbərinin müavini, 1928-ci ildən şöbə müdiri işləmişdir. 1933-cü il iyulun 3-dən nazir-səfir, diplomatik nümayəndəlik səviyyəsi qalxdıqdan sonra 29 oktyabr 1934-cü il tarixindən - Polşanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Bu səlahiyyətdə o, 26 yanvar 1934-cü il tarixdə Konstantin fon Neyrat ilə hücum etməmək haqqında Alman-Polşa müqaviləsini imzalamışdı.
Daniel Lipşis
Daniel Lipşis (slovak. Daniel Lipšic) — Slovak hüquqşünası, siyasətçisi və parlament üzvü, Xristian Demokratik Hərəkatının sədr müavini, baş nazirin müavini və ədliyyə naziri (2002-2006), 2010-2012-ci illərdə İveta Radiçova hökumətində daxili işlər naziri. == Bioqrafiya == 1991-1996-cı illərdə Bratislavada Komenski Universitetində hüquq təhsili alıb. Universiteti bitirdikdən sonra Presovda Regional Hərbi Prokurorluqda və Valko & Partners hüquq firmasında çalışıb. 1997-ci ildə Bratislavada Böyük Britaniya Hüquq Fakültəsində aspirantura təhsilini başa vurmuş, daha sonra ABŞ-nin Kembric şəhərində Harvard Hüquq Məktəbində təhsil almışdır (1998-2000). O, 18 yaşında "Občiansko-demokratická mládež" gənclər təşkilatına qoşularaq siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 1991-1995-ci illərdə təşkilatın rəhbəri olub. 1998-ci ildə demokratik müxalifətin seçkilərdə qələbəsindən sonra Ədliyyə Nazirliyində şöbə müdiri (1998-2002) vəzifəsində çalışıb. 2000-ci ildə Xristian Demokratik Hərəkatının (XDM) daxili siyasət üzrə vitse-prezidenti seçilib (2006-cı ilə qədər). 2009-cu ildə Xristian Demokratik Hərəkatınin Daxili İşlər və Ədliyyə üzrə vitse-prezidenti olur.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir == Kişilik yaşı == Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
Gipsi-1
Gipsi - 1 - Tatarıstan Kama-Ustin rayonunda yerləşən gips qazıntılarıdır. Volqanın sahilində, Kuybışev su anbarının səviyyəsində 20 m yüksəklikdə, Tenişova qəsəbəsinin cənub-şərqində yerləşir. Bura heç yerdə rast gəlinməyən gips tullantıları ilə zəngindir və buda turistləri özünə cəlb edir. Bu tullantılar 1930-cı ildən gips yatağından gips çıxarılması zamanı yaranıb. 1950-ci ildə isə bu yatağın istismarı dayandırılmışdır. Onun 11 çıxışı mövcuddur. Burada istismardan sonra dəmir qalıqları və qatarların reysləri qalıbdı. 2005-ci ildə yenidən qəza baş verdi. 2011-ci ildə isə digər qəzadan sonra Avropa Tetşikov kömürçülərini ora daxil olmağı qadağan elədi. Onun divarları alpinistlərin istifadəsinə verilib.
Kiriaki Liosi
Kiriaki Liosi (10 oktyabr 1979, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Kiriaki Liosi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Abdal Kissi
Abdal Kissi (20 yanvar 1960, Ucda) 1980-ci illərin əvvəllərində səkkiz görüş keçirmiş Mərakeş əsilli Belçikalı aktyor və keçmiş boksçudur. == Bioqrafiyası == Kissi Mərakeşin Ucda şəhərində anadan olmuş və uşaqlıq illərindən Belçikanın Brüssel şəhərinə köçmüşdür. 1980-ci illərin əvvəllərində o, iki nokaut, bir heç-heçə, iki məğlubiyyət və beş qələbədən ibarət olan ümumilikdə səkkiz boks matçı keçirmişdir. Abdal Kissi əvvəlcə qardaşı Mişel Kissi sayəsində, daha sonra isə Jan-Klod Van Dammın bəzi filmlərində baş rollarda oynamışdır. 2006-cı ildə sağçı Mouvement Réformateur (MR) partiyasının namizədi kimi Belçikada keçirilmiş olan yerli seçkilərdə İxelles kommunasından namizəd olmuş, lakin 322 səs əldə edərək seçilməmişdir.
