Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Keratin
Keratin (/ˈkɛrətɪn/) — skleroproteinlər kimi də tanınan struktur lifli zülallar ailəsindən biri. Alfa-keratin (α-keratin) onurğalılarda olan bir keratin növüdür. Onurğalılarda pulcuqları, saçları, dırnaqları, lələkləri, buynuzları, pəncələri, və dərinin xarici təbəqəsini təşkil edən əsas struktur materialdır. Keratin həmçinin epiteliya hüceyrələrini zədələnmədən və ya stressdən qoruyur. Keratin suda və üzvi həlledicilərdə yüksək dərəcədə həll olunmur. Keratin monomerləri bərk və sürünənlərdə, quşlarda, suda-quruda yaşayanlarda və məməlilərdə olan sərt, minerallaşmamış epidermal əlavələr meydana gətirən ara filamentlər yaratmaq üçün dəstələrə yığılır. Həddindən artıq keratinləşmə müəyyən toxumaların, məsələn, mal-qara və kərgədanların buynuzları, eləcə də armadillosların osteodermlərinin möhkəmlənməsində iştirak edir. Məlumdur ki, keratinləşdirilmiş toxumanın gücünə yaxınlaşan yeganə digər bioloji maddə xitindir. Keratin iki növdür: bütün onurğalılarda rast gəlinən ibtidai, daha yumşaq formalar və yalnız sürünənlər və quşlar olan daha sərt törəmə formalar . Hörümçək ipəyi keratin kimi təsnif edilir , baxmayaraq ki, protein istehsalı onurğalılarda prosesdən asılı olmayaraq inkişaf etmiş ola bilər.
Kentau
Kentau (qaz. Кентау) — Qazaxıstanın Türkistan vilayətində yerləşən şəhər. Türkistan şəhərindən 30 km şimal-şərqdə, Karatau dağının ətəyində yerləşir. == Tarixi == Kentau şəhərinin əsası 1955-ci ilin avqust ayında qoyulub. Yaşayış mətəqəsi Aşısay polimetal yatağının istismarı ilə salınmış işçi qəsəbələrindən yaranmışdır. Sovet dövründə yerli əhali qazaxlardan ibarət olsa da, şəhər əhalisinin əksər hissəsi Rusiyadan köçüb gələnlərdən ibarət olmuşdur. Onlar içərisində ruslar, almanlar və yunanlar üstünlük təşkil edirdi. 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində şəhərdə yerləşən sənaye müəssisələrinin bağlanmasından sonra emiqrasiya prosesi sürətlənmişdir. Hazırda əhalisinin əksəriyyəti etnik qazaxlardan və özbəklərdən ibarətdir. == Sənaye == Kentauda iki zavod yerləşir.
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kenqtunq (dəqiqləşdirmə)
Kenqtunq (şəhər)
Çyonqtun — Myanmanın şərqində, Şan ştatında şəhər.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Ketayun Riahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Kətayun Riyahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Monkhen Kenkun
Monkhen Kenkun (tay มนต์แคน แก่นคูน, ing. Monkaen Kaenkoon; 20 iyul 1973) — Tailand musiqiçisi musiqi etiketi altında GMM Grammy.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars — Coğrafiyada Kənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsə də, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu. Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kənan Abdullayev
Kənan Allahverdiyev
Kənan Axundzadə
Kənan Dadaşov
Kənan Dadaşzadə
Kənan Doğulu
Kənan Doğulu (31 may 1974, İstanbul) — Türkiyə müğənnisi. == Həyatı == 5 yaşından bu sənətə bağlanan musiqiçinin istəyinin belə erkən yaranması ona atası Yurdaər Doğulu dan keçib. Hazırda məşhur musiqiçilər sırasında adı hallanan Kənanın atası oğlunu da bu istiqamətdə savadlandıra bilib. Hazırda oxumaqla yanaşı, piano, gitara və fleyta kimi alətlərdə çalmağı bacaran Kənan Doğulu həm də xaricdə təhsil alıb. Orta musiqi məktəbini bitirdikdən sonra öz istəyi ilə Amerikada peşəkar musiqi dərsləri alıb. Daha sonra o, təhsilini İstanbul Dövlət Universitetinin musiqi bölməsində davam etdirib. Əksər çıxışlarında özünü müşayiət edən müğənninin adı bu illər ərzində ən çox albom çıxaran sənətçilər sırasında hallanır. Onun ilk albomu 1993-cü ildə "Yaparım, bilirsin" adı ilə işıq üzü görüb. Yüksək tirajlı toplunun işıq sürəti ilə satıldığını görən müğənni növbəti ildə "Sımsıkı" albomu və bunun ardınca 8 müxtəlif adda toplusunu satışa çıxarıb. Üç ildir şəxsi səsyazma studiyasını açan türkiyəli sənətçi bunu "Dogulu production" adlandırıb.
Kənan Evrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Kənan Hacı
Kənan Hacı (Kənan Hacıyev; 1975, Buzovna) — şair, yazıçı, esseist, tərcüməçi. == Həyatı və Fəaliyyəti == Kənan Hacı 1975-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib. 1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “İki sahil”, “Ədalət”, “Vətəndaş həmrəyliyi”, “Yazar” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “Qanun” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktoru olaraq çalışmışdır. "Mücrü" jurnalının baş redaktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Kənan Hacıyev
Kənan Həsənov
Kənan Kalav
Kənan Kalav (d. 20 noyabr 1961, Mardin, Türkiyə) — Türk kino və televiziya aktyoru, rejissor, ssenarist, Yeşilçam kinostudiyasının ən yaraşıqlı aktyorlarından biri. == Həyatı == Alman qadın Suzi xanım və Mardindən olan kimya professoru Cavad bəyin ailəsində dünyaya göz açıb. Alman-Türk liseyini bitirdikdən sonra Marmara üniversitetinə qəbul oldu. Orada turizm və otel təhsili aldı. Həyat yoldaşının gül dükanında işləyən Lətif Dəniz ilə Kalav İstanbuldan İspaniyanın Barselona regionuna gedmək üçün yola çıxır. Hava limanında olarkən polis tərəfindən tutulur. Amma onların çantalarında 2 kq narkotik tapıldı. Aktyorun iddiasına görə o hava limanında qəhvə içərkən, çantaları Dənizə vermişdi. Aktyorun ifadəsinə görə narkotikli çantalar onun adına qeyd edilmişdi.
Kənan Kərimli
Kənan Kərimov
Kənan Kərimov (5 avqust 1976, Yevlax) — Keçmiş Azərbaycan futbolçusu. Azərbaycan Karvan İdman Klubunun nəznində yer alan Karvan futbol klubunun baş məşqçisi. == Həyatı == Kənan Kərimov 5 avqust 1976-cı ildə Yevlaxda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Qarabağ, Viləş Masallı, Karvan, Kəpəz Gəncə, Şəmkir, Mis Kerman (İran), Turan Tovuz. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Azərbaycan çempionu (Qarabağ — 1993) Azərbaycan kubokunun qalibi (Qarabağ — 1993) Azərbaycan superkubokunun qalibi (Qarabağ — 1993) 2 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı (Şəmkir — 2004, Karvan — 2006).
Kənan MM
Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor. == Həyatı == Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub. 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.