Mişel Kissi
Mişel Kissi (ərəbcə: ميشيل قيسي; Doğum adı: Mohammed Qissi 12 sentyabr 1962, Ucda) 1989-cu ildə çəkilmiş olan "Kikboksçu" döyüş sənəti filmində Tonq Po rolu ilə tanınan Mərakeş - Belçika mənşəli aktyordur. Mərakeşin Ucda şəhərində anadan olan Kissi 2 yaşında olarkən Belçikanın Brüssel şəhərinə köçmüşdür. O, yeddi yaşından etibarən boksla məşğul olmağa başlamış və 17 yaşında olarkən isə artıq öz çəki dərəcəsində həvəskar çempion olmuşdur. O, həmçinin də Şotōkan Karate, Muay Thai və Kikboksinq üzrə məşqlər keçmişdir. O, Jan-Klod Van Damm ilə gənc yaşlarında tanış, daha sonra isə dost olmuş və onlar eyni döyüş filmləri və döyüş sənəti məşqlərində sevgi ilə birlikdə böyümüşdürlər. 1982-ci ildə Kissi və Van Damm döyüş filmlərinin ulduzu olmaq ümidi ilə bərabər ABŞ-a köçmüşdürlər.1984-cü ildə ikisi də Breakin filmində köməkçi aktyor kimi çıxış etmişdirlər. Cannon Filmsdə Menahem Qolan ilə görüşdükdən sonra onlar Van Dammın baş rolda oynadığı və turnir döyüşçüsü Suan Paredes rolu ilə Kissinin də kiçik bir rolda iştirak etdiyi çox müvəffəqiyyətli olmuş Qanlı idman filmi də daxil olmaqla üç film üzrə müqavilə imzalamışdırlar.1989-cu ildə Kissi və Van Damm, Van Dammın növbəti dəfə baş rolda oynadığı Kikboksçu filmi üçün bir yerə gəlmiş və filmin əsas mənfi qəhrəmanı olan Tong Po rolunu Kissi canlandırmışdır. 1990-cı ildə isə onlar Kissinin qardaşı Abdal Kissinin mənfi qəhrəman obrazını canlandırdığı Şir ürəkli filmində birlikdə rol almışdırlar. 2014-cü ildə Kissi Salar Zarza ilə bərabər Bara filmini çəkmişdir. Bara və Həmzə obrazları ilə ikili rol oynamışdır.
İohann Lepsi
İohann Lepsi (15 dekabr 1858, Berlin – 3 fevral 1926, Berlin) Osmanlı imperiyasında Erməni Soyqırımının qarşısının alınmasında xüsusi marağı olmuş olan alman protestant missioneri, şərqşünası və humanisti olmuşdur. O, əvvəlcə Münhendə riyaziyyat və fəlsəfə təhsili almış, 1880-ci ildə isə artıq mükafat qazanmış elmi işləri ilə doktorluq dərəcəsini əldə etmişdir. Lepsi Alman-Erməni Cəmiyyətinin yaradıcılarından biri və eyni zamanda da ilk prezidenti olmuşdur.
Con Kuinsi Adams
Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[…], Breyntri[d], On üç koloniya – 23 fevral 1848[…], ABŞ kapitolu) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır. == Erkən həyatı == Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Qafqaz dağ kəlisi
Qafqaz zubru (lat. Bison bonasus caucasicus) — 1927-ci ilə qədər Baş Qafqaz silsiləsinin şimal-qərb meşəliklərində yayılmış, Avropa zubrunun bir yarımnövü. Düzənlik zubrundan nisbətən ölçülərinin kiçikliyinə görə fərqlənir. Buynuzu əyilmə, tüklərinin daha uzun və tünd olması onlar üçün xarakterikdir. Bu yarımnöv insan tərəfindən tükədilmişdir. Onlar əvvəllər şimal-qərbi İran ərazisinə qədər yayılmışdılar. XIX əsrin ortalarında ancaq Kuban çayı ətrafə ərazilərdə 2000 baş olaraq qalmışdı. Sayları insa tərəfindən ovlanması səbəbindn azalırdı. Birinci Dünya müharibəsi sonrası cəmi 500 baş zubr qalmışdı. 1927-ci ilin yayında sonuncu zubrun brakonerlər tərəfindən Aloud dağı ətrafında ovlanması qeydə alınmışdır